Gecə-gündüz Qarabağa erməni daşıyırlar - ETİRAZ
“Mehri dəhlizi çox vacibdir. Birincisi, bu dəhliz Türkiyəni birbaşa Qazaxıstanla bağlaya bilir. Digər tərəfdən, bu dəhliz vasitəsilə Azərbaycanla Naxçıvan arasında birbaşa əlaqə qurulur”.
Bu sözləri Reyting.az-a Azərbaycanın keçmiş təhsil naziri, professor Firudin Cəlilov deyib.
Onun sözlərinə görə, bu dəhlizdən İran və Ermənistanın istifadəsi bizim maraqlarımızdan bir qədər kənara çıxır:
“Əlbəttə, mən anlayıram ki, bütün tərəflər bundan istifadə etməlidir. Digər tərəfdən, Dağlıq Qarabağı və onun statusu məsələsini sülhməramlı adı altında bu əraziyə gələnlərin hansı istiqamətə yönəldəcəyini proqnozlaşdırmaq olmur. Məncə, hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini gözləmək lazımdır”.
F. Cəlilov əlavə edib ki, dəhlizin işə düşməsi Ermənistanı az qala 30 illik blokadadan çıxaracaq: “Əlbəttə, bizim üçün Naxçıvan məsələsi və Dağlıq Qarabağ probleminin tam həll edilməsi önəmlidir. Qarabağdan erməni bayraqlarının yığışdırılması, Xankəndi və Xocalıda bizim dövlət idarələrinin işə başlaması, məcburi köçkün düşən soydaşlarımızın ora yerləşdirilməsi kimi məsələlər həll edilməlidir. Bu məsələlər aydınlaşmadan dəhliz məsələsini önə çəkmək əsas problemdən uzaqlaşmaq kimidir. Ümid edirəm ki, Azərbaycan Xankəndi də daxil olmaqla bütün ərazilərimizdə süverenliyimizi təmin edə biləcək”.
Professor bildirib ki, ermənilərin nə vaxtsa haqq yoluna dönəcəyini gözləmir:
“Ermənilərin revanşist hərəkətləri davam edəcək. Düzdür, onların arasında 5-10 ağıllı adam var və barış istəyirlər. Amma revanşistləri daha çoxdur və onlara kənardan dəstək verənlər də var. Məsələn, son hadisələr zamanı Rusiya, özəlliklə cənab Putin tez-tez xatırladırdı ki, Ermənistanın özü Qarabağın müstəqilliyini tanımayıb. Həmçinin Sumqayıt hadisələrini tez-tez təkrar etməsi bir az narahatlıq yaradır. Putin Sumqayıt hadisəsini deyəndə, onun qarşısına faktlar qoymalıyıq. Hamı bilir ki, Sumqayıt hadisələrinin ssenarisini “KQB” hazırlamışdı”.
F. Cəlilov diqqətə çatdırıb ki, Moskvadakı son üçtərəfli görüş zamanı Putinin “Dağlıq Qarabağ və status” kimi zərərli ifadələr işlətməməsi müsbət hadisədir. Amma bununla belə ehtimal edir ki, ola bilsin, müzakirələr zamanı bu məsələyə toxunulub: “Putin hər zaman bu mövzuda danışanda belə təqdim edir ki, guya birinci Sumqayıt hadisələri, daha sonra Qarabağda münaqişə baş verib. Bu, tamamilə əsassız iddiadır. Sumqayıt hadisələrini, 20 Yanvar olaylarını da Moskva hazırlamışdı. Bunu gizlətmək olarmı? Əslində indiki durum 1988-ci ildəki vəziyyətə qayıdıb. Vaxtilə Dağlıq Qarabağda Volskinin rəhbərlik etdiyi komitə yaratmışdılar. Sanki rus sülhməramlıları həmin vəziyyəti yenidən yaratmaq istəyirlər. Çünki gecə-gündüz Yerevandan Xankəndinə erməni daşıyırlar”.
F. Cəlilov təklif edir ki, məsələlər daha bir müşgülə çevrilməmiş Dağlıq Qarabağ məsələsini həll etmək lazımdır: “Buna paralel olaraq Mehri dəhlizi məsələsini də işləmək olar. Mənim subyektiv fikrimə görə, bu dəhlizi bir qədər fərqli işləmək mümkündür. Əgər biz Laçından dəhliz veririksə, təbii ki, bunun qarşılığı olaraq Mehridən də dəhliz verilməlidir. Əgər Mehridə rus sərhədçiləri dayanacaqsa, Laçında da Azərbaycan sərhədçiləri dayanmalıdır. Çünki Laçın Azərbaycandır. Azərbaycana Laçın istiqamətindən daxil olan şəxslər də Azərbaycan gömrüyündən keçməlidir. Məncə, bu məsələlərin üzərində dayanmaq lazımdır”.
