Ermənistan Türkiyənin adını niyə hallandırır? - TƏHLİL

Ermənistanın aramsız təxribatına cavab olaraq Azərbaycan Silahlı Qüvvələri əks-hücuma keçdi. Əslində, düşmənin cavabını layiqincə veririk. Ancaq məsələ yalnız bununla bitmir. Prosesin kökü bir az dərindədir. Dövlətimizin tarixi torpaqlarımız üzərində suveren hüquqlarını bərpa etmək haqqı var. Bu baxımdan döyüşlərin davam edəcəyi istisna edilmir. Əlbəttə, bu gərgin vəziyyətdə qardaş Türkiyə ən ali səviyyədə Azərbaycana dəstəyini ifadə etdi və edir. Bu isə qan qardaşlığından və beynəlxalq hüququn prinsiplərindən irəli gələn qərardır. Məhz bu dəstəyə görə,c Ermənistan hakimiyyəti Türkiyəni də hədəfə alıb. Onlar dünyaya car çəkib bəyan edirlər ki, guya Azərbaycanla Türkiyə onlara qarşı birgə əməliyyat keçirir.
Bu yolla beynəlxalq ictimaiyyətin, xüsusilə havadarlarının rəsmi Bakı və rəsmi Ankaranı ittiham etməsinə nail olmağa çalışırlar.
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu isə Ermənistanın sərsəm açıqlamalarına cavab olaraq bildirib ki, Azərbaycanın təkbaşına işğal altındakı torpaqlarını azad etməyə gücü çatır:
“Biz dövlət, millət olaraq Azərbaycanın yanındayıq. Türkiyə Dağlıq Qarabağ münaqişəsinin BMT, ATƏT qərarları ilə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyib”.
Mövcud proseslər fonunda fikirlərini “Sherg.az”la bölüşən “Tolerantlıq” Sosial Araşdırmalar Birliyinin sədri, politoloq Azər Rəşidoğlu bildirib ki, Ermənistan informasiya ruporu Türkiyə ordusunun əks-hücum əməliyyatlarında iştirakı haqda mif yaratmaqla da məşğuldur.
Azərbaycan və Türkiyənin strateji müttəfiq olduğunu deyən analitik bu ölkələr arasında bir çox sahələr üzrə əməkdaşlığın mövcud olduğunu diqqətə çatdırıb:
“Lakin Azərbaycan Ordusunun apardığı əks-hücum zamanı Türkiyənin iştirakını iddia etmək gülüncdür. Ermənistan Dağlıq Qarabağda məğlub olduğunu anlayır. Odur ki, münaqişənin miqyasını böyütməyə və NATO üzvü olan Türkiyənin adını hallandırmaqla NATO – KTMT qarşıdurmasına nail olmaq istəyirlər.
Məsələ ondadır ki, Azərbaycanın heç kəsin hərbi yardımına ehtiyacı yoxdur. Bakı beynəlxalq hüquqla təsbit olunmuş normalara uyğun şəkildə əks- hücum əməliyyatlarına başlayıb və qısa zamanda separatçı rejim və təcavüzkar ölkə ciddi itkilər verib”.
A.Rəşidoğlu qeyd edib ki, Türkiyənin döyüşlərdə iştirakını iddia etməklə erməni təbliğat maşını diqqəti öz məğlubiyyətindən yayındırmağa çalışır:
“Ermənistanın siyasi və hərbi rəhbərliyi son əks-hücum əməliyyatı nəticəsində fiaskoya uğrayıb.
Azərbaycan Ordusunun qısa zaman kəsiyində növbəti dəfə erməni silahlı qüvvələri haqda mifi darmadağın edərək, düşmənin müdafiə xəttini yarması təcavüzkar ölkə daxilində böyük narazılıq yaradıb. Artıq bütün siyasi qüvvələr Paşinyanın istefasını tələb etməyə başlayıb. Bu tendensiyanı durdurmaq üçün “Paşinyan mediası” növbəti dəfə yalanlara əl atır. Ermənistan mətbuatı və erməni lobbisinin nəzarətində olan bəzi Avropa KİV-i bu barədə iddialar səsləndirsələr də, bir fakt belə göstərə bilməyiblər. Azərbaycan mətbuatı isə ermənilərin hərbi birləşmələrinin tərkibində xaricdən gətirilmiş muzdlu terrorçuların olduğunu faktlarla sübuta yetirib. Ermənistan bu müstəvidə manipulyasiya etməklə terrorçularla əməkdaşlığını arxa plana atmağa çalışır”.
Politoloqun qənaətincə, İrəvan gözəl bilir ki, Azərbaycanın uğurla apardığı əks-hücum qarşısında tab gətirə bilməyəcək:
“Erməni siyasi və hərbi elitasını acı məğlubiyyət gözləyir. Ermənistan iqtidarı bu məğlubiyyətlərin səbəbini guya Azərbaycana hansısa xarici dəstəklə izah etməklə özlərini sığortalamaq niyyətindədir. Bu günə qədər ermənilər heç bir fakt göstərə bilməyiblər. Erməni təbliğatı özünü daha da ağır duruma salır və artıq ölkə daxilində Paşinyandan narazıların sayı artır”.
Birlik sədri vurğulayıb ki, Türkiyənin Azərbaycanın yanında yer aldığını göstərmək üçün Ermənistan media və sosial şəbəkələr vasitəsilə dövriyyəyə çoxsaylı saxta xəbərlər buraxır:
“Amma yenə də bütün iddialar sözdən ibarətdir, bununla bağlı ortaya heç bir sübut qoyulmur.
