"Deyirlər, guya dəri altına “çip” vurulacaq, bu, başqa bir proqramdır" - Sərdar Cəlaloğlu

Dünya hələ də koronavirusla mübarizədədir.
Bu öldürücü virus əleyhinə peyvənd hələlik yoxdur. Mütəxəssislərin dediyinə görə, peyvənd 2021-ci ildə hazırlanarsa, bu, nailiyyət olacaq.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) elmi araşdırmalar üzrə əsas səlahiyyətli nümayəndəsi Soumya Svaminatan bildirib ki, yeni növ koronavirusa qarşı geniş şəkildə istifadə edilə bilən peyvənd maddəsi gələn ilin ortalarında hazır ola bilər. ÜST rəsmisi hazırda 20 peyvənd maddəsinin insanlar üzərində kliniki tədqiqat mərhələsində olduğunu deyib.
O, bu maddələrdən ən azı bir neçəsinin kütləvi istifadə üçün yararlı olacağına ümidvar olduğunu da bildirib. Yekun seçimdən sonra peyvəndlərin kütləvi istehsalı başlana və gələn ilin ortalarında geniş əsasda istifadəsinə başlanıla bilər.
Bəzi iddialara görə, kütləvi peyvəndləmə həm də insan dərisinə çip yerləşdirilməsinə imkan yaradacaq. Bunun yeni düzən yaradılması və insanları rahatlıqla idarə etməyə hesablanması barədə iddialar geniş müzakirə olunur.
Koronavirusa qarşı hazırlanacaq çipin peyvənd adı ilə insanlara tətbiqinin könüllülük prinsipi əsasında olmayacağı barədə də söyləntilər var. Bəzi məlumatlara görə isə artıq Rusiya siyasi elitası və oliqarxlar virusdan, dolayısı ilə həm də “çipdən” yaxa qurtarmaq üçün aprel ayında peyvənd olunublar. Lakin dünyanın aparıcı mediasının yaydığı bu xəbər Kreml tərəfindən təsdiqlənməyib.
Maraqlıdır, Azərbaycanın siyasi cameəsi bu barədə nə düşünür və peyvənd olunacaqlarmı?
Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü, deputat, AXCP sədri Razi Nurullayev Cebhe. info-nun sorğusunu belə cavablandırıb:
“Mən bu barədə mətbuatı izləyəcəyəm. Kim peyvənd etdirib və ya etdirəcək, insanlar peyvənd haqda nə düşünür, dünyanın hansı tanınmış şəxsləri bu maddənin tətbiqinə razıdırlar? Dünya mətbuatı bu barədə nə yazır və hansı narahatlıqlar ola bilər deyə əvvəlcə bu bilgilərlə tanış olacağam. Bütün bunları analiz edəndən sonra qərar verəcəyəm. Amma bu gün birmənalı qərarım yoxdur. Qaldı ki, dünyanın “çipləşməsinə”, bu məsələyə spesifik yanaşıram. Gələcəkdə bu, mümkün olacaq. Yəni insanlar könüllü olaraq “çipləşməyə” gedəcəklər. Çünki “çipləşmə” həm də onların həyatını asanlaşdıracaq və rəqəmsallaşdıracaq. Amma yaxın zamanlarda bunun baş verəcəyinə inanmıram”.
Xalq Partiyasının sədri Pənah Hüseynin sözlərinə görə, tibb elmi və bizim səhiyyə qanunvericiliyi peyvənd hazır olandan sonra nə qərar qəbul edəcəksə, ona uyğun addım atacaq:
“Peyvənd hələ yoxdur və onun nə vaxt hazır olacağı da məlum deyil. Həmçinin peyvənd şərtləri də mövcud deyil. Peyvənd və peyvəndləşmə olanda biz də bu barədə qərar qəbul edəcəyik. Ola bilsin ki, peyvənd hazır olandan sonra insanlara məcburi tətbiq edilsin. Belə söhbətlər gedir. “Çipləşmə” tamamilə başqa məsələdir və bunun koronavirusa aidiyyəti yoxdur”.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, ixtisasca həkim olan Sərdar Cəlaloğlu qəti olaraq peyvənd etdirməyəcəyini bildirib:
“Hələlik peyvənd yoxdur, amma peyvəndin özü xəstəlik mənbəyidir. Ən yaxşı hal orqanizmi xəstəliyə qarşı hazırlamaqdır. Süni yolla hazırlanan peyvəndə nə qədər dəstək versək, orqanizm bir o qədər zəifləyər. İnsanların “çipləşmə”sinin isə peyvəndə aidiyyəti yoxdur. Deyirlər, guya dəri altına “çip” vurulacaq, bu, başqa bir proqramdır. Elə bir məsələ də var. Şəxsiyyət vəsiqəsini əvəz edəcək, bütün məlumatları özündə ehtiva edən bir proqramı dəri altına yeridəcəklər. Amma bu da boş şeydir və buna ehtiyac yoxdur”.
