“Forbes” Qarabağda dron müharibəsindən və Azərbaycanın imkanlarından yazdı - “BU CÜR MÜNAQİŞƏLƏR ÜÇÜN İDEAL ŞƏKİLDƏ YARAYIR...”

Qafqazda yaddan çıxmış müharibə yeni impuls qazanır, çünki rəqiblər kəşfiyyat aparmaq və zərbə endirmək üçün getdikcə daha mükəmməl pilotsuz texnologiyalar əldə edirlər. Bunun həyacanlı nəticələr isə Avrasiyanın bu kiçik guşəsindən çox uzaqlara gedib çıxır.
Virtualaz.org xəbər verir ki, bu cümlələr “Forbes” jurnalında Qarabağ münaqişəsi tərəflərinin pilotsuz kəşfiyyat və zərbə aparatları ilə silahlanmasından bəhs edən məqaləsindən götürülüb. Müəllif Londonda mənzillənmiş texnologiya jurnalisti və məsləhətçi Devid Hamblinqdir.
Müəllif qeyd edir ki, Sovet İttifaqının dağılmasından sonra Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağda münaqişə alovlanıb. Ermənistan Dağlıq Qarabağ regionu da daxil olmaqla Azərbaycan ərazilərinin bir hissəsini işğal edib. Amma ermənilər Dağlıq Qarabağda “artsax” adında “müstəqil dövlət” elan etslər də beynəlxalq səviyyədə heç kim onu tanımayıb və region Azərbaycanın ərazisi kimi tanınır. Ermənistanla Azərbaycan arasında münaqişə isə atəşkəs barədə razılaşmaya baxmayaraq qaynamaqdadır.
Məqalədə yazılır ki, 2016-cı ildə müharibə açıq toqquşmalara keçdi və tərəflər yüzlərlə itki verdi. 2016-cı ildə baş vermiş eskalasiya Azərbaycan ordusunun yeni tip silah-İsraildən alınan “Harop” pilotsuz zərbə aparatı və ya kamikadze-dron tətbiq etməsi ilə yadda qaldı. Həmin döyüşlər zamanı “Harop” ermənilərin bir çox hədəflərini, o cümlədən artilleriya qurğularını, hava hücumundan müdafiə sistemlərini və könüllüləri cəbhəyə gətirən avtobusu uğurla vurub.
“Harop” dron-kamikadzeləri İsrailin IAI şirkəti tərəfindən Azərbaycana satılmışdı. O zaman rəqib “Aeronautics” şirkəti də öz kamikadze-dronlarını Azərbaycana sata bilmək üçün aqressiv marketinq kampaniyası aparmışdı və bu, nəsə “qara komediyaya” oxşayırdı. 2017-ci ildə "Aeronautics" şirkətinin komandası “Orbiter 1K” pilotsuz zərbə aparatlarının satışına dair müqaviləni tamamlamaq üçün Azərbaycana göndərilmişdi. Və onlara təklif edilmişdi ki, dronu düşmən mövqelərində sınaqdan keçirsinlər. İsrail operatorları bundan imtina etsələr də heyətdəki yüksək vəzifəli şirkət nümayəndələri aparatın idarə edilməsini üzərlərinə götürdülər, amma dron hədəfə dəyməyib. Həmin qalmaqaldan sonra İsrail hökuməti “Aeronautics” şirkətinin “Orbiter 1K” dronlarının ixracını 2 illiyə dayandırmışdı. Lakin 2019-cu ildə qadağa müddəti başa çatan kimi şirkət dərhal Azərbaycana 13 milyon dollarlıq dron satışına dair sövdələşmə bağladığını elan etdi.
Məqalədə deyilir ki, Azərbaycan “Orbiter” dronlarının lisenziyalı istehsalını da həyata keçirir və “Zərbə” adlı bu dronlar artıq silahlanmaya qəbul edilir. 2019-cu ildə Azərbaycan İsraildən “SkyStriker” dronlarını da alıb. O cümlədən Azərbaycanın özü də dron istehsalını genişləndirir. 2018-ci ildə Azərbaycan şirkəti elan edib ki, müxtəlif ölçülərdə üç dron-kamikadzenin istehsalı üzərində işləyir. Bu dronlar hədəfi axtararkən 3 saat fasiləsiz havada qala, hədəfi aşkar etməsə bazaya geri qayıda bilər.
Müəllif Ermənistanın da pilotsuz aparatlar əldə etmək və istehsalını təşkil etmək üçün cəhdlər göstərdiyini yazır. Qarabağda hansısa kamikadze-dronun istehsal edildiyini və bunun sınaqdan keçirildiyini qeyd edir.
“Dronlar bu tip münaqişələr üçün ideal yarayır. Onlar baha deyil, yüksək dəqiqliklə hədəfi vurur və pilotu riskə atmadan istifadə edilə bilər”,-müəllif yazır.
Vaşinqtondakı yeni Amerika təhlükəsizlik Mərkəzinin əməkdaşı Samuel Bendett qeyd edir ki, pilotsuz kəşfiyyat və döyüş aparatlarının hərbi münaqişələrdə tətbiqi daha da sürətlənəcək. Azərbaycan, Ukrayna, Ermənistan, Qazaxıstan, Estoniya, Belarus kimi ölkələr artıq pilotuz aparatlarının istehsalını həyata keçirdiklərini elan ediblər. Lakin bir çox kiçik ölkələr hazırda öz pilotsuz aparatlarını istehsal etsələr də NATO-nun bir çox üzvlərinin, o cümlədən Böyük Britaniya və Almaniya kimi ölkələrin bu cür taktiki hücum vasitələri çatışmır. ABŞ silahlı qüvvələri isə “Switchblade” pilotsuz döyüş sursatları ilə təchiz olunub, amma onların düşmən kamikadze-dronlardan effektiv müdafiəsi yoxdur.
