DİQQƏT: DANIŞIR LƏNKƏRAN! - Qanlı hadisələri dünyaya ilk xəbər verən adam

Müstəqillik, xalqımızın sovet imperiyası ilə ölüm-dirim mübarizəsində qazandığı ən böyük nailiyyətdir. Təhlükələrə baxmayaraq özünün nəcib əməlləri ilə müstəqillik tarixində xidməti olan və tarixdə qalan insanlar saysız-hesabsızdır.
Onlardan biri də milli azadlıq hərəkatının ilk günlərindən meydanlarda xalqla birlikdə sovet-rus imperiyasına qarşı mübarizə aparmış və etdiyi qeyri –adi hərəkətini adi vətəndaşlıq borcu hesab edən, xalqın çətin günündə informasiya blokadasının yarılmasında müstəsna xidməti olan pedaqoq Arif Ağayevdir. Biz də Arif müəllimdən həmin çətin günlər haqqındakı təəsüratlarını öyrənəcəyik.
Bu hadisə haqqında əlbəttə ki, çoxlarının xəbəri olmasa da, hər halda belə əməllər və insanlar unudulmamalıdır. Sizə təqdim etdiyimiz Arif Ağayev talış bölgəsində, cənnətməkan Lənkəranda anadan olub və boya- başa çatıb. İxtisasca mühəndis olsa da, həyatda özünü daha çox müəllim kimi tanıdıb. Riyaziyyat, məntiq, təhsil və kompüter elmləri ilə məşğul olur.
Qondarma “Dağlıq Qarabağ” hadisələrin başlanması, mənfur qonşumuz olan ermənilərin imperiya havadarlarının dəstəyi ilə ölkəmizə qarşı ərazi iddiaları və soydaşlarımızın öz dədə-baba torpaqlarından qovulması fonunda 1988-ci ildə ölkəmizdə milli azadlıq hərəkatı başlandı və xalqda milli özünə qayıdış, özünüdərk hissləri baş qaldırdı. Nəticədə xalıqın həm ermənilərə, həm də imperiyaya qarşı sonsuz nifrəti yarandı. Bütün ölkə ayağa qalxıb, imperiyaya qarşı mübarizə apardığı bir dövrdə, sovet imperiyası xalqın müstəqillik əzmini qırmaq məqsədi ilə xaincəsinə 1990-cı ildə Bakı şəhərinə qoşun yeridərək, çoxsaylı vəhşiliklərlə müşaiyyət olunan insan qırğınları törətdi. Qırğından əvvəl isə törətdikləri cinayətləri gizlətmək məqsədi ilə 19 yanvar 1990-cı il saat 19:26-da Azərbaycan televiziyasının enerji blokunu partladaraq, ölkəni ətraf aləmdən təcrid etməklə Azərbaycanı informasiya blokadasına salmışdılar.
Məhz həmin qanlı olay haqqında bütün dünyaya efir vasitəsi ilə ilk xəbər verən şəxs Arif Ağayev olmuşdur. O, efir qanunlarına zidd olaraq, istənilən təhlükəyə baxmayaraq rabitə qurğularından istifadə etməklə, radiodalğalarda efirə çıxıb qanlı yanvar hadisəsini bütün dünyaya xəbər vermişdi. Bunun necə baş verdiyini özündən soruşaq.
- Arif bəy, həmin hadisəni necə xatırlayırsınız və necə oldu ki, siz informasiya blokadasını yarıb dünyaya Bakı qətliamı haqqında məlumat verə bildiniz?
- Mən də 88-ci ildən hamı kimi Sovet imperiyasının xalqımıza qarşı ədalətsizliyinə, erməni separatizmini dəstəkləyərək bizim ölkəyə qarşı ərazi iddialarına etiraz əlaməti olaraq milli azadlıq hərəkatına qoşulmuşdum. Artıq 89-cu ilin sonuna yerli hakimiyyətin siyasi iradəsinin yetərli olmadığı bəlli olmuşdu və halimiyyətin istefasını tələb edən xalqın qəzəbi pik həddə çatmışdı.
Milli azadlıq hərəkatının bir hissəsi də bütöv Azərbaycan ideyası idi. Yəni tarixi torpaqlarının bütöləşdirilməsi.150 ildən artıq müddət ərzində torpaqlarının xeyli hissəsi rus imperiyası və İran arasında bölünməsi, bir hissəsinin də mənfur erməni qonşumuza və s. peşkəş verilməsi, 70 ildən çox hətta sərhədləri bağlayayıb, xalqı 2 yerə bölərək bir- birinin üzünə həsrət qoyması və bu prosesin yeni ərazi iddiaları ilə ermənilərin xeyrinə davam etdirilməsi xalqın səbr kasasını doldurmuşdu. Xalq artıq ayağa qalxıb imperiya buxovundan xilas olaraq öz azadlığını və müstəqilliyini tələb edirdi.
