Bakı İrəvanın məkrli gedişini sıfırlaya bilər, əgər... - TƏHLİL

“Gələn il Azərbaycan və İsrail diplomatik münasibətlərin yaradılmasının 30 illiyini qeyd edəcək. Cənab Prezident, fürsətdən istifadə edib münasibətlərimizdəki bu əlamətdar hadisəni qeyd etmək üçün Sizi İsrail Dövlətinə tarixi səfərə dəvət edirəm”.
Musavat.com xəbər verir ki, bu fikirlər İsrail Dövlətinin Prezidenti Reuven Rivlinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda yer alıb. “Eyni zamanda Azərbaycan Respublikasının yaxın gələcəkdə İsraildə səfirliyinin açılmasına səmimi qəlbdən ümid edirəm. Hər iki ölkədə diplomatik nümayəndəliklərin olması münasibətlərimizin möhkəmlənməsi və dərinləşməsi istiqamətində daha böyük addımlar atmağa təkan verəcək və bu da xalqlarımıza böyük fayda gətirəcək”, - məktubda bildirilib.
*****
Qeyd edək ki, ölkəmizin Təl-Əvivdə səfirliyi olmasa da, Azərbaycanla İsrail dövlətləri arasında əlaqələr yüksək səviyyədədir. İsrail bizim neft alıcılarımızdan biridir (Bakı-Ceyhan). Xüsusən də hərbi və hərbi-texniki sferada əməkdaşlığımız yüksələn xətlə davam etməkdədir. Yəhudi dövləti silahlı qüvvələrimizin hərbi və döyüş potensialının artırılmasında, bütövlükdə ordu quruculuğunda mühüm rol oynayan ölkədir. O sırada pilotsuz uçan aparatların (PUA) birgə istehsalı sahəsində də tərəflər kifayət qədər uğurlara imza ayıb və belə birgə əməkdaşlıq özünü 2016-cı ilin “4 günlük” aprel savaşında qabarıq şəkildə göstərib. Azərbaycan hətta yeganə ölkədir ki, İsrail LORA müasir kompleksləri yalnız ona satıb. Həmçinin informasiya-kəşfiyyat, bütövlükdə milli-təhlükəsizlik sahələri üzrə iki ölkə effektli əməkdaşlıq içindədir. Qarşılıqlı insani-humanitar, lobbi fəaliyyətləri də öz yerində.
Məhz sadalanan amillərin hesabına nə Qarabağ məsələsində, nə də uydurma “erməni soyqırımı” məsələsində İrəvan, erməni lobbisi yəhudi dövlətinin “saqqızını” oğurlaya bilməyib, illərdir atdığı “qarmaqlar” nəticə verməyib. İsrail istər saxta “genosid”, istərsə də Qarabağla bağlı beynəlxalq hüquqa söykənən prinsipial mövqeyini saxlayır, Dağlıq Qarabağ da daxil, Azərbaycanın 20% ərazisinin erməni işğalı altında olduğunu vaxtaşırı bəyan edir. Ərazi bütövlüyümüzü qeyd-şərtsiz müdafiə edir - hansı ərazi bütövlüyü ki, onun uğrunda şəhid olub Milli Qəhrəman adı alanlar arasında Bakı yəhudisi Albert Aqarunov da var.
Ermənistan isə SSRİ dağılan kimi yəhudi etnosu da daxil olmaqla, öz ərazisindəki bütün digər milli azlıqları, daha doğrusu, azərbaycanlı əhali başda olmaqla, köklü xalqları zorla qovaraq monoetnik ölkəyə çevrilib. Bu azmış kimi, son illər işğalçı ölkədə yəhudi xalqına Xolokost yaşatmış faşistlərin əlaltısı olan Qaregin Njde kimi cinayətkarlar qəhrəmanlaşdırılıb, onlara heykəllər qoyulub - hansı ki, haqlı olaraq yəhudi dövlətində də sərt etiraz doğurub. Özü də bu rəğbət Ermənistanda rəsmi səviyyədə də mövcuddur!
