Erməni mətbuatının növbəti yalanı: Davtyan Qarabağa getməyib - FOTOFAKT
Ermənistanın Baş Prokuroru Artur Davtyan Dağlıq Qarabağa səfərə yollanıb.
Bu barədə Ermənistanın "Armenpress” nəşri yazıb.
Erməni mətbuatı Artur Davtyanı özünü qondarma rejimin rəhbəri kimi təqdim edən Araik Arutyunyanla görüşdüyünü də qeyd edib.
Sözügedən faktı birinci halda erməni mətbuatının təxribatı kimi də hesab etmək mümkündür. Çünki görüşlə bağlı bir sıra məlumatlar verildiyi halda, yeni heç bir foto və ya digər vizual materiallar yerləşdirilməyib. Xəbər yalnız 7 iyul 2020 tarixli görüşdən fotolarla təqdim olunub.

Nə üçünsə yeni görüşdən heç bir foto təqdim edilməyib. Bəs görüşü köhnə fotolarla təqdim etmək nə məqsəd güdür? Görünən odur ki, görüş olmayıb və Davtyan İrəvandan heç yerə getməyib.
Rəsmi Bakının müxtəlif müstəvilərdə erməni məmurların Dağlıq Qarabağa səfərləri barədə sərt və qəti xəbərdarlıq etməsindən çox qısa zaman keçdiyini nəzərə alsaq, "dəmir yumruğun” kölgəsinin hər zaman başı üzərində hiss edən Araik Arutyunyanın bu addımı atması təxribatdan və rəsmi Bakını qıcıqlandırmaqdan daha çox axmaqlıq kimi xarakterizə edilə bilər.
İkinci halda isə məlumatın Ermənistan mətbuatının təxribatı deyil, reallıq olduğunu əsas götürək. Yəni həqiqətən Artur Davtyan Qarabağa səfər edib. Bu halda isə artıq günahı Ermənistan mətbuatının çiyinlərindən götürüb Ermənistan dövlətində görmək lazımdır. Rüsvayçı məğlubiyyət, sosial-iqtisadi böhran, əhalisinin kütləvi miqrasiyası, siyasi etiraz dalğaları ilə üz-üzə qalmış bir dövlətin üstəlik də müharibədən sonra tamamilə regional proseslərdən asılı olduğu bir halda xəbərdarlıqlara baxmayaraq, Azərbaycana qarşı bu cür təxribata əl atmasına yalnız bir ad vermək mümkündür - odla oynamaq.
Erməni tərəfinin bu addımı növbəti dəfə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzası ilə təsdiqlənmiş üçtərəfli bəyanatın müddəalarının kobud şəkildə pozulmasıdır. Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisində - Dağlıq Qarabağa üstəlik də 44 gün davam edən və Ermənistan üçün rüsvayçı məğlubiyyətlə nəticələnən müharibədən sonra bu ölkənin rəsmisinin səfəri rəsmi İrəvanın hüquqa zidd və riyakar siyasətinin davamıdır.
Burada həmçinin növbəti dəfə rusiyalı sülhməramlıların fəaliyyətinə kölgə düşdüyünü də qeyd etmək gərəkdir. Çünki sülhməramlıların missiyası Artur Davtyanı Laçın dəhlizində saxlayıb, yoxladıqdan sonra "yaxşı yol” demək deyil, onu Azərbaycan tərəfinin razılığı olmadan özbaşına hərəkəti üçün gəldiyi yolla birbaşa İrəvana göndərməkdir.
İstənilən halda Ermənistan dövlətinin bu cür addımlarının rəsmi Bakı tərəfindən sakitliklə qarşılanacağını və göz yumulacağını gözləmək sadəlövhlük olar. Bundan öncəki hallarla bağlı istər XİN, istərsə də dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev İrəvana müvafiq və olduqca sərt xəbərdarlıq edib. Əgər erməni tərəfi bütün bunları gözə alaraq odla oynamaq variantını seçirsə, unutmamalıdır ki, Bakının İrəvanın yaddaşına "dəmir yumruq”la həkk etdiyi tarixi xatırlatmaq və bundan dərs çıxarmağa vadar etmək üçün bütün imkanları var.
