Onlar Vətən müharibəsində Azərbaycanın yanındadır: - Dost ölkələrimiz

Bildiyiniz kimi, sentyabrın 27-si, səhər saat 06:00 radələrindən etibarən Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.
Bunun nəticəsi olaraq, Azərbaycan odusu torpaqlarımızın qorunması və işğaldan azad olunması üçün əks-hücuma başlayıb.
Ordumuzun şücaəti nəticəsində Cəbrayıl rayonu da daxil olmaqla, işğalda olan torpaqlarımızın bir qismi düşməndən azad edilib. Hazırda cəbhədə torpaqlarımızın azad edilməsi uğrunda gərgin döyüşlər gedir.
Qarabağda aparılan əks-hücum əməliyyatı, haqq savaşımızla bağlı bir çox ölkələr Azərbaycanın yanında olduğunu bildirib.
Cebhe.info budəfəki araşdırmasında həmin ölkələri təqdim edir.
*Azərbaycana dəstək olan ölkələr sırasında heç şübhəsiz Türkiyə ilk pillədə qərarlaşır. Qardaş ölkə ilk gündən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, bu yöndə müxtəlif bəyanatlarla çıxış edir. Həmçinin, işğalçı Ermənistanın tez bir zamanda Azərbaycan torpaqlarını tərk etməli olduğunu bildirir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müharibə başlayandan bəri qəti mövqe sərgiləyir:
“Regionda Dağlıq Qarabağın işğalı ilə başlayan böhrana son verilməlidir. Türkiyə Azərbaycanın yanında olmağa davam edəcək. Ermənistan bölgədə sülh və sabitliyin önündəki ən böyük təhdid olduğunu növbəti dəfə göstərib. Türk milləti hər zaman olduğu kimi bu gün də bütün imkanları ilə azərbaycanlı qardaşlarımızın yanındadır".
*Pakistan da Azərbaycanı hər zaman dəstəkləyən ölkə olaraq tanınır. Elə son günlərdə də bu mövqeyini qətiyyən pozmayaraq, Azərbaycanın yanında olduğunu dəfələrlə vurğulayıb. Cəbhədə başlayan müharibə zamanı ilk dəstəkçimizdən biri Türkiyə idisə, digəri Pakistan olub.
Pakistan XİN-in sentyabrın 27-də yaydığı bəyanatında deyilir:
"Pakistan qardaş Azərbaycan xalqını dəstəkləyir və onun özünümüdafiə haqqını tanıyır. Pakistan Dağlıq Qarabağ bölgəsində vəziyyətin pisləşməsindən çox narahatdır. Pakistan Ermənistan qüvvələrinin həftəsonu Azərbaycanın Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının kəndlərini mülki əhalisini intensiv atəşə tutmasını qınayır. Bu, bütün bölgənin dincliyini və təhlükəsizliyini poza bilər. Ermənistan vəziyyətin daha da gərginləşməməsi üçün hərbi əməliyyatını dayandırmalıdır. Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyini dəstəkləyirik və bu, yekdilliklə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının qərarlarına uyğundur”.
*İsrail də Azərbaycana münasibətdə tam dəstək göstərib.
İsrailin sabiq müdafiə naziri, ölkənin ən nüfuzlu siyasətçilərindən biri, baş nazir postuna real namizəd Aviqdor Liberman Dağlıq Qarbağ həmişə Azərbaycan ərazisi olduğunu deyib.
“Dağlıq Qarbağ həmişə Azərbaycan ərazisi olub və olacaq. Ermənistan Dağlıq Qarabağla yanaşı, Azərbaycanın 7 rayonunu da işğal edib. Münaqişə illərdən bəri həll olunmadığından eskalasiya qaçılmaz idi. Azərbaycanla münasibətlərimizə gəldikdə isə, Azərbaycan ciddi, etibarlı, öhdəliklərini heç bir zaman pozmamış ciddi tərəfdaşdır. İsraildə hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Azərbaycana münasibətimiz birmənalıdır. Son döyüşlərlə bağlı mövqeyimizə gəldikdə isə, Azərbaycan bizimlə çox sıx münasibətlərə malik ölkədir. Azərbaycanın ərazi bütövlüyünü və sərhəd toxunulmazlığını birmənalı dəstəkləyirik. Bu, İsrailin rəsmi mövqeyidir",-deyə Liberman bildirib.
*Gürcüstanın Baş naziri Giorgi Qaxaria Azərbaycan və Ermənistan arasında baş verən hərbi toqquşmalarla bağlı bəyanat yayıb.
Hökumət başçısı hərbi qarşıdurma nəticəsində mürəkkəb vəziyyətin yarandığını bildirib. G.Qaxaria təəssüflə qeyd edib ki, hərbi əməliyyatların dayandırılması və dialoqun bərpası hələ mümkün olmayıb: "Hamıya yaxşı məlumdur ki, vəziyyətin gərginləşməsi bütün bölgənin təhlükəsizliyinə olduqca mənfi təsir edəcək. Biz bir daha ATƏT-in Minsk qrupunu və beynəlxalq təşkilatları münaqişənin eskalasiyasına son qoymaq və dialoqun bərpası üçün imkanlarından maksimum istifadə etməyə çağırırıq”.
