Avropadakı mühacirlərdən və müxaliflərdən dəstək gəldi - “Dövlətin yanındayıq”

Azərbaycan Ordusunun işğalçı qüvvələr üzərində əzici qələbələrinə dünyanın hər köşəsindən reaksiyalar, dəstək gəlməkdədir. Kim Azərbaycanın, kim ədalətin yanındadırsa, kimin bəsirət gözləri bağlanmayıbsa, kim işğalçı ilə haqqı tapdananın fərqini ayırd edə bilirsə, 10 gündür cəbhədə gedən döyüşlərə obyektiv münasibət bildirəcək.
Bu mənada Azərbaycana Pakistandan tutmuş Ukraynaya, Gürcüstandan İrandakı soydaşlarımıza, Avropa və ABŞ-da yaşayan mühacirələrimizə qədər hamılıqla dəstək gəlməkdədir.
Hətta hakimiyyətin siyasətini bəyənməyənlər, onu müharibədən əvvəl kəskin şəkildə tənqid edənlər belə bu məsələləri kənara qoyaraq, dövlətə, orduya, Ali Baş Komandana dəstək verir, Şuşaya qədər irəliləməyə çağırır. Yəni bütün umu-küsülər, iqtidarın daxili siyasətinə yönəlik tənqidlər bir kənara qoyularaq həmrəylik nümayiş etdirilir.
İsveçrədə yaşayan azərbaycanlı yazıçı Əli Əkbərin “Yeni Müsavat”a dediyinə görə, Avropada yaşayanların əlindən yalnız bir şey gəlir - ictimai fikrə təsir etmək.
Onun sözlərinə görə, bunun da müxtəlif yolları var: “Ən bəsiti sosial şəbəkələrdə təbliğatdır, amma bunun effektivliyinə mən çox da inanmıram. Avropa azərbaycanlılarının gördüyü ən vacib iş insanlarla bilavasitə danışmaq, anlatmaqdır.
O azərbaycanlılar ki, kollektivlərdə işləyirlər və onların sayı heç də az deyil, əsas işi onlar görür. Çünki hamı soruşur, narazılıq bildirir və onu qane edəcək “izahat” gözləyir. Gərək elə danışasan, elə arqumentlər gətirəsən ki, şübhələri dağılsın, daha da artmasın".
Ə.Əkbərin fikrincə, haqlı mövqeyimizi çatdırmaq məsələsi - bunu etmək hər zaman asan olmur:
“Amma gördüyüm qədərilə çalışırlar, əllərindən gələni edirlər. Ümumiyyətlə isə güclü olan haqlıdır, bu aksiomdur. Güclüyə hər zaman hörmət var”.
Almaniyada yaşayan bəstəkar Elmir Mirzəyev “Yeni Müsavat”a dedi ki, avropalı həmkarlarla görüşür, onlarla söhbətləşir:
“Onlara izah edirəm ki, Azərbaycan dövləti üçün meyar var - qanun. Bütün insanlar bu qanunlarla yaşayır.
Onlara bildirirəm ki, biz çoxmillətli ölkəyik, Ermənistanda isə monoetnik dövlət yaradılıb. Avropalılara deyirəm ki, bizim addımlarımız beynəlxalq və insani qanunlara uyğundur.
Bu gün ordumuz çox səliqəli əməliyyat aparır. Bunu hazırlayan zabit heyətinə eşq olsun! Maksimum çalışılır ki, insan tələfatı olmasın.
Dövlətin başçısı da deyib ki, erməni xalqı ilə problemimiz yoxdur, ərazi bütövlüyümüzü bərpa edirik.
Bütün bunları başa düşməyən avropalılara deyirəm ki, əgər qanunsuz iş görsəydik, çoxdan böyük güclər üstümüzə gələrdilər, Azərbaycana sanksiya tətbiq edərdilər. Eləmirlər, çünki haqlı tərəfik".
Bəstəkar Qərb mediasının riyakarlığından da söz açdı: “Mən onların xislətinə çoxdan bələdəm. İlk gündən əleyhimizə total təbliğat başlayıb, bəzi istisnalar var.
Bir alman qəzetinə çağırdılar, 6 saat jurnalistə izah etdim ki, müharibə tərəfdarı deyilik, kim istəyir qan tökülsün?
Sadəcə, buna məcbur elədilər. Şuşa rəmzi simvolumuzdur, orada andiçmə keçirmək bizi təhqir etmək idi.
Mən həmkarlarıma bu faktları göstərirəm. Deyirəm ki, Şuşa Qüdsümüzdür. Sən oranı niyə dağıdırsan? Şuşa konservatoriyamızdır.
