Qarabağı cənnətə çevirmək vədi: - 5-8 il vaxt və 30-40 milyard vəsait...
Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində Qarabağı cənnətə çevirmək vədi verdi. Prezidentin sözlərinə görə, gələcəkdə bizi böyük işlər gözləyir. Sitat: “Ölkəmiz üçün yeni dövr başlayır, quruculuq dövrü, inkişaf dövrü, torpaqlarımızın bərpası günləri bizi gözləyir. Bu dövr şərəfli dövr olacaqdır. Baxmayaraq ki, düşmən işğal etdiyi və artıq azad olunmuş torpaqlarda hər şeyi dağıdıb, biz bütün şəhərlərimizi bərpa edəcəyik, kəndlərimizi bərpa edəcəyik, Qarabağ bölgəsində cənnət yaradacağıq. Bizim xalqımız buna layiqdir. Bizim xalqımıza qələbə yaraşır və qələbə həmişə bizimlə olacaq!"
Əlbəttə ki, bu bir-iki ilin işi deyil. 27 il viran qoyulmuş, xarabalığa çevrilmiş şəhərləri qurmaq, orada normal həyatı öz axarına qaytarmaq, bütün infrastrukturu qısa zamanda təşkil etmək çətin məsələdir. Buna zaman, maliyyə və fiziki resurs tələb olunur, mərhələli və planlı şəkildə yeniənqurma işləri həyata keçirmək lazım gəlir. Amma bu vədi Ali Baş Komandan verirsə, o şəxs ki “Şuşasız bu iş yarımçıq qalar” bəyan etmişdi, o zaman Qarabağı cənnətə çevirəcəyinə də inanmalıyıq. Deməli, dövlət rəhbərliyinin bu işləri necə reallaşdırmaq barədə proqramı artıq masadadır, nəyi, necə və nə zaman edəcəyini yaxşı bilir. Onu da bilir ki, Qarabağın cənnət guşəsinə yenidən çevrilməsi, şəhərlərin gözəlləşdirilməsi təkcə məcburi köçkünlərin, yaxud bütün azərbaycanlıların sevincinə səbəb olmayacaq, habelə dünyaya bir nümayiş olacaq. Yəni işğalçı ilə evin sahibinin fərqini ortaya qoyacağıq.
Məlumdur ki, ərazilərimizin bərpası üçün dövlət büdcəsindən ilkin olaraq 2,2 milyard vəsait ayrılıb. Amma bu maliyyə yetərli olmayacaq. Prezidentin vəd etdiyi cənnət üçün isə bir neçə milyardlar lazım gələcək. Lakin ilkin mərhələdə 2,2 milyardla işğaldan azad edilən ərazilərin bir qismində həyatı bərpa etmək, insanların müəyyən hissəsini yurd-yuvasına qaytarmaq mümkündür. Sadəcə, bütövlükdə Qarabağın qurulmasına böyük kapital olmalıdır. Bəs bu il bərpa işlərinin hansı mərhələsini görmək mümkündür?
Hansı rayonlarımızdan başlamalıyıq, nə kimi işlərlə start verilməlidir? Qarabağın cənnətə çevrilməsinə 5 il, yoxsa nə qədər zaman lazımdır? Sözsüz ki, 2021-ci ilin qaçqın və köçkünlərin kütləvi şəkildə Qarabağa qayıdışı gerçəkləşməyəcək. Amma Şuşa, Qubadlı, Kəlbəcər, Hadrut, Cəbrayıl və Zəngilanın müəyyən yaşayış məntəqələrinə bir qisim insan köçürmək istisna deyil. Elə deputatlar da tez-tez qeyd edirlər ki, insanların Qarabağa yerləşməsi işlərini sürətləndirmək lazımdır. Bu, həm rus sülhməramlılarının müəyyən xoşagəlməz davranışlarını neytrallaşdırmaq məqsədi güdür, həm də ermənilərin yenidən baş qaldırması ümidlərini dəfn etmiş olur.
İqtisadçı-ekspert Natiq Cəfərlinin “Yeni Müsavat”a bildirdiyinə görə, büdcədən ayrılan 2, 2 milyard vəsait ilkin olaraq təhlükəsizlik qaydalarına, sərhədlərin möhkəmləndirilməsinə və logistikanın qurulmasına yönəldiləcək. Ekspertin fikrincə, hələlik şəhərlərin və kəndlərin bərpasından söhbət getmir: “Bunun üçün böyük layihə olmalıdır. Hökumət hansı şəhəri hansı məqsədlə quracağını müəyyənləşdirməlidir, ilk hansı rayonun bərpasının iqtisadi faydası olacağını hesablamalıdır. Eyni zamanda kiçik kəndlərin birləşdirilməsi gözlənilir. Biz bu təklifi etmişik. Ancaq hazırda elektrik xətlərinin çəkilməsinə, dəmiryollarının müəyyən hissələrinin bərpasına, minalardan təmizlənməsinə həmin vəsait xərclənəcək. Yəni burada şəhər və qəsəbələrin tikilməsi nəzərdə tutulmur”.
N.Cəfərli Şuşa ilə bağlı müəyyən plan olduğunu qeyd etdi: “Ola bilsin ki, Şuşada tarixi abidələrin bərpası işləri həyata keçirilsin, müəyyən addımlar atılsın. Ancaq Qarabağın yenidən qurulması böyük vəsait və zaman tələb edir. Bunun üçün ən azı 5-8 il iş görülməlidir. Çünki vandalizmlə üzbəüz qalmışıq, şəhərlər, kəndlər ermənilər tərəfindən tamamilə dağıdılıb, heç bir əsər-əlamət qalmayıb. Üstəlik, təhlükəsizliklə bağlı məsələlər var, minalar problemi uzun müddət vaxt alacaq. Hazırda ərazilərdə 200 mindən çox partlayıcı maddə olduğu ehtimal edilir. Bu, olduqca böyük rəqəmdir”.
İqtisadçı hesab edir ki, Qarabağın cənnətə çevrilməsi üçün çox böyük vəsait lazımdır: “Söhbət 30-40 milyarddan gedir. Sadəcə, baxır hansı bölgələrimizin ilkin qurulması nəzərdə tutulub. Həmçinin əhalinin hansı işlə məşğul olacağı, dolanışığı məsələləri nəzərə alınmalıdır. Bizim Neft Fondunun tamamilə ora xərcələməyimiz mümkün deyil. Büdcənin formalaşması buradan asılıdır və o baxımdan həm xarici, həm daxili investiyalara ehtiyac olacaq. Ancaq Prezidentin Qarabağın cənnətə çevriləcəyi sözü obrazlı ifadədir, yəni bölgənin potensialı var. Sadəcə, bu potensialın açılması üçün idarəetmənin təkmilləşdirilməsinin, investisiyaların effektli olmasının əhəmiyyəti böyük olacaq. Buna ciddi ehtiyac var”.
Deputat Vüqar Bayramov isə yazıb ki, işğaldan azad olunan rayonlarımızın iqtisadi və sosial inkişafı üzrə konsepsiyanın hazırlanması başa çatmaqdadır. Onun