Avropalılar COVID-19 oyunlarından bezib – Bir yandan da peyvəndin fəsadları
Son həftə ölkəmizdə koronavirusa yoluxanların sayındakı tempə nəzər salsaq görərik ki, yoluxmada artım azalma və yenidən artım qeydə alındı. Məsələn, martın 13-də Azərbaycanda COVID-19 infeksiyasına 733 yeni yoluxma faktı qeydə alınıb, 265 nəfər sağalaraq evə buraxılıb, 8 nəfər isə vəfat edib. Martın 14-nə nəzər salsaq, artma tempinin bir qədər azaldığının, 603 yeni yoluxma faktı, 234 nəfər müalicə olunaraq sağaldığı və 6 nəfər vəfat etdiyinin şahidi ola bilərik. Martın 15-də isə Azərbaycanda koronavirusa 376 yeni yoluxma , 101 nəfər sağalaraq evə buraxılıb, 4 nəfər isə vəfat edib. Sonrakı günlərdə isə yoluxma və ölüm sayı daha da artdı – gündəlik yoluxma artıq minə çatır, ölüm sayı isə 10-dan çox olur.
Ölkəmizdə koronavirusa qarşı peyvəndlənmə prosesi aparılmaqdadır. Sonuncu məlumata görə, yəni, martın 18-dən ölkəmizdə 474 min 607 nəfər COVID-19 əleyhinə peyvəndlənmə prosesində iştirak edib.
Bəs, dünyanın digər ölkələrində vəziyyət necədir? İnsanların neçə faizi vaksinasiyaya cəlb olunub. Peyvəndlənməyə cəlb olunan insanların nəticəsi nə deyir?
AYNA-nın suallarını xaricdə yaşayan soydaşlarımız cavablandırıb:
Fransada yaşayan soydaşımız Azər Osmanov: “Fransada peyvəndlənməyə cəlb olunan insanların əksəriyyəti yaşlı insanlardır. Fransada da peyvəndlənmə məcburi deyil, könüllüdür. Bizim yaşadığımız Laval şəhərində heç peyvənd olunan yoxdur.
Yaşadığımız şəhərdə yoluxanların isə sayı demək olar ki, yox dərəcəsindədir. Fransada peyvəndin əks təsiri hələ ki, görülməyib. Sərt karantin rejimi isə ümumiyyətlə heç bir Avropa ölkəsində yoxdur.
Hamı saat altıya kimi işləyir. Sadəcə çox vacib hallarda saat altından sonra çölə-bayıra çıxırıq. Hamı normal vəziyyətdə işinin başındadır. Fransada hamı normal həyatına davam edir”.
İspaniyada yaşayan Fərid Mustafayev: “Hər yerdə olduğu kimi, İspaniyada da hər şey yalan üzərində qurulub. Yoluxma sayları süni olaraq şişirdilir, yalan məlumatlar verilir. Verilən məlumatlardan heç birinin nə bir mənbəsi var, nə də bir bünövrəsi. Xəstəxanaya yerləşdirilənlər var, amma mütəxəssislər həqiqəti bilirlər. Amma onlar da susurlar. İspaniyada saat 22:00-dan sonra karantin rejimi başlayır, küçələrdə maska taxmaq məcburidir.
Maska taxmaqla yaşlı insanlarda olan fəsadlar da bir-bir üzə çıxır. Peyvəndin birinci dozasını qəbul edən insanlarda dalaq problemləri ortaya çıxmışdı. Onlardan bəziləri dünyasını dəiyişdi. İkinci dozanı qəbul edənlər sırasında psixiterapiyaya ehtiyacı olanların sayı çoxaldı. Bu barədə İspaniya mətbuatında da xəbərlər yayıldı. Onu da qeyd edim ki, bizdə İngilətərədən gətirilən peyvənd istifadə olunur. İki gün bundan əvvəl 40-dan çox insan peyvəndə görə dünyasını dəyişdi. Həmin insanlar tam sağlam olublar və iki ay əvvəl peyvənd olunmalarına baxmayaraq, iki gün əvvəl dünyasını dəyişiblər.