“Pilotsuz uçan aparatlar-dronlar ucuz və effektiv döyüş vasitəsidir və Qafqazda hərbçilər bu cür pilotsuz sistemləri əldə etməklə öz imkanlarını xeyli gücləndirmiş olacaqlar”,-Bendett əlavə edir.
Müəllif qeyd edir ki, Qarabağda yeni müharibə daha çox dron müharibəsi olacaq.
Qeyd edək ki, Azərbaycan ordusunun arsenalı tezliklə Türkiyənin milli istehsalı olan və Suriya, Liviya müharibələrində tətbiq edilərək dünyanın diqqətini özünə cəlb edən pilotsuz döyüş sistemləri ilə genişlənəcək. Bu sahədə artıq ilkin anlaşma əldə edilib və müdafiə naziri Zakir Həsənov yerli telekanallardan birində Türkiyədən pilotsuz döyüş sistemlərinin alınacağını təsdiqləyib.
Tarix: 23-06-2020, 09:53
-
Bu gün, 10:51
Lənkəran Rayon Mərkəzi Xəstəxanasının 210 min manatdan çox VERGİ BORCU üzə çıxdı
-
Bu gün, 10:50
Dövlət maşını, YOXSA ,Bakı Şəhər Təhsil İdarəsinin müdiri NƏRMİNƏ xanımın uşağının OYUNCAĞI...
-
Bu gün, 10:50
Elbrus İsayev vergi borcu olan şirkəti seçdi - MMC Emin Əmrullayevin qaynına bağlı imiş? (FOTO)
-
Bu gün, 10:49
DEPUTATIN OĞLUNUN TƏKCƏ VERGİYƏ 500 MİN MANAT BORCU VAR - "Kristal" şirkəti ilə bağlı nə baş verir?
-
Bu gün, 10:49
Cavanşir Feyziyevin apteki dərmanları reseptsiz satırmış - Şirkəti cərimələndi
-
Bu gün, 09:34
“Dron ovçuları” Lenin Mavzoleyində: - avtomatlılar binanın damına yerləşdirilib
-
Bu gün, 09:19
Hər hekayənin görünməyən tərəfi var... - Günel Musa yazır...
-
Bu gün, 08:08
"OpenAI"da gizli mikrofon qalmaqalı: Keçmiş mühəndisin Səudiyyə Ərəbistanı ilə əlaqələri araşdırılır
-
Bu gün, 08:07
“Premium Residence” MTK NƏFƏSİMİZİ KƏSİR... - ÖZBAŞINA QALIBLAR...
-
Bu gün, 08:02
Albaniyada 10 gündür bitməyən toqquşmalar: Paytaxtda etiraz dalğası səngimir
-
Dünən, 23:52
Sənan Mənsimli yola salınır? - Qarabağ təhsilində kadr dəyişikliyi gözlənilir
-
Dünən, 23:02
"Servis+" MTK-da sakinləri ayağa qaldıran dələduzluq - Nazim Tahirov kürəkəni satdığı mənzilləri sürücüsü vasitəsilə geri alır
-
Dünən, 23:00
Şəkidə qanunsuz tikinti iddiası - "Yenilik" Ticarət Mərkəzi ərazisini genişləndirir
-
Dünən, 22:53
Təhsilin tənəzzülü yenə davam edəcək?
-
Dünən, 18:11
Ramiz Mehdiyevin “Tovuz Baltiya” HƏMLƏSİ - İLGİNC
-
Dünən, 18:07
Türkiyə şirkətinin QUMAR BİZNESİ ƏL DƏYİŞDİRİR
-
Dünən, 12:41
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası
-
Dünən, 12:16
Bakıda ölümlə nəticələnən davada saxlanılanlar var - Biri deputat oğludur
-
Dünən, 11:02
Bir ay əvvəl bağlanan “Na & El” yenidən açıldı: şirniyyat evindən natəmiz görüntülər —VİDEO
-
Dünən, 09:33
Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma... - Samir Feyruzov yazır
-
Dünən, 09:31
14 İCRA BAŞÇISININ TENDER OYUNU YOXLANILDI - Nələr üzə çıxmadı ki...
-
Dünən, 09:24
"Nefahim" MMC gömrük qaydasını pozdu - Cərimə olundu
-
Dünən, 09:15
Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama - Saxta diplomlar, maliyyə pozuntuları aşkarlandı
-
Dünən, 09:09
Müştəriləri aldatmaqda yarışa girənlər: “Kontakt Home”, “Baku Electronics” və... – AÇIQLAMA
-
23-10-2026, 21:30
Nizam Osmanovun polkovnik dostuna cinayət işi açıldı - “Salyanski kazarma”da yeyinti
-
23-10-2026, 21:25
İranın Hörmüz boğazındakı kabelləri hədəfə alması Körfəz ölkələri üçün ciddi təhlükə yarada bilər
-
23-10-2026, 14:58
BŞTİ müdirinə daha bir “dost” zərbəsi – MLK-da nə baş verir?!
-
23-10-2026, 14:38
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –FOTO
-
23-10-2026, 14:31
Bakıda çoxmərtəbəli binada 04:30-da da tikinti işləri davam etdirilir - Sakinlər narazıdır
-
23-10-2026, 10:14
FHN-in Baş İdarəsinin 30 min manatdan çox VERGİ BORCU VAR!