Dərman qıtlığı həkimləri iki yerə böldü: - Bolluğun və ucuzluğun qarşısını nə kəsir?
Koronavirusun tuğyan etdiyi bir məqamda ölkədə ciddi dərman qıtlığı problemi var ki, bu da həm də bahalaşmanın əsasını qoyur.
Hesab olunur ki, ölkədə dərman çatışmazlığına səbəb olan məsələlərdən biri də idxalla bağlıdır. Eləcə də dərman satışında sertifikatlaşmanın olması bu problemə yol açır. Hətta fikirlər də var ki, koronavirusla mübarizə dərmanlarının ölkəyə daha çox gətirilməsi üçün sertifikatlaşmadan imtina edilməli və apteklər dərman satışında sərbəst olmalıdırlar. Çünki indiki pandemiya dönəmində apteklərdə hətta adi hərarətsalıcı dərman tapmaq da problemə çevrilib. Bir çox xəstənin ev şəraitində müalicə olunduğunu və dövlət tərəfindən ancaq vitaminlərlə təmin olunduğunu nəzərə alsaq, dərman bazarındakı bahalıq və kasadlıq xəstəliyin özünü daha çox göstərməsi səbəblərindən biri kimi dəyərləndirilir.
Azərbaycanda dərman qıtlığının və bahalaşmanın aradan qaldırılması üçün hansı addımlar atılmalıdır?
Həkim terapevt Rasif Bağırov Cebhe.info-ya bildirib ki, hər hansı dərman psixatrop tərkibli deyilsə, onun apteklərdə satılmasına imkan yaradılmalıdır: “İnsanların istədiyi formada müalicə olunmaq hüququ var. Adicə vərəm preparatlarına icazə vermirlər və adını da qoyurlar ki, bunu yoluxmanın qarşısını almaq məqsədilə edirlər. Bu qadağa tətbiq edildikdən sonra vərəmlə yoluxanların sayı daha da artıb. Adi “katarblakzasa” tapılmır ki, şəkərli xəstələr istifadə etsin. COVID-19-un müalicəsində istifadə olunur deyə apteklərdən yığışdırılıb ki, insanlar ev şəraitində müalicə almasınlar. Halbuki koronavirusun müalicəsində bu cür müalicə üsulu həm də yanlışdır. Bəs insanlar nə etməlidir? İnsanların sağlamlıq məsələsinə bu cür monopolist formada yanaşmaq doğru deyil”.
Terapevt bildirir ki, Azərbaycan dərman bazarında bolluğa nail olmaq mümkün olmayacaq: “Çünki dərmanların apteklərə verilməsi 4-5 depo tərəfindən həyata keçirilir. Xaricdən dərman gətirən şirkətlər bu dərmanları sərbəst şəkildə apteklərə verə bilmirlər, öz aralarında da sərbəst rəqabət apara bilmirlər. Onlar yalnız həmin depoların müdirləri ilə münasibət əsasında dərmanlarını satdıra bilirlər. Burada keyfiyyət də ikinci planda qalır və qıtlıq yaranır”.
Rasif Bağırov deyir ki, hazırkı durumda dərman idxalçılarının sertifikatlaşma olmadan depolarla müqavilə bağlaması mümkün deyil: “Belə olanda isə depo dərmanları apteklərə verə bilmir. Elə bir mexanizm qurulub ki, bundan qaçmaq mümkün deyil. Hər hansı bir işlə məşğul olmaq üçün sertifikat alınmalıdır. Dövlət tərəfindən də əminlik yaranmalıdır, onun gördüyü iş dövlətə, millətə ziyan vurmur. Məhz sertifikat məsələsində problem yarandığına görə apteklər depolardan asılı vəziyyətə düşür. Bir qismi “Avromed”, digəri “Zəfəran”ın dərmanlarını satmaq məcburiyyətində qalırlar. Çünki həmin şirkətlər sertifikat məsələsini havayı həll edirlər. Əks təqdirdə, Səhiyyə Nazirliyinin sertifikatını almaq asan olsa, apteklər dərman satışında daha sərbəst olarlar. Buna görə də heç zaman istədiyimiz vaxt istədiyimiz dərmanı tapa bilməyəcəyik. Sabah “Aspirin” də tapılmayacaq”.
Tibb Universitetinin müəllimi, farmakoloq alim Aydın Əliyev Cebhe.info-ya açıqlamasında bildirib ki, indiki məqamda dərman qıtlığının yaradılması insanlığa yaraşmır: “Həmin insanları psixoloji cəhətdən zəif insanlar hesab edirəm. Qəti sürətdə sertifikatlaşmanın aradan qaldırılmasının əleyhinəyəm. Sertifikatlaşma ola-ola ölkəyə bu qədər keyfiyyətsiz dərman gətirilir. Bu olmasa, nə qədər keyfiyyətsiz dərman gətirilər. Əsası odur ki, gətirilən dərmanların bioloji aktivliyi olsun. Dərmanların gətirilməsi qaydalara əsaslanmalıdır. Dərmanların sahibkarlar vasitəsilə gətirilməsinin də tərəfdarı deyiləm. Hesab edirəm ki, Azərbaycanda dərman qıtlığının aradan qaldırılması üçün istehsal genişləndirilməlidir”.
