Qarabağ veteranı olan müəllim işdən çıxarılır - O, nazirə MÜRACİƏT ETDİ

Qarabağ veteranı, Bakıdakı orta məktəbdə müəllim işləyən Vaqif Əlisoy Təhsil naziri Emin Əmrullayevə və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyevə müraciət edərək, təhsildən uzaqlaşdırlmasının qarşısını almağı xahiş edib. Modern.az-ın məlumatına görə, V.Əlisoy müraciətində bildirib:
“Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmirullayevə və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyevə aşağıdakı şəkillə bir xatırlatma edirəm.
Cənablar, ölkənin müharibə şəraitində, 65 yaşı bəhanə edib mənim kimi müəllimləri məktəbdən uzaqlaşdırmağın yalnız bir adı var, düşmən dəyirmanına su tökmək. Həm millət və dövlət qarşısındakı xidmətlərimi, həm də təhsil sahəsində qazandığım nəticələri ortaya qoyub Sizdən cavab istəyirəm. Budurmu cənab Prezidentin, Ali Baş Komandanın Qarabağ əlil və vetaranlarına qayğı göstərmək barədə göstərişlərinə verilən cavab?
Araşdırın, Azərbaycan məktəblərində işləyənlər arasında mənim kimi müəllimlərin sayı nə qədərdir? Mən zamanında ən yüksək vəzifələrə dəvət edildim. Ancaq birinci Qarabağ savaşından sonra məktəbə qayıtmağı lazım bildim. Məqsədim bu millət, bu vətən üçün hər an döyüşə hazır olan gənclər yetişdirmək olub və mən buna nail olmuşam.
Bunu da sizə faktlarla sadalayıram. Şagirdlər və gənc müəllimlər üçün 1988-ci ildən başlayan erməni-rus işğalına qarşı igid oğulları başına yığıb döyüşə atılan, 1990-cı ilin 20 yanvar hadisələrində həbs olunaraq Rusiya həbsxanalarında saxlanılan, Xocalı və Qarabağ döyüşlərinin canlı şahidi olan, həmin vaxtlarda həyatını təhlükəyə atıb qeyrətli oğullarla yüzlərlə şəhid meyitini, qız-gəlini, əsir və girovu düşmənin əlindən alıb doğmalarına qaytaran, bu yolda qohumlarını, dostlarını, yaxınlarını itirən bir Qarabağ qazisinin, bir ziyalının, bir müəllimin keçdiyi yol nümunə deyilmi?
Mənim necə müəllim olduğumu işlədiyim məktəbin rəhbərliyi, iş yoldaşlarım, şagirdlərim və onların valdeynləri deyə bilər!
Dövlət və millət qarşısında xidmətlərimi bir tərəfə qoyuram. Bu xidmətlərim üçün heç "sağ ol!" da almamışam. Nə etmişəm, millətimiz və dövlətimiz üçün etmişəm. Bunu da məni tanıyanlar arasında bilməyən yoxdur.
Gənclərimiz üçün vətənpərvərlik ruhu aşılayan - Qarabağ döyüşlərindən bəhs edən "Kaş gözlərim kor olaydı" bədii-sənədli kitabın müəllifiyəm.
Hörmətli cənablar, təhsil sahəsindəki nəticələrimi də xatırladım: 2017-18-ci tədris ilində şagirdim Zamanlı Lamiyə respublika fənn olimpiadasında Azərbaycan dili və ədəbiyyatı fənni üzrə gümüş medal almış və həmin ildə 686 balla Dövlət İdarəçilik Akademiyasına qəbul olunmuşdur.
20-ci ildə dərs dediyim 11-ci sinfi bitirmiş 42 məzundan 35 nəfəri yüksək bal toplayaraq müxtəlif universtetlərə qəbul olunmaq ərəfəsindədirlər. Onlardan aşağıdakıları qeyd edə bilərəm:
Hüseynəliyeva Duyğu - 651 bal
Hidayətova Aytən - 641 bal
Mahmudova Vəsilə - 640 bal.
Mahmudova Rəşidə - 580 bal
Nəcəfova Nuray - 540 bal
Hümbətov Hümbət - 549 bal
Məhərrəmova Nəzrin - 537 bal
Məhərrəmli Şamxal - 528 bal
İsmayılzadə Aysu - 516 bal
Nəsibova Elza - 420 bal
Bunlar ən yüksək nəticə göstərən şagirdlərimdir.