*****
İndi belə bir “dövlət” İsraildə səfirlik açmaq istəyir. Xəbər verildiyi kimi, məsələ ilə bağlı İranda, Ermənistan səfirliyi qarşısında artıq bir neçə dəfə etiraz aksiyası keçirilib - şübhə yox ki, həm də rəsmi qurumların rüsxəti ilə. Etirazçılar Ermənistanı İrana münasibətdə riyakar siyasət aparmaqda ittiham ediblər.
Belə ittihamlar əlbəttə ki, tam əsaslıdır. Çünki İran işğalçı ölkənin xarici aləmlə quru əlaqəsi saxladığı iki ölkədən biridir (digəri Gürcüstandır). Daha dəqiqi, əsas “nəfəslik” rolundadır. O da sirr deyil ki, Dağlıq Qarabağ konfliktinin bunca uzanmasında bu “nəfəsliyin” rolu böyükdür. Cənub qonşumuzun işğal altındakı Dağlıq Qarabağa zaman-zaman maddi-humanitar yardımlar etməsi barədə də mediada kifayət qədər faktlar dərc olunub.
Bütün bunları görməzdən gələn ermənilərin İsrail dövlətində səfirlik açmaq istəyi aydındır ki, İranda güclü qıcıq yaradacaqdı və yaratdı da. Ancaq bu, ilk növbədə Azərbaycana qarşı olan, daha dəqiqi, Qarabağ məsələsində İsrailin, beynəlxalq yəhudi lobbisinin mövqeyini öz xeyrinə dəyişməyə hesablanmış məkrli bir gedişdir.
*****
Sözsüz ki, səfirlik açılarsa, Tehranın İrəvana hansısa cavabları olacaq. Hərçənd Rusiyanın forpostu olan Ermənistan İran üçün heç vaxt ciddi iqtisadi önəm kəsb etməyib. Azərbaycan isə Ermənistandan fərqli olaraq, İrandan bir elə asılı dövlət deyil. Onunla ikitərəfli, qarşılıqlı faydalı əməkdaşlıq içində olan müstəqil ölkədir. İqtisadi cəhətcə sərbəst ayaqda durmağı bacaran, balanslı siyasət yürüdən dövlətdir. Ən önəmlisi, Bakı hansısa ölkə ilə öz siyasətini üçüncü dövlətin əleyhinə qurmur.
Bu mənada İsraildə Azərbaycan səfirliyi açılacaqsa belə, bu, İran dövlətinin əleyhinə ola bilməz. Tehranın buna reaksiyası da düşünmürük ki, Ermənistana olan reaksiya kimi sərt olacaq. Hər necə olmasa, İsrail və Azərbaycan onsuz da strateji tərəfdaşdırlar və sadə məntiq səfirliyin açılmasını çoxdan zəruri edir. İşğalçı ölkə isə İsraillə ciddi əlaqələrə malik deyil.
Lakin o da var ki, Ermənistanın İsraildə səfirlik açması, hər halda, Azərbaycanı fakt qarşısında qoyacaq və bizim də orada diplomatik nümayəndəliyimizin qurulması artıq zaman məsələsinə çevrilmiş olacaq, tezləşəcək. İsrail prezidentinin mesajındakı əsas sətiraltı məna da, bizcə, elə bundan ibarətdir ki, Bakı İrəvanın məkrli gedişini sıfırlamağa tələssin və uzağı, İlham Əliyevin yəhudi dövlətinə səfəri zamanı iki dövlət arasında diplomatik münasibətlər qurulmasının 30-cu ildönümündə rəsmi nümayəndəliyin açılışı reallaşsın.
Əlavə edək ki, bu 30 ildə ilk dəfə olaraq, yəhudi dövləti ən yüksək səviyyədə rəsmi Bakıdan səfirlik xahişi edir...
“Yeni Müsavat”
Tarix: 17-06-2020, 08:09
-
Bu gün, 10:51
Lənkəran Rayon Mərkəzi Xəstəxanasının 210 min manatdan çox VERGİ BORCU üzə çıxdı
-
Bu gün, 10:50
Dövlət maşını, YOXSA ,Bakı Şəhər Təhsil İdarəsinin müdiri NƏRMİNƏ xanımın uşağının OYUNCAĞI...
