Eldar-Oqtay tandemi zərərsizləşdirilmiş kimi görünür, amma... - dövlətə, proseslərə təsir imkanları qalmaqdadır...

İllər ötür, vaxtilə hakimiyyət daxilində olmuş, hazırda revanşçı qruplar kimi fəaliyyətdə olduğu deyilən dəstələrin sıraları daha aydın şəkil alır. Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun ətrafına toplanan, ona “stavka” edənlər bu gün çoxluqdadır. Mahmudovun personasına diqqəti artıran və əsas birləşdirici məqama çevrilən 2015-ci ildən sonra onun qəribə bir şəkildə toxunulmaz şəxsə çevrilməsidir. Sabiq nazirin kompromat baqajına bel bağlayıb yola çıxanlar sırasında sabiq spiker də var.
Düzdür, Oqtay Əsədov işdən çıxarılandan sonra və vəzifənin verdiyi imkanlardan kənar elə də ciddi bir fiqur deyil. Amma E.Mahmudovun yanında olması maraqlı bir gedişatdan xəbər verir. Bu gün “sprut”un başı əzilmiş vəziyyətdədir, amma kəsilməyib, ətraflarını pis-yaxşı idarə etmək qabiliyyətini də saxlayır. Heç kimə sirr deyildi ki, Mahmudov-Əsədov tandemi vəzifədə olarkən alternativ idarəçilik, gizli iqtidar komandası yaratmışdı.
Eldar Mahmudovun özünün hakimiyyət içərisində nazir, nazir müavinləri, komitə rəhbərləri və müavinləri, məhkəmə sədrləri və hakimlər, prokurorlar və müstəntiqlər, idarə və şöbə müdirləri, rəislər, deputatlar, partiya sədrləri, qəzet, sayt redaktorları, jurnalistlər və QHT rəhbərləri, hətta müğənni və artistlərdən ibarət çox böyük bir komandası vardı. Əsədov isə həmin komandanın lap başında qərar tutmuşdu. Parlament də bu iki vəzifəlinin qalasına çevrilmişdi. Bunu heç gizlətmirdilər də. Məsələn, 2015-ci ilin fevralında, daha dəqiqi, fevralın 9-da Eldar Mahmudovla Oqtay Əsədov Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaradılmasının 95 illiyi ilə bağlı təbrikə imza atmışdılar. Həmin təbrik məktublarının surətləri KİV-lərdə qoşa verilirdi. Hər kəsə nazirlə spikerin sıx əlaqəsi haqda bu şəkildə mesajlar ötürülürdü. İlk baxışdan belə xırda nüanslar Mahmudovla Əsədov vəzifədə olanda ara-sıra gözə dəyirdi. İndi isə hər iki eks-məmurun yerində sakit oturduğu görünür. Görüntü belədir. Lakin istənilən müqaviməti təşkil edə biləcək gücdədirlər. Sabotajçı dəstələrini bir çırtma ilə hərəkətə gətirə bilərlər. İddialara görə, o qədər də uzaq olmayan paytaxtlarla bağlantıları da qalır.
Oqtay Əsədovun Rusiyanın paytaxtında qurduğu biznes və daşınmaz əmlakları ilə bağlı sensasion məlumatlar illərdir ki, mətbuat səhifələrində dövr edir. Məsələn, bir neçə il əvvəl Rusiya polisi Moskvada, Bakı küçəsi-29 ünvanında yerləşən obyektdə əməliyyat keçirmişdi. Həmin ünvanda yerləşən “Kapriz” adlı sauna-striptiz klubun Oqtay Əsədovun ailəsinə məxsus olduğu üzə çıxmışdı. Və bütün bunlar Oqtay Əsədov Azərbaycan dövlətində statusuna görə 4-cü şəxs olduğu günlərdə üzə çıxmışdı. Başqa ölkənin paytaxtında dəyəri 10 milyonlarla ölçülən obyektləri spiker ailəsinin hansı pulla və niyə aldığı, öz obyektində biabırçılıqların baş verməsinə nədən imkan yaratmaları da sual doğururdu.
Oqtay Əsədovun ailəsinin Moskvadakı hüquqi və sosial ünvanlarından biri də “Triumph Palace”da yerləşirdi. Bu bina Moskvada ən hündür yaşayış binasıdır. Daha dəqiqi, böyük bir kompleksdir. Həm də yalnız Rusiyanın deyil, Avropanın da ən yüksək yaşayış binasıdır. Çardağı ilə birgə hündürlüyü 214 metr, qülləsi ilə birlikdə isə 264 metrdir. Həmin binada Əsədovların 2 lüks mənzilə sahibliyi üzə çıxmışdı. Həmin mənzillərin birinin dəyəri devalivasiyaya qədər təxminən 2 milyon yarım, digərinin dəyəri isə 6 milyon dollar qiymətləndirilirdi. Ən əsası isə bu mənzillərin pəncərələri üzü Kremlədir...
