“Cənubi Qafqazda proseslərin axarını dəyişə biləcək ölkə hələ də Rusiyadır” - MALƏSƏF...

Qarabağ üzərində suverenliyimiz bərpa olandan sonra gündəmə sövq-təbii Azərbaycanın işğal altındakı 8 kəndi (4-ü anklavdır) məsələsi gəlib. Lakin təəssüf ki, rəsmi İrəvanın bu yöndə konstruktiv hərəkətliliyi müşahidə edilmir. Bu da Bakının məsələni güc müstəvisində həll edəcəyi ehtimalını artırır.
“Ermənistanın işğalı altında olan 8 kənddən 4-ü anklav deyil, dərhal geri qaytarılmalıdır və Azərbaycan Ordusu da oraya istənilən vaxt daxil ola bilər. Buna görə nə Ermənistan, nə də beynəlxalq ictimaiyyət ölkəmizə etiraz edə bilər. Çünki beynəlxalq hüquq da bizə bu haqqı verir”.
Bunu politoloq Elxan Şahinoğlu deyib.
İki ölkə arasında sərhədlərin delimitasiyasının vaxt aparacağını bildirən politoloq ardınca deyib: “Fikrimcə, delimitasiya komissiyalarının iclaslarından qısa müddət ərzində nəticə çıxmayacaq. Sərhədlərin delimitasiyası prosesi uzun çəkəcək. Strateji müttəfiqimiz olan Gürcüstanla belə hələ də sərhədlərin dəqiqləşdirilməsi yekunlaşmayıb. Ermənistanla isə məlum səbəblərə görə danışıqlar daha çox vaxt aparacaq. Bütün hallarda cənab Prezidentin də 10 yanvar 2024-cü il müsahibəsində qeyd etdiyi kimi, 8 kənd məsələsi danışıqlarda prioritetdir. Ancaq Paşinyanın kəndləri qaytarmaq fikrində olmadığını, yaxud məsələni qəsdən uzatdığını düşünürəm. Çünki kəndlərin qaytarılmasının mövqelərini zəiflədəcəyini fikirləşir. Eyni zamanda sülh müqaviləsinin imzalanması məsələsində də irəliləyiş yoxdur”.
Bəs Azərbaycan bu 4 kəndə girsə, konkret olaraq Rusiyanın, İranın, Qərbin (özəlliklə ABŞ və Fransanın) mümkün reaksiyası necə ola bilər? İrəvan bunu bəhanə edə bilərmi? Sülh danışıqlarında bu səbəbdən ləngimə, durğunluq mümkünmü?
Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev mövzu ətrafında fikirlərini “Yeni Müsavat”la bölüşdü: “Azərbaycana məxsus 8 kəndin geri qaytarılma məsələsi hər zaman hakimiyyət tərəfindən yürüdülən siyasətin, aparılan davamlı danışıqların əsas prioritetlərindən biri olub və nəticə əldə edilənə qədər də belə olacaq. Təbii ki, Paşinyan və Ermənistan sülh müqaviləsinə, bölgədə normal münasibətlərin formalaşmasına, sabitliyin bərqərar olmasına necə etinasız və məsuliyyətsiz yanaşırsa, həmin kəndlərin taleyi ilə bağlı mövzuya da eyni cür yanaşır. Üstəlik, Ermənistan belə yanaşmanın nə ilə nəticələndiyini artıq öz həyatında, proseslərin gedişində aydın görüb və hiss edib. Fəqət, nəticə çıxarıbmı? Çıxarmayıb! Çünki həmin nəticəni, nəticələri hesablamaq qabiliyyətləri yoxdur. Ona görə ki, onların proqnoz siyasəti kökündən yanlışdır. Fərqində deyillər ki, beynəlxalq hüquq da, gəlib-keçən bütün konvensiyalar da tamamilə imkan verir ki, bizə aid hətta bir qarış torpağın da düşmən əlində qalmaması, geri qaytarılması üçün mübarizənin bütün formalarından istifadə edək.
O ki qaldı Azərbaycanın həmin kəndləri öz məqbul bildiyi üsulla qaytaracağı, növbəti dəfə “dəmir yumruq”u bədnam düşmənin başına endirəcəyi halda kimlərinsə verəcəyi, verə biləcəyi reaksiyalara... Biz həmin reaksiyaları zaman-zaman görmüşük və həddini aşan hər kəsin də cavabını yerindəcə vermişik.
