ATƏT-in Qarabağ susqunluğu: Xristian təəssübkeşliyi, yoxsa..? - GƏLİŞMƏ

Dağlıq Qarabağ münaqişəsi 30 ilə yaxındır ki, həll olunmamış qalır.
Münaqişənin ədalətli şəkildə həll edilməməsində beynəlxalq missiyaların da üzərinə böyük ölçüdə məsuliyyət düşür.Birləşmiş Millətlər Təşkilatının (BMT) qəbul etdiyi 4 qətnamə, o cümlədən digər beynəlxalq missiyalarda qəbul olunan qərar və planlar Ermənistan tərəfindən icra olunmur.Faktiki olaraq işğal faktının aradan qaldırılması üçün beynəlxalq missiyalar Ermənistanı qəbul olunan qərarların icrasına məcbur edə bilmir.
Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk Qrupunun fəaliyyəti, keçirilən diplomatik görüşlər də bu günə qədər heç bir effekt vermir.Nəticədə münaqişə davam edir.Ölkə başçısı İlham Əliyev də son müsahibəsində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə xarici işlər nazirlərinin görüşlərinin faydasız olduğunu vurğuladı.
Maraqlıdır, ATƏT və ATƏT-in Minsk Qrupu niyə Ermənistana qarşı sərt davranmır?Ermənistana işğal etdiyi Dağlıq Qarabağ və ətraf rayonların boşaltması üçün sanksiya tətbiq etmir, təzyiq göstərmir?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Cümhuriyət”ə açıqlamasında deyib ki, beynəlxalq missiyalar faktiki Ermənistanın nazı ilə oynayırlar:
“Dövlət başçısı İlham Əliyev də son müsahibəsində qeyd etdi ki, həmsədrlər fəailiyyətsizdirlər.Regiona faktaraşdırıcı missiya göndərmirlər. Son dəfə 10 il bundan əvvəl göndəriblər. Halbuki Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmaq əvəzinə, oranı məskunlaşdırır, müəssisələr tikir.Baş nazir Nikol Paşinyan Şuşaya gəlib təxribatçı andiçmə mərasimi keçirməsinə səssiz qalır.Yəni ATƏT və onun Minsk Qrupu hamısına səssiz qalır, reaksiya vermir və bu da dövlət başçısını ciddi narahat edir.İlham Əliyev onu da vurğuladı ki, həmsədrlərin vasitəçiliyi ilə xarici işlər nazirlərinin videokonfransları faydasız bir işdir.Bu Azərbaycan üçün heç bir fayda gətirmir.Çünki həmsədrlər özləri hazırladığı planı Ermənistana qəbul etdirmək istəmirlər."Gözə kül üfürmək" üçün güya görüşlər, onlayn konfranslar keçirirlər ki, bölgədə vəziyyət gərginləşməsin.Amma məsələ bundadır ki, onlar həll mexanizmlərini ortaya qoymayınca, bölgədə vəziyyət gərgin olaraq qalacaq, hətta müharibə ehtimalı da günü-gündən artır.Çox təəssüf ki, həmsədrlər bunu nəzərə almır və Ermənistan hakimiyyətinə heç bir təsir imkanlarından istifadə etmirlər.Sual vermirlər ki, siz niyə Dağlıq Qarabağ ətrafındakı rayonları məkunlaşdırır, müəssisələr tikirsiz?Niyə Şuşada andiçmə mərasimi keçirirsiz?Bütün bu suallar Ermənistan tərəfinə verilmir. Ona görə də Ermənistan özünü rahat hiss edir və torpaqları boşaltmaq istəmir. Bütün bunlar isə bölgədə müharibə ehtimalını artırır”.
E.Şahinoğlu bildirib ki, 25 ildə həmsədrlər hansı siyasəti aparırdısa, indi də onu davam etdirirlər:
“Əvvəllər də, 80 illərdə münaqişə başlayanda da necə ermənilərin "nazı ilə" oynayırdılarsa, bir çox məsələlərdə Ermənistana dəstək verilirdisə, eyni siyasət bir az başqa formada təkrarlanır. Buna müxtəlif adlar qoymaq olar. Keçmişdən biz buna “xristian təəssübkeşliyi” deyirik ki, bunda, həqiqətən də, məntiq var. Sanki Qərb aləmində, Rusiyada Ermənistana qarşı bir təəssübkeşlik, simpatiya var. Bu simpatiyanın olduğu üçün də Ermənistana bir söz demirlər. Münaqişənin həlli məqsədi ilə Ermənistana demirlər ki, torpaqları azad edin.Ara-sıra amerikalı diplomatlar bunu dilə gətirirdilər ki, Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılmalıdır.Amma faktiki olaraq belə çıxır ki, Qərb işğal faktını tanıyır.Başqa bir dövlət olsaydı, yaxasından yapışardılar ki, qərarları qəbul elə, torpaqları boşalt.Məsələn, keçmiş Yuqoslaviyada Miloşeviçdən xoşları gəlmirdi, Belqradı bombaladılar və dedilər ki, Kosovaya heç nə edə bilməzsən və məsələni həll etdilər.Bizim timsalımızda isə bunu etmir, etmək istəmirlər.Burada erməni lobbisinin də rolu olduğunu qeyd etməliyik.Erməni diasporu Rusiyada da, Avropada da, ABŞ-da da güclüdür.Bu üç ölkə də ATƏT-in Minsk Qrupuna həmsədrlik edirlər.Həmin erməni diasporu bu ölkələrdə seçki prosesinə də təsir edə bilir.Bunu ABŞ-da da, Fransada da, Rusiyada da siyasətçilər nəzərə alırlar.Bu da səbəblərdən biridir ki, Ermənistana təzyiq etmək istəmirlər”.