Hətta buna görə həkimlərin əksəriyyəti peyvənddən imtina edib. Onu da əlavə edim ki, İspaniyada peyvəndlənməni səbirsizliklə gözləyən adamlar da var. Bəzi insanlar isə peyvəndin tamamilə əleyhinədir. Peyvəndi qəbul etməyənlərin sayı daha çoxdur. Demək olar ki, hamı pandemiya və COVID-19 oyunlarından bezib. Onu da vurğulayım ki, peyvəndlərin fəsadları çox ciddidir. Fəsadları anidən vermir, amma müəyyən müddətdən sonra özünü göstərir”.
Almaniyada yaşayan həmvətənimiz Əhməd Cəlaloğlu: “Almaniyada COVID-19 qarşı peyvəndlər 2020-ci ilin sonundan edilir. Yalnız öndə gələn peyvəndlər əvvəlcə “BionTech” peyvəndləri sonra “Moderna” və “AstraZeneca” peyvəndləridir. Almaniyada son peyvənd olunanların sayı: 13.04.2021 olan rəqəmlər (ilk-amma natamam etab)= 6.113.484 (7,4%)
Tamamən peyvən olanlar. 2.749.786 (3.3%). Yəni, Almaniyada tamam peyvənd olunanların sayı 2.749.786 nəfərdən ibarətdir. Əhalinin 3.3 faizi. Həftəlik 250 - 300 min insana peyvənd vurulur. Almaniyanın 71% əyalətlərinə müxtəlif markalı peyvəndlər çatdırılıb. Mayın sonuna qədər bütün əyalətlərə peyvənd çatacaq qədər tədarük olunacağı planlaşdırılır. Bununla birlikdə, 1000 adama düşən peyvənd dozalarının sayı peyvənd olanların sayı ilə bərabərləşdirilə bilməz. Daha əvvəl Almaniyada istifadə olunan peyvəndlər, tam virusdan qorunmaq üçün iki doza ehtiyac duyur. Nəzəri cəhətdən bu, bir ölkədəki hər bir insanın tam peyvənd olması üçün hər 1000 nəfərə 2000 doza ehtiyacının olması deməkdir”.
Gürcüstanda yaşayan, “Aktual Media”nın nəzdində fəaliyyət göstərən “Aktual.ge” informasiya portalının redaktoru Hacı Xəlilov: “Peyvəndləmə prosesinə artıq başlanılıb və əvvəlcə tibb işçiləri peyvənd olunurlar. Onu da qeyd edim ki, Gürcüstan 43 min 200 doza “AstraZeneca” peyvəndi əldə edib və yaxın günlərdə 150 min doza yenə alınacaq. Hazırda peyvəndin regionlara bölüşdürmə prosesi gedir”.
Rusiyada yaşayan və tibb bacısı işləyən Nuranə Eminova: “Rusiyada vəziyyət ümumi olaraq qənaətbəxşdir. Hər yerdə olduğu kimi burada da peyvəndlənmə könüllüdür. Çünki peyvəndlənmə vacibdir. Peyvəndin ciddi fəsadları isə hələ ki, yoxdur”.
Tarix: 20-03-2021, 21:18
-
Bu gün, 17:06
Müəllimlərin işə qəbulu və imtahan sistemləri 10 manatlıq "All In One Technologies"ə tapşırıldı: - YARIM MİLYONLUQ TENDER
-
Bu gün, 17:01
SOCAR rəsmisinin gizli eşqi: rumın qızla öpüşərkən kameralara yaxalandı - FOTO
-
Bu gün, 10:51
Lənkəran Rayon Mərkəzi Xəstəxanasının 210 min manatdan çox VERGİ BORCU üzə çıxdı
-
Bu gün, 10:50
Dövlət maşını, YOXSA ,Bakı Şəhər Təhsil İdarəsinin müdiri NƏRMİNƏ xanımın uşağının OYUNCAĞI...