Azərbaycan hazırda o qədər güclüdür ki, bizi yenidən silah qaldırmağa məcbur etmək Ermənistan tərəfdən çox böyük ağılsızlıq olardı. Hərçənd onlarda ağılın olmadığı onsuz da dəqiqdir, amma yenə də bir hədd var. O həddə çatdırmasınlar bizi".
Deputat kəndlər barədə çox ümidlidir: “Təbii ki, həmin kəndlər qayıdacaq. Mütləq qayıdacaq, ya diplomatiya, ya da hərb yolu ilə. Nəyi nə zaman etməyin ən düzgün yolunu, qaydasını, zamanını isə sadəcə cənab Prezident bilir. Zatən bizi xoş günlərə, suverenliyimizə qovuşduran da odur, onun məqbul bildiyi strategiyadır, yürütdüyü müdrik siyasətdir. Bundan sonra da rəhbərimiz, Ali Baş Komandanımız nə desə, necə məsləhət bilsə, o cür də hərəkət edəcəyik”.
AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov əslində erməni tərəfin bu kəndlərin Azərbaycana aid olduğunu təsdiqlədiyini xüsusi vurğuladı: “İstər anklavda olan kəndlərimiz Kərki, Sofulu, Barxudarlı, Yuxarı Əskipara, istərsə də hələ də erməni işğalı altında olan digər 4 kəndimiz - Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli bütün dünya tərəfindən, o cümlədən də Ermənistanın özü tərəfindən tanınan Azərbaycan əraziləridir. Ermənistan 86.6 min kvadrat kilometr sərhədlər səviyyəsində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etməklə Qarabağ kimi faktiki olaraq bu kəndlərin də Azərbaycana aid olduğunu rəsmi şəkildə təsdiqləyib. Odur ki, Azərbaycan istənilən vaxt nəinki 4 kənddə, eləcə də anklavda olan kəndlərimizdə də hərbi əməliyyatlar keçirmək hüququna malikdir. Söhbət 12 390 hektar böyüklüyündə ərazidən, başqa sözlə desək, Azərbaycanın ümumi ərazisinin 0,14 faizindən gedir. 8 kəndimizlə bağlı məsələ uzun müddətdir müzakirə olunmasına baxmayaraq, Ermənistanın qeyri konstruktiv mövqeyi səbəbilə hələ ki, müsbət irəliləyişlər müşahidə olunmur. Həm İkinci Qarabağ savaşı, həm də ondan sonrakı dövrün təcrübəsi göstərir ki, biz bu müddət ərzində ərazi bütövlüyü və suverenliyimizin bərpası ilə bağlı əldə etdiyimiz uğurların hamısına güc yolu ilə nail olmuşuq. Keçən üç il ərzində istər Laçın şəhərinin düşməndən təmizlənməsi, istər Laçın sərhədində nəzarət-buraxılış məntəqəsinin qurulması, istər qeyri-qanuni hərbi brləşmələrin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, istərsə də xunta rejiminin özünü buraxmaq haqqında qərar qəbul etməsi danışıqlarla deyil, məhz güc tətbiqi ilə mümkün olub. Odur ki, indiki mərhələdə də məsələnin güc müstəvisində həll olunması daha real görünür. Bunun üçün Azərbaycan tərəfinin eynilə Laçın şəhərinin boşaldılması kimi konkret vaxt verməsi lazımdır. Əgər verilən vaxta qədər müsbət addımlar atılmazsa, o zaman hərbi əməliyyatlara başlamaqdan başqa yol qalmayacaq.
Azərbaycan hələ ki kəndlərimizlə bağlı məsələnin sərhədlərin delimitasiyası prosesi çərçivəsində həll olunmasını istəyir. Amma məncə, burada söhbət heç də bütün 8 kənddən getməməlidir. Delimitasiya prosesi çərçivəsində anklav kəndlərlə bağlı müzakirələr aparıla bilər, amma ərazilərimizə bitişik dörd kəndin qaytarılması üçün hər hansı bir müzakirəyə ehtiyac da yoxdur.