Tarix: 14-01-2021, 09:16
-
Bu gün, 17:06
Müəllimlərin işə qəbulu və imtahan sistemləri 10 manatlıq "All In One Technologies"ə tapşırıldı: - YARIM MİLYONLUQ TENDER
-
Bu gün, 17:01
SOCAR rəsmisinin gizli eşqi: rumın qızla öpüşərkən kameralara yaxalandı - FOTO
-
Bu gün, 10:51
Lənkəran Rayon Mərkəzi Xəstəxanasının 210 min manatdan çox VERGİ BORCU üzə çıxdı
-
Bu gün, 10:50
Dövlət maşını, YOXSA ,Bakı Şəhər Təhsil İdarəsinin müdiri NƏRMİNƏ xanımın uşağının OYUNCAĞI...
-
Bu gün, 10:50
Elbrus İsayev vergi borcu olan şirkəti seçdi - MMC Emin Əmrullayevin qaynına bağlı imiş? (FOTO)
-
Bu gün, 10:49
DEPUTATIN OĞLUNUN TƏKCƏ VERGİYƏ 500 MİN MANAT BORCU VAR - "Kristal" şirkəti ilə bağlı nə baş verir?
-
Bu gün, 10:49
Cavanşir Feyziyevin apteki dərmanları reseptsiz satırmış - Şirkəti cərimələndi
-
Bu gün, 09:34
“Dron ovçuları” Lenin Mavzoleyində: - avtomatlılar binanın damına yerləşdirilib
-
Bu gün, 09:19
Hər hekayənin görünməyən tərəfi var... - Günel Musa yazır...
-
Bu gün, 08:08
"OpenAI"da gizli mikrofon qalmaqalı: Keçmiş mühəndisin Səudiyyə Ərəbistanı ilə əlaqələri araşdırılır
-
Bu gün, 08:07
“Premium Residence” MTK NƏFƏSİMİZİ KƏSİR... - ÖZBAŞINA QALIBLAR...
-
Bu gün, 08:02
Albaniyada 10 gündür bitməyən toqquşmalar: Paytaxtda etiraz dalğası səngimir
-
Dünən, 23:52
Sənan Mənsimli yola salınır? - Qarabağ təhsilində kadr dəyişikliyi gözlənilir
-
Dünən, 23:02
"Servis+" MTK-da sakinləri ayağa qaldıran dələduzluq - Nazim Tahirov kürəkəni satdığı mənzilləri sürücüsü vasitəsilə geri alır
-
Dünən, 23:00
Şəkidə qanunsuz tikinti iddiası - "Yenilik" Ticarət Mərkəzi ərazisini genişləndirir
-
Dünən, 22:53
Təhsilin tənəzzülü yenə davam edəcək?
-
Dünən, 18:11
Ramiz Mehdiyevin “Tovuz Baltiya” HƏMLƏSİ - İLGİNC
-
Dünən, 18:07
Türkiyə şirkətinin QUMAR BİZNESİ ƏL DƏYİŞDİRİR
-
Dünən, 12:41
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası
-
Dünən, 12:16
Bakıda ölümlə nəticələnən davada saxlanılanlar var - Biri deputat oğludur
-
Dünən, 11:02
Bir ay əvvəl bağlanan “Na & El” yenidən açıldı: şirniyyat evindən natəmiz görüntülər —VİDEO
-
Dünən, 09:33
Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma... - Samir Feyruzov yazır
-
Dünən, 09:31
14 İCRA BAŞÇISININ TENDER OYUNU YOXLANILDI - Nələr üzə çıxmadı ki...
-
Dünən, 09:24
"Nefahim" MMC gömrük qaydasını pozdu - Cərimə olundu
-
Dünən, 09:15
Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama - Saxta diplomlar, maliyyə pozuntuları aşkarlandı
-
Dünən, 09:09
Müştəriləri aldatmaqda yarışa girənlər: “Kontakt Home”, “Baku Electronics” və... – AÇIQLAMA
-
23-10-2026, 21:30
Nizam Osmanovun polkovnik dostuna cinayət işi açıldı - “Salyanski kazarma”da yeyinti
-
23-10-2026, 21:25
İranın Hörmüz boğazındakı kabelləri hədəfə alması Körfəz ölkələri üçün ciddi təhlükə yarada bilər
-
23-10-2026, 14:58
BŞTİ müdirinə daha bir “dost” zərbəsi – MLK-da nə baş verir?!
-
23-10-2026, 14:38
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –FOTO