Rövşən Rzayev nə ilə fərqlənə bildi? - Görünəni budur ki...

Son bir neçə həftədir ki,deputat Mahir Abbaszadənin rəhbəri olduğu Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun qaçqınların və məcburi köçkünlərin sosial həyat tərzinin yaxşılıaşdırılması məqsədi ilə ayırdığı 15 milyon manatlıq 3 sifarişi tender yolu ilə özünə məxsus şirkətə verməsi ətrafında müzakirələr səngimək bilmir.Mahir Abbaszadənin sözügedən quruma rəhbər təyin edilməsindən qısa zaman keçməsinə baxmayaraq bu kimi qanun pozuntularına yol verməsi artıq geniş ictimaiyyət tərəfindən də narazılıqla qarşılanır.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin də sözügedən quruma rəhbər təyin olunmasından çox vaxt keçməyib.Lakin burada da artıq narazılıqlar baş verməkdir.Dövlətin qaçqınların və məcburi köçkünlərin sosial həyat tərzinin yaxşılıaşdırılması istiqamətində gördüyü işlərdə eyni funksiyanı daşıyan bu qurumlarda bu gün nələr baş verir? Şəffaflıq adı altında yaradılmış görüntülərin arxasında əslində nələr dayanır?
Qeyd edək ki,məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərə bir cavabdeh qurum da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentidir.Sözügedən bu qurumda da vaxtı ilə çox ciddi qanun pozuntularına yol verilməsi barədə dövrü mətbuatda kifayət qədər məlumatlara rast gəlmək mümkündür.Millət vəkili Rövşən Rzayevin 2018-ci ilin aprel ayında sözügedən quruma rəhbər təyin edilməsindən sonra burada köklü dəyişikliklərin olacağı gözlənilsə də,bu baş vermədi.Dəyişən yalnız Rövşən Rzayev və onun başına topladığı dost,tanışlarından ibarət komandası oldu.Doğma torpaqlarından didərgin düşmüş məcburi köçkünlər isə mənzillərin bölüşdürülməsindən tutmuş, bir çox digər həlli uzadılan sosial problemlərdən bu gün də şikayətçidirlər.Bəs Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentı bu istiqamətdə nə kimi işlər görür?
Aktualinfo.org-un əldə etdiyi məlumatlara görə Departamentin yeni direktoru,Rövşən Rzayevə yaxınlığı ilə tanınan Səbuhi Əhmədov da sələflərinin yolunu davam etdirməyə başlayıb.Artıq direktorun məcburi köçkünlərin sosial həyat tərzinin yaxşılıaşdırılması istiqamətində həyata keçirilmiş və davam etdirilən bir çox layihələrin icrasından özünə yeni-yeni gəlir yerlərinin müəyyənləşdirməsi barədə məlumatlar dolaşır.Verilmiş məlumatlar ətrafında apardığımız araşdırmalar zamanı əldə etdiklərimiz,söylənilənlərin heç də təsadüf olmadığını üzə çıxardı.Belə ki,qurumun elan etdiyi bir çox tender prosudurunda yol verilmiş qanun pozuntuları şübhələri artırmış oldu.Direktor Səbuhi Əhmədovun göz yumduğu bu qanun pozuntuları nələrdən ibarətdir?
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin 2020-ci ilin yeddi ayı ərzində keçirdiyi tenderlər ətrafında apardığımız araşdırmalar burada hər şeyin heç də şəffaf olmadığını bir daha göstərdi.Belə ki,Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti tərəfindən 1100 litrlik yeni dəmir tullantı qutularının alınması üzrə keçirilmiş tenderin qalibi olmuş “Emin-85” MMC ilə 05.08.2020-ci il tarixdə satınalma müqaviləsi bağlanıb. Bağlanmış müqavilədə qurumun 149700 manata almaq istədiyi tullantı qutularının dəqiq sayının dərc olunmuş elanda göstərılməməsi bir şübhə yaradır.İkinci bir şübhə isə qalib şirkətin özündədir. Belə ki, şirkət sözügedən qurumla müqavilə bağlamamışdan cəmi iki ay əvvəl yaradılb ki bu da satınalmalar haqqında qanunun tələblərinə ziddir.
