Paytaxt iflic vəziyyətindən qurtula bilər - Hələlik isə bölgələri "sağaldırlar"
Paytaxtda, eləcə də iri şəhərlərdə yollarda tıxaclara səbəb olan problemin həlli üçün Nazirlər Kabineti tərəfindən müvafiq qərarlara dəyişiklik edilib. Nazirlər Kabineti tərəfindən 409 nömrəli Qərara verilən izahda bildirilir ki, "Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar"ın təsdiq edilməsi haqqında", "Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" qərarlarda dəyişikliklər edilib.
Dəyişikliklərə görə, Sumqayıt, Gəncə, Xırdalan və Mingəçevir şəhərlərində inşa edilən çoxmənzilli binalarda nəqliyyat vasitələrinin saxlanılması üçün həmin binaların tikinti ərazisinin 70 və daha çox faizini təşkil edən hissəsində yeraltı qarajın tikintisi nəzərdə tutulduğu halda, ərazinin tikinti sıxlığı əmsalı hesablanarkən birinci yerüstü mərtəbənin sahəsi nəzərə alınmayacaq. Tikintisinə icazə verilmiş, lakin tikinti-quraşdırma işləri başa çatmamış çoxmənzilli binanın tikinti layihəsində göstərilən tikinti ərazisinin həmin binanın tikinti sahəsini təşkil etməyən hissəsində yeraltı qarajların tikintisi üçün təkrar şəhərsalma əsaslandırılmasının tərtib edilməsi tələb olunmayacaq. Məlumatda qeyd edilir ki, olunmuş dəyişikliklər Sumqayıt, Gəncə, Xırdalan və Mingəçevir şəhərlərində inşa ediləcək çoxmənzilli binalarda artıq problemə çevrilmiş nəqliyyat vasitələrinin saxlanması üçün həmin binalarda yeraltı qaraj mərtəbəsinin tikintisinin stimullaşdırılmasına və nəqliyyat sıxlığının aradan qaldırılmasına əhəmiyyətli təsir göstərəcək.
Əmlak eksperti Elnur Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, iri şəhərlərdə inşa edilən çoxmənzilli binalarda yeraltı qarajların tikilməsi ilə bağlı güzəşt tikinti şirkətlərinin xeyrinədir. Ekspert bildirir ki, tikinti şirkəti bir hektar ərazidə 25 min kvadratmetr sahəsi olan bina inşa edə bilər: "Əgər tikinti şirkəti iki mərtəbəni dayanacaq edəcəksə, bunun üçün iki-üç min kvadrat metr sahə tələb olunur. Bu, tikinti şirkətləri üçün sərfəlidir. Ona görə də bu dəyişiklik tikinti şirkətlərinin marağında olacaq". Onun sözlərinə görə, qaraj yerləri arakəsmələrlə bölünmədiyindən, bu, tikinti şirkətlərinə sərf edir: "Bundan əlavə, qaraj tikərkən bu ümumi tikinti sahəsinin əmsalından çıxılmır".
E.Fərzəliyev bildirir ki, indiyədək inşa edilən göydələnlərdə qarajlara ayrılan sahə elə də ürəkaçan deyil:
"Hazırda çoxmənzilli binaların əksəriyyətində qaraj sayı mənzil sayına uyğun gəlmir. Tutaq ki, binada 200 mənzil varsa, 40 qaraj yeri üçün sahə ayrılır. Bu da mənzil sayından dəfələrlə azdır. Əslində ən azı hər mənzil üçün bir qaraj yeri nəzərdə tutulmalıdır. Əgər mənzillər çoxotaqlıdırsa, qarajların sayı otaq sayına müvafiq olaraq artırılmalıdır. Çünki gələcəkdə çoxotaqlı mənzillərdə bir ailədə iki avtomobilin olması mümkündür".
E.Fərzəliyevin sözlərinə görə, hazırda çoxmənzilli binalarda yaşayanlar avtomobillərini küçələrin kənarında park edirlər. Buna bir səbəb yeni tikilən binalarda qaraj yerlərinin ya ümumiyyətlə olmaması, yaxud da çox az olmasıdır. Ekspert deyir ki, bəzən tikinti şirkətləri binaların zirzəmi hissəsini də obyekt kimi icarəyə verir. Bu isə həmin binalarda yaşayan sakinlərin öz avtomobilini saxlamaq üçün yer tapmamasına, nəhayət, küçələrin kənarında saxlanılmasına gətirib çıxardır.