İlk musiqişünasımız Mirmöhsün Nəvvab Şuşada yaşayıb, Üzeyir bəy orada anadan olub. Sadəcə, Paşinyan siyasətçi deyil, qeyri-praqmatikdir, onunla danışmaq olmur.
Sən yarı dağılmış vəziyyətdə olan Şuşada niyə inauqurasiya keçirirsən? Deməli, bunun bir anlamı var - azərbaycanlıları alçatmaq...
Ümumiyyətlə, avropalılara misal gətirirəm ki, Hitler SSRİ-nin böyük hissəsini mühasirəyə almışdı, amma oradakı əhalini qovmadılar.
Ermənistan və separatçı rejim isə etnik təmizləmə apardı. Faşizmi üstün tutanlarla indi nə danışaq?
Şəxsi görüşlərdə insanları başa salmaq olur. Amma həmin alman mediası müsahibəmi çap etmədi, əlaqəni kəsdilər. Cəhənnəmə etsinlər".
Jurnalist Fərahim İlqaroğlu dedi ki, Almaniyanın Düsseldorf, Frankfurt kimi böyük şəhərlərində “Erməni işğalına və terroruna yox” adlı yürüş mitinqləri keçiriblər:
“Digər şəhərlərdə də oxşar yürüş mitinqlərin, konfrans və tədbirlərin keçirilməsi planlaşdırılır. Düşünürəm ki, bu kimi tədbir və aksiyaların önəmi çox böyükdür. Çünki erməni diasporası Avropa mediasına təsir etməyə çalışır.
Bunun nəticəsi kimi Avropa mediası qərəzli məlumatlar yayımlayır. Avropada yaşayan azərbaycanlılar əsasən mediada qərəzli, doğru olmayan məlumatları tirajlayan media quruluşlarını yaxından izləyir və onlara öz etirazlarını bildirirlər.
Bir müşahidəçi kimi deyə bilərəm ki, Qarabağda hərbi əməliyyatlar başlayan ilk günlərdə verilən xəbərlərlə indikilər arasında ciddi fərq var. Məncə, bu istiqamətdə işlərimizi davam etdirməliyik".
Jurnalist əlavə etdi ki, Avropada yaşayan və hərbi vəzifəsi olan həmvətənlərimiz ölkəmizin səfirlik, konsulluqlarına müraciət etməkdə davam edirlər. Onlar könüllü vətənə qayıdıb, hərbi vəzifələrindən irəli gələrək ordu sıralarında yenidən xidmət etmək istəyirlər.
Hakimiyyətin sərt tənqidçilərindən olan jurnalist Qənimət Zahid facebook hesabında ingilis və fransız dilində ermənilərin barbar, işğalçı siyasəti haqda məlumatlar, fotofaktlar paylaşır.
Q.Zahid mühacirətdə olan azərbaycanlılara, xüsusilə də intellektual sektorlarda çalışan və ya Qərb universitetlərində təhsil alanlara müraciət edib.
O, çağırışında qeyd edib ki, ölkəmizin ağır bir savaşda olduğu hamımıza bəllidir: “Bu savaşı xalqımız ərazi bütövlüyünün, nəhayət, bərpa edilməsi üçün ən mühüm fürsətlərdən biri kimi qəbul edir və millət bütünlüklə ordunun yanındadır, hər bir azərbaycanlı özünü əsgər kimi aparır. Söhbət Vətəndirsə, gerisi təfərrüatdır!
Amma savaş yalnız ordular arasında getmir. Çağdaş dünyada informasiya savaşı da bu qədər əhəmiyyətlidir!
Təəssüf ki, dünya mediasında bizim mövqelərimiz olduqca zəifdir. Buna görə də hamımız səfərbər olunmalıyıq.
Ölkəmizin, xalqımızın, dövlətimizin haqlı olduğunu bilirik, amma bu bilgini bütün dünyaya təqdim etməliyik. Bütün mümkün əlaqələrdən istifadə edərək, bunu etməliyik".
Jurnalist Natiq Ədilov da qeyd edib ki, ordumuza güc, qüvvət və iradə arzusu ilə eşq olsun.
O, müxtəlif paylaşımlarında ermənilərin düşdüyü vəziyyətə dair materiallar yayır, Ermənistanın keçmiş prezidenti Ter-Petrosyanın məqalələrindən vacib tezisləri bölüşür, eləcə də yaşadığı ölkənin - Fransanın prezidenti Makronun tutduğu mövqeni tənqid edir.
