“Pulumuzu qaytarsınlar, öz rayonlarımızda dincələk” - turpaket rezervasiya edənlərin şikayəti

“Türkiyədə 10 günlük istirahət etmək üçün 3100 manatlıq turpaket rezervasiya eləmişdim. Həmin məbləğin 2600 manatını da ödəmişdim. Tur mayın əvvəlində baş tutmalıydı. Amma koronavirusa görə səfərimiz təxirə düşdü. Turizm şirkətindən zəng edib bildirirlər ki, tur sentyabr ayında baş tuta bilər. Sərhədlər açılsa, tur baş tutsa belə, mən getməyə qorxuram. Necə əmin ola bilərəm ki, orada koronavirus olmayacaq? Bu səbəbdən də səfərdən imtina eləmək istədim. Amma mənə bildirdilər ki, ödədiyim məbləği tez bir zamanda almaq istəyirəmsə, 25 faiz cərimə olunacam. Əgər məbləği tam almaq istəyirəmsə, sərhədlərin açılmağını gözləməliyəm. Bu variantların heç biri məni qane etmir. Axı mən nəyə görə cərimələnməliyəm? Mən o məbləği elə indi götürərdim, rayonlara gediş-gəliş də açılır, elə öz rayonlarımızda dincələrdim də. Əvvəldən belə hallara görə bizə hansısa xəbərdarlıq olunmayıb”.
Bu sözlərin müəllifi Nigar Səfərovadır. O, “Yeni Müsavat”a müraciət edərək probleminin həll olunması üçün kömək istəyib. Bu məsələ ilə bağlı qəzetimizə şikayət edən tək Nigar Səfərova deyil, pulunu geri almaq istəyən çoxlu sayda insanlar var.
Məsələ ilə bağlı Azərbaycan Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadədən münasibət öyrəndik. O bildirib ki, insanlar turpaket aldıqları zaman müqavilə bağlamalı, şərtləri bilməlidirlər: “İlk olaraq onu deyim ki, AZAL-ın qərarı var, sərhədlər açılandan sonra insanlar müəyyən şərtlərlə ödədikləri məbləği geri ala bilərlər. Nə zaman olacağını bu qurumdan soruşmaq lazımdır. O ki qaldı insanların şikayətinə, turizm şirkətləri o xidmətləri satırlar, xidmət göstərmirlər. Yəqin həmin şəxs rezervasiyanı hansısa xarici ölkədə edib, əsas məsələ onlarlıqdır. Onu da deyim ki, dünyada heç kim koronavirusla bağlı problemə hazırlıqlı olmayıb. Nə vətəndaş, nə xidməti göstərən, nə satan şirkət belə bir halla üzləşəcəyini gözləmirdi. Əslində şirkət həmin vətəndaşa hansısa cərimə ilə məbləğin qaytarılmasını, turun vaxtının dəyişdirilməsini, yaxud da turun əvəzində vauçerin verilməsini təklif edə bilər. O da daha çox yerli şirkətlərdən yox, onların xarici tərəfdaşlarından asılıdır. Tutaq ki, hansısa vətəndaş Azərbaycan şirkəti vasitəsilə Türkiyədə hotellərdən birini rezervasiya edib. Azərbaycan şirkəti həmin məbləğin üzərinə faiz gələrək o xidməti satır. Yəni şirkətin gəliri həmin cüzi bir faizdədir. Cərimə edən orada xidmət göstərəndir”.
Kənan Quluzadə onu da əlavə edib ki, dövlətin bu məsələlərdə müdaxilə məhdudiyyətləri var: “Azərbaycan ərazisində Turizm Agentliyi olaraq hüquqi tələblər irəli sürə bilərik, amma başqa ölkədə buna ixtiyarımız yoxdur. Yəni oradakı şirkətlərə təsir göstərə bilmirik. Bu halda biz agentlik olaraq vətəndaşları və şirkətləri qarşılıqlı razılığa çağırırıq. Əgər həmin turizm şirkəti cəriməsiz, alternativ vaxt təklif edirsə, bu, ən əlverişli variantdır. Amma hamı nəzərə almalıdır ki, koronavirus bütün dünyada yayılıb. Və heç kim belə hadisənin baş verəcəyini proqnozlaşdırmırdı”.
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat katibi Paşa Kəsəmənski “Yeni Müsavat”a bildirib ki, sərnişinlərə aviabiletin dəyərinin geri qaytarılması əvəzinə vauçer formasında pul sənədi (EMD) təklif edilib: “Bu vauçeri ləğv edilmiş reysə biletin ilkin uçuş tarixindən etibarən iki il ərzində istifadə etmək mümkündür. Vauçer ”AZAL" və “Buta Airways” aviaşirkətlərinin bütün istiqamətlərində etibarlıdır. Vauçerin kodu sərnişinin elektron poçtuna göndəriləcək. Həmin kod aviaşirkətin rəsmi kassalarında və agentliklərində aviabiletin alışı zamanı təqdim edilə bilər. Əgər sərnişin yuxarıda qeyd edilən şərtlərlə razılaşmırsa, aviaşirkət normal fəaliyyətini bərpa etdiyi vaxtdan 60 gün sonra, sərnişinlər tərəfindən alınan aviabiletlərin tam dəyərini növbəli şəkildə qaytarmağa hazırdır".
