
Paytaxtda gecə saatlarında aparılan bina tikintisi yerli sakinlərin narazılığına səbəb olub.
Patrul.az-ın məlumatına görə, hadisə bu gün gecə saat 04:30 radələrində Bakının Nəsimi rayonu, Mərdanov qardaşları küçəsində (Zabitlər parkının arxasında) qeydə alınıb.
Redaksiyamıza daxil olan görüntülərdən aydın olur ki, sözügedən ərazidə çoxmərtəbli binada aparılan tikinti işləri zamanı ağır texnikanın səsi ətrafa yayılır.
Gecə saatlarında qanunla müəyyən edilmiş səssizlik rejiminin pozulmasından şikayətlənən sakinlər aidiyyəti qurumların məsələyə müdaxilə etməsini xahiş edirlər.