Sizə ölkədən çıxma qadağasını kim, necə və nə zaman qoya bilər? - VƏKİL İZAH EDİR

“Vətəndaşın ölkədən çıxışının məhdudlaşdırılması üçün iki şərt qanunla əksini tapmalıdır”.
Mülki Prosessual Məcəllə və Miqrasiya Məcəlləsinə dəyişikliklər edilməsi ilə bağlı təkliflər irəli sürülüb.
Xəbər verildiyi ki, təklifə əsasən, məcburi dövlət sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqlarını ödəməyənlərin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılacaq. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə edilən məsələlər sırasında yer alıb. Dəyişikliyə əsasən, vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta , icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tərtib edilmiş maliyyə sanksiyalarının ödənilməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda məhdudlaşmanın götürülməsi barədə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ məhdudlaşdırıla bilər.
Cebhe.info-ya açıqlamasında Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev deyib ki, dövlət borclarının ödənilməməsi şəraitində vətəndaşın ölkədən çıxışının məhdudlaşdırılması üçün iki göstərici qanunla əksini tapmalıdır:
“Əgər borc məhkəmə qərarı ilə tanınıbsa, qərarın icrasıyla bağlı borclunun ölkədən çıxışına qadağa qoyula bilər. Bircə vergi borcu istisna olaraq, digərlərində məhdudiyyəti məhkəmə qoyur. İndi vergi borcuna görə ölkədən çıxma qadağası məhkəməsiz də qoyula bilir. Yəni bu qanunvericilikdə var. Tutaq ki, kreditini ödəməyən şəxs barəsində məhkəmə qərarı var ki, həmin şəxsdən bu qədər pul tutulsun. Onu göndərirlər icraçıya, icraçı da həmin şəxsin ölkədən çıxışına qadağa qoya bilir.
İndi hamıdan tələb olunur ki, büdcə qarşısındakı borclarını ödəsin. Bura vergi, tibbi sığorta və digər ödənişlər daxildir. Hesab edirəm ki, ölkədən çıxışın məhdudlaşdırılmasında borcun məbləği də rol oynamalıdır. Bilirik ki, işsizlikdən sığorta haqlarının məbləği çox azdır. Məsələn, 50 qəpik və ya 2 manat. Belə məbləğə görə ölkədən çıxışa qadağa qoymaq doğru deyil. Ona görə də qanunvericilikdə göstərilməlidir ki, borc nə qədər və ondan yuxarı olarkən vətəndaşın ölkədən çıxışı məhdudlaşdırılacaq. 5 manatdan ötrü kiminsə xaricə çıxışına məhdudiyyət tətbiq etmək doğru sayılmaz. Bəlkə həmin şəxs özü də borclu olduğunu bilməyəcək.
Bunların hamısı mütləq məhkəmə qaydası ilə həll olunmalıdır. Yəni vətəndaşın ölkədən çıxışının məhdudlaşdırılması üçün iki hal qanunla əksini tapmalıdır. Bunlardan biri çölkədən çıxışa məhdudiyyət yarada biləcək məbləğin qəti şəkildə göstərilməsi, digəri isə məhkəmə qərarıdır”.
Vəkil vətəndaşın ölkədən çıxışını məhdudlaşdıran digər məqamlardan da danışıb:
“Bunlardan başqa vətəndaşın ölkədən çıxışına qadağa qoyula bilən digər nüanslar da var. Əgər vətəndaşa qarşı cinayət təqibi varsa, axtarılan və ya şübhəli şəxsdirsə, şərti azadlığa buraxılıbsa sistemdə onun ölkədən çıxışına qadağa qoyulur”.
Tarix: 14-09-2020, 12:40
-
Bu gün, 10:51
Lənkəran Rayon Mərkəzi Xəstəxanasının 210 min manatdan çox VERGİ BORCU üzə çıxdı
-
Bu gün, 10:50
Dövlət maşını, YOXSA ,Bakı Şəhər Təhsil İdarəsinin müdiri NƏRMİNƏ xanımın uşağının OYUNCAĞI...
