"KTMT-nin 7 üzvündən hər biri ayrı-ayrılıqda Azərbaycanla çox yaxın münasibətlərə malik olan ölkələrdir" - AÇIQLAMA

Dünən Prezident İlham Əliyevin sədrliyi ilə Təhlüksəzlik Şurasının növbəti iclası keçirilib. Dövlət başçısı iclasda çıxış edib, sonra isə toplantı qapalı davam edib. Prezident İlham Əliyev çıxışında bir sıra vacib məsələlərə toxunub və Tovuzda baş verən təxribatın bütün məsuliyyətini Ermənistan hərbi-siyasi hakimiyyətinin daşıdığını deyib.
Görüşü “Sherg.az”a təhlil edən BDU-nun professor, politoloq Əlimusa İbrahimovun fikrincə, düşmən tərəfinin təxribatı müəyyən məqsədlərə xidmət edir:
“Sərhəddə baş verən döyüşlərlə əlaqədar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Daimi Şurasının növbədənkənar iclasının çağırılması haqqında qərar qəbul etməsi Ermənistan hakimiyyətini nə qədər sevindirmişdisə, iclasın qeyri müəyyən vaxta qədər təxirə salınması onu bir o qədər məyus etdi. Axı bu işğalçı dövlət öz əməllərini ört-basdır etmək və eləcə də üzvü olduğu təşkilatı öz arxasında görmək üçün var qüvvəsi ilə çalışırdı.
Ermənistan rəhbərliyi düşünürdü ki, başda Rusiya olmaqla bir qrup dövlət onun işğalçılıq siyasətini dəstəkləyəcək və mütəmadi törətdiyi təxribatlara haqq qazandıracaq.
Buna görə də növbəti təxribatı məhz Ermənistan-Azərbaycan sərhəddində törətdi. Ermənistanın bu təxribata başlamasının digər müxtəlif səbəbləri də mövcuddur: ölkədə iqtisad vəziyyətin son dərəcə pisləşməsi, pandemiyanın yaratdığı çətinliklərin daha da ciddiləşməsi, Paşinyan hakimiyyətini kütlə qarşısında verdiyi vədlərə əməl edə bilməməsi və sair. Lakin KTMT-nin münaqişəyə cəlb etmək işğalçı dövlətin çoxdankı arzusu idi”.
Ə.İbrahimov təşkilatın Ermənistanın növbədənkənar iclas çağırmaq təşəbbüsünü cavabsız qoymasını təsadüfi hesab etmir:
“Bunun bir sıra səbəbləri var. Birincisi, KTMT-nin7 üzvündən hər biri ayrı-ayrılıqda Azərbaycanla çox yaxın münasibətlərə malik olan ölkələrdir. Onlardan hər biri Ermənistanın işğalçı dövlət olduğunu yaxşı bilir və yeri gəldikcə onu işğalçı siyasət yeritdiyinə görə ifşa edirlər. İkincisi, bu dövlətlərin hər birində həll olunmamış münaqişələr mövcuddur və onlar da nə zamansa eyni duruma düşə bilərlər. Bu gün Ermənistanın tələbi ilə iclas çağırmaqla onlar işğalçını dəstəkləmiş ola bilərdilər. Ona görə onlar işğalçının yanında durmaqdan imtina etdilər və ona başa salmağa çalışdılar ki, bir təşkilatda yer tutmağımıza baxmayaraq biz haqqın tərəfindəyik.
Üçüncü, səbəb Ermənistanın müxtəlif problemlərlə bu təşkilatı təngə gətirməsidir. KTMT Ermənistanın yardım üçün mütəmadi müraciət etdiyi təşkilatdır.
Xüsusilə, Paşinyan hakimiyyətə gəldikdən sonra həll edə bilmədiyi iqtisadi məsələləri bu təşkilatın əli ilə həll etməyə çalışır. Pandemiya ilə mübarizədə yardım, Rusiyada alınan qazın qiymətlərinin aşağı salınması, Rusiya ilə dəmiryolu xəttinin açılması-bütün bunlar Ermənistanın son bir ildə bu təşkilatın köməyi ilə həll etməyə çalışdığı məsələlərdir. Dördüncü, bu təşkilatda başa düşürlər ki, Ermənistanın xahişi ilə bu gün fövqəladə iclasın çağırılması sabah onun iştahını daha da artıracaq.