Qeyd edək ki,Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarda “EMİN-85” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 05.06.2020-ci il tarixdə dövlət qeydiyyatına alındığı qeyd olunub.Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının Bakı şəhəri Nərimanov rayonu,Əhməd Rəcəbli 2, ev 1,qanuni təmsilçisinin isə İbrahimov Emin Rəfael oğlu olduğu göstərilir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin 05.08.2020-ci il tarixdə müqavilə bağladığı bir şirkət də “DƏNİZÇİ E”Məhdud Məsuliyyətli Cəmiyyətidir. Qurum bu şirkətlə abadlıq işlərinin aparılması üçün 48950 manat dəyərində müqavilə bağlayıb.Departament sözügedən şirkətlə 21.02.2020-ci il tarixdə isə dəftərxana və ofis ləvazimatlarının alınması üçün 49886 manat dəyərində daha bir müqavilə də bağlayıb. Maraqlıdır deyilmi,abadlıq işləri hara,dəftərxana ləvazimatları hara?Bu şirkət də birinci müqavilə bağlanmamaışdan iki ay əvvəl,ikinci müqavilədən isə 8 ay əvvəl yaradılıb.
Qeyd edək ki,Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarda “DƏNİZÇİ E” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 12.12.2019-cu il tarixdə dövlət qeydiyyatına alındığı qeyd olunub.Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının Bakı şəhəri Suraxanı rayonu,Əmircan qəsəbəsi,Əli Bayramov ev 8,qanuni təmsilçisinin isə Hacıyev Elmin Elçin oğlu olduğu göstərilir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin 30.06.2020-ci il tarixdə müqavilə bağladığı bir şirkət də “BAKU CLEANİNG” Məhdud Məsuliyyətli Cəmiyyətidir.Departament bu şirkətlə avadanlığın alınması üzrə 48820 manat dəyərində müqavilə bağlayıb.Departament sözügedən şirkətlə 06.05.2020-ci il tarixdə isə təhlükəsizlik kameralarının quraşdırılması üçün 41478 manat dəyərində daha bir müqavilə də bağlayıb.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarda sözügedən “BAKU CLEANİNG” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 11.12.2019-cu il tarixdə dövlət qeydiyyatına alındığı qeyd olunub.Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının və qanuni təmsilçisinin “Dənizçi E” MMC ilə eyni olması burada diqqət çəkir. Yəni hüquqi ünvanının Bakı şəhəri Suraxanı rayonu,Əmircan qəsəbəsi,Əli Bayramov ev 8,qanuni təmsilçisinin isə Hacıyev Elmin Elçin oğlu olduğu göstərilir. Dörd ay ərzində bir nəfərə məxsus ayrı-ayrı MMC ilə ayrı-ayrı satınalmalar üzrə ümumi dəyəri 188134 manat olan müqavilələrin bağlanılması nə dərəcədə qanunauyğun bir haldır.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin 03.06.2020-ci il tarixdə müqavilə bağladığı bir şirkət də “SİMMETRİYA” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Sözügedən qurum bu şirkətlə 18 ədəd fərdi yaşayış evlərinin təmiri üçün 241121 manat dəyərində müqavilə bağlayıb. Departament sözügedən şirkətlə 13.09.2019-cu il tarixdə isə Mingəçevir şəhərində “Yeni Həyat” məcburi köçkün qəsəbəsində daxilli yolların təmiri üçün 190853 manat dəyərində daha bir müqavilə də bağlayıb.Evlərin təmiri hara,yolların təmiri hara?Evlərin təmirinə ayrılmış vəsaitlərdə də şübhəli məqamlar var.Hər bir evin təmirinə nə qədər vəsait ayrıldığə bəlli olmasa da,orta hesabla bir evin təmirinə 13 395 manat düşür.Burada nə kimi işlərin görülməsini yalnız yerində baxdıqdan sonra qiymət vermək olar.