Artıq 1989 –cu ilin sonunda Azərbaycan xalqının onu 2 yerə bölmüş Araz çayının hər iki sahilində- sərhəd boyunca həftələrlə gecə -gündüz yürüşü, o taylı – bu taylı millətin bir xalq kimi birləşmək şüarı , dekabrın 31-də isə. iki totalitar dövlətin ciddi təzyiqlərinə baxmayaraq dəmir tikanlı məftilləri qırması, özünü Arazın buz kimi suyuna vurub öz doğma qardaş-bacısına qovuşması baş verdi.
1990-cı ilin yanvarın 19-da xalqın milli azadlıq əzmini qırmaq üçün Bakıya qoşun yeritməyi planını gerçəkləşdirmək üçün sovet imperiyası həm də xalqın vahid Azərbaycan ideyasından sui istifadə edərək, növbəti təxribat hazırladı. Belə ki, yanvarın 19-da Lənkəranda xəbər yayıldı ki, İran sərhəddində soydaşlarımızla görüşmə imkanı yaranıb. Bu məqsədlə də hamı Astara rayonuna, İran sərhəddinə doğru getməyə başladı. Sərhəd məntəqəsinin qabağında şüarlar və İran dövlətindən parçalanmış xalqın qovuşması üçün şərait yaradılması ilə bağlı çağırışlar və onlara müraciət oldu. Nəhayət “xalqın tələbi” ilə buzlar “əridi” və İran dövlətinin parçalanmış bu xalqa nəhayət ki “rəhmi” gəldi və 70 illik həsrətə guya ki son qoyuldu. Çox keçmədən sərhəd qapıları açıldı. Bəli parçalanmış xalqın qovuşması və həsrətinə son qoyulması tamaşası məhz belə təşkil olunmuşdu . Saat 17-00 radələrində sərhəd qapılarının açılmasından sonra bizim İran ərazisinə, eləcə də cənub soydaşlarımızın bizim tərəfə axını başlandı. Xeyli İran Astarasında gəzdik, soydaşlarımızla görüşdük, bazarda xırda para bazarlıq etdik, məsciddə olduq. Birdən birə həmin gün İran tərəfinin qəflətən bizim üçün 70 illik bağlanmış qapılarını insidentsiz açması, demə Moskvanın təxribatı imiş. Bununla həmin gecə dövlət sərhəddinin pozuculuğu və hakimiyyətin devrilməsi bəhanəsiylə Bakıya qoşun yeridilməsi üçün zəmin yaradırmış. İran dövləti ortaq maraqları olduğuna görə sovet rus imperiyasının xahişini yerinə yetirib və bu işdə ona kömək edib, sərhəd qapılarını “açmışdı”, nə qədər islamdan kənar hərəkət olsa belə. Belə çıxdı ki, biz həmin gün sadəcə imperiyanın bizim üçün qurduğu tələyə düşmüşdük. Sonradan məlum oldu ki, bunun üçün ciddi hazırlıq görülübmüş və paralel olaraq elə həmin gün axşamüstü Bakıda da televiziyanın enerji bloku partladılıbmış.
Biz axşam çox gec evə qayıdanda Lənkəranda demək olar ki, işıqlar söndürülmüşdü. Bunu sadəcə elektrik enerjisinin çatışmazlığı kimi hesab etdik və bu zaman radio-televiziyanın işləməməsi də təbii idi. Yanvarın 19-dan 20-nə keçən gecə Bakıdakı qanlı hadisədən isə yalnız səhər tezdən xəbər tutduq və camaat xalq cəbhəsinin qərargahının qarşısına toplaşmağa başladı. Hər kəs təlaş içində idi. Artıq sovet imperiyasının törətdiyi əməllər haqqında Bakıdan çox pis xəbərlər daxil olurdu, amma rəsmi məlumat almaq isə heç cür mümkün deyildi. Çünki nəinki radio-televiziya yayımları, hətta respublikanın rəsmi qəzetlərinin çap edilməsi belə dayandırılmışdı. O vaxt Lənkəran rayonu milli azadlıq hərəkatında demək olar ki, Bakıdan sonra ən fəal rayon olduğuna görə, hakimiyyətə qarşı mitinqlər Lənkəranda da keçirilirdi. Ona görə sovet–rus İmperiyasının Lənkərana hücumu da gözlənilən idi və belə də oldu. (26 yanvarda Sovet qoşunları Lənkərana da soxularaq, qətliamlar törətdilər) Bu məqsədlə ilk növbədə özünü müdafiə dəstələri Lənkəranın girişində ov silahları ilə silahlanaraq, növbə çəkmək üçün səfərbər edildi. Bakının