İşğalçı ilə onun öz dilində danışmaq zamanı - TƏHLİL

2020-ci ilin 9 ayı Qarabağ üçün genişmiqyaslı döyüş əməliyyatları fonunda ötüb keçdi. Hansı əməliyyatlar ki, erməni işğalçı silahlı qüvvələrinə ciddi hərbi zərbələrin vurulması ilə yadda qalmaqdadır. Rəşadətli ordumuz bir sıra yaşayış məntəqələrimizi və strateji əhəmiyyətli yüksəklikləri, o sırada Murovdağ silsiləsini azad edib. Təcavüzkara qarşı ən sərt cəza əməliyyatları və torpaqlarımızın hərbi yolla azad olunması davam edir.
Qarabağ məsələsi ətrafında vəziyyətin bu cür inkişaf edəcəyi, səbri tükənən Azərbaycanın işğalçıya qarşı radikal tədbirlərə əl atacağı barədə zaman-zaman istər yerli analitiklər, istərsə də əcnəbi siyasi və hərbi təhlilçilər tərəfindən xəbərdarlıqlar edilməkdə idi. Xüsusi olaraq vurğulanırdı ki, rəsmi İrəvanın münaqişə ilə bağlı tutduğu maksimalist, heç bir beynəlxalq normaya və əndazəyə sığmayan təxribatçı mövqeyi, həyasız və absurd tələbləri, habelə verdiyi qızışdırıcı bəyanatlar dinc nizamlama üçün hər hansı perspektiv saxlamır, sülh danışıqlarını faktiki mənasız edir.
*****
Bu üzdən də atəşkəsin süni surətdə uzanmasından təngə gələn Azərbaycan ona saxlanılan yeganə üsula - hərbi varianta əl atmalı oldu. Hərçənd Azərbaycan antiterror əməliyyatını sırf beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində həyata keçirir, amma yenə də bəzi dairələr tərəfindən “balanslı”, yəni özündə hər iki tərəfə eyni gözlə baxmağı ehtiva edən açıqlamalar verilməkdədir. Fransa kimi ermənipərəst dövlətlər isə işğalçıya qahmar çıxmaqdan belə çəkinmir, hətta son hərbi toqquşmada qardaş Türkiyəni suçlamağa belə qalxır.
Məntiqi sual yaranır: Azərbaycanın başlatdığı antiterror əməliyyatına hansı beynəlxalq etiraz ola bilər, əgər bu gün rəşadətli əsgərimiz əslində elə BMT-nin 30 ildir görməli olduğu işi görür, BMT Təhlükəsizlik Şurasının kağız üstündə qalan 4 qətnaməsini onun əvəzindən reallaşdırmaqla məşğuldursa?
Məsələ də ondadır ki, bu gün silahlı qüvvələrimiz aparıcı güclərin, özəlliklə Rusiyanın, Qərbin illərdir cəzalandırmalı olduğu, lakin cəza vermək istəmədiyi işğalçı Ermənistana öz yerini göstərməkdədir. Yad evə soxulmuş cani-qulduru qovmaqdan savab iş nə ola bilər ki? Di gəl, buna görə Azərbaycana minnətdar olmaq əvəzinə, görün ermənilərin havadarları bizdən nə istəyirlər- yenə danışıqlar masasına qayıtmaq! Zatən, 26 ildir orada deyildik ki?
Viza qalmaqalı: Rusiya ABŞ-da deyil, BMT Baş Assambleyasının iclasının keçirilməsini təklif edir - ForumDaily
Beynəlxalq hüquq üzrə ekspertlərdən birinin haqlı qeyd elədiyi kimi, BMT Nizamnaməsində yalnız mübahisəli məsələlərin dinc həlli vacibliyi vurğulanıb, münaqişəli məsələlərin və ya “müharibə” vəziyyətlərinin yox. Yəni ortada mübahisə yox, münaqişə, müharibə, işğal var. O halda işğalçı ilə hansı müzakirələrdən söhbət gedə, onun nazı ilə daha necə on il oynamaq olar? Tutaq ki, SSRİ Almaniya ilə müharibə bitməmiş sülh danışıqlarımı aparıb? Təcavüzkarla yalnız onun başa düşdüyü dildə danışmaq olar - qeyd-şərtsiz kapitulyasiya edənədək.