-
Bu gün, 10:50
Elbrus İsayev vergi borcu olan şirkəti seçdi - MMC Emin Əmrullayevin qaynına bağlı imiş? (FOTO)
-
Bu gün, 10:49
DEPUTATIN OĞLUNUN TƏKCƏ VERGİYƏ 500 MİN MANAT BORCU VAR - "Kristal" şirkəti ilə bağlı nə baş verir?
-
Bu gün, 10:49
Cavanşir Feyziyevin apteki dərmanları reseptsiz satırmış - Şirkəti cərimələndi
-
Bu gün, 09:34
“Dron ovçuları” Lenin Mavzoleyində: - avtomatlılar binanın damına yerləşdirilib
-
Bu gün, 09:19
Hər hekayənin görünməyən tərəfi var... - Günel Musa yazır...
-
Bu gün, 08:08
"OpenAI"da gizli mikrofon qalmaqalı: Keçmiş mühəndisin Səudiyyə Ərəbistanı ilə əlaqələri araşdırılır
-
Bu gün, 08:07
“Premium Residence” MTK NƏFƏSİMİZİ KƏSİR... - ÖZBAŞINA QALIBLAR...
-
Bu gün, 08:02
Albaniyada 10 gündür bitməyən toqquşmalar: Paytaxtda etiraz dalğası səngimir
-
Dünən, 23:52
Sənan Mənsimli yola salınır? - Qarabağ təhsilində kadr dəyişikliyi gözlənilir
-
Dünən, 23:02
"Servis+" MTK-da sakinləri ayağa qaldıran dələduzluq - Nazim Tahirov kürəkəni satdığı mənzilləri sürücüsü vasitəsilə geri alır
-
Dünən, 23:00
Şəkidə qanunsuz tikinti iddiası - "Yenilik" Ticarət Mərkəzi ərazisini genişləndirir
-
Dünən, 22:53
Təhsilin tənəzzülü yenə davam edəcək?
-
Dünən, 18:11
Ramiz Mehdiyevin “Tovuz Baltiya” HƏMLƏSİ - İLGİNC
-
Dünən, 18:07
Türkiyə şirkətinin QUMAR BİZNESİ ƏL DƏYİŞDİRİR
-
Dünən, 12:41
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası
-
Dünən, 12:16
Bakıda ölümlə nəticələnən davada saxlanılanlar var - Biri deputat oğludur
-
Dünən, 11:02
Bir ay əvvəl bağlanan “Na & El” yenidən açıldı: şirniyyat evindən natəmiz görüntülər —VİDEO
-
Dünən, 09:33
Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma... - Samir Feyruzov yazır
-
Dünən, 09:31
14 İCRA BAŞÇISININ TENDER OYUNU YOXLANILDI - Nələr üzə çıxmadı ki...
-
Dünən, 09:24
"Nefahim" MMC gömrük qaydasını pozdu - Cərimə olundu
-
Dünən, 09:15
Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama - Saxta diplomlar, maliyyə pozuntuları aşkarlandı
-
Dünən, 09:09
Müştəriləri aldatmaqda yarışa girənlər: “Kontakt Home”, “Baku Electronics” və... – AÇIQLAMA
-
23-10-2026, 21:30
Nizam Osmanovun polkovnik dostuna cinayət işi açıldı - “Salyanski kazarma”da yeyinti
-
23-10-2026, 21:25
İranın Hörmüz boğazındakı kabelləri hədəfə alması Körfəz ölkələri üçün ciddi təhlükə yarada bilər
-
23-10-2026, 14:58
BŞTİ müdirinə daha bir “dost” zərbəsi – MLK-da nə baş verir?!
-
23-10-2026, 14:38
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –FOTO