İrəvan Ankara amilini xüsusi qabartmaqla döyüş meydanında tək qaldığını göstərmək, bununla kənar dəstəyə ehtiyacının olduğunu nümayiş etdirməyə cəhd göstərir. Lakin artıq heç bir ölkə batmaqda olan İrəvanla müttəfiqlik etmək istəmir”.
A.Rəşidoğlunun sözlərinə görə, son zamanlar Ankara bölgənin əsas oyunçusuna çevrilib. Bu da erməniləri təşvişə salır:
“Çünki İrəvan Türkiyəyə qarşı ərazi iddiasındadır və odur ki, Ankaranın güclənməsini istəmir. Belə yalanları dövriyyəyə buraxmaqla əslində öz gücsüzlüyünü nümayiş etdirir.
Azərbaycanın Ermənistanı tam məğlub etməyə resursları kifayət qədərdir. Azərbaycan Ordusu döyüş qabiliyyətinə görə, Ermənistan silahlı qüvvələrindən bir neçə dəfə güclüdür. Ankara Bakıya dəstək verir. Lakin bu dəstək mənəvi və beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirilir”.
Tarix: 1-10-2020, 08:20
-
Bu gün, 11:53
Mərkəzi Bankın "sıfır"ını görməzdən gəldilər, 9 milyonluq biznesi 437 minə "Yelo Bank"a ötürdülər – Şok detallar!
-
Bu gün, 11:44
Az qala hər il rəhbər dəyişdirən xəstəxana dövlətə MİLYONLAR BORCLUDUR... - İLGİNC FAKT
-
Bu gün, 11:37
2 nömrəli Bakı Baza Tibb Kollecində satınalmalar hansı qanunlarla keçirilir – Direktorun, yoxsa dövlətin
-
Bu gün, 11:33
Deputat Samir Vəliyevin anasının “Oksigen” klinikası ilə bağlı ŞİKAYƏT - Hamilə qadına qarşı...
-
Bu gün, 10:26
Aqil Ələsgər Bişkekdə medalla təltif olundu – Qırğızıstan Jurnalistlər Birliyinin fəxri üzvü seçildi
-
Bu gün, 10:24
Ümidi ölmüş dünya... - REPLİKA
-
Bu gün, 10:19
GDU-da yoxlamalar gedir
-
Bu gün, 10:12
Xataidə cinayətkar birlik həbs edildi - 11 nəfər
-
Bu gün, 09:47
Qalmaqallı hadisələrdə adı hallanan deputat övladları
-
Bu gün, 09:03
Arzuxan Əlizadə deputat mandatından imtina edəcək?
-
Dünən, 20:54
Azərbaycana “idxal terapiyası“ - ŞOK STATİSTİKA
-
Dünən, 20:51
AZƏRBAYCAN TURİZMİNDƏ HƏYƏCAN TƏBİLİ... - Ölkmizə gələn turistlərin sayı niyə kəskin azalıb? + RƏQƏMLƏR
-
Dünən, 20:48
Qardaşı hakim olduğu üçün həbs qərarını başqa məhkəmə verəcək
-
Dünən, 17:06
Müəllimlərin işə qəbulu və imtahan sistemləri 10 manatlıq "All In One Technologies"ə tapşırıldı: - YARIM MİLYONLUQ TENDER
-
Dünən, 17:01
SOCAR rəsmisinin gizli eşqi: rumın qızla öpüşərkən kameralara yaxalandı - FOTO
-
Dünən, 10:51
Lənkəran Rayon Mərkəzi Xəstəxanasının 210 min manatdan çox VERGİ BORCU üzə çıxdı
-
Dünən, 10:50
Dövlət maşını, YOXSA ,Bakı Şəhər Təhsil İdarəsinin müdiri NƏRMİNƏ xanımın uşağının OYUNCAĞI...
-
Dünən, 10:50
Elbrus İsayev vergi borcu olan şirkəti seçdi - MMC Emin Əmrullayevin qaynına bağlı imiş? (FOTO)
-
Dünən, 10:49
DEPUTATIN OĞLUNUN TƏKCƏ VERGİYƏ 500 MİN MANAT BORCU VAR - "Kristal" şirkəti ilə bağlı nə baş verir?
-
Dünən, 10:49
Cavanşir Feyziyevin apteki dərmanları reseptsiz satırmış - Şirkəti cərimələndi
-
Dünən, 09:34
“Dron ovçuları” Lenin Mavzoleyində: - avtomatlılar binanın damına yerləşdirilib
-
Dünən, 09:19
Hər hekayənin görünməyən tərəfi var... - Günel Musa yazır...
-
Dünən, 08:08
"OpenAI"da gizli mikrofon qalmaqalı: Keçmiş mühəndisin Səudiyyə Ərəbistanı ilə əlaqələri araşdırılır
-
Dünən, 08:07
“Premium Residence” MTK NƏFƏSİMİZİ KƏSİR... - ÖZBAŞINA QALIBLAR...
-
Dünən, 08:02
Albaniyada 10 gündür bitməyən toqquşmalar: Paytaxtda etiraz dalğası səngimir
-
24-10-2026, 23:52
Sənan Mənsimli yola salınır? - Qarabağ təhsilində kadr dəyişikliyi gözlənilir
-
24-10-2026, 23:02
"Servis+" MTK-da sakinləri ayağa qaldıran dələduzluq - Nazim Tahirov kürəkəni satdığı mənzilləri sürücüsü vasitəsilə geri alır
-
24-10-2026, 23:00
Şəkidə qanunsuz tikinti iddiası - "Yenilik" Ticarət Mərkəzi ərazisini genişləndirir
-
24-10-2026, 22:53
Təhsilin tənəzzülü yenə davam edəcək?
-
24-10-2026, 18:11
Ramiz Mehdiyevin “Tovuz Baltiya” HƏMLƏSİ - İLGİNC