O, sabah Azərbaycanla müharibədə qoşun, hərbi sursat tələb edəcək. Türk dövlətlərinin böyük nüfuz sahibi olduğu təşkilatın belə addım atacağı sadəcə mümkün deyil.Həmçinin Ermənistan son iki ildə KTMT-ni amorf bir qurum kimi müxtəlif beynəlxalq tribunalardan səsləndirib. Bu da ona təşkilatı aşağıladığına görə verilən layiqli cavab idi. Və, nəhayət, sonuncu, KTMT bununla Ermənistana xəbərdarlıq etdi ki, Azərbaycanla gələcək müharibədə bu təşkilatın yardımına ümid etməsin”
Tarix: 14-07-2020, 21:17
-
Bu gün, 18:00
Onkologiya Mərkəzinin 50 milyonluq tenderini deputatla əlaqələndirilən şirkət qazandı
-
Bu gün, 16:42
7A-da sərnişinə “su işgəncəsi” - AYNA təndiq olundu - FOTO
-
Bu gün, 16:29
Polkovnik atanın himayəsində, dələduz oğul... - İTTİHAM VAR...
-
Bu gün, 16:24
Bayandur kənd sakinlərinin müraciəti həll olunub
-
Bu gün, 16:13
DTX bu dəfə əsl «akula»ları tutub – 35 milyon manat cərimə!
-
Bu gün, 16:08
134 il sonra təkrarlandı: Prezidentin səfəri ilə bağlı ilginc detal – FOTOLAR
-
Bu gün, 16:03
Budaqov AĞACLARI NİYƏ SEVMİR AXI...
-
Bu gün, 15:57
Günə 77 qəpiyə “Nar”dan smartfon!
-
Bu gün, 15:53
Deputat Məşhur Məmmədova bağlı şirkətlər inhisarçı rolunda…:Saxta tenderlər, siyasi patronaj və dövlətə vurulan 21 milyonluq zərər
-
Bu gün, 12:05
Şuşa sakinləri evlərini kirayə verirlər – Bir günü 150 manata
-
Bu gün, 12:01
"Minlərlə insan vaxtını itirir, əsəbləri tarıma çəkilir..." - AXI NİYƏ?..
-
Bu gün, 11:57
Səfərbərlik Xidməti tender keçirmədən 627 min manatlıq geyim alır-qanunlar belə pozulur
-
Bu gün, 09:49
Ukrayna bir gecədə 4 OZON anbarını məhv etdi
-
Bu gün, 09:43
Abdin Fərzəliyevin rəhbərlik etdiyi rayonda çoxmərtəbəli bina 3 mərtəbəlik sənədlə tikilir?
-
Bu gün, 09:40
“Abşeron City”də zirzəmi divarları gecə ilə söküldü - Sakinlər narahatdır
-
Bu gün, 09:38
"SOCAR" da faciə - Qaldırıcı qurğu aşdı, işçi öldü
-
Bu gün, 09:36
Tərtər, Ağdaş, Bərdə, Goranboy və Bakının Yasamal rayonunda işıq kəsiləcək
-
Dünən, 22:27
Yeni tədris ilinə az qalır: bir şagird üçün məktəbli forması dəsti neçəyə başa gəlir? - VİDEO
-
Dünən, 17:23
Ömər Balacayev hansı pullar hesabına bu təmtərağı yaşayır?.. - İşçilər soruşur...
-
Dünən, 17:05
Bakı bu ölkə ilə tarixi sənəd imzalayacaq – Müttəfiqlik yeni mərhələyə keçir!
-
Dünən, 11:30
Emin Əmrullayevlə Elnur Əliyevin yolları ayrılır? - Təhsil sistemində yeni gərginlik
-
Dünən, 10:48
Taxıl, ət, qarğıdalı bahalaşır - Dünya ərzaq böhranına gedir
-
Dünən, 10:43
Nizami rayonunda yaşıllıq ərazisi məhv edildi - Ağacları kim və hansı əsasla kəsir?
-
Dünən, 10:40
Erməni deputat: “Azərbaycan mənim düşmənimdir”
-
Dünən, 10:36
Salyanda dövlətə qarşı təxribat? General Ceyhun Həsənovun adı “Aqro Park” qalmaqalında — Təsərrüfatların suyu kəsildi - VİDEO
-
22-08-2026, 09:02
“Biabırçılıqdır, fırıldaqçılıq edirlər”
-
22-08-2026, 08:01
Səfirin mətbuat konfransında protokol pozuntusu…
-
21-08-2026, 23:07
Bakıda 4 milyon manatlıq qızıl qaçaqmalçılığı: Dəstə necə ifşa olunub? (VİDEO)
-
21-08-2026, 23:03
Hazırda Körfəzdəki tankerlərdə 41 milyon barel neft var
-
21-08-2026, 22:54
Xəstəxanada izdiham: "Dörd gündür həkim qəbuluna düşə bilmirəm" - VİDEO