Hollandiyada yaşayan Fikrət Hüseynli yazıb ki, Azərbaycana torpaqlarının işğaldan azad edilməsi lazımdır, ondan sonra ermənilər nə qədər istəyir yazsınlar.
“Yeni Müsavat”
Tarix: 8-10-2020, 10:27
-
Bu gün, 19:16
Məhkəmədən “Nardaran İnvest” şirkəti ilə bağlı qadağa
-
Bu gün, 19:12
Məşhur plastik cərrahların sertifikatı yox imiş - “Xətai Estetik Klinikası” cərimələndi
-
Bu gün, 17:10
Nikol Paşinyan bir müddət sonra Robert Köçəryan və Serj Sərkisyanın Azərbaycana ekstradisiyasına razılıq verə bilər?
-
Bu gün, 17:04
Deputat: ““Bakıya 200 milyard dollar yatırılıbsa, pullar hara gedib?” sualını tamamilə haqlı ictimai sual hesab edirəm”
-
Bu gün, 17:04
Onkologiya Mərkəzinin 50 milyonluq tenderini deputatla əlaqələndirilən şirkət qazandı
-
Bu gün, 16:24
Bu dondurmalar marketlərdən YIĞIŞDIRILDI: saxta imiş – FOTO
-
Bu gün, 16:21
"Kapital Bank" rəsmi etiraf etdi: "m10"a kütləvi hücum olub
-
Bu gün, 16:18
Rayon rəhbəri vətəndaş müraciətlərini dinləyib
-
Bu gün, 16:15
“Davidov Global”da viza qalmaqalı – 1000 manatlıq şikayət
-
Bu gün, 13:35
Adil Əliyevin 2 ili: icra başçısına töhmət, bərbad yollar, zülmət küçələr...
-
Bu gün, 09:45
Qanunsuz orden-medallar təsis edən QHT rəhbərləri ilə bağlı QƏRAR
-
Bu gün, 09:40
LƏNKƏRANIN ZİBİLİ, VƏTƏNDAŞIN SƏSİ VƏ “SUSMAQ” SİSTEMİ — KİM KİMİ QORUYUR?
-
Bu gün, 08:55
Kəlbəcərin bərpasına böyük pullar ayrılır, amma... - Tanınmış yazar Prezidentə müraciət etdi
-
Bu gün, 08:52
AAYDA-nın daha bir qurumunun külli miqdarda vergi borcu üzə çıxdı - 3 milyon
-
Bu gün, 08:46
"Təmiz Şəhər" ASC şəhəri yox büdcəni "təmizləyir"- 250 milyon ziyanı kim bağlayacaq?
-
Dünən, 23:08
Qəbul olmayanlar üçün daha bir şans - Tarix açıqlandı
-
Dünən, 22:58
Peşə məktəblərində müqavilə ilə işə qəbul keyfi başlayır... İlqar Bayramlı baş verənləri həqiqətənmi görə bilmir?
-
Dünən, 22:27
Nihad Hənifəyevin 7,4 milyonluq tenderinin şəffaflıq təhlili - Daha bir iddia və Nazirliyin məlum susqunluğu - FOTOLAR
-
Dünən, 22:21
Elçibəyin qardaşı qızının evi əlindən alındı - FOTO
-
Dünən, 16:42
7A-da sərnişinə “su işgəncəsi” - AYNA təndiq olundu - FOTO
-
Dünən, 16:29
Polkovnik atanın himayəsində, dələduz oğul... - İTTİHAM VAR...
-
Dünən, 16:24
Bayandur kənd sakinlərinin müraciəti həll olunub
-
Dünən, 16:13
DTX bu dəfə əsl «akula»ları tutub – 35 milyon manat cərimə!
-
Dünən, 16:08
134 il sonra təkrarlandı: Prezidentin səfəri ilə bağlı ilginc detal – FOTOLAR
-
Dünən, 16:03
Budaqov AĞACLARI NİYƏ SEVMİR AXI...
-
Dünən, 15:57
Günə 77 qəpiyə “Nar”dan smartfon!
-
Dünən, 15:53
Deputat Məşhur Məmmədova bağlı şirkətlər inhisarçı rolunda…:Saxta tenderlər, siyasi patronaj və dövlətə vurulan 21 milyonluq zərər
-
Dünən, 12:05
Şuşa sakinləri evlərini kirayə verirlər – Bir günü 150 manata
-
Dünən, 12:01
"Minlərlə insan vaxtını itirir, əsəbləri tarıma çəkilir..." - AXI NİYƏ?..
-
Dünən, 11:57
Səfərbərlik Xidməti tender keçirmədən 627 min manatlıq geyim alır-qanunlar belə pozulur