Cənablar, mən dövlət, millət qarşısında xidmətlərimi, təhsil sahəsindəki uğurlarımı Sizin diqqətinizə çatdırdım. İndi deyin görək, Sizə nə cür müəllim lazımdır?”.
Tarix: 23-09-2020, 08:30
-
Bu gün, 10:51
Lənkəran Rayon Mərkəzi Xəstəxanasının 210 min manatdan çox VERGİ BORCU üzə çıxdı
-
Bu gün, 10:50
Dövlət maşını, YOXSA ,Bakı Şəhər Təhsil İdarəsinin müdiri NƏRMİNƏ xanımın uşağının OYUNCAĞI...
-
Bu gün, 10:50
Elbrus İsayev vergi borcu olan şirkəti seçdi - MMC Emin Əmrullayevin qaynına bağlı imiş? (FOTO)
-
Bu gün, 10:49
DEPUTATIN OĞLUNUN TƏKCƏ VERGİYƏ 500 MİN MANAT BORCU VAR - "Kristal" şirkəti ilə bağlı nə baş verir?
-
Bu gün, 10:49
Cavanşir Feyziyevin apteki dərmanları reseptsiz satırmış - Şirkəti cərimələndi
-
Bu gün, 09:34
“Dron ovçuları” Lenin Mavzoleyində: - avtomatlılar binanın damına yerləşdirilib
-
Bu gün, 09:19
Hər hekayənin görünməyən tərəfi var... - Günel Musa yazır...
-
Bu gün, 08:08
"OpenAI"da gizli mikrofon qalmaqalı: Keçmiş mühəndisin Səudiyyə Ərəbistanı ilə əlaqələri araşdırılır
-
Bu gün, 08:07
“Premium Residence” MTK NƏFƏSİMİZİ KƏSİR... - ÖZBAŞINA QALIBLAR...
-
Bu gün, 08:02
Albaniyada 10 gündür bitməyən toqquşmalar: Paytaxtda etiraz dalğası səngimir
-
Dünən, 23:52
Sənan Mənsimli yola salınır? - Qarabağ təhsilində kadr dəyişikliyi gözlənilir
-
Dünən, 23:02
"Servis+" MTK-da sakinləri ayağa qaldıran dələduzluq - Nazim Tahirov kürəkəni satdığı mənzilləri sürücüsü vasitəsilə geri alır
-
Dünən, 23:00
Şəkidə qanunsuz tikinti iddiası - "Yenilik" Ticarət Mərkəzi ərazisini genişləndirir
-
Dünən, 22:53
Təhsilin tənəzzülü yenə davam edəcək?
-
Dünən, 18:11
Ramiz Mehdiyevin “Tovuz Baltiya” HƏMLƏSİ - İLGİNC
-
Dünən, 18:07
Türkiyə şirkətinin QUMAR BİZNESİ ƏL DƏYİŞDİRİR
-
Dünən, 12:41
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası
-
Dünən, 12:16
Bakıda ölümlə nəticələnən davada saxlanılanlar var - Biri deputat oğludur
-
Dünən, 11:02
Bir ay əvvəl bağlanan “Na & El” yenidən açıldı: şirniyyat evindən natəmiz görüntülər —VİDEO
-
Dünən, 09:33
Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma... - Samir Feyruzov yazır
-
Dünən, 09:31
14 İCRA BAŞÇISININ TENDER OYUNU YOXLANILDI - Nələr üzə çıxmadı ki...
-
Dünən, 09:24
"Nefahim" MMC gömrük qaydasını pozdu - Cərimə olundu
-
Dünən, 09:15
Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama - Saxta diplomlar, maliyyə pozuntuları aşkarlandı
-
Dünən, 09:09
Müştəriləri aldatmaqda yarışa girənlər: “Kontakt Home”, “Baku Electronics” və... – AÇIQLAMA
-
23-10-2026, 21:30
Nizam Osmanovun polkovnik dostuna cinayət işi açıldı - “Salyanski kazarma”da yeyinti
-
23-10-2026, 21:25
İranın Hörmüz boğazındakı kabelləri hədəfə alması Körfəz ölkələri üçün ciddi təhlükə yarada bilər
-
23-10-2026, 14:58
BŞTİ müdirinə daha bir “dost” zərbəsi – MLK-da nə baş verir?!
-
23-10-2026, 14:38
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –FOTO
-
23-10-2026, 14:31
Bakıda çoxmərtəbəli binada 04:30-da da tikinti işləri davam etdirilir - Sakinlər narazıdır
-
23-10-2026, 10:14
FHN-in Baş İdarəsinin 30 min manatdan çox VERGİ BORCU VAR!