COVID-19 xəstələrinə ev şəraitində bu müayinələrin tətbiqi qadağandır - XƏBƏRDARLIQ
Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev koronavirus xəstələrinin ev şəraitində Kompüter Tomoqrafiya (KT) və rentgen müayinələrindən keçməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Koronavirus xəstələrinin ev şəraitində müayinə və müalicəsi ilə bağlı bəzi məqamlara aydınlıq gətirən azərbaycanlı alim "Report"a açıqlamasında bildirib ki, bu pasiyentlərin ev şəraitində KT və rentgen müayinələrindən keçməsinin heç bir elmi əsası yoxdur:
"Ev şəraitində mobil Kompüter Tomoqrafiya istifadə etmək texniki cəhətdən sadə bir şeyil deyil və ümumiyyətlə ev şəraitində onların COVID-19 xəstələrində tətbiqinə ehtiyac yoxdur. Bunun tətbiqinin Azərbaycanda artıq edildiyini mən dünən İTV kanalının “Sabaha saxlamayaq” verilişində qonaq olarkən digər qonaq həkimdən eşitdim. Düzünü desəm dəqiq deyə bilmərəm ki, həmin həkim KT müayinəsi deyərkən doğrudanmı ev şəraitində Kompüter Tomoqrafiya müayinəsini nəzərdə tuturdu, yoxsa o, sadə mobil rentgen müayinəsinə KT müayinəsi deyirdi. Hər iki halda bu müayinələrin ev şəraitində praktiki olaraq istifadəsinə heç bir tibbi göstəriş yoxdur. Bunu edən həkimlər və orta tibb işçilərinə göstəriş verən həkim-mütəxəssislər mütləq bilməlidirlər ki, bu cür rentgen şüaları xəstə insanın orqanizminə və hətta evdə olan digər insanların da orqanizminə ciddi fəsadlar törədir. Bəzən bu fəsadlar illər sonra üzə çıxır. Məsələn, uşaqlarda illər sonra müxtəlif qan xərçənglərinin yaranmasına səbəb olur. Ona görə də ev şəraitində müayinə zamanı bu məsələlər protokollarda mütləq nəzərə alınmalıdır və heç bir halda tətbiqinə icazə verilməməlidir".
Tibb elmləri doktoru həmçinin koronavirus xəstələrinin ev şəraitində özünü müalicə ilə bağlı məlumatlara da münasibət bildirib:
"Ev şəraitində müalicə alan şəxslərin heç də hər biri bilmədən əllərinə keçən bütün dərmanları qəbul etmirlər, onlar müvafiq qurumlar tərəfindən diqqətsiz qaldıqlarına görə və nəticədə də əlacsız olduqlarına görə edirlər. Xəstələrə bu şəkildə diqqət göstərmək isə tibbi xidmət sayılmır. Koronavirus xəstələrinin sayının onları müalicə edən həkimlərin sayından çox olmasını, eləcə də səhiyyə müəssisələrinin dolmasını və artıq xəstələri qəbul edə bilməməsini təsəvvür etmək mənim üçün çox ağırdır. Mən bu cür səhiyyə sisteminin belə problemlərlə üzləşəcəyini hələ avqust və sentyabr aylarından dedim və ciddi də xəbərdarlıq elədim. Əgər vaxtında düzgün koordinasiya mexanizmi qurulardısa, bu problemlərin də aradan qaldırılmasına nail olmaq mümkün olardı. İndi də hesab edirəm ki, ev şəraitində müalicə olunan xəstələrə də xüsusi diqqət və nəzarət gücləndirilməlidir. Müdafiə Nazirliyi əsgərinin, Təhsil Nazirliyi şagirdinin qayğısına qaldığı kimi Səhiyyə Nazirliyi və TƏBİB də xəstələrinin qayğısına mütləq qalmalıdır".
Tarix: 15-12-2020, 10:39
-
Bu gün, 10:51
Lənkəran Rayon Mərkəzi Xəstəxanasının 210 min manatdan çox VERGİ BORCU üzə çıxdı
-
Bu gün, 10:50
Dövlət maşını, YOXSA ,Bakı Şəhər Təhsil İdarəsinin müdiri NƏRMİNƏ xanımın uşağının OYUNCAĞI...