İllər öncə Milli Məclisin spikeri Oqtay Əsədovun xidməti avtomobilində Milli Təhlükəsizlik Nazirliyinin binasına gedərək, nazir Eldar Mahmudovu iş otağında ziyarət etməsi mətbuatda böyük hay-küyə səbəb olmuşdu. Vəzifə səlahiyyətlərinə görə üst səviyyədə duran spikerin rəsmi tədbir olmadığı halda, bir nazirin kabinetinə getməsi çoxlarına haqlı olaraq şübhəli gəlmişdi. Oqtay Əsədov o dövrdə Eldar Mahmudovun kabinetinə getmə səbəbini onun 53 yaşının tamam olması ilə əlaqələndirmişdi. Lakin bu bəhanəyə inananlar çox olmadı. Üstəlik spikerin nazirlə ikilikdə söhbətinin saatlarla davam etməsi də diqqətdən yayınmamışdı. Oqtay Əsədov Eldar Mahmudovun “osvedomitel” rolunu bacarıqla yerinə yetirirdi. Əməliyyat işində belələrinə böyük ehtiyac var. Hər yerdə belə “qulaq”ların varlığı geniş şəbəkə qurmağa, həmin şəbəkə üzərindən işlər çevirməyə, ən müxtəlif təbəqələrin üzvlərinə tələlər düzəltməyə əlverişli şərait yaradır. Oqtay Əsədov da Eldar Mahmudova məlumatlar ötürürdü. Çox ciddi planları da var idi. Eldar Mahmudov hakimiyyəti devirməli, Oqtay Əsədovun rəhbərliyi altında yeni hakimiyyətin legitimliyi təsdiq olunmalı idi... Hər halda indiyədək ortada olan bu iddiaları nə E.Mahmudov, nə O.Əsədov təkzib edib. Susmağın özü də bir razılıq əlaməti sayılır.
Bu planının varlığı Mahmudovun ağına-bozuna baxmadan hər kəsdən pul qoparmaqda, qudası Cahangir Hacıyev vasitəsi ilə yarıdan çoxu dövlətə məxsus bankı “xortumlamaq” həvəsini də artırmışdı.
Bankı boşaldıb pulları xaricə transfer etmişdilər. Gözlədikləri baş verəndən sonra həmin astronomik məbləğlər hesabına ayaqda qalmağı planlayırdılar.
Eldar Mahmudovun dedikləri Oqtay Əsədov üçün qanun idi. Milli Məclisin Aparatı “mtnşik”lərlə, onların qohum-qardaşları ilə doldurulmuşdu. Əlbəttə, belə təyinatlar zamanı səriştə arxa planda olurdu. Məsələn, Eldar Mahmudovun “vuran əli” hesab olunan MTN generalı Akif Çovdarovun oğlu da Milli Məclis Aparatında yuxarı başda qərarlaşmışdı. Gəncənin keçmiş icra başçısının oğlu da Oqtay Əsədovun işçisi idi. Ailə-klan mənsubiyyətinə görə Milli Məclis Aparatına ayaq açanlar oradakı peşəkar kadrlara işləməyə imkan vermirdi. Bu tandem hakimiyyətə gələcəyi təqdirdə, fərqli bir situasiyanın şahidi olmayacaqdıq. Hazırda hakimiyyətdən kənar qalan Əsədovla Mahmudovun köhnə planlarından əl çəkdiklərini də kimsə söyləyə bilməz.
Düzdür, bu iki eks-məmurun gizli-aşkar agentlərindən bəziləri indi deputat deyillər. Məşhur agent-deputat 2015-ci ildən sonra istifadə müddəti bitmiş məhsul kimi kənara atılıb. O tək deyil, belələri siyasətdə yetəri qədərdi. Lakin ölkə Prezidentinin iradəsi, qətiyyəti bu cür agentura tullantılarının Milli Məclisə düşməsini, siyasətdə böyük təsir imkanlarına sahiblənmələrini əngəlləyir.