Güc tətbiqi halında beynəlxaq birliyin və region ölkələrinin reaksiyasına gəldikdə isə, təbii ki, müxtəlif səviyyəli təpkilər olacaq. Onsuz da beynəlxalq birlik artıq uzun müddətdir ki, Azərbaycanın Ermənistana hücum edəcəyi ilə bağlı əsassız məlumatlar əsasında müxtəlif bəyanatlar, qətnamələr qəbul edir. Odur ki, kəndlərimizdən erməni işğalçılarının çıxarılması ilə bağlı məsələ ciddi şəkildə həm Ermənistanın, həm də beynəxalq qurumların qarşısında qaldırılmalıdır. Yenə təkrar edirəm, bütün dünyanın, o cümlədən də Ermənistanın Azərbaycan əraziləri olduğunu şübhə altına almadığı kəndlərimizdə hərbi əməliyyatlar keçirə biləcəyimizlə bağlı konkret mövqe ortaya qoyulmalı və vaxt verilməlidir. Ayrı-ayrı dövlətlərin və beynəlxalq birliyin bununla bağlı Ermənistana təzyiqinə nail olunmalıdır. Bundan sonra istər İranın, istərsə də ABŞ və Fransanın nə deməsindən asılı olmayaraq kəndlərimizin geri qaytarılması üçün konkret addımlar atılmalıdır".
Siyasi analitik Asif Nərimanlı isə bildirdi ki, Azərbaycan hələ də işğal altında qalan 8 kəndin qaytarılması üçün iki mərhələli həll variantını irəli sürür: “Birinci mərhələdə anklav olmayan 4 kənd qaytarılır, anklav olan digər 4 kənd ikinci mərhələdə müzakirəyə başlanır. Problemin yeganə həlli yolu budur. Ermənistan tərəfinin bu variantı qəbul etməyəcəyi, ümumiyyətlə, kəndləri qaytarmaq niyyətində olmadığı aydındır. Digər tərəfdən, rəsmi İrəvan 8 kəndin qaytarılmasını "anklavların hüquqi əsaslarına" bağlayaraq, prosesi uzadır. Bakının təklif etdiyi anklav olmayan 4 kənd məsələsinə qarşı da “erməni anklavlarının qaytarılması”nı irəli sürür, bununla prosesi tormozlayır. Bu halda ordunun hərəkətə keçməsi, digər kəndlərə bitişik olan 4 kəndə nəzarəti bərpa etməsi yeganə variant olaraq ortaya çıxır. Belə bir addım atılarsa, Türkiyədən başqa heç bir ölkə Azərbaycanı dəstəkləməyəcək. Lakin qarşı çıxan ölkələrin də praktiki müstəvidə ciddi addım atmayacağını düşünürəm. Sərt bəyanatlar veriləcək, hətta Qərbdə praktiki təsirləri olmayan qətnamələr, qərarlar qəbul ediləcək, amma real vəziyyətlə barışmalı olacaqlar. Birincisi, sərhəd delimitasiya edilməyib, buna görə Azərbaycanın Ermənistan ərazisinə müdaxilə etdiyini iddia etsələr də, isbat edə bilməzlər. İkincisi, Ermənistanın baş naziri Nikol Paşinyan da bu kəndlərin Azərbaycana məxsus olduğunu etiraf edib. Üçüncüsü, Cənubi Qafqazda proseslərin axarını dəyişə biləcək ölkə hələ də Rusiyadır. Moskva bu prosesə müdaxilə etməyəcək, təkcə Azərbaycan və Türkiyə ilə münasibətlərə görə yox, həm də Qərbin bölgəyə girişməsini istəmədiyi üçün. İran da müəyyən bəyanatlar versə də, etiraz mövqeyi yalnız fikirdə qalacaq. Bölgədəki siyasi mənzərəyə və güc balansına nəzər yetirdikdə, bu ssenarinin baş verə biləcəyi ehtimalı ön plana çıxır. Lakin ordunun hərəkətə keçməsi ən son variantdır. Azərbaycan hərbi gərginliyə səbəb olacaq növbəti hadisədə maraqlı deyil. Hadisələrin inkişafını isə Ermənistanın atacağı addımlar müəyyənləşdirəcək".