-
Bu gün, 10:50
Elbrus İsayev vergi borcu olan şirkəti seçdi - MMC Emin Əmrullayevin qaynına bağlı imiş? (FOTO)
-
Bu gün, 10:49
DEPUTATIN OĞLUNUN TƏKCƏ VERGİYƏ 500 MİN MANAT BORCU VAR - "Kristal" şirkəti ilə bağlı nə baş verir?
-
Bu gün, 10:49
Cavanşir Feyziyevin apteki dərmanları reseptsiz satırmış - Şirkəti cərimələndi
-
Bu gün, 09:34
“Dron ovçuları” Lenin Mavzoleyində: - avtomatlılar binanın damına yerləşdirilib
-
Bu gün, 09:19
Hər hekayənin görünməyən tərəfi var... - Günel Musa yazır...
-
Bu gün, 08:08
"OpenAI"da gizli mikrofon qalmaqalı: Keçmiş mühəndisin Səudiyyə Ərəbistanı ilə əlaqələri araşdırılır
-
Bu gün, 08:07
“Premium Residence” MTK NƏFƏSİMİZİ KƏSİR... - ÖZBAŞINA QALIBLAR...
-
Bu gün, 08:02
Albaniyada 10 gündür bitməyən toqquşmalar: Paytaxtda etiraz dalğası səngimir
-
Dünən, 23:52
Sənan Mənsimli yola salınır? - Qarabağ təhsilində kadr dəyişikliyi gözlənilir
-
Dünən, 23:02
"Servis+" MTK-da sakinləri ayağa qaldıran dələduzluq - Nazim Tahirov kürəkəni satdığı mənzilləri sürücüsü vasitəsilə geri alır
-
Dünən, 23:00
Şəkidə qanunsuz tikinti iddiası - "Yenilik" Ticarət Mərkəzi ərazisini genişləndirir
-
Dünən, 22:53
Təhsilin tənəzzülü yenə davam edəcək?
-
Dünən, 18:11
Ramiz Mehdiyevin “Tovuz Baltiya” HƏMLƏSİ - İLGİNC
-
Dünən, 18:07
Türkiyə şirkətinin QUMAR BİZNESİ ƏL DƏYİŞDİRİR
-
Dünən, 12:41
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası
-
Dünən, 12:16
Bakıda ölümlə nəticələnən davada saxlanılanlar var - Biri deputat oğludur
-
Dünən, 11:02
Bir ay əvvəl bağlanan “Na & El” yenidən açıldı: şirniyyat evindən natəmiz görüntülər —VİDEO
-
Dünən, 09:33
Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma... - Samir Feyruzov yazır
-
Dünən, 09:31
14 İCRA BAŞÇISININ TENDER OYUNU YOXLANILDI - Nələr üzə çıxmadı ki...
-
Dünən, 09:24
"Nefahim" MMC gömrük qaydasını pozdu - Cərimə olundu
-
Dünən, 09:15
Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama - Saxta diplomlar, maliyyə pozuntuları aşkarlandı
-
Dünən, 09:09
Müştəriləri aldatmaqda yarışa girənlər: “Kontakt Home”, “Baku Electronics” və... – AÇIQLAMA
-
23-10-2026, 21:30
Nizam Osmanovun polkovnik dostuna cinayət işi açıldı - “Salyanski kazarma”da yeyinti
-
23-10-2026, 21:25
İranın Hörmüz boğazındakı kabelləri hədəfə alması Körfəz ölkələri üçün ciddi təhlükə yarada bilər
-
23-10-2026, 14:58
BŞTİ müdirinə daha bir “dost” zərbəsi – MLK-da nə baş verir?!
-
23-10-2026, 14:38
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –FOTO
-
23-10-2026, 14:31
Bakıda çoxmərtəbəli binada 04:30-da da tikinti işləri davam etdirilir - Sakinlər narazıdır
-
23-10-2026, 10:14
FHN-in Baş İdarəsinin 30 min manatdan çox VERGİ BORCU VAR!