Mərkəzi Bankın "sıfır"ını görməzdən gəldilər, 9 milyonluq biznesi 437 minə "Yelo Bank"a ötürdülər – Şok detallar!

Mərkəzi Bankın “sıfır”ını görməzdən gəldilər, 9 milyonluq biznesi 437 minə “Yelo Bank”a ötürdülər – Şok detallar!

Prezident Administrasiyasının sabiq rəhbəri, hazırda ev dustaqlığında olan Ramiz Mehdiyevin illərlə bu ölkənin sahibkarlarına, milli biznesinə qarşı hansı qanunsuzluqları, hansı reket üsullarını həyata keçirdiyi mətbuatı izləyən kimsəyə sirr deyil. 2007-ci ildə “Tovuz Baltiya” şirkət də “boz kardinal”ın sərhədsiz iştahına tuş gəlib. O gün, bu gün!

“Yelo bank” Azərbaycanı xaricdə yüksək səviyyədə təmsil edən “Tovuz Baltiya”nın yaxasından əl çəkmir!


3 milyon güzəştli kredit üçün 300 min verməlisən!

Bir müddət sonra Zaur Abıyev daha bir tələb irəli sürür: 3 milyonluq güzəştli kreditin verilməsi üçün sahibkardan 300 min manat nağd vəsait tələb edir! Sahibkar bu məbləği ödəməkdən imtina edir. Bundan sonra “Tovuz Baltiya” əməkdaşlarının “Yelo Bank”a girişi qadağan olunur, dünənə qədər barışıq üçün sahibkara yalvaran Zaur Abıyev zənglərə cavab vermir.

WhatsApp Image 2026-10-24 at 10.03.20.jpeg (16 KB)

Yenə məhkəmələr başlayır, “Yelo Bank” məğlub olur, 100 min kompensasiya ödəməyə məcbur olur

Sahibkar aldadıldığını anlayıb 1 saylı Bakı İnzibati Məhkəməsinə 2 iddia təqdim edir. Birinci iddiasında “Yelo Bank”dan əsas kredit müqaviləsi üzrə güzəştli kredit ayrılmasını tələb edir.

Digər iddiası ilə “Yelo Bank”ın “Kizlyar Konyak Zavodu”na yazdığı böhtan və yalanlarla dolu uydurma məktubuna hüquqi qiymət verilməsini, işgüzar nüfuzuna vurulmuş ziyanın kompensasiya olunmasını istəyir.

Birinci iddia ilə bağlı Zaur Abıyev məhkəməyə qarşılıqlı iddia ərizəsi verir. Ərizədə istədikləri, ağıllarına gələn dəbbə, cərimə, faizləri yazıb hesablamaqla guya sahibkarın banka 1 milyon 500 min manat borcunun olduğunu iddia edirlər.

Absurd odur ki, qarşılıqlı iddia verilərkən iş materiallarında Mərkəzi Bankın Mərkəzləşdirilmiş Kredit Reyestrindən çıxarışın olması da “Yelo Bank”ı narahat etmir. Həmin çıxarışdan sahibkarın “Yelo Bank”a sıfır manat borcunun olması aydın görünür.

Burada qısa arayış verək və aydınlaşdıraq ki, banklar hər ayın 1–3 tarixlərində Azərbaycan Mərkəzi Bankına elektron və kağız üzərindən aylıq hesabat verir. Hesabatda məbləğindən və müddətindən asılı olmayaraq müştərilərinin kredit öhdəlikləri ilə bağlı məlumatlar yer alır. “Yelo Bank”ın Azərbaycan Mərkəzi Bankına verdiyi hesabatda da “Azər-Frans” MMC-nin sıfır borcu olduğu görünür. Yəni “Yelo Bank”ın qarşılıqlı iddiasını təşkil edən 1 milyon 500 min manatlıq borc tələbinin yalan olması Azərbaycan Mərkəzi Bankına elə “Yelo Bank” tərəfindən təqdim olunan və Mərkəzləşdirilmiş Kredit Reyestrinə daxil edilmiş hesabatdan da görünür.

Hakim Aidə Hüseyn tərəflərin əsas kredit müqaviləsinin icrası ilə bağlı iş üzrə sənəd-sübutlarını araşdırır, 26.04.2016-cı il tarixli №2-2 (81-55/2) saylı ədalətli qətnamə çıxarır. “Yelo Bank”ın qarşılıqlı iddiası rədd edilir, sahibkarın iddiası təmin olunur.

“Yelo Bank”ın apellyasiya şikayəti də rədd olunur

Bank həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinə şikayət verir. Məhkəmənin hakimi Valeh Ağayev №2-2 103-498/2016 saylı qətnaməsi ilə “Yelo Bank”ın apellyasiya şikayətini rədd edir.

WhatsApp Image 2026-10-24 at 10.03.19.jpeg (286 KB)

“Yelo Bank” böhtana görə 100 min manat cərimələnir

Sahibkarın digər – “Yelo Bank” sədrinin “Kizlyar Konyak Zavodu”na yazdığı böhtan dolu məktubla bağlı 1 saylı Bakı İnzibati Məhkəməsinə təqdim etdiyi iddiasını hakim Vüsalə Baxışova araşdırır. Sahibkar işgüzar nüfuzuna vurulmuş ziyanın kompensasiya olunmasını tələb edir. Hakim Vüsalə Baxışova iddianı əsaslı sayır, №2 İQT “81” – 3034/2014 saylı qətnamə ilə cavabdeh “Yelo Bank” ASC-дən “Tovuz Baltiya” MMC-nin xeyrinə 100 min manat zərər əvəzi tutulmasını qət edir.

Tarix: Bu gün, 11:53
Xəbəri paylaş



Xəbər lenti