Tarix: 6-02-2024, 10:38
-
Bu gün, 10:51
Lənkəran Rayon Mərkəzi Xəstəxanasının 210 min manatdan çox VERGİ BORCU üzə çıxdı
-
Bu gün, 10:50
Dövlət maşını, YOXSA ,Bakı Şəhər Təhsil İdarəsinin müdiri NƏRMİNƏ xanımın uşağının OYUNCAĞI...
-
Bu gün, 10:50
Elbrus İsayev vergi borcu olan şirkəti seçdi - MMC Emin Əmrullayevin qaynına bağlı imiş? (FOTO)
-
Bu gün, 10:49
DEPUTATIN OĞLUNUN TƏKCƏ VERGİYƏ 500 MİN MANAT BORCU VAR - "Kristal" şirkəti ilə bağlı nə baş verir?
-
Bu gün, 10:49
Cavanşir Feyziyevin apteki dərmanları reseptsiz satırmış - Şirkəti cərimələndi
-
Bu gün, 09:34
“Dron ovçuları” Lenin Mavzoleyində: - avtomatlılar binanın damına yerləşdirilib
-
Bu gün, 09:19
Hər hekayənin görünməyən tərəfi var... - Günel Musa yazır...
-
Bu gün, 08:08
"OpenAI"da gizli mikrofon qalmaqalı: Keçmiş mühəndisin Səudiyyə Ərəbistanı ilə əlaqələri araşdırılır
-
Bu gün, 08:07
“Premium Residence” MTK NƏFƏSİMİZİ KƏSİR... - ÖZBAŞINA QALIBLAR...
-
Bu gün, 08:02
Albaniyada 10 gündür bitməyən toqquşmalar: Paytaxtda etiraz dalğası səngimir
-
Dünən, 23:52
Sənan Mənsimli yola salınır? - Qarabağ təhsilində kadr dəyişikliyi gözlənilir
-
Dünən, 23:02
"Servis+" MTK-da sakinləri ayağa qaldıran dələduzluq - Nazim Tahirov kürəkəni satdığı mənzilləri sürücüsü vasitəsilə geri alır
-
Dünən, 23:00
Şəkidə qanunsuz tikinti iddiası - "Yenilik" Ticarət Mərkəzi ərazisini genişləndirir
-
Dünən, 22:53
Təhsilin tənəzzülü yenə davam edəcək?
-
Dünən, 18:11
Ramiz Mehdiyevin “Tovuz Baltiya” HƏMLƏSİ - İLGİNC
-
Dünən, 18:07
Türkiyə şirkətinin QUMAR BİZNESİ ƏL DƏYİŞDİRİR
-
Dünən, 12:41
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası
-
Dünən, 12:16
Bakıda ölümlə nəticələnən davada saxlanılanlar var - Biri deputat oğludur
-
Dünən, 11:02
Bir ay əvvəl bağlanan “Na & El” yenidən açıldı: şirniyyat evindən natəmiz görüntülər —VİDEO
-
Dünən, 09:33
Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma... - Samir Feyruzov yazır
-
Dünən, 09:31
14 İCRA BAŞÇISININ TENDER OYUNU YOXLANILDI - Nələr üzə çıxmadı ki...
-
Dünən, 09:24
"Nefahim" MMC gömrük qaydasını pozdu - Cərimə olundu
-
Dünən, 09:15
Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama - Saxta diplomlar, maliyyə pozuntuları aşkarlandı
-
Dünən, 09:09
Müştəriləri aldatmaqda yarışa girənlər: “Kontakt Home”, “Baku Electronics” və... – AÇIQLAMA
-
23-10-2026, 21:30
Nizam Osmanovun polkovnik dostuna cinayət işi açıldı - “Salyanski kazarma”da yeyinti
-
23-10-2026, 21:25
İranın Hörmüz boğazındakı kabelləri hədəfə alması Körfəz ölkələri üçün ciddi təhlükə yarada bilər
-
23-10-2026, 14:58
BŞTİ müdirinə daha bir “dost” zərbəsi – MLK-da nə baş verir?!
-
23-10-2026, 14:38
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –FOTO
-
23-10-2026, 14:31
Bakıda çoxmərtəbəli binada 04:30-da da tikinti işləri davam etdirilir - Sakinlər narazıdır
-
23-10-2026, 10:14
FHN-in Baş İdarəsinin 30 min manatdan çox VERGİ BORCU VAR!