Tarix: 7-01-2021, 12:20
-
Bu gün, 10:51
Lənkəran Rayon Mərkəzi Xəstəxanasının 210 min manatdan çox VERGİ BORCU üzə çıxdı
-
Bu gün, 10:50
Dövlət maşını, YOXSA ,Bakı Şəhər Təhsil İdarəsinin müdiri NƏRMİNƏ xanımın uşağının OYUNCAĞI...
-
Bu gün, 10:50
Elbrus İsayev vergi borcu olan şirkəti seçdi - MMC Emin Əmrullayevin qaynına bağlı imiş? (FOTO)
-
Bu gün, 10:49
DEPUTATIN OĞLUNUN TƏKCƏ VERGİYƏ 500 MİN MANAT BORCU VAR - "Kristal" şirkəti ilə bağlı nə baş verir?
-
Bu gün, 10:49
Cavanşir Feyziyevin apteki dərmanları reseptsiz satırmış - Şirkəti cərimələndi
-
Bu gün, 09:34
“Dron ovçuları” Lenin Mavzoleyində: - avtomatlılar binanın damına yerləşdirilib
-
Bu gün, 09:19
Hər hekayənin görünməyən tərəfi var... - Günel Musa yazır...
-
Bu gün, 08:08
"OpenAI"da gizli mikrofon qalmaqalı: Keçmiş mühəndisin Səudiyyə Ərəbistanı ilə əlaqələri araşdırılır
-
Bu gün, 08:07
“Premium Residence” MTK NƏFƏSİMİZİ KƏSİR... - ÖZBAŞINA QALIBLAR...
-
Bu gün, 08:02
Albaniyada 10 gündür bitməyən toqquşmalar: Paytaxtda etiraz dalğası səngimir
-
Dünən, 23:52
Sənan Mənsimli yola salınır? - Qarabağ təhsilində kadr dəyişikliyi gözlənilir
-
Dünən, 23:02
"Servis+" MTK-da sakinləri ayağa qaldıran dələduzluq - Nazim Tahirov kürəkəni satdığı mənzilləri sürücüsü vasitəsilə geri alır
-
Dünən, 23:00
Şəkidə qanunsuz tikinti iddiası - "Yenilik" Ticarət Mərkəzi ərazisini genişləndirir
-
Dünən, 22:53
Təhsilin tənəzzülü yenə davam edəcək?
-
Dünən, 18:11
Ramiz Mehdiyevin “Tovuz Baltiya” HƏMLƏSİ - İLGİNC
-
Dünən, 18:07
Türkiyə şirkətinin QUMAR BİZNESİ ƏL DƏYİŞDİRİR
-
Dünən, 12:41
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası
-
Dünən, 12:16
Bakıda ölümlə nəticələnən davada saxlanılanlar var - Biri deputat oğludur
-
Dünən, 11:02
Bir ay əvvəl bağlanan “Na & El” yenidən açıldı: şirniyyat evindən natəmiz görüntülər —VİDEO
-
Dünən, 09:33
Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma... - Samir Feyruzov yazır
-
Dünən, 09:31
14 İCRA BAŞÇISININ TENDER OYUNU YOXLANILDI - Nələr üzə çıxmadı ki...
-
Dünən, 09:24
"Nefahim" MMC gömrük qaydasını pozdu - Cərimə olundu
-
Dünən, 09:15
Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama - Saxta diplomlar, maliyyə pozuntuları aşkarlandı
-
Dünən, 09:09
Müştəriləri aldatmaqda yarışa girənlər: “Kontakt Home”, “Baku Electronics” və... – AÇIQLAMA
-
23-10-2026, 21:30
Nizam Osmanovun polkovnik dostuna cinayət işi açıldı - “Salyanski kazarma”da yeyinti
-
23-10-2026, 21:25
İranın Hörmüz boğazındakı kabelləri hədəfə alması Körfəz ölkələri üçün ciddi təhlükə yarada bilər
-
23-10-2026, 14:58
BŞTİ müdirinə daha bir “dost” zərbəsi – MLK-da nə baş verir?!
-
23-10-2026, 14:38
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –FOTO
-
23-10-2026, 14:31
Bakıda çoxmərtəbəli binada 04:30-da da tikinti işləri davam etdirilir - Sakinlər narazıdır
-
23-10-2026, 10:14
FHN-in Baş İdarəsinin 30 min manatdan çox VERGİ BORCU VAR!