təcavüzkar ordu tərəfindən informasiya blokadasına alınmasından sonra eyni əməlləri Lənkəranda da törədilməsi ehtimalı olduğundan, Lənkəran yerli radio qovşağı və qəzet redaksiyasını ilk növbədə qorumaq qərara alındı. Məni də bir neçə yoldaşımla yerli radio qovşağının mühafizəsi üçün göndərdilər və mənə radioda aparıcılıq həvalə olunmuşdu. Biz qovşağa gələnə qədər isə artıq Bakı qırğını haqqında rayon əhalisinə mütəmadi olaraq xəbərlər verilirdi. Sonra mən də öz növbəmdə yeni daxil olmuş məlumatları radioda səsləndirdim. Yerli əhaliyə Bakı qırğını haqqında məlumat vermək nə qədər vacib olsa da, bu haqda dünya ictimaiyyətinin bilməsi də çox önəmli idi. Çünki imperiyanın niyyəti xalqa qanlı divan tutmaqla, onun azadlıq əzmini qırmaqla yanaşı, həm də törətdiyi cinayəti dünya ictimaiyyətindən gizlədərək, onu ört-basdır etmək idi. Tərslikdən yerli radio qovşağının simli ötürücü olması və onun uzaq məsafələrə informasiya ötürmək qabiliyyətinin olmaması səsimizin boğulması demək idi. Bu problemin həlli ətrafında fikir mübadiləsi zamanı rabitə qovşağın rabitə mütəxəssislərindən biri xüsusi radioötürücü qurğu vasitəsi ilə bunun mümkün olduğunu, amma buna icazə olmadığını bildirdi. Təbii ki, o zamanlar efir DTK-nın tam nəzarətində olduğu üçün bu qeyri qanuni dalğa ilə efirə çıxmağın nə qədər təhlükəli olduğunu, şəhərin Moskvaya tabe olan DTK və əsgərlərin nəzarətində olduğunu bilsək belə, bu bizi haqq bildiyimiz işdən çəkindirə bilmədi.
Nəhayət həmin rabitə mütəxəssisi radio ötürücünün “Araz” dalğasında efir üçün tənzimlədiyini mənə xəbər etdi və mən Bakı qırğını haqqında efirdə məlumat verdim. Bundan qısa bir müddət keçdikdən sonra radio qovşağına “Amerikanın Səsi”, “Azadlıq”, “BBC” radiolarından verdiyimiz xəbərlə bağlı zənglər gəldi. Mən telefon vasitəsi ilə də Bakı qırğını haqqında onlara təkrar məlumat verdim. Bəli, bu gözlənilməz idi. Demə bizim haqq səsimizi dünya eşidibmiş. O günləri xatırlamaq ağır olsa da, itkilər versək də, xalqımız imperiyanın qarşısında əyilmədi, mərdliklə dayanıb öz müstəqilliyinə qovuşdu. Amma azadlığın yolu isə çox uzundur, onun yalnız başlanğıcı var. Təəssüf ki, hər zamanda olduğu kimi içimizdə imperiyanın son 2 əsrdə bizə verdiyi dərslərdən ibrət götürməyən, xalqın sərvətindən bəhrələnib, imperiyaya xidmət edən xəyanətkar, nankor, sapı özümüzdən olan baltalar hələ də qalmaqdadır və xalqı imperiyanın qanadı altına sürükləməkdə davam edirlər. Onlar barı Şəhidlər Xiyabanına baxıb, şəhid əsgər məzarlarından həya edib, xəyanətkarlığından əl çəksinlər. Çünki bizim müstəqil dövlətdə yaşamağımız məhz onların qanı bahasına başa gəlmişdir.
Son Tovuz döyüşlərində də belə üzümüzə gülüb, özünü dost göstərən rus imperiyası əslində işğalçı Ermənistanı silah-sursatla təmin edərək, xalqımıza qarşı xəyanətkar siyasətindən əl çəkmədiyini bir daha sübut elədi. Hazırda Azərbaycanımızın torpaqlarımızın işğaldan azad olunması istiqamətində apardığı hərbi əməliyyatları xalqın qəlbində “Qarabağ ruhu”nun ölmədiyini əksinə olaraq artığının gələcək nəsillərə örnək olacaq nümunəsini görürük. Bizim gücümüz isə yalnız vəhdət və birliyimizdədir əgər bunu yarada bilməsək, əlbəttə ki, bu əsrin sonuna qədər xalqımızın, dövlətimizin, torpaqlarımızın taleyi naməlum olaraq qalacaq. Azərbaycanı güclü edən də bu vətəndə yaşayan xalqların birliyi ayrılmazlığıdır.
