400 milyon dollarlıq yatırıma “silahlı cavab": - Serbiyanı xəyanətə kim vadar etdi?

Serbiya Ticarət, turizm və telekommunikasiya naziri Rasim Lyaiç silahların Ermənistana verilməsini qismən etiraf edib.
Məlumat üçün bildiririk ki, Serbiya qanunlarına əsasən, silah ixracına icazə verən bu nazirlikdir. Nazir Rasim Lyaiç silah məsələsində Ermənistana embarqo qoyulmadığını və belə şəraitdə alıcıya “yox” deyə bilmədiklərini bildirib. Nazir ölkəsini mövcud vəziyyətdən çıxarmağa çalışaraq silahları özəl bir şirkətin satdığını və həmin şirkətin adını verə bilməyəcəyini deyib.
Maraqlıdır, nazir bu fikri ilə vəziyyəti daha da gərginləşdirib və niyə şirkətin adını açıqlamayıb? Dövlətin xəbəri olmadan müharibə şəraitində olan ölkəyə silah satıla bilərmi? Serbiya məsələni ört-bas etmək istəyi ilə əslində nəyi gizləyir? Serbiyanı bu addımı atmağa kimin məcbur edib? İctimaiyyəti narahat edən təkcə bu suallar deyil. Azərbaycanın Serbiyaya yatırımları da var və indiki şəraitdə bu yatırımların aqibəti necə olacaq?
“Serbiyalı nazirin bəyanatı bütünlüklə yalandan ibarətdir”
Politoloq Qabil Hüseynli Cebhe.info-ya açıqlamasında bütün bu sualları cavablayıb:
“Serbiya Ticarət, turizm və telekommunikasiya naziri Rasim Lyaiç çox böyük yalan danışır. Heç bir ölkədə özəl şirkət dövlətdən izin almadan hər hansı bir ölkəyə Müdafiə Sənayesinin məhsullarını göndərə bilməz. Özü də müharibə vəziyyətində olan ölkəyə. İkincisi isə nazirin bəhs etdiyi özəl şirkətin adını çəkməməsi onu göstərir ki, ya bu silahlar köhnə, sovet dövründən qalma, ya da Rusiyanın iştirakı ilə göndərilən silahlardır. Məgər serbiyalı nazir bilmir ki, onun ölkəsi Azərbaycanla geostrateji tərəfdaşlığa doğru irəliləyir? Bu haqda müqavilə imzalanıb və Bakıda təmtəraqlı sürətdə bəyanat verilib. Tərəflər arasında bir çox sahələri əhatə edən ikitərəfli iqtisadi, siyasi və humanitar əməkdaşlığa dair sənədlər imzalanıb. Azərbaycan dəfələrlə Serbiyaya humanitar yardımlar edib. Bundan sonra həmin sənədlərdə nəzərdə tutulanları icra etmək çox çətin olacaq. Çünki Serbiya aşkar şəkildə Azərbaycana xəyanət etmiş oldu. Bunun bədəlini də ödəməlidir. Bu, ikili münasibətlərdə soyuqluğun əmələ gəlməsinə və bütövlükdə strateji tərəfdaşlıq kimi məsələlərin artıq arxa plana keçməsinə səbəb ola bilər. Ona görə də Serbiya naziri qaş düzəltdiyi yerdə, gözü də vurub çıxarıb. Son vəziyyət isə göstərir ki, onlar Ermənistanla əl altından çox ciddi sövdələşmə və iş birliyinə daxil olublar. Təbii ki, Azərbaycan da bundan lazım olan nəticələri çıxaracaq”.
Politoloq hesab edir ki, bu məsələdə mənfəət, gəlir götürmək elementləri və iqtisadi amillər ön planda deyil:
“Burada sırf siyasi amillər mövcuddur. Hətta Ermənistana silah satmaq məsələsində embarqo yoxdursa da, dünyada etik qanunlar var. Bu qanunlara əsasən etnik münaqişələrin olduğu bölgələrdə müharibə şəraitində olan ölkələrə silah istehsal edən ölkələr silah ixracatını dayandırırlar. Yəni münaqişənin dərinləşməməsi, sülhə nail olmaq üçün bu addımlar atılır. Bu, yazılmamış qanunlardır. Amerika və Avropanın bizə silah satmamsının səbəbi də budur. Serbiya da Avropanın mərkəzində olan bir dövlətdir. Serbiyalı nazirin bəyanatı bütünlüklə yalandan ibarətdir. Amma bu hərəkətləri ilə açıq şəkildə siyasi niyyətlərini bəlli etdilər. Bu siyasi niyyətlər də strateji müttəfiqlik əlaqələri qurduqları Rusiyanın göstərişləridir”.
Ekspert Serbiyanın Ermənistana silah satmasında vasitəçi kimi adı hallanan Gürcüstanın mövqeyinə də toxunub:
“Gürcüstan bu məsələdə Azərbaycanla strateji tərəfdaşlığa kölgə salan səhvə, hətta deyərdim ki, xəyanətə yol verib. Bu məsələdən çırpınıb çıxmağa çalışsa da, nail ola bilmir. Gürcüstanın bu addımı atması onu göstərir ki, o, istənilən halda Azərbaycanın özünə də zərər gətirən işlər görməyə qadirdir”.