Qeyd etməliyik ki, Azərbaycan və Ermənistan arasında davam edən hərbi əməliyyatlara görə Gürcüstan hökuməti eskalasiya başlayan kimi öz ərazisi vasitəsilə hər iki tərəfə həm quru, həm də hava yolu ilə hərbi yük daşımalarına icazələrin verilməsini müvəqqəti dayandırıb.
*Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən daha bir ölkə Ukraynadır. Ukrayna Xarici İşlər Nazirliyi bu barədə bəyanatında deyib:
"Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində ərazi bütövlüyümüzü dəstəklədiyi kimi, biz də Azərbaycanın ərazi bütövlüyünü davamlı olaraq dəstəkləyirik. Bu prinsip bizim üçün tamamilə dəyişməz olaraq qalır".
Ukrayna Prezidenti Vladimir Zelenski də Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib.
*Bosniya və Herseqovinanın Nazirlər Şurasının sədr müavini, Xarici İşlər naziri xanım Bisera Turkoviç də Azərbaycanı dəstəklədiklərini bəyan edib:
“Dağlıq Qarabağ bölgəsi ilə bağlı məsələyə gəldikdə, mövqeyimiz budur ki, biz, BMT-nin bütün qətnamələrini və beynəlxalq təşkilatların digər aktlarını dəstəkləyirik. Bosniya və Herseqovinanın Parlament Assambleyasının Xalqlar Palatasında Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hörmət və dəstək adlı qətnamə qəbul edilib.
Hər kəs bu qətnamənin lehinə səs verib. Bu qətnamə ilə beynəlxalq təşkilatların bütün tövsiyələrinin, qətnamələrinin və bəyannamələrinin, xüsusən də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin (822, 853, 874 və 884 saylı qətnamələr) yerinə yetirilməsinə, eyni zamanda Ermənistan hərbi birləşmələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən təcili, tam və qeyd-şərtsiz çıxarılmasına çağırış etdik. Beləliklə, bu, xarici siyasətə sadiq olduğumuz ümumi mövqeyimizdir. Bosniya və Herseqovina gələcəkdə də beynəlxalq hüququ, ilk növbədə ədaləti, eyni zamanda qəbul edilən bütün beynəlxalq və daxili qətnamələri rəhbər tutacaq".
*İtaliya Senatının xarici əlaqələr daimi komissiyasının üzvü, iqtidardakı “5 Ulduz Hərəkatı” partiyasından olan senator Canluka Ferra yerli mətbuata açıqlamasında Ermənistan tərəfindən Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücumlar vaxtı Azərbaycan mülki əhalisinin yaşadığı məntəqələrə hücumların Cenevrə konvensiyalarının pozulması olduğunu deyib.
İtalyan senator bildirib ki, münaqişənin həlli BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini əsas götürərək Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış dövlət sərhədlərinin toxunulmazlığı prinsiplərinə tam hörməti özündə ehtiva etməlidir.
*Əfqanıstan İslam Respublikasının Milli Şurasının Yuxarı Palatası Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsinə dair bəyanat qəbul edib.
Bəyanatda, Əfqanıstan Milli Şurasının Yuxarı Palatası Ermənistanın Azərbaycan Respublikasına qarşı silahlı hücumunu pisləyir. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət ifadə olunur.
*Moldova Respublikası parlamentinin deputatı Serciu Sırbu da Azərbaycana dəstək göstərib.
“Azərbaycanın ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərə riayət edilməsini dəstəkləyirik. Hesab edirik ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməyə uyğun olaraq, işğal altındakı Azərbaycan zonalarından qoşunların çıxarılması üçün dəqiq plan lazımdır”,-deyə o bildirib.
*Kolumbiya Senatının Xarici Əlaqələr daimi Komissiyası oktyabrın 1-də qəbul etdiyi bəyanatda sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı törətdiyi və mülkü əhali arasında itkilərə səbəb olan hücumları, təcavüzü pisləyib, eləcə də ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq qaydada tanınmış sərhədlərinin toxunulmazlığına dəstəyini bir daha ifadə edib.
Sənəddə Kolumbiya Senatının adıçəkilən komissiyası tərəfindən təcavüzkar siyasətə son qoyulmasına, münaqişənin beynəlxalq hüquq, beynəlxalq humanitar hüquq çərçivəsində və BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874, 884 saylı qətnamələrinin tətbiqi ilə həllinə çağırış edilir.
Bəyanatda beynəlxalq təşkilatlar Azərbaycan ərazisində yaşanan münaqişəyə münasibətdə daha ehtiyatlı davranmağa, ədalətli və qərəzsiz mövqedən çıxış etməyə çağırılır.