Qeyd edək ki,Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarda “SİMMETRİYA” Məhdud Məsuliyyətli Cəmiyyətinin Şəmkir rayonunda yerləşən 14 saylı Ərazi Vergilər İdarəsində 18.11.2002-ci il tarixdə dövlət qeydiyyatına alındığı qeyd olunub.Nizamnamə kapitalı 6 manat olan MMC-nin hüquqi ünvanının Şəmkir rayonunun Dəllər qəsəbəsi,qanuni təmsilçisinin Ağayev Ağa Xaqani oğlu olduğu göstərilir. Nizamnamə kapitalı cəmi 6 manat olan bu MMC ilə 8-9 ay ərzində ümumi dəyəri 431 974 manat olan müqavilələrin bağlanılması da şübhələrə yol açmırmı?
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin 02.04.2020-ci il tarixdə müqavilə bağladığı bir şirkət də “AZ.MON-1”Məhdud Məsuliyyətli Cəmiyyətidir.Sözügedən qurum bu şirkətlə 8 ədəd söhbətgahların quraşdırılması üçün 49755.41 manat dəyərində müqavilə bağlayıb.Müqavilədən belə çıxır ki, 1 ədəd “besedkanın” quraşdırılması departamentə 6219 manata başa gələcək.Burada 1 “besedkanın” 6219 manata başa gəlməsi nə dərəcədə real rəqəmlərdir.Departament sözügedən şirkətlə ötən il də,yəni 05.09.2019-cu il tarixdə də məcburi köçkünlər üçün salınmış qəsəbələrdə söhbətgahların quraşdırılması üçün 49845.12 manat dəyərində bir müqavilə də bağlayıbmış.Bu “besedkalar” quruma neçəyə başa gəlməsi məlum olmasa da ümumi olaraq 100 min manat civarında vəsait xərclənməsi görsənir.
Qeyd edək ki,Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarda “AZ.MON-1” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 15.09.2009-cu il tarixdə dövlət qeydiyyatına alındığı qeyd olunub.Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının Bakı şəhəri Suraxanı rayonu,Qaraçuxur qəsəbəsi,məhəllə 4042/4060, ev 7, m. 21,qanuni təmsilçisinin isə Həsənov Heydər Bayram oğlu olduğu göstərilir.
Bağlanmış müqavilələrdən də görsəndiyi kimi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin fəaliyyətində heç nə dəyişməyib,bir korrupsiyalaşmış dəstə digəri ilə əvəz olunub.Bəs onda keçmiş sədr Əli Həsənovla Rövşən Rzayevin arasında nə fərq var? Fərq ondadır ki,Rövşən Rzayev doğma torpaqlarından didərgin düşmüş qaçqınların və məcburi köçkünlərin sosial həyat şəraitinin yaxşılaşdırılması istiqamətində tez-tez görüşlər keçirir,süni görüntülər yaradır,insanları hər şeyin şəffaf keçirildiyinə inandırır.Əslində isə hər şey heç də şəffaf keçirilmir,arxada sədrin dost,tanışlarından ibarət yeni dəstəsi tərəfindən çirkin işlər görülür.Eynən sabiq sədr Əli Həsənovun və onun korrupsiyalaşmış dəstəsinin dövründəki kimi.
Aktualinfo.org
Tarix: 8-08-2020, 07:56
-
Bu gün, 12:05
Şuşa sakinləri evlərini kirayə verirlər – Bir günü 150 manata
-
Bu gün, 12:01
"Minlərlə insan vaxtını itirir, əsəbləri tarıma çəkilir..." - AXI NİYƏ?..