Həmsöhbətimiz qeyd edir ki, bu gün ASAN Xidmət, DOST kimi iri xidmət mərkəzlərinin yerləşdiyi binaların qarajının olmaması yollarda tıxaclara səbəb olur: "Bu mərkəzlərə sosial xidmət almaq üçün gedən vətəndaşlar ən azı bir saat vaxt sərf edirlər. Həmin xidmət sahələrinin göstərildiyi binaların qaraj və parklanma yerləri olmadığından, vətəndaşlar avtomobillərini o mərkəzlərə yaxın yerdə, yol kənarında saxlayırlar. Bu isə yollarda tıxaca gətirib çıxardır".
O ki qaldı yaşayış binalarında qaraj yerlərinə, ekspert bəzən sakinlərin həmin binalardan qaraj yeri almağa maddi imkanının çatmadığını söyləyir: "Xüsusilə Bakıda əksər binalar qarajları tikib çox baha satır. Paytaxtda qarajların qiyməti 20 min manatdan başlayaraq 50 min manatadək dəyişir. Binadan mənzil alan sakin qaraj ala bilmədiyindən binanın qarajı olsa belə, avtomobili yaşadığı binanın yaxınında, yol kənarında saxlayır".
E.Fərzəliyev onu da bildirir ki, bəzən bina sakinlərinin qaraja ehtiyacı olsa belə, həmin qarajlar kənar şəxslərə icarəyə verilir: "Əslində MTK-larda qarajlar ümumi əmlak sayılmalıdır. Yaxud da qaraj vətəndaşa mənzillə birgə satılmalıdır. Amma binanı inşa edən sahibkarlar qaraja baha qiymət qoyduqları üçün və qaraj sayları məhdud olduğu üçün sakinlər qarajları ala bilmirlər".
Amma E.Fərzəliyev son dəyişikliyin çoxmənzilli binalarda qaraj yerlərinin nəzərdə tutulmasını sürətləndirəcəyini deyir:
"Bina yeraltı qarajın inşasını əvvəlcədən tikintidə nəzərdə tutmalıdır. Çünki qarajlarda giriş-çıxış təhlükəsizliyi olmalıdır. Hətta qaraj yerlərinin sayını artırmaq üçün böyük binaların həyətinin altı da avtodayanacaq ola bilər".
E.Fərzəliyev bununla yanaşı, binalarda yaşayan sakinlərə qarajların icarə haqqında da güzəşt edilməsini vacib sayır. Onun sözlərinə görə, bəzən binada yaşayan sakinin qaraja ehtiyacı ola-ola yeraltı qarajlar qonşu binalardakı sakinlərə icarəyə verilir: "Hazırda binalarda qaraj yerlərinin icarə qiyməti də çox bahadır. Yaxşı olar ki, mənzil satılarkən qaraj da mənzilin üstündə hesablanaraq satılsın".
Əmlak eksperti deyir ki, binaların tikinti ərazisinin 70 və daha çox faizini təşkil edən hissəsində yeraltı qarajın tikintisi nəzərdə tutulduğu halda, ərazinin tikinti sıxlığı əmsalı hesablanarkən birinci yerüstü mərtəbənin sahəsi nəzərə alınmaması və yeraltı qarajların tikintisi üçün təkrar şəhərsalma əsaslandırılmasının tərtib edilməməsi ilə bağlı dəyişikliklərin Bakı şəhərinə də şamil olunması arzuolunandır: "Çünki paytaxtda da yeni yaşayış binalarının çoxunda yeraltı qarajlara daha çox ehtiyac var. Ona görə də belə bir qərarın Bakı üçün də olması vacibdir. Bu, paytaxt yollarında tıxacın qarşısını alar".
