Baxın, bu mənzərə Abşeron Rayon Xəstəxanasıdır!
Təsəvvür edin, dünyanın neftlə zəngin ölkələrindən birində yaşayırıq, amma yüz minlərlə insanın yaşadığı Abşeronda əhalinin tibbi xidmətə çıxışı bu gündədir.
Xırdalanda, və digər yaşayış məntəqələrində yaşayan insanlar həkim qəbuluna düşmək üçün günlərlə, hətta həftələrlə gözləməli olurlar.
Abşeronun hər qəsəbəsində, hər böyük yaşayış məntəqəsində müasir xəstəxanalar, poliklinikalar fəaliyyət göstərməli idi.
Bəs bu ölkənin nefti hara gedir? Xalqın sağlamlığına niyə yatırım edilmir?
Bir xəstəxananı iyirmi il reklam etməklə səhiyyə qurulmur!
Neftimiz var, sərvətimiz var, amma insanlarımızın vaxtında həkimə çatmaq imkanı yoxdur. Bu, sadəcə nöqsan deyil, səhiyyə sisteminin biabırçı vəziyyətidir!
Xalq reklam yox, keyfiyyətli tibbi xidmət istəyir.

Sevda Laçinli
Tarix: 7-11-2026, 16:55