-
Bu gün, 10:50
Elbrus İsayev vergi borcu olan şirkəti seçdi - MMC Emin Əmrullayevin qaynına bağlı imiş? (FOTO)
-
Bu gün, 10:49
DEPUTATIN OĞLUNUN TƏKCƏ VERGİYƏ 500 MİN MANAT BORCU VAR - "Kristal" şirkəti ilə bağlı nə baş verir?
-
Bu gün, 10:49
Cavanşir Feyziyevin apteki dərmanları reseptsiz satırmış - Şirkəti cərimələndi
-
Bu gün, 09:34
“Dron ovçuları” Lenin Mavzoleyində: - avtomatlılar binanın damına yerləşdirilib
-
Bu gün, 09:19
Hər hekayənin görünməyən tərəfi var... - Günel Musa yazır...
-
Bu gün, 08:08
"OpenAI"da gizli mikrofon qalmaqalı: Keçmiş mühəndisin Səudiyyə Ərəbistanı ilə əlaqələri araşdırılır
-
Bu gün, 08:07
“Premium Residence” MTK NƏFƏSİMİZİ KƏSİR... - ÖZBAŞINA QALIBLAR...
-
Bu gün, 08:02
Albaniyada 10 gündür bitməyən toqquşmalar: Paytaxtda etiraz dalğası səngimir
-
Dünən, 23:52
Sənan Mənsimli yola salınır? - Qarabağ təhsilində kadr dəyişikliyi gözlənilir
-
Dünən, 23:02
"Servis+" MTK-da sakinləri ayağa qaldıran dələduzluq - Nazim Tahirov kürəkəni satdığı mənzilləri sürücüsü vasitəsilə geri alır
-
Dünən, 23:00
Şəkidə qanunsuz tikinti iddiası - "Yenilik" Ticarət Mərkəzi ərazisini genişləndirir
-
Dünən, 22:53
Təhsilin tənəzzülü yenə davam edəcək?
-
Dünən, 18:11
Ramiz Mehdiyevin “Tovuz Baltiya” HƏMLƏSİ - İLGİNC
-
Dünən, 18:07
Türkiyə şirkətinin QUMAR BİZNESİ ƏL DƏYİŞDİRİR
-
Dünən, 12:41
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası
-
Dünən, 12:16
Bakıda ölümlə nəticələnən davada saxlanılanlar var - Biri deputat oğludur
-
Dünən, 11:02
Bir ay əvvəl bağlanan “Na & El” yenidən açıldı: şirniyyat evindən natəmiz görüntülər —VİDEO
-
Dünən, 09:33
Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma... - Samir Feyruzov yazır
-
Dünən, 09:31
14 İCRA BAŞÇISININ TENDER OYUNU YOXLANILDI - Nələr üzə çıxmadı ki...
-
Dünən, 09:24
"Nefahim" MMC gömrük qaydasını pozdu - Cərimə olundu
-
Dünən, 09:15
Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama - Saxta diplomlar, maliyyə pozuntuları aşkarlandı
-
Dünən, 09:09
Müştəriləri aldatmaqda yarışa girənlər: “Kontakt Home”, “Baku Electronics” və... – AÇIQLAMA
-
23-10-2026, 21:30
Nizam Osmanovun polkovnik dostuna cinayət işi açıldı - “Salyanski kazarma”da yeyinti
-
23-10-2026, 21:25
İranın Hörmüz boğazındakı kabelləri hədəfə alması Körfəz ölkələri üçün ciddi təhlükə yarada bilər
-
23-10-2026, 14:58
BŞTİ müdirinə daha bir “dost” zərbəsi – MLK-da nə baş verir?!
-
23-10-2026, 14:38
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –FOTO
-
23-10-2026, 14:31
Bakıda çoxmərtəbəli binada 04:30-da da tikinti işləri davam etdirilir - Sakinlər narazıdır
-
23-10-2026, 10:14
FHN-in Baş İdarəsinin 30 min manatdan çox VERGİ BORCU VAR!