AĞ Partiyanın başqanı Tural Abbaslı tezliklə dünya səhiyyəsi tərəfindən koronavirusa qarşı peyvəndin icad edilməsini arzu edib:
“Tezliklə peyvənd hazırlansın və satışa buraxılsın. İlk növbədə bunu arzu edirəm. Mən düşünmürəm ki, belə peyvəndlər könüllülük prinsipi ilə olacaq. Çox böyük ehtimalla məcburi qaydada hər kəs peyvəndlənəcək. Amma könüllülüklə də olsa, mən peyvəndlənmənin tərəfdarıyam. Bu gün bir çox məsələlərdə komplo axtarılır. Dünyanın “çiplənəcəyi”, insanların idarə olunacağı ilə bağlı fikirlərdən bir qədər uzağam. Hesab etmirəm ki, dünyanın böyük maliyyə gücləri oturub Tutal bəyi necə “manqurt” və yaxud onu ram etmək haqqında düşünsün. O baxımdan, peyvənd hazırlansın və hər kəs də peyvəndlənsin. Son bir neçə ayda yaşadığımız bu əziyyət bitsin. Belə peyvəndləri ixtira edən həkimlərə də Nobel mükafatı verilsin ki, onlar daha həvəsli işləsinlər”.
Tarix: 27-07-2020, 08:10
-
Dünən, 23:19
Onkologiya Mərkəzinin 50 milyonluq tenderini deputatla əlaqələndirilən şirkət qazandı
-
Dünən, 23:08
Qəbul olmayanlar üçün daha bir şans - Tarix açıqlandı
-
Dünən, 22:58
Peşə məktəblərində müqavilə ilə işə qəbul keyfi başlayır... İlqar Bayramlı baş verənləri həqiqətənmi görə bilmir?
-
Dünən, 22:27
Nihad Hənifəyevin 7,4 milyonluq tenderinin şəffaflıq təhlili - Daha bir iddia və Nazirliyin məlum susqunluğu - FOTOLAR
-
Dünən, 22:21
Elçibəyin qardaşı qızının evi əlindən alındı - FOTO
-
Dünən, 16:42
7A-da sərnişinə “su işgəncəsi” - AYNA təndiq olundu - FOTO
-
Dünən, 16:29
Polkovnik atanın himayəsində, dələduz oğul... - İTTİHAM VAR...
-
Dünən, 16:24
Bayandur kənd sakinlərinin müraciəti həll olunub
-
Dünən, 16:13
DTX bu dəfə əsl «akula»ları tutub – 35 milyon manat cərimə!
-
Dünən, 16:08
134 il sonra təkrarlandı: Prezidentin səfəri ilə bağlı ilginc detal – FOTOLAR
-
Dünən, 16:03
Budaqov AĞACLARI NİYƏ SEVMİR AXI...
-
Dünən, 15:57
Günə 77 qəpiyə “Nar”dan smartfon!
-
Dünən, 15:53
Deputat Məşhur Məmmədova bağlı şirkətlər inhisarçı rolunda…:Saxta tenderlər, siyasi patronaj və dövlətə vurulan 21 milyonluq zərər
-
Dünən, 12:05
Şuşa sakinləri evlərini kirayə verirlər – Bir günü 150 manata
-
Dünən, 12:01
"Minlərlə insan vaxtını itirir, əsəbləri tarıma çəkilir..." - AXI NİYƏ?..
-
Dünən, 11:57
Səfərbərlik Xidməti tender keçirmədən 627 min manatlıq geyim alır-qanunlar belə pozulur
-
Dünən, 09:49
Ukrayna bir gecədə 4 OZON anbarını məhv etdi
-
Dünən, 09:43
Abdin Fərzəliyevin rəhbərlik etdiyi rayonda çoxmərtəbəli bina 3 mərtəbəlik sənədlə tikilir?
-
Dünən, 09:40
“Abşeron City”də zirzəmi divarları gecə ilə söküldü - Sakinlər narahatdır
-
Dünən, 09:38
"SOCAR" da faciə - Qaldırıcı qurğu aşdı, işçi öldü
-
Dünən, 09:36
Tərtər, Ağdaş, Bərdə, Goranboy və Bakının Yasamal rayonunda işıq kəsiləcək
-
23-08-2026, 22:27
Yeni tədris ilinə az qalır: bir şagird üçün məktəbli forması dəsti neçəyə başa gəlir? - VİDEO
-
23-08-2026, 17:23
Ömər Balacayev hansı pullar hesabına bu təmtərağı yaşayır?.. - İşçilər soruşur...
-
23-08-2026, 17:05
Bakı bu ölkə ilə tarixi sənəd imzalayacaq – Müttəfiqlik yeni mərhələyə keçir!
-
23-08-2026, 11:30
Emin Əmrullayevlə Elnur Əliyevin yolları ayrılır? - Təhsil sistemində yeni gərginlik
-
23-08-2026, 10:48
Taxıl, ət, qarğıdalı bahalaşır - Dünya ərzaq böhranına gedir
-
23-08-2026, 10:43
Nizami rayonunda yaşıllıq ərazisi məhv edildi - Ağacları kim və hansı əsasla kəsir?
-
23-08-2026, 10:40
Erməni deputat: “Azərbaycan mənim düşmənimdir”
-
23-08-2026, 10:36
Salyanda dövlətə qarşı təxribat? General Ceyhun Həsənovun adı “Aqro Park” qalmaqalında — Təsərrüfatların suyu kəsildi - VİDEO
-
22-08-2026, 09:02
“Biabırçılıqdır, fırıldaqçılıq edirlər”