Tarix: 6-10-2020, 09:11
-
Bu gün, 08:54
Milyonluq məhkəmə işində yeni təfərrüat açıqlandı - Tale Heydərovun ifadəsində nələr var?
-
Bu gün, 08:52
SOCAR-ın sabiq vitse-prezidentinin oğlu hər instansiyada uduzur, yenə Ali Məhkəməyə üz tutur
-
Dünən, 22:59
Tərtər rayonunda kənd təsərrüfatının inkişafına dair Qərargahın ilk iclası keçirilib
-
Dünən, 22:13
“Quru sərhədlər bağlıdır, turizm potensialından danışırlar” – Natiq Cəfərli
-
Dünən, 18:36
“Çoban Bulağı” mənimdir, Mövlam Şıxəliyev əlimdən almışdı - MƏHƏMMƏD BALAQADAŞOVLA BAĞLI OLAYIN SƏBƏBİ BƏLLİ OLDU
-
Dünən, 18:33
Hikmət Babaoğlu və Elman Nəsirov arasında nə baş verib? - VİDEO
-
Dünən, 18:28
“Nüvə silahından söhbət gedə bilməz” - Çin Rusiyaya hansı xəbərdarlığı edib?
-
Dünən, 18:27
Ağcabədi sakininə saxta attestat verilib - "Heç yer qəbul etmir, araşdıran yoxdur"
-
Dünən, 18:18
"İnsanların həyatına qənim kəsilmisiniz?" - ETİRAZ VAR!
-
Dünən, 14:48
Azərbaycanda 1 milyon dollardan çox sərvəti olan neçə nəfər var?
-
Dünən, 14:44
Nurəddin Mustafayevin himayə etdiyi quldurluq: Nazirə və Ali Məhkəmə sədrinə İMDAD MÜRACİƏTİ! - Aldadılmış sahibkar İNTİHAR HƏDDİNDƏ...
-
Dünən, 13:29
Katz: “İrana zərbə endirməyə hazırıq”
-
Dünən, 13:25
"Kristal"dan ev almaq istəyənlər niyə 100 ölçüb, 1 biçməlidir? - Alıcıların əsas şikayətləri
-
Dünən, 12:27
“Poz-Qazan”da bəxtəvər olmaq şansı neçə faizdir? Beş milyonda bir…
-
Dünən, 12:18
Yas məclisləri ilə bağlı XƏBƏR - Bakıda tətbiq edilməyəcək
-
Dünən, 12:08
108 il sonra Ərdoğan təkrarladı, yunanlar heyrətə gəldi: Xamenei detalı
-
Dünən, 11:46
İki qardaş ölkələrin cəmi ixracatı dünyanın ən kiçik -cırtdan dövləti olan Sinqapurun ixracatından iki dəfə azdır
-
Dünən, 10:10
İlqar Bayramlının "paslanmış, cürümüş" Peşə Liseyi - Arzu Əliyeva kimdir?
-
Dünən, 10:01
“Heç bir MTK vətəndaşın evini özbaşına sökə bilməz” - “Bizim Ev” MTK sökə bilər...
-
Dünən, 09:58
“QARA QİTƏ” UĞRUNDA ÖLÜM-DİRİM SAVAŞI... – Mineral resurslar bazarını kim ələ keçirəcək?
-
9-07-2026, 23:07
ASAN xidmət adı altında PUL TƏLƏSİ? - İş təcrübəçiyə həvalə olunursa...
-
9-07-2026, 23:06
Məmurların cəzasız qalan cinayətləri silsiləsindən: Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində rəsmi saxtakarlıqlar və qanunsuz təyinatlar zənciri
-
9-07-2026, 23:04
Binəqədidə maklerlər “at oynadır”: Böyükşor gölünü qurudub hissə-hissə “rasxoda” verən kimlərdir?
-
9-07-2026, 11:53
Aviasiyada gələcək inkişafın əsasını artıq beton deyil, rəqəmsal texnologiyalar təşkil edir
-
9-07-2026, 11:27
İcra başçısının oğlu klub direktorunu məhkəməyə verdi - İllərdir davam edən qalmaqal
-
9-07-2026, 11:20
“Rosko” məhsullarının istehsal prosesi necə təşkil olunub?
-
9-07-2026, 11:12
Bu rayonlarda əməliyyat: SAXLANILANLAR VAR
-
9-07-2026, 11:10
Milli Onkologiya Mərkəzi 35 milyonluq kimyəvi dərman preparatlarını, laborator reagentləri bu şirkətdən alacaq
-
9-07-2026, 09:43
Tramp: Kosmosda yerləşən müşahidə sistemlərimiz vasitəsilə İrandakı nüvə obyektlərini izləyirik
-
9-07-2026, 09:37
Azərbaycanın ən kasıb 10 RAYONU hansılardır?