“Yeni Müsavat”
Tarix: 4-07-2020, 08:20
-
Bu gün, 12:27
“Poz-Qazan”da bəxtəvər olmaq şansı neçə faizdir? Beş milyonda bir…
-
Bu gün, 12:18
Yas məclisləri ilə bağlı XƏBƏR - Bakıda tətbiq edilməyəcək
-
Bu gün, 12:08
108 il sonra Ərdoğan təkrarladı, yunanlar heyrətə gəldi: Xamenei detalı
-
Bu gün, 11:46
İki qardaş ölkələrin cəmi ixracatı dünyanın ən kiçik -cırtdan dövləti olan Sinqapurun ixracatından iki dəfə azdır
-
Bu gün, 10:10
İlqar Bayramlının "paslanmış, cürümüş" Peşə Liseyi - Arzu Əliyeva kimdir?
-
Bu gün, 10:01
“Heç bir MTK vətəndaşın evini özbaşına sökə bilməz” - “Bizim Ev” MTK sökə bilər...
-
Bu gün, 09:58
“QARA QİTƏ” UĞRUNDA ÖLÜM-DİRİM SAVAŞI... – Mineral resurslar bazarını kim ələ keçirəcək?
-
Dünən, 23:07
ASAN xidmət adı altında PUL TƏLƏSİ? - İş təcrübəçiyə həvalə olunursa...
-
Dünən, 23:06
Məmurların cəzasız qalan cinayətləri silsiləsindən: Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində rəsmi saxtakarlıqlar və qanunsuz təyinatlar zənciri
-
Dünən, 23:04
Binəqədidə maklerlər “at oynadır”: Böyükşor gölünü qurudub hissə-hissə “rasxoda” verən kimlərdir?
-
Dünən, 11:53
Aviasiyada gələcək inkişafın əsasını artıq beton deyil, rəqəmsal texnologiyalar təşkil edir
-
Dünən, 11:27
İcra başçısının oğlu klub direktorunu məhkəməyə verdi - İllərdir davam edən qalmaqal
-
Dünən, 11:20
“Rosko” məhsullarının istehsal prosesi necə təşkil olunub?
-
Dünən, 11:12
Bu rayonlarda əməliyyat: SAXLANILANLAR VAR
-
Dünən, 11:10
Milli Onkologiya Mərkəzi 35 milyonluq kimyəvi dərman preparatlarını, laborator reagentləri bu şirkətdən alacaq
-
Dünən, 09:43
Tramp: Kosmosda yerləşən müşahidə sistemlərimiz vasitəsilə İrandakı nüvə obyektlərini izləyirik
-
Dünən, 09:37
Azərbaycanın ən kasıb 10 RAYONU hansılardır?
-
Dünən, 07:44
Fərəcov yenə Nigar Bağırovaya 280 minlik tender verdi - Rəqəmlər hər il böyüyür
-
Dünən, 07:42
Ukrayna “Mavi axın” qaz kəmərinin stansiyasına hücum etdi
-
Dünən, 07:39
ABŞ kəşfiyyatından sensasiya: İran atəşkəs dövründə raket arsenalının yarısını bərpa edib
-
Dünən, 07:36
Rusların qorxulu kabusu – Ukrayna dronları... VİDEO
-
Dünən, 07:30
ABŞ Ukrayna üzərində uçuşa qadağan zona tətbiq edəcək
-
Dünən, 07:26
İcra hakimiyyətinin "tədbir gördük" dediyi QANUNSUZ OBYEKT İŞ BAŞINDA! - Şağanda nələr baş verir? VİDEO
-
8-07-2026, 22:55
Mədəniyyət Nazirliyinin vəzifəli əməkdaşı Bakıda özünə obyekt tikdirib – Təfərrüat
-
8-07-2026, 22:52
Sakinlərin səbri tükəndi: Metronun "Ulduz" stansiyasının çıxışı niyə bərbad haldadır? - VİDEO
-
8-07-2026, 22:50
KMBİ-dən “Any Unboxing”ə qarşı əməliyyat - 2,5 milyona yaxın ziyan dəyib-Video
-
8-07-2026, 22:47
AZAL təyyarələri Bakıya boş yerlərlə uçur - Naxçıvanda isə kassalarda bilet tapılmır
-
8-07-2026, 22:37
Əl şəkin insanlardan, imkan verin biznes qura, inkişaf etdirə bilsinlər
-
8-07-2026, 17:09
Azay Möhnətov adlı "Böyük Güc" - 5 ildir konpensasiyanı ödəmir
-
8-07-2026, 17:08
Tramp “Ərdoğanı qoymadım” dedi, sui-qəsd çağırışı edildi – Ankarada nə baş verir?