
"Əslində Dövlət Gömrük Komitəsi çalışanları Aydın Əliyevin dönəmində ən xoşbəxt günlərini yaşayıblar. Əgər Səfər Mehdiyev gələndən sonra işçilərin sosial durumu bir pillə geriləmişdisə, Şahin Bağırov gələndən sonra DGK əməkdaşları əsl böhranlı günlərinə qədəm qoyublar. Təbii ki, bu, hər kəsə aid deyil. Dünən də quldurluqla, oğurluqla pul qazananlar, yenə də qazanmaqlarına davam etdilər. Əksinə... Şahin Bağırov onlara daha yaxşı şərait yaratmış oldu. İşçilər isə..." Bu barədə "DİA-AZ"a daxil olan məqalədə deyilir.
Məqalədə hazırki rəhbərliyin yarıtmazlığı bir yana, hətta dövlət büdcəsinə xəyanət etməsi kimi ciddi ittihamlardan yazan işçilər daha sonra belə davam edirlər:
"DGK-nin təzə binası əsl cəhənnəmdir. Sanki "Gestapo" rejimindəyik. Əslində özləri özlərini güdürlər. Bir-birilərinə belə etibar etmirlər. Ayaqyolundançıxırıq unitazı belə kameraya çəkirlər. Sonra onu kadrlar şöbəsində motivasiya söbəsinin rəisinə göndərirlər. Tək bu deyil. Hətta mətbəxi, əl-üz yuyan yeri belə kameraya çəkirlər...
Xadimələr də beziblər bu durumdan... Xadimələrin zülmü bir başqadır... Əgər işləmək istəyirlərsə, girdikləri otaqlarda baş verənlərdən, gördüklərindən rəhbərliyi xəbərdar etməlidirlər. Yoxsa işdən qovulacaqlar...
Burda kim belə işləməyə razıdırsa, iş yoldaşından xəbərtçilik edirsə... önə çəkilir. İclaslarda, məclislərdə təriflənir...
Hər şey gözdən pərdə asmaq üçündür....
Şahin Bağırovun özü büdcədən milyonlar oğurlayir hər il... Onu kameraya çəkən yoxdurmu?
Necə ola bilər ki yuxarılar bunu görməsin... Kim gizlədir axı olanların quldurluqlarını?.."
YAZININ DAVAMI OLACAQ...