Yerində olmayan MƏMURLAR və... - fəaliyyəti narazılıq yaradan QURUMLAR...

Ölkədə aparılan sosial-iqtisadi və siyasi islahatlar davam edir. Dərinləşmiş islahatlar bir çox sahələri əhatə edir və müşahidələr göstərir ki, siyasi hakimiyyət islahatlar kursunda qərarlıdır.
Prosesin xalqı narazı salan, islahatlarla ayaqlaşmayan məmurları və onların rəhbərlik etdiyi qurumları əhatə edəcəyi şübhəsizdir. Açıq görünür ki, qarşıda bu islahat dalğasına tuş gələcək qurumlar, məmurlar da az olmayacaq. Çünki son dövrlər bir sıra qurumlarla bağlı ciddi şikayətlər mətbuata çıxır, sosial şəbəkələrdə müzakirə olunur. Əhali vaxtaşırı həmin quruma rəhbərlik edənlərdən şikayətini bildirir.
Bu təcrübə ölkədə artıq mövcuddur və bu günə qədər əhalini narazı salan, vətəndaşa doğru-düzgün xidmət göstərməyən qurum rəhbərləri vəzifədən uzaqlaşdırılıb. Bəzən də etimadı doğrultmayan məmurlar həbs edilib.
Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev, Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev, Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, Yevlax İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov, İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev və onların müavinləri, rəhbərlik 4 etdikləri qurumda digər vəzifəli şəxslər Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən saxlanılaraq məhsuliyyətə cəlb olunub.
DTX Mədəniyyət və Xarici İşlər nazirliklərində də əməliyyat keçirdi və nəticədə hər iki nazir- Əbülfəs Qarayev və Elmar Məmmədyarov tutduğu postdan uzalaşdırıldı. Artıq Xarici İşlər naziri vəzifəsinə təyinat da olub. Ceyhun Bayramov XİN rəhbəri təyin olunub.
Qeyd edək ki, C.Bayramov buna qədər Təhsil naziri idi. Doğrudur, Təhsil Nazirliyi özü də problemi qurumlar sırasındadır. Son dövlər ölkənin təhsil sistemində müəyyən işlər görülsə də, bu nazirlik hələ də vətəndaşların ən çox şikayət etdiyi qurumlar sırasında birincilərdəndir.
Təhsil naziri postu da uzun müddət boş qalmadı. Artıq bu posta da təyinat olub və dövlət başçısının sərəncamı ilə Emin Əmrullayev 27 iyulda Təhsil naziri təyin edilib. Yeni kadrların necə işləyəcəyini qısa zamanda hər birimiz görəcəyik.
Əhalini narazı salan qurumlar arasında ilk yerlərdən birini də Səhiyyə Nazirliyi və nazir Oqtay Şirəliyev tutur.
Xüsusilə də koronavirus epidemiyasının yayıldığı dövrdə Səhiyyə naziri Oqtay Şirəliyevin üzə çıxmaması, sabiq həmkarı Elmar Məmmədyarov kimi “evdən işləməsi” vətəndaşların səhiyyə sistemi ilə bağlı narazılığını daha da artırdı.
Onsuz da ölkədə səhiyyə sisteminin bərbad vəziyyətdə olması Oqtay Şirəliyevi daim hədəfdə saxlayır. Hətta Səhiyyə Nazirliyinə alternativ olaraq yarılan TƏBİB də səhiyyə sisteminin “dərdinin təbibi” ola bilmədi. İlk yaranan zamanda kifayət qədər ümidlər bəslənilən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (TƏBİB) də ümidləri doğrultmadı.
Doğrudur, TƏBİB-in ilk imtahanı çox çətin oldu və ümumi rəyi nəzərə alsaq, bu qurum COVID-19 imtahanından keçə bilmədi və “sinifdə qaldı”. Söhbət koronavirusa yoluxan xəstələrə dərmanların verilməməsi, verilən qərarların icra olunması və bu kimi problemlərdən gedir. Bütün bu qüsurlar qurum rəhbəri Ramin Bayramlının “üzünü ağartmadı”.
Pandemiya müddətində diqqət mərkəzinə gələn qurumlardan biri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi oldu. Sərt karantin müddətində bir çox sahələrinin fəaliyyətinin məhdudlaşdırılması ilə əhalinin böyük bir hissəsi gəlirlərini itirdi. Bunu kompensasiya etmək məqsədi ilə dövlət müəyyən şərtlərlə vətəndaşlara, ehtiyacı olan hər ailədən 1 nəfər olmaq şərtilə 190 manat verilməsinə göstəriş verildi.
Bu işin icrası isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyə tapşırıldı. Nəticədə 2 ay müddətində 600 min işsiz və ya karantinə görə işini itirən şəxsə ödəmələrin həyata keçirildiyi açıqlandı. İyul ayı üçün də ödənişlər edildi, amma bu, bütövlükdə ölkə üçün nəzərdə tutulmamışdı və yalnız sərt karantin rejimi tətbiq olunan Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonlarına şamil edildi.
Amma “190 manat məsələsi” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün əməlli- başlı başağrısına çevirildi. Əhali arasında “Ehtiyacım olduğu halda 190 manat” ala bilmədim” deyən o qədər insan oldu ki, bunun fonunda hər bir imkanı olan şəxslərin bu yardımı alması xəbəri insanlarda qıcıq yaratdı. Hər halda bütün bunlar da nazir Sahil Babayevin “neqativinə” yazılan faktlar idi.