-
Bu gün, 10:50
Elbrus İsayev vergi borcu olan şirkəti seçdi - MMC Emin Əmrullayevin qaynına bağlı imiş? (FOTO)
-
Bu gün, 10:49
DEPUTATIN OĞLUNUN TƏKCƏ VERGİYƏ 500 MİN MANAT BORCU VAR - "Kristal" şirkəti ilə bağlı nə baş verir?
-
Bu gün, 10:49
Cavanşir Feyziyevin apteki dərmanları reseptsiz satırmış - Şirkəti cərimələndi
-
Bu gün, 09:34
“Dron ovçuları” Lenin Mavzoleyində: - avtomatlılar binanın damına yerləşdirilib
-
Bu gün, 09:19
Hər hekayənin görünməyən tərəfi var... - Günel Musa yazır...
-
Bu gün, 08:08
"OpenAI"da gizli mikrofon qalmaqalı: Keçmiş mühəndisin Səudiyyə Ərəbistanı ilə əlaqələri araşdırılır
-
Bu gün, 08:07
“Premium Residence” MTK NƏFƏSİMİZİ KƏSİR... - ÖZBAŞINA QALIBLAR...
-
Bu gün, 08:02
Albaniyada 10 gündür bitməyən toqquşmalar: Paytaxtda etiraz dalğası səngimir
-
Dünən, 23:52
Sənan Mənsimli yola salınır? - Qarabağ təhsilində kadr dəyişikliyi gözlənilir
-
Dünən, 23:02
"Servis+" MTK-da sakinləri ayağa qaldıran dələduzluq - Nazim Tahirov kürəkəni satdığı mənzilləri sürücüsü vasitəsilə geri alır
-
Dünən, 23:00
Şəkidə qanunsuz tikinti iddiası - "Yenilik" Ticarət Mərkəzi ərazisini genişləndirir
-
Dünən, 22:53
Təhsilin tənəzzülü yenə davam edəcək?
-
Dünən, 18:11
Ramiz Mehdiyevin “Tovuz Baltiya” HƏMLƏSİ - İLGİNC
-
Dünən, 18:07
Türkiyə şirkətinin QUMAR BİZNESİ ƏL DƏYİŞDİRİR
-
Dünən, 12:41
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası
-
Dünən, 12:16
Bakıda ölümlə nəticələnən davada saxlanılanlar var - Biri deputat oğludur
-
Dünən, 11:02
Bir ay əvvəl bağlanan “Na & El” yenidən açıldı: şirniyyat evindən natəmiz görüntülər —VİDEO
-
Dünən, 09:33
Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma... - Samir Feyruzov yazır
-
Dünən, 09:31
14 İCRA BAŞÇISININ TENDER OYUNU YOXLANILDI - Nələr üzə çıxmadı ki...
-
Dünən, 09:24
"Nefahim" MMC gömrük qaydasını pozdu - Cərimə olundu
-
Dünən, 09:15
Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama - Saxta diplomlar, maliyyə pozuntuları aşkarlandı
-
Dünən, 09:09
Müştəriləri aldatmaqda yarışa girənlər: “Kontakt Home”, “Baku Electronics” və... – AÇIQLAMA
-
23-10-2026, 21:30
Nizam Osmanovun polkovnik dostuna cinayət işi açıldı - “Salyanski kazarma”da yeyinti
-
23-10-2026, 21:25
İranın Hörmüz boğazındakı kabelləri hədəfə alması Körfəz ölkələri üçün ciddi təhlükə yarada bilər
-
23-10-2026, 14:58
BŞTİ müdirinə daha bir “dost” zərbəsi – MLK-da nə baş verir?!
-
23-10-2026, 14:38
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –FOTO
-
23-10-2026, 14:31
Bakıda çoxmərtəbəli binada 04:30-da da tikinti işləri davam etdirilir - Sakinlər narazıdır
-
23-10-2026, 10:14
FHN-in Baş İdarəsinin 30 min manatdan çox VERGİ BORCU VAR!