-
Bu gün, 11:57
Səfərbərlik Xidməti tender keçirmədən 627 min manatlıq geyim alır-qanunlar belə pozulur
-
Bu gün, 09:49
Ukrayna bir gecədə 4 OZON anbarını məhv etdi
-
Bu gün, 09:43
Abdin Fərzəliyevin rəhbərlik etdiyi rayonda çoxmərtəbəli bina 3 mərtəbəlik sənədlə tikilir?
-
Bu gün, 09:40
“Abşeron City”də zirzəmi divarları gecə ilə söküldü - Sakinlər narahatdır
-
Bu gün, 09:38
"SOCAR" da faciə - Qaldırıcı qurğu aşdı, işçi öldü
-
Bu gün, 09:36
Tərtər, Ağdaş, Bərdə, Goranboy və Bakının Yasamal rayonunda işıq kəsiləcək
-
Dünən, 22:27
Yeni tədris ilinə az qalır: bir şagird üçün məktəbli forması dəsti neçəyə başa gəlir? - VİDEO
-
Dünən, 17:23
Ömər Balacayev hansı pullar hesabına bu təmtərağı yaşayır?.. - İşçilər soruşur...
-
Dünən, 17:05
Bakı bu ölkə ilə tarixi sənəd imzalayacaq – Müttəfiqlik yeni mərhələyə keçir!
-
Dünən, 11:30
Emin Əmrullayevlə Elnur Əliyevin yolları ayrılır? - Təhsil sistemində yeni gərginlik
-
Dünən, 10:48
Taxıl, ət, qarğıdalı bahalaşır - Dünya ərzaq böhranına gedir
-
Dünən, 10:43
Nizami rayonunda yaşıllıq ərazisi məhv edildi - Ağacları kim və hansı əsasla kəsir?
-
Dünən, 10:40
Erməni deputat: “Azərbaycan mənim düşmənimdir”
-
Dünən, 10:36
Salyanda dövlətə qarşı təxribat? General Ceyhun Həsənovun adı “Aqro Park” qalmaqalında — Təsərrüfatların suyu kəsildi - VİDEO
-
22-08-2026, 09:02
“Biabırçılıqdır, fırıldaqçılıq edirlər”
-
22-08-2026, 08:01
Səfirin mətbuat konfransında protokol pozuntusu…
-
21-08-2026, 23:07
Bakıda 4 milyon manatlıq qızıl qaçaqmalçılığı: Dəstə necə ifşa olunub? (VİDEO)
-
21-08-2026, 23:03
Hazırda Körfəzdəki tankerlərdə 41 milyon barel neft var
-
21-08-2026, 22:54
Xəstəxanada izdiham: "Dörd gündür həkim qəbuluna düşə bilmirəm" - VİDEO
-
21-08-2026, 22:48
Novxanıda “yol əhvalatı”: Şəxsi rahatlıq naminə ictimai əmlak bərbad hala salınıb
-
21-08-2026, 22:44
ADY-dən şikayət: Qatarlar ünvana 2 saat gec çatır - BU NƏDİ BELƏ?
-
21-08-2026, 22:40
İmtahanla çıxara bilmədikləri işçiyə ZORLA ƏRİZƏ YAZDIRIRLAR - ÖZBAŞINA QALIBLAR...
-
21-08-2026, 18:30
Səfərbərlik Xidməti 748 minlik nəqliyyat vasitəsi alır
-
21-08-2026, 18:28
Nazirin sinif yoldaşı olmaq Valeh Mirzaliyevə nələr qazandırır? - İLGİNC FAKTLAR
-
21-08-2026, 18:25
QHT-lərə Dövlət Dəstəyi Agentliyi “yalan vədlər” fabriki kimi... -...dövlət büdcəsi havaya sovrulur
-
21-08-2026, 18:23
Büdcə belə talanır - Nazirin qaynının biznes sxemi VİDEO
-
21-08-2026, 12:12
İcra başçısı ondan 200 min manat rüşvət alaraq vəzifə verib?: İDDİA - SƏS YAZISI
-
21-08-2026, 11:42
Elm və Təhsil Nazirliyi 10 milyonu haraya xərcləyəcək?