Tarix: 3-11-2020, 10:20
-
Bu gün, 18:00
Onkologiya Mərkəzinin 50 milyonluq tenderini deputatla əlaqələndirilən şirkət qazandı
-
Bu gün, 16:42
7A-da sərnişinə “su işgəncəsi” - AYNA təndiq olundu - FOTO
-
Bu gün, 16:29
Polkovnik atanın himayəsində, dələduz oğul... - İTTİHAM VAR...
-
Bu gün, 16:24
Bayandur kənd sakinlərinin müraciəti həll olunub
-
Bu gün, 16:13
DTX bu dəfə əsl «akula»ları tutub – 35 milyon manat cərimə!
-
Bu gün, 16:08
134 il sonra təkrarlandı: Prezidentin səfəri ilə bağlı ilginc detal – FOTOLAR
-
Bu gün, 16:03
Budaqov AĞACLARI NİYƏ SEVMİR AXI...
-
Bu gün, 15:57
Günə 77 qəpiyə “Nar”dan smartfon!
-
Bu gün, 15:53
Deputat Məşhur Məmmədova bağlı şirkətlər inhisarçı rolunda…:Saxta tenderlər, siyasi patronaj və dövlətə vurulan 21 milyonluq zərər
-
Bu gün, 12:05
Şuşa sakinləri evlərini kirayə verirlər – Bir günü 150 manata
-
Bu gün, 12:01
"Minlərlə insan vaxtını itirir, əsəbləri tarıma çəkilir..." - AXI NİYƏ?..
-
Bu gün, 11:57
Səfərbərlik Xidməti tender keçirmədən 627 min manatlıq geyim alır-qanunlar belə pozulur
-
Bu gün, 09:49
Ukrayna bir gecədə 4 OZON anbarını məhv etdi
-
Bu gün, 09:43
Abdin Fərzəliyevin rəhbərlik etdiyi rayonda çoxmərtəbəli bina 3 mərtəbəlik sənədlə tikilir?
-
Bu gün, 09:40
“Abşeron City”də zirzəmi divarları gecə ilə söküldü - Sakinlər narahatdır
-
Bu gün, 09:38
"SOCAR" da faciə - Qaldırıcı qurğu aşdı, işçi öldü
-
Bu gün, 09:36
Tərtər, Ağdaş, Bərdə, Goranboy və Bakının Yasamal rayonunda işıq kəsiləcək
-
Dünən, 22:27
Yeni tədris ilinə az qalır: bir şagird üçün məktəbli forması dəsti neçəyə başa gəlir? - VİDEO
-
Dünən, 17:23
Ömər Balacayev hansı pullar hesabına bu təmtərağı yaşayır?.. - İşçilər soruşur...
-
Dünən, 17:05
Bakı bu ölkə ilə tarixi sənəd imzalayacaq – Müttəfiqlik yeni mərhələyə keçir!
-
Dünən, 11:30
Emin Əmrullayevlə Elnur Əliyevin yolları ayrılır? - Təhsil sistemində yeni gərginlik
-
Dünən, 10:48
Taxıl, ət, qarğıdalı bahalaşır - Dünya ərzaq böhranına gedir
-
Dünən, 10:43
Nizami rayonunda yaşıllıq ərazisi məhv edildi - Ağacları kim və hansı əsasla kəsir?
-
Dünən, 10:40
Erməni deputat: “Azərbaycan mənim düşmənimdir”
-
Dünən, 10:36
Salyanda dövlətə qarşı təxribat? General Ceyhun Həsənovun adı “Aqro Park” qalmaqalında — Təsərrüfatların suyu kəsildi - VİDEO
-
22-08-2026, 09:02
“Biabırçılıqdır, fırıldaqçılıq edirlər”
-
22-08-2026, 08:01
Səfirin mətbuat konfransında protokol pozuntusu…
-
21-08-2026, 23:07
Bakıda 4 milyon manatlıq qızıl qaçaqmalçılığı: Dəstə necə ifşa olunub? (VİDEO)
-
21-08-2026, 23:03
Hazırda Körfəzdəki tankerlərdə 41 milyon barel neft var
-
21-08-2026, 22:54
Xəstəxanada izdiham: "Dörd gündür həkim qəbuluna düşə bilmirəm" - VİDEO