Bunu BMT Nizamnaməsinin 41 və 51-ci bəndləri də diktə edir. Həmin bəndlərdə işğala məruz qalan ölkənin öz ərazi bütövlüyünü bərpa eləmək uçun istənilən üsula, o cümlədən fərdi və ya kollektiv şəkildə müdafiə olunmaq hüququ təsbit edilib. Beynəlxalq sənədlərdə işğalçı ölkənin başını tumarlamağın zəruriliyi barədə heç bir norma, müddəa yoxdur, ola bilməz. O zaman nədən vasitəçilər Qarabağ konfliktinin (daha dəqiqi, işğal probleminin) hərbi yolla həllinin mümkün olmadığını durmadan bəyan edirlər?
Daha bir haqlı sual yaranır: görəsən, Rusiya, ABŞ və ya Fransa onun beynəlxalq səviyyədə tanınan torpaqlarının bir hissəsini işğal edən, orada etnik təmizləmə aparan və üstəgəl işğalı legitimləşdirmək üçün ərazinin demoqrafik mənzərəsini süni şəkildə dəyişib ora öz əhalisini köçürən, zəbt edilən torpaqlarda yeni infrastruktur quran işğalçı ilə on illərlə danışıq apararmı? Xeyr. Elə isə özlərinə rəva bilmədiklərini niyə bizə rəva görürlər?
Tamazyanın ölümü hərbi xidmətlə əlaqəlidir: Ermənistan MN yalan məlumat yayıb
İş də ondadır ki, cəmi 2 milyon yarım əhalisi olan kasıb Ermənistan böyük güclərin gizli-açıq himayəsinə güvənmədən qonşu dövlətin - iqtisadi-hərbi qüdrəti, insani resursu ondan dəfələrlə böyük olan 10 milyonluq Azərbaycanın 20% torpaqlarını illərdir işğal altında saxlaya bilməzdi. Bu ədadlətsizliyə nəhayət ki, son vermənin zamanı gəlməli idi və gəldi.
Odur ki, ermənilər üçün ağlaşan bəzi havadarların tələsinə düşməməli, Ermənistanın torpaqlarımızı alver predmetinə çevirən bəhanəsini bu dəfə həmişəlik kəsməliyik. Düşmənin dünyaya təqdim elədiyi Dağlıq Qarabağ ətrafındakı üzdəniraq “təhlükəsizlik zolağı”nı darmadağın etməyi nəzərdə tuturuq. Yəni 7 rayondan ən azı 5-ni, lap elə hamısını işğaldan azad etməliyik. O zaman Dağlıq Qarabağa girməyə heç bir lüzum olmayacaq və münaqişənin dinc, ədalətli həllinə cəmi bircə addım qalacaq.
İndi bu yolu kim hərb variantı sayırsa, bu, onun öz problemidir. Biz beynəlxalq hüquqdan gələn vəzifəmizi, işimizi yerinə yetirməliyik. Qısası, Qarabağ ixtilafının hərbi yolla həlli tam mümkündür və hətta yeganə yoldur. Hansı işi ki, indi rəşadətli ordumuz görür. Hələ gecikib.
*****
“Azərbaycanın işğal olunmuş əraziləri azad etmək hüququ var, 7 rayonun işğaldan qurtulması vəziyyətdən çıxış yolu ola bilər”.
“Yeni Müsavat”ın məlumatına görə, bu barədə rusiyalı tanınmış publisist və ekspert Maksim Şevçenko “Youtube” da yayımlanan açıqlamasında deyib.
