Azərbaycan gömrüyündə BÖYÜK RƏZALƏT - Dövlət Gömrük Komitəsi sahibkarı necə müflis etdi...
.jpg)
Kəlbəcər rayon sakinləri, hazırda Gəncə şəhərində yaşayan Məhərrəmov Azər Sadıq oğlu və Məhərrəmov İlqar Sadıq oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə müraciət edir:“Cənab Prezident!Biz, Məhərrəmov Azər Sadıq oğlu və Məhərrəmov İlqar Sadıq oğlu, Misir Ərəb Respublikasından Azərbaycana 1400 ton kartof idxal etmişdik. Kartof gəmi ilə Poti limanına, oradan 58 TIR vasitəsilə Gəncə Gömrük İdarəsinə gətirildi.Gömrükdə rəsmləşdirmə üçün müvafiq sənədləri təqdim etdik. Biz rüsumu 61 sentlə rəsmləşdirmək istədik, amma Dövlət Gömrük Komitəsində dedilər ki, 76 sentlə hesablanacaq. Bu, qəbuledilməz bir məbləğ idi. Çünki hər yük maşını üçün 11 min 240 manat ödəniş etməliydik ki, bu da bəri başdan zərərə düşməyimiz demək idi.Odur ki, qeyd olunan rüsumu ödəməyə etiraz etdik. Buna baxmayaraq, dedilər ki, komitə deyilən qiymətdən aşağı məbləğlə razılaşmır. Sonda məcbur qalıb, 25 TIR kartofu DGK-nın dediyi şərtlərlə rəsmləşdirdik. Beləliklə, hər maşında təxminən 4 min manat ziyana düşdük. Nəticədə, sürücülərin və gömrüyün pulunu ödəyə bilmədik.Sonra qalan 33 TIR yüklə əlaqədar dəfələrlə Dövlət Gömrük Komitəsinə müraciət etdik. Dedik, kartofun tərkibində qızıl yoxdur ki, bu qədər baha qiymətə hesablansın, gəlin razılaşın, malımız xarab olmasın. Lakin yenə də laqeyd yanaşıldı, heç bir razılığa gəlinmədi. Beləliklə, mal uzun müddət gömrükdə qaldı və təxminən 750 ton kartof xarab oldu.Nəhayət, təxminən 20 gün sonra dedilər ki, gəlin, 56 sentlə rəsmləşdirin. Sual verdim ki, əgər bu mümkün idisə, niyə əvvəldən belə etmədiniz? Təbii ki, veriləcək cavab bəlli idi...Npvbəti dəfə 2 maşını 56 sentlə rəsmləşdirdim. Kartoflar xarab olmuşdu, iy-qoxu aləmi bürümüşdü. Bu iy az qala Gəncə şəhərini bürüyürdü. Hətta bu, sosial şəbəkələrdə də müzakirə olundu.Beləliklə, 750 ton kartof məhv oldu. Halbuki, öncədən onu da təklif etmişdim ki, bu qədər kartofu məhv olmağa qoymayaq. Uşaq evinə, hərbi hissələrə, qocalar evinə və yaxud da türmələrə verək, heç olmasa kiməsə faydası olsun. Ona da razı olmadılar. Nəticədə, yüz tonlarla kartof torpağa basdırıldı. Görünür, Dövlət Gömrük Komitəsinin məqsədi 750 ton kartofu məhv etmək idi. Elə də oldu, məhsulum gömrük məmurlarının səhlənkarlığı nəticəsində xarab oldu.Zamanında 56 sentlə razılaşsaydılar, mən də zərərə düşməzdim, büdcəyə də külli miqdarda vəsait daxil olardı. Hansı ki, təkcə 27 maşın yükün qarşılığında dövlət büdcəsinə 300 min manat pul ödəmişəm. Qalan, xarab olan, basdırılan məhsula görə də büdcəyə 200-250 min ödəniş edərdim. Bununla həm mənim malım batmazdı, həm büdcəmizə pul daxil olardı, həm də xalqımız bu məhsulu alıb faydalanardı.Məsələ ilə bağlı bir çox qurumlara müraciət etmişəm. Lakin heç bir köməklik olunmayıb. Sanki məni ziyana salan Dövlət Gömrük Komitəsi olmayıb!Hazırda vergiyə, Qida Agentliyinə və sürücülərə külli miqdarda borcum var. Adını çəkdiyim qurumlar ancaq cərimə yazmaq üçün yaxşı işləyirlər. İmkan vermirlər ki, doğru-düzgün yolla vergini ödəyib, qazanc əldə edək.Cənab Prezident!Dövlət Gömrük Komitəsi sahibkarları məhv edir. Dövlət büdcəsinə təxminən 2 milyon manat rüsum ödəmişəm, amma indi sahibkarlıq fəaliyyətim məhv olub. Sizdən kömək istəyirəm və xahiş edirəm ki, Dövlət Gömrük Komitəsi və Qida Agentliyinin fəaliyyəti yoxlanılsın. Biz sahibkarları işimizdən soyudurlar. Onların təklif etdiyi qiymət heç bir sahibkara gəlir qazandırmır, əksinə bizləri müflis edir.Sizdən onu da xahiş edirəm ki, məsələ ilə bağlı göstəriş verəsiniz, gətirdiyim məhsul Dövlət Gömrük Komitəsinin səhvi ucbatından xarab olduğu üçün, mənə dəyən zərər ödənilsin”.Redaksiyadan: Yazıda adları çəkilən qurumları mövqeyini dərc etməyə hazırıq.