Belə bir şəraitdə əhalini susuz qoyanlar da tapıldı. Hətta problem o həddə çatdırıldı ki, ölkə başçısı bununla bağlı müşavirə keçirdi. Prezident müşavirədə dedi: “Açıq deməliyəm, bu iş başlı-başına buraxılıb, heç kim bu məsələ ilə məşğul olmayıb. Aidiyyəti qurumların hər biri öz işləri ilə məşğul idi, koordinasiya aparılmamışdır. “Azərsu”, meliorasiya qurumları, sadəcə olaraq, dövlət investisiya proqramı müzakirə olunarkən fəallaşırdılar ki, onlara nə qədər dövlət büdcəsindən pay düşəcək. Bəzi hallarda onların təklif etdikləri layihələr, ümumiyyətlə, diqqətəlayiq deyildi. Sadəcə olaraq görürdüm ki, burada məqsəd dövlət vəsaiti götürüb ondan istifadə etməkdir. Amma ondan sonra bu layihələrin səmərəliliyinə kimsə baxıb? Kimsə bunu təhlil edib? Yox”.
Ölkə başçısının bu çıxışı həm Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əhməd Əhmədzad', həm də “Azərsu” ASC-nin rəhbəri Qorxmaz Hüseynov üçün bir mesajdır.
Yəqin ki, həm də sonuncu xəbərdarlıq mesajıdır.
Tarix: 28-07-2020, 11:04
-
Bu gün, 17:06
Müəllimlərin işə qəbulu və imtahan sistemləri 10 manatlıq "All In One Technologies"ə tapşırıldı: - YARIM MİLYONLUQ TENDER
-
Bu gün, 17:01
SOCAR rəsmisinin gizli eşqi: rumın qızla öpüşərkən kameralara yaxalandı - FOTO
-
Bu gün, 10:51
Lənkəran Rayon Mərkəzi Xəstəxanasının 210 min manatdan çox VERGİ BORCU üzə çıxdı
-
Bu gün, 10:50
Dövlət maşını, YOXSA ,Bakı Şəhər Təhsil İdarəsinin müdiri NƏRMİNƏ xanımın uşağının OYUNCAĞI...
-
Bu gün, 10:50
Elbrus İsayev vergi borcu olan şirkəti seçdi - MMC Emin Əmrullayevin qaynına bağlı imiş? (FOTO)
-
Bu gün, 10:49
DEPUTATIN OĞLUNUN TƏKCƏ VERGİYƏ 500 MİN MANAT BORCU VAR - "Kristal" şirkəti ilə bağlı nə baş verir?
-
Bu gün, 10:49
Cavanşir Feyziyevin apteki dərmanları reseptsiz satırmış - Şirkəti cərimələndi
-
Bu gün, 09:34
“Dron ovçuları” Lenin Mavzoleyində: - avtomatlılar binanın damına yerləşdirilib
-
Bu gün, 09:19
Hər hekayənin görünməyən tərəfi var... - Günel Musa yazır...
-
Bu gün, 08:08
"OpenAI"da gizli mikrofon qalmaqalı: Keçmiş mühəndisin Səudiyyə Ərəbistanı ilə əlaqələri araşdırılır
-
Bu gün, 08:07
“Premium Residence” MTK NƏFƏSİMİZİ KƏSİR... - ÖZBAŞINA QALIBLAR...
-
Bu gün, 08:02
Albaniyada 10 gündür bitməyən toqquşmalar: Paytaxtda etiraz dalğası səngimir
-
Dünən, 23:52
Sənan Mənsimli yola salınır? - Qarabağ təhsilində kadr dəyişikliyi gözlənilir
-
Dünən, 23:02
"Servis+" MTK-da sakinləri ayağa qaldıran dələduzluq - Nazim Tahirov kürəkəni satdığı mənzilləri sürücüsü vasitəsilə geri alır
-
Dünən, 23:00
Şəkidə qanunsuz tikinti iddiası - "Yenilik" Ticarət Mərkəzi ərazisini genişləndirir
-
Dünən, 22:53
Təhsilin tənəzzülü yenə davam edəcək?
-
Dünən, 18:11
Ramiz Mehdiyevin “Tovuz Baltiya” HƏMLƏSİ - İLGİNC
-
Dünən, 18:07
Türkiyə şirkətinin QUMAR BİZNESİ ƏL DƏYİŞDİRİR
-
Dünən, 12:41
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası
-
Dünən, 12:16
Bakıda ölümlə nəticələnən davada saxlanılanlar var - Biri deputat oğludur
-
Dünən, 11:02
Bir ay əvvəl bağlanan “Na & El” yenidən açıldı: şirniyyat evindən natəmiz görüntülər —VİDEO
-
Dünən, 09:33
Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma... - Samir Feyruzov yazır
-
Dünən, 09:31
14 İCRA BAŞÇISININ TENDER OYUNU YOXLANILDI - Nələr üzə çıxmadı ki...
-
Dünən, 09:24
"Nefahim" MMC gömrük qaydasını pozdu - Cərimə olundu
-
Dünən, 09:15
Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama - Saxta diplomlar, maliyyə pozuntuları aşkarlandı
-
Dünən, 09:09
Müştəriləri aldatmaqda yarışa girənlər: “Kontakt Home”, “Baku Electronics” və... – AÇIQLAMA
-
23-10-2026, 21:30
Nizam Osmanovun polkovnik dostuna cinayət işi açıldı - “Salyanski kazarma”da yeyinti
-
23-10-2026, 21:25
İranın Hörmüz boğazındakı kabelləri hədəfə alması Körfəz ölkələri üçün ciddi təhlükə yarada bilər
-
23-10-2026, 14:58
BŞTİ müdirinə daha bir “dost” zərbəsi – MLK-da nə baş verir?!
-
23-10-2026, 14:38
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –FOTO