“Bu ölkədə 400 milyon dollarlıq yatırımımız var”
İqtisadçı-ekspert Natiq Cəfərli isə Azərbaycanın Serbiyaya 400 milyon dollar yatırım etdiyini deyib:
“Serbiyanın yol infrastrukturları ilə bağlı layihələrdə Azərbaycanın iştirak payı var. Serbiyada son zamanlar 400 milyon dollarlıq yatırımımız var. Bilinən yatırımlar bunlardır. Yol infrastrukturuna və körpü- yol genişlənməsinə Azərbaycan tərəfindən verilmiş kreditlər və qoyulmuş investisiyalar var. Hətta “Akkord” şirkətlər qrupu da bu investisiyaların həyata keçirilməsində iştirak edib. Bundan başqa isə Serbiya ərazisində müəyyən özəl şirkətlərin və şəxslərin yatırımları ilə bağlı məlumatlar var. Lakin dəqiq rəqəmlər və bunların həcmi haqqında təəssüf ki, məlumat verilmir. Bundan əlavə də Cənub qaz dəhlizi ilə bağlı Serbiya ilə danışıqlar gedir və bu ölkənin cənub hissəsinin Azərbaycan qazı ilə təmin olunmasıyla bağlı ilkin razılaşma da var. Çox güman ki, TAP layihəsi işə düşdükdən sonra bununla bağlı müəyyən addımların atılması gözlənilir. Rusiya ilə razılaşdırma olmadan həmin addımın atılması mümkünsüz görünür. Çox güman ki, burada da Rusiyanın rolu olub”.
Tarix: 23-07-2020, 07:40
-
Bu gün, 17:06
Müəllimlərin işə qəbulu və imtahan sistemləri 10 manatlıq "All In One Technologies"ə tapşırıldı: - YARIM MİLYONLUQ TENDER
-
Bu gün, 17:01
SOCAR rəsmisinin gizli eşqi: rumın qızla öpüşərkən kameralara yaxalandı - FOTO
-
Bu gün, 10:51
Lənkəran Rayon Mərkəzi Xəstəxanasının 210 min manatdan çox VERGİ BORCU üzə çıxdı
-
Bu gün, 10:50
Dövlət maşını, YOXSA ,Bakı Şəhər Təhsil İdarəsinin müdiri NƏRMİNƏ xanımın uşağının OYUNCAĞI...
-
Bu gün, 10:50
Elbrus İsayev vergi borcu olan şirkəti seçdi - MMC Emin Əmrullayevin qaynına bağlı imiş? (FOTO)
-
Bu gün, 10:49
DEPUTATIN OĞLUNUN TƏKCƏ VERGİYƏ 500 MİN MANAT BORCU VAR - "Kristal" şirkəti ilə bağlı nə baş verir?
-
Bu gün, 10:49
Cavanşir Feyziyevin apteki dərmanları reseptsiz satırmış - Şirkəti cərimələndi
-
Bu gün, 09:34
“Dron ovçuları” Lenin Mavzoleyində: - avtomatlılar binanın damına yerləşdirilib
-
Bu gün, 09:19
Hər hekayənin görünməyən tərəfi var... - Günel Musa yazır...
-
Bu gün, 08:08
"OpenAI"da gizli mikrofon qalmaqalı: Keçmiş mühəndisin Səudiyyə Ərəbistanı ilə əlaqələri araşdırılır
-
Bu gün, 08:07
“Premium Residence” MTK NƏFƏSİMİZİ KƏSİR... - ÖZBAŞINA QALIBLAR...
-
Bu gün, 08:02
Albaniyada 10 gündür bitməyən toqquşmalar: Paytaxtda etiraz dalğası səngimir
-
Dünən, 23:52
Sənan Mənsimli yola salınır? - Qarabağ təhsilində kadr dəyişikliyi gözlənilir
-
Dünən, 23:02
"Servis+" MTK-da sakinləri ayağa qaldıran dələduzluq - Nazim Tahirov kürəkəni satdığı mənzilləri sürücüsü vasitəsilə geri alır
-
Dünən, 23:00
Şəkidə qanunsuz tikinti iddiası - "Yenilik" Ticarət Mərkəzi ərazisini genişləndirir
-
Dünən, 22:53
Təhsilin tənəzzülü yenə davam edəcək?
-
Dünən, 18:11
Ramiz Mehdiyevin “Tovuz Baltiya” HƏMLƏSİ - İLGİNC
-
Dünən, 18:07
Türkiyə şirkətinin QUMAR BİZNESİ ƏL DƏYİŞDİRİR
-
Dünən, 12:41
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası
-
Dünən, 12:16
Bakıda ölümlə nəticələnən davada saxlanılanlar var - Biri deputat oğludur
-
Dünən, 11:02
Bir ay əvvəl bağlanan “Na & El” yenidən açıldı: şirniyyat evindən natəmiz görüntülər —VİDEO
-
Dünən, 09:33
Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma... - Samir Feyruzov yazır
-
Dünən, 09:31
14 İCRA BAŞÇISININ TENDER OYUNU YOXLANILDI - Nələr üzə çıxmadı ki...
-
Dünən, 09:24
"Nefahim" MMC gömrük qaydasını pozdu - Cərimə olundu
-
Dünən, 09:15
Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama - Saxta diplomlar, maliyyə pozuntuları aşkarlandı
-
Dünən, 09:09
Müştəriləri aldatmaqda yarışa girənlər: “Kontakt Home”, “Baku Electronics” və... – AÇIQLAMA
-
23-10-2026, 21:30
Nizam Osmanovun polkovnik dostuna cinayət işi açıldı - “Salyanski kazarma”da yeyinti
-
23-10-2026, 21:25
İranın Hörmüz boğazındakı kabelləri hədəfə alması Körfəz ölkələri üçün ciddi təhlükə yarada bilər
-
23-10-2026, 14:58
BŞTİ müdirinə daha bir “dost” zərbəsi – MLK-da nə baş verir?!
-
23-10-2026, 14:38
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –FOTO