“Respublika Talış Mədəniyyət Mərkəzinin” sədri Rafiq Cəlilov
Tarix: 28-09-2020, 17:08
-
Bu gün, 12:27
“Poz-Qazan”da bəxtəvər olmaq şansı neçə faizdir? Beş milyonda bir…
-
Bu gün, 12:18
Yas məclisləri ilə bağlı XƏBƏR - Bakıda tətbiq edilməyəcək
-
Bu gün, 12:08
108 il sonra Ərdoğan təkrarladı, yunanlar heyrətə gəldi: Xamenei detalı
-
Bu gün, 11:46
İki qardaş ölkələrin cəmi ixracatı dünyanın ən kiçik -cırtdan dövləti olan Sinqapurun ixracatından iki dəfə azdır
-
Bu gün, 10:10
İlqar Bayramlının "paslanmış, cürümüş" Peşə Liseyi - Arzu Əliyeva kimdir?
-
Bu gün, 10:01
“Heç bir MTK vətəndaşın evini özbaşına sökə bilməz” - “Bizim Ev” MTK sökə bilər...
-
Bu gün, 09:58
“QARA QİTƏ” UĞRUNDA ÖLÜM-DİRİM SAVAŞI... – Mineral resurslar bazarını kim ələ keçirəcək?
-
Dünən, 23:07
ASAN xidmət adı altında PUL TƏLƏSİ? - İş təcrübəçiyə həvalə olunursa...
-
Dünən, 23:06
Məmurların cəzasız qalan cinayətləri silsiləsindən: Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində rəsmi saxtakarlıqlar və qanunsuz təyinatlar zənciri
-
Dünən, 23:04
Binəqədidə maklerlər “at oynadır”: Böyükşor gölünü qurudub hissə-hissə “rasxoda” verən kimlərdir?
-
Dünən, 11:53
Aviasiyada gələcək inkişafın əsasını artıq beton deyil, rəqəmsal texnologiyalar təşkil edir
-
Dünən, 11:27
İcra başçısının oğlu klub direktorunu məhkəməyə verdi - İllərdir davam edən qalmaqal
-
Dünən, 11:20
“Rosko” məhsullarının istehsal prosesi necə təşkil olunub?
-
Dünən, 11:12
Bu rayonlarda əməliyyat: SAXLANILANLAR VAR
-
Dünən, 11:10
Milli Onkologiya Mərkəzi 35 milyonluq kimyəvi dərman preparatlarını, laborator reagentləri bu şirkətdən alacaq
-
Dünən, 09:43
Tramp: Kosmosda yerləşən müşahidə sistemlərimiz vasitəsilə İrandakı nüvə obyektlərini izləyirik
-
Dünən, 09:37
Azərbaycanın ən kasıb 10 RAYONU hansılardır?
-
Dünən, 07:44
Fərəcov yenə Nigar Bağırovaya 280 minlik tender verdi - Rəqəmlər hər il böyüyür
-
Dünən, 07:42
Ukrayna “Mavi axın” qaz kəmərinin stansiyasına hücum etdi
-
Dünən, 07:39
ABŞ kəşfiyyatından sensasiya: İran atəşkəs dövründə raket arsenalının yarısını bərpa edib
-
Dünən, 07:36
Rusların qorxulu kabusu – Ukrayna dronları... VİDEO
-
Dünən, 07:30
ABŞ Ukrayna üzərində uçuşa qadağan zona tətbiq edəcək
-
Dünən, 07:26
İcra hakimiyyətinin "tədbir gördük" dediyi QANUNSUZ OBYEKT İŞ BAŞINDA! - Şağanda nələr baş verir? VİDEO
-
8-07-2026, 22:55
Mədəniyyət Nazirliyinin vəzifəli əməkdaşı Bakıda özünə obyekt tikdirib – Təfərrüat
-
8-07-2026, 22:52
Sakinlərin səbri tükəndi: Metronun "Ulduz" stansiyasının çıxışı niyə bərbad haldadır? - VİDEO
-
8-07-2026, 22:50
KMBİ-dən “Any Unboxing”ə qarşı əməliyyat - 2,5 milyona yaxın ziyan dəyib-Video
-
8-07-2026, 22:47
AZAL təyyarələri Bakıya boş yerlərlə uçur - Naxçıvanda isə kassalarda bilet tapılmır
-
8-07-2026, 22:37
Əl şəkin insanlardan, imkan verin biznes qura, inkişaf etdirə bilsinlər
-
8-07-2026, 17:09
Azay Möhnətov adlı "Böyük Güc" - 5 ildir konpensasiyanı ödəmir
-
8-07-2026, 17:08
Tramp “Ərdoğanı qoymadım” dedi, sui-qəsd çağırışı edildi – Ankarada nə baş verir?