Mingəçevir Xəstəxanasından ŞİKAYƏT: “Xəstələrin dərmanları vaxtında verilmir” (VİDEO)

Mingəçevir sakini Mərkəzi Xəstəxananın rəhbərliyinə müraciət edib

Mingəçevir şəhər sakini Həsənzadə Elçin Yusif oğlu Mingəçevir Mərkəzi Xəstəxanasında xəstələrə göstərilən tibbi xidmətlə bağlı rəhbərliyə müraciət edib.

Goldmedia.az xəbər verir ki, vətəndaş müraciətində xəstəxanada müalicə alan şəkərli diabet xəstələrinə və digər pasiyentlərə göstərilən tibbi xidmət, dərman təminatı və tibb personalının münasibəti ilə bağlı bir sıra narazılıqlarını diqqətə çatdırıb.

Elçin Həsənzadənin sözlərinə görə, bəzi hallarda xəstələr dərmanlarını vaxtında ala bilmir, müalicə və gündəlik ehtiyaclarının qarşılanmasında problemlərlə üzləşirlər.

Vətəndaş öz səhhəti ilə bağlı da müraciət edərək xəstəxanada müalicə aldığını, lakin nəticədən razı qalmadığını bildirib.

“Məqsədim kimisə ittiham etmək deyil. Məqsədim xəstələrin hüquqlarının qorunması, onların vaxtında və keyfiyyətli müalicə almasıdır”, – deyə Elçin Həsənzadə müraciətində qeyd edib.

Şikayətçi Mingəçevir Mərkəzi Xəstəxanasının rəhbərliyindən qeyd etdiyi məsələlərin araşdırılmasını, xəstələrə göstərilən tibbi xidmətin keyfiyyətinə və dərman təminatına nəzarətin gücləndirilməsini xahiş edib.

Qeyd edək ki, müraciətdə səsləndirilən iddialarla bağlı Mingəçevir Mərkəzi Xəstəxanasının mövqeyinidə dərc etməyə hazırıq.






Tarix: 7-11-2026, 23:09
Xəbəri paylaş



Xəbər lenti