Tarix: 10-07-2020, 07:28
-
Bu gün, 10:51
Lənkəran Rayon Mərkəzi Xəstəxanasının 210 min manatdan çox VERGİ BORCU üzə çıxdı
-
Bu gün, 10:50
Dövlət maşını, YOXSA ,Bakı Şəhər Təhsil İdarəsinin müdiri NƏRMİNƏ xanımın uşağının OYUNCAĞI...
-
Bu gün, 10:50
Elbrus İsayev vergi borcu olan şirkəti seçdi - MMC Emin Əmrullayevin qaynına bağlı imiş? (FOTO)
-
Bu gün, 10:49
DEPUTATIN OĞLUNUN TƏKCƏ VERGİYƏ 500 MİN MANAT BORCU VAR - "Kristal" şirkəti ilə bağlı nə baş verir?
-
Bu gün, 10:49
Cavanşir Feyziyevin apteki dərmanları reseptsiz satırmış - Şirkəti cərimələndi
-
Bu gün, 09:34
“Dron ovçuları” Lenin Mavzoleyində: - avtomatlılar binanın damına yerləşdirilib
-
Bu gün, 09:19
Hər hekayənin görünməyən tərəfi var... - Günel Musa yazır...
-
Bu gün, 08:08
"OpenAI"da gizli mikrofon qalmaqalı: Keçmiş mühəndisin Səudiyyə Ərəbistanı ilə əlaqələri araşdırılır
-
Bu gün, 08:07
“Premium Residence” MTK NƏFƏSİMİZİ KƏSİR... - ÖZBAŞINA QALIBLAR...
-
Bu gün, 08:02
Albaniyada 10 gündür bitməyən toqquşmalar: Paytaxtda etiraz dalğası səngimir
-
Dünən, 23:52
Sənan Mənsimli yola salınır? - Qarabağ təhsilində kadr dəyişikliyi gözlənilir
-
Dünən, 23:02
"Servis+" MTK-da sakinləri ayağa qaldıran dələduzluq - Nazim Tahirov kürəkəni satdığı mənzilləri sürücüsü vasitəsilə geri alır
-
Dünən, 23:00
Şəkidə qanunsuz tikinti iddiası - "Yenilik" Ticarət Mərkəzi ərazisini genişləndirir
-
Dünən, 22:53
Təhsilin tənəzzülü yenə davam edəcək?
-
Dünən, 18:11
Ramiz Mehdiyevin “Tovuz Baltiya” HƏMLƏSİ - İLGİNC
-
Dünən, 18:07
Türkiyə şirkətinin QUMAR BİZNESİ ƏL DƏYİŞDİRİR
-
Dünən, 12:41
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası
-
Dünən, 12:16
Bakıda ölümlə nəticələnən davada saxlanılanlar var - Biri deputat oğludur
-
Dünən, 11:02
Bir ay əvvəl bağlanan “Na & El” yenidən açıldı: şirniyyat evindən natəmiz görüntülər —VİDEO
-
Dünən, 09:33
Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma... - Samir Feyruzov yazır
-
Dünən, 09:31
14 İCRA BAŞÇISININ TENDER OYUNU YOXLANILDI - Nələr üzə çıxmadı ki...
-
Dünən, 09:24
"Nefahim" MMC gömrük qaydasını pozdu - Cərimə olundu
-
Dünən, 09:15
Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama - Saxta diplomlar, maliyyə pozuntuları aşkarlandı
-
Dünən, 09:09
Müştəriləri aldatmaqda yarışa girənlər: “Kontakt Home”, “Baku Electronics” və... – AÇIQLAMA
-
23-10-2026, 21:30
Nizam Osmanovun polkovnik dostuna cinayət işi açıldı - “Salyanski kazarma”da yeyinti
-
23-10-2026, 21:25
İranın Hörmüz boğazındakı kabelləri hədəfə alması Körfəz ölkələri üçün ciddi təhlükə yarada bilər
-
23-10-2026, 14:58
BŞTİ müdirinə daha bir “dost” zərbəsi – MLK-da nə baş verir?!
-
23-10-2026, 14:38
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –FOTO
-
23-10-2026, 14:31
Bakıda çoxmərtəbəli binada 04:30-da da tikinti işləri davam etdirilir - Sakinlər narazıdır
-
23-10-2026, 10:14
FHN-in Baş İdarəsinin 30 min manatdan çox VERGİ BORCU VAR!