Maksim Şevçenko: "Qarabağ münaqişəsi Aİ-nin vasitəçiliyi ilə həll olunmalıdır"
“Hazırda Ermənistanla Azərbaycan arasında əsl müharibə gedir, Azərbaycan qoşunları ərazilərin dərinliyinə doğru irəliləyir” - deyə o qeyd edib və bu məqama diqqət çəkib ki, döyüşlər indi Ermənistan ərazisində deyil, 90-cı illərin əvvəllərində erməni qoşunları tərəfindən işğal olunmuş və Azərbaycanın azad etməyə çalışdığı ərazilərdə aparılır: “Azərbaycan onları uzun müddət sülh yolu ilə azad etməyə çalışdı”.
Rusiyalı analitik daha sonra Azərbaycanın sabiq prezidenti Heydər Əliyevin vaxtilə Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyana ermənilərin Qarabağ ətrafındakı rayonları boşaltmaq, əvəzində Dağlıq Qarabağın statusunu müzakirə etmək və Azərbaycanla Ermənistan arasında iqtisadi münasibətləri bərpa etmək təklifi etdiyini xatırladıb, xüsusən də onun qaz kəmərini Ermənistan ərazisindən keçirmək təklifi verdiyini yada salaraq deyib: “Lakin bu plana o zaman - 90-cı illərdə Rusiya xarici işlər naziri Sergey Kozırevlə birlikdə Yeltsin Moskvası əngəl oldu. Beləcə, demokratlar və liberallar da lazım gələndə xalqları bir-birinə qarşı qoyaraq, ən dəhşətli imperialistlər rolunda çıxış edirlər”.
*****
Bir daha yada salaq ki, Ter-Petrosyan 1998-ci ildə, Ermənistan postunda ikən Qarabağ probleminin mərhələli həllinə razılıq vermişdi. Həmin plana əsasən, Dağlıq Qarabağ ətrafındakı rayonlar azad edilir, sərhədlər və kommunikasiyalar açılır, bölgənin yekun statusu isə sonrakı mərhələyə saxlanılırdı. O vaxt Ermənistanın 1-ci prezidenti onu da demişdi ki, “Əgər bu gün bizə təklif olunanı götürməsək, sabah yalvaracağıq, çünki Azərbaycan güclənəcək”.
Həmin gün gəldi. Azərbaycan gerçəkdən də gücləndi, Bakı-Tiflis-Ceyhan neft, Bakı-Tiflis-Ərzurum qaz kəmərləri, Bakı-Tiflis-Qars strateji əhəmiyyətli dəmir yolu - hamısı Ermənistandan yan keçdi, tezliklə (oktyabrda) ondan yan keçən və Azərbaycanı Qərbə daha möhkəm bağlayan daha bir strateji qaz xətti - Cənub Qaz Dəhlizi işə düşəcək. Ermənistan isə hələ də qaldığı yerdədir, özlərinin etiraf elədikləri kimi, “tullantı” ölkəyə çevrilib. Bu azmış kimi, Nikol Paşinyanın avantürası öz xalqını yeni bir fəlakətə tuş edib. Azərbaycan Ordusu işğalçıya layiqli cavabını verir. Bu cəza tədbirləri şübhəsiz ki, davamlı olacaq və işğal faktı bitənədək davam edəcək.
Beləcə, bir daha qənaət hasil olur ki, təcavüzkarı cəzalandırmağın tək yolu ona anladığı dildə cavab verməkdir. Yəni silah dili. Əfsus ki, XXI əsrdə, bunca nüfuzlu beynəlxalq təşkilatların mövcud olduğu zamanda da haqlı olmaq yetərli deyil. Həm də güclü olmalısan...