Tarix: 9-02-2021, 14:43
-
Bu gün, 10:51
Lənkəran Rayon Mərkəzi Xəstəxanasının 210 min manatdan çox VERGİ BORCU üzə çıxdı
-
Bu gün, 10:50
Dövlət maşını, YOXSA ,Bakı Şəhər Təhsil İdarəsinin müdiri NƏRMİNƏ xanımın uşağının OYUNCAĞI...
-
Bu gün, 10:50
Elbrus İsayev vergi borcu olan şirkəti seçdi - MMC Emin Əmrullayevin qaynına bağlı imiş? (FOTO)
-
Bu gün, 10:49
DEPUTATIN OĞLUNUN TƏKCƏ VERGİYƏ 500 MİN MANAT BORCU VAR - "Kristal" şirkəti ilə bağlı nə baş verir?
-
Bu gün, 10:49
Cavanşir Feyziyevin apteki dərmanları reseptsiz satırmış - Şirkəti cərimələndi
-
Bu gün, 09:34
“Dron ovçuları” Lenin Mavzoleyində: - avtomatlılar binanın damına yerləşdirilib
-
Bu gün, 09:19
Hər hekayənin görünməyən tərəfi var... - Günel Musa yazır...
-
Bu gün, 08:08
"OpenAI"da gizli mikrofon qalmaqalı: Keçmiş mühəndisin Səudiyyə Ərəbistanı ilə əlaqələri araşdırılır
-
Bu gün, 08:07
“Premium Residence” MTK NƏFƏSİMİZİ KƏSİR... - ÖZBAŞINA QALIBLAR...
-
Bu gün, 08:02
Albaniyada 10 gündür bitməyən toqquşmalar: Paytaxtda etiraz dalğası səngimir
-
Dünən, 23:52
Sənan Mənsimli yola salınır? - Qarabağ təhsilində kadr dəyişikliyi gözlənilir
-
Dünən, 23:02
"Servis+" MTK-da sakinləri ayağa qaldıran dələduzluq - Nazim Tahirov kürəkəni satdığı mənzilləri sürücüsü vasitəsilə geri alır
-
Dünən, 23:00
Şəkidə qanunsuz tikinti iddiası - "Yenilik" Ticarət Mərkəzi ərazisini genişləndirir
-
Dünən, 22:53
Təhsilin tənəzzülü yenə davam edəcək?
-
Dünən, 18:11
Ramiz Mehdiyevin “Tovuz Baltiya” HƏMLƏSİ - İLGİNC
-
Dünən, 18:07
Türkiyə şirkətinin QUMAR BİZNESİ ƏL DƏYİŞDİRİR
-
Dünən, 12:41
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası
-
Dünən, 12:16
Bakıda ölümlə nəticələnən davada saxlanılanlar var - Biri deputat oğludur
-
Dünən, 11:02
Bir ay əvvəl bağlanan “Na & El” yenidən açıldı: şirniyyat evindən natəmiz görüntülər —VİDEO
-
Dünən, 09:33
Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma... - Samir Feyruzov yazır
-
Dünən, 09:31
14 İCRA BAŞÇISININ TENDER OYUNU YOXLANILDI - Nələr üzə çıxmadı ki...
-
Dünən, 09:24
"Nefahim" MMC gömrük qaydasını pozdu - Cərimə olundu
-
Dünən, 09:15
Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama - Saxta diplomlar, maliyyə pozuntuları aşkarlandı
-
Dünən, 09:09
Müştəriləri aldatmaqda yarışa girənlər: “Kontakt Home”, “Baku Electronics” və... – AÇIQLAMA
-
23-10-2026, 21:30
Nizam Osmanovun polkovnik dostuna cinayət işi açıldı - “Salyanski kazarma”da yeyinti
-
23-10-2026, 21:25
İranın Hörmüz boğazındakı kabelləri hədəfə alması Körfəz ölkələri üçün ciddi təhlükə yarada bilər
-
23-10-2026, 14:58
BŞTİ müdirinə daha bir “dost” zərbəsi – MLK-da nə baş verir?!
-
23-10-2026, 14:38
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –FOTO
-
23-10-2026, 14:31
Bakıda çoxmərtəbəli binada 04:30-da da tikinti işləri davam etdirilir - Sakinlər narazıdır
-
23-10-2026, 10:14
FHN-in Baş İdarəsinin 30 min manatdan çox VERGİ BORCU VAR!