Tarix: 15-07-2025, 15:51
-
Bu gün, 17:06
Müəllimlərin işə qəbulu və imtahan sistemləri 10 manatlıq "All In One Technologies"ə tapşırıldı: - YARIM MİLYONLUQ TENDER
-
Bu gün, 17:01
SOCAR rəsmisinin gizli eşqi: rumın qızla öpüşərkən kameralara yaxalandı - FOTO
-
Bu gün, 10:51
Lənkəran Rayon Mərkəzi Xəstəxanasının 210 min manatdan çox VERGİ BORCU üzə çıxdı
-
Bu gün, 10:50
Dövlət maşını, YOXSA ,Bakı Şəhər Təhsil İdarəsinin müdiri NƏRMİNƏ xanımın uşağının OYUNCAĞI...
-
Bu gün, 10:50
Elbrus İsayev vergi borcu olan şirkəti seçdi - MMC Emin Əmrullayevin qaynına bağlı imiş? (FOTO)
-
Bu gün, 10:49
DEPUTATIN OĞLUNUN TƏKCƏ VERGİYƏ 500 MİN MANAT BORCU VAR - "Kristal" şirkəti ilə bağlı nə baş verir?
-
Bu gün, 10:49
Cavanşir Feyziyevin apteki dərmanları reseptsiz satırmış - Şirkəti cərimələndi
-
Bu gün, 09:34
“Dron ovçuları” Lenin Mavzoleyində: - avtomatlılar binanın damına yerləşdirilib
-
Bu gün, 09:19
Hər hekayənin görünməyən tərəfi var... - Günel Musa yazır...
-
Bu gün, 08:08
"OpenAI"da gizli mikrofon qalmaqalı: Keçmiş mühəndisin Səudiyyə Ərəbistanı ilə əlaqələri araşdırılır
-
Bu gün, 08:07
“Premium Residence” MTK NƏFƏSİMİZİ KƏSİR... - ÖZBAŞINA QALIBLAR...
-
Bu gün, 08:02
Albaniyada 10 gündür bitməyən toqquşmalar: Paytaxtda etiraz dalğası səngimir
-
Dünən, 23:52
Sənan Mənsimli yola salınır? - Qarabağ təhsilində kadr dəyişikliyi gözlənilir
-
Dünən, 23:02
"Servis+" MTK-da sakinləri ayağa qaldıran dələduzluq - Nazim Tahirov kürəkəni satdığı mənzilləri sürücüsü vasitəsilə geri alır
-
Dünən, 23:00
Şəkidə qanunsuz tikinti iddiası - "Yenilik" Ticarət Mərkəzi ərazisini genişləndirir
-
Dünən, 22:53
Təhsilin tənəzzülü yenə davam edəcək?
-
Dünən, 18:11
Ramiz Mehdiyevin “Tovuz Baltiya” HƏMLƏSİ - İLGİNC
-
Dünən, 18:07
Türkiyə şirkətinin QUMAR BİZNESİ ƏL DƏYİŞDİRİR
-
Dünən, 12:41
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası
-
Dünən, 12:16
Bakıda ölümlə nəticələnən davada saxlanılanlar var - Biri deputat oğludur
-
Dünən, 11:02
Bir ay əvvəl bağlanan “Na & El” yenidən açıldı: şirniyyat evindən natəmiz görüntülər —VİDEO
-
Dünən, 09:33
Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma... - Samir Feyruzov yazır
-
Dünən, 09:31
14 İCRA BAŞÇISININ TENDER OYUNU YOXLANILDI - Nələr üzə çıxmadı ki...
-
Dünən, 09:24
"Nefahim" MMC gömrük qaydasını pozdu - Cərimə olundu
-
Dünən, 09:15
Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama - Saxta diplomlar, maliyyə pozuntuları aşkarlandı
-
Dünən, 09:09
Müştəriləri aldatmaqda yarışa girənlər: “Kontakt Home”, “Baku Electronics” və... – AÇIQLAMA
-
23-10-2026, 21:30
Nizam Osmanovun polkovnik dostuna cinayət işi açıldı - “Salyanski kazarma”da yeyinti
-
23-10-2026, 21:25
İranın Hörmüz boğazındakı kabelləri hədəfə alması Körfəz ölkələri üçün ciddi təhlükə yarada bilər
-
23-10-2026, 14:58
BŞTİ müdirinə daha bir “dost” zərbəsi – MLK-da nə baş verir?!
-
23-10-2026, 14:38
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –FOTO