Tarix: 2-10-2020, 09:02
-
Bu gün, 17:10
Atasının milyonluq mirasından imtina etdi – Səbəb
-
Bu gün, 17:06
Sirkə içən “Dr. Gülü”nün vəziyyəti necədir? – Açıqlama
-
Bu gün, 17:00
Baba Rzayev 13 milyonluq tenderə girir – Hesablama Palatası yenicə 255 milyonu ifşa etmişdi…
-
Bu gün, 16:58
Generalın oğlu işdən çıxarıldı
-
Bu gün, 16:56
Oğlunu işə düzəltmək istədi, 40 000 manat pulu getdi - TƏFƏRRÜAT
-
Bu gün, 16:26
İlqar Bayramlı vərəm faktını niyə gizlədir? - Əsas korpus bağlanıb, dərslər online keçirlir
-
Bu gün, 16:23
Naxçıvan gömrüyündə MONOPOLİST AB-HAVA... - AXI NİYƏ?
-
Bu gün, 16:03
Kallasın Bakı səfərinin pərdəarxası: Əliyevlə görüşdə hansı mesajı çatdırıb?
-
Bu gün, 14:42
ITA Airways süni intellektlə yanacaq sərfiyyatını və emissiyaları azaltmağı hədəfləyir
-
Bu gün, 10:30
Qarabağ Regional Təhsil İdarəsi Əli Həsənovun şirkəti ilə 54 min manatlıq müqavilə bağladı
-
Bu gün, 10:18
Dünya Bankının xəbərdarlığı -Azərbaycan risk qrupunda
-
Bu gün, 09:33
Nizami rayonunda stadionu söküb parking etdilər
-
Bu gün, 08:57
"Şapka Məmməd" və "Qara Kassa" Əməliyyatı: İflasdan Doğan Milyonlar!.
-
Bu gün, 08:15
Əhəd Abıyevin polkovnik qardaşı dünyasını dəyişdi
-
Bu gün, 08:12
Saxta kürü məhsulları ilə bağlı monitorinq aparıldı − Pozuntular aşkarlandı
-
Bu gün, 08:07
Məktəb direktoru ilə “Ləzzət”in rəhbəri cərimələndi
-
Bu gün, 08:04
25 milyonluq "təmir" - “Xezer-Construction” və “Az.Arxitektura” şirkətlərini kim birləşdirir?
-
Dünən, 23:04
Deputatın Londondakı 22 əmlakına və Lixtenşteyndəki şəxsi bank hesabına həbs qoyuldu- QƏRAR
-
Dünən, 21:47
AAYDA-nın 3 qurumu ləğv olundu
-
Dünən, 21:39
Mətbuat Şurası jurnalistlərə səsləndi - Müsahiblərə həssas yanaşın
-
Dünən, 21:35
Sanki qarşılarında onkoloji xəstə yox, daş-divardı... - NARAZILIQ VAR...
-
Dünən, 21:33
Turizm sektorunda MÜƏMMA – Turist sayı azalıbsa, hotellərin gəliri NECƏ ARTIB?
-
Dünən, 16:11
Bura səhiyyə ocağıdır, YOXSA? - NARAZILIQ
-
Dünən, 16:10
Yevlax İcra Hakimiyyətinin milyonluq iki tenderi ləğv edildi - SƏBƏB
-
Dünən, 16:08
Avropa siyasətində xüsusi çəkiyə sahib xarizmatik xanım lider... - Bakıya səfər nə vəd edir? (TƏHLİL)
-
Dünən, 13:53
"Nə istəyirsiz bu millətdən?" - ETİRAZ VAR!
-
Dünən, 12:56
“NEQSOL Holding” Teymur Tağıyevi baş əməliyyat direktoru təyin edib - FOTO
-
Dünən, 12:53
İrəvandakı sammit Kremli dəli etdi: Bu, üzə tüpürməkdir!
-
Dünən, 12:50
“UNİSELL” MMC-yə satınalmalarda bu geniş şəraiti kimlər yaradır
-
Dünən, 10:47
Adnan Əhmədzadə və xanım əməkdaşı arasında QALMAQAL - VİDEO