P.Kəsəmənski sərhədlərin sentyabr ayında açılıb-açılmayacağına da münasibət bildirib: “Belə xəbərlərin haradan qaynaqlandığını bilmirəm. Sentyabr ayının sonuna kimi sərhədlərin açılması gözlənilmir”.
“Yeni Müsavat”
Tarix: 8-09-2020, 09:34
-
Bu gün, 10:51
Lənkəran Rayon Mərkəzi Xəstəxanasının 210 min manatdan çox VERGİ BORCU üzə çıxdı
-
Bu gün, 10:50
Dövlət maşını, YOXSA ,Bakı Şəhər Təhsil İdarəsinin müdiri NƏRMİNƏ xanımın uşağının OYUNCAĞI...
-
Bu gün, 10:50
Elbrus İsayev vergi borcu olan şirkəti seçdi - MMC Emin Əmrullayevin qaynına bağlı imiş? (FOTO)
-
Bu gün, 10:49
DEPUTATIN OĞLUNUN TƏKCƏ VERGİYƏ 500 MİN MANAT BORCU VAR - "Kristal" şirkəti ilə bağlı nə baş verir?
-
Bu gün, 10:49
Cavanşir Feyziyevin apteki dərmanları reseptsiz satırmış - Şirkəti cərimələndi
-
Bu gün, 09:34
“Dron ovçuları” Lenin Mavzoleyində: - avtomatlılar binanın damına yerləşdirilib
-
Bu gün, 09:19
Hər hekayənin görünməyən tərəfi var... - Günel Musa yazır...
-
Bu gün, 08:08
"OpenAI"da gizli mikrofon qalmaqalı: Keçmiş mühəndisin Səudiyyə Ərəbistanı ilə əlaqələri araşdırılır
-
Bu gün, 08:07
“Premium Residence” MTK NƏFƏSİMİZİ KƏSİR... - ÖZBAŞINA QALIBLAR...
-
Bu gün, 08:02
Albaniyada 10 gündür bitməyən toqquşmalar: Paytaxtda etiraz dalğası səngimir
-
Dünən, 23:52
Sənan Mənsimli yola salınır? - Qarabağ təhsilində kadr dəyişikliyi gözlənilir
-
Dünən, 23:02
"Servis+" MTK-da sakinləri ayağa qaldıran dələduzluq - Nazim Tahirov kürəkəni satdığı mənzilləri sürücüsü vasitəsilə geri alır
-
Dünən, 23:00
Şəkidə qanunsuz tikinti iddiası - "Yenilik" Ticarət Mərkəzi ərazisini genişləndirir
-
Dünən, 22:53
Təhsilin tənəzzülü yenə davam edəcək?
-
Dünən, 18:11
Ramiz Mehdiyevin “Tovuz Baltiya” HƏMLƏSİ - İLGİNC
-
Dünən, 18:07
Türkiyə şirkətinin QUMAR BİZNESİ ƏL DƏYİŞDİRİR
-
Dünən, 12:41
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası
-
Dünən, 12:16
Bakıda ölümlə nəticələnən davada saxlanılanlar var - Biri deputat oğludur
-
Dünən, 11:02
Bir ay əvvəl bağlanan “Na & El” yenidən açıldı: şirniyyat evindən natəmiz görüntülər —VİDEO
-
Dünən, 09:33
Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma... - Samir Feyruzov yazır
-
Dünən, 09:31
14 İCRA BAŞÇISININ TENDER OYUNU YOXLANILDI - Nələr üzə çıxmadı ki...
-
Dünən, 09:24
"Nefahim" MMC gömrük qaydasını pozdu - Cərimə olundu
-
Dünən, 09:15
Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama - Saxta diplomlar, maliyyə pozuntuları aşkarlandı
-
Dünən, 09:09
Müştəriləri aldatmaqda yarışa girənlər: “Kontakt Home”, “Baku Electronics” və... – AÇIQLAMA
-
23-10-2026, 21:30
Nizam Osmanovun polkovnik dostuna cinayət işi açıldı - “Salyanski kazarma”da yeyinti
-
23-10-2026, 21:25
İranın Hörmüz boğazındakı kabelləri hədəfə alması Körfəz ölkələri üçün ciddi təhlükə yarada bilər
-
23-10-2026, 14:58
BŞTİ müdirinə daha bir “dost” zərbəsi – MLK-da nə baş verir?!
-
23-10-2026, 14:38
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –FOTO
-
23-10-2026, 14:31
Bakıda çoxmərtəbəli binada 04:30-da da tikinti işləri davam etdirilir - Sakinlər narazıdır
-
23-10-2026, 10:14
FHN-in Baş İdarəsinin 30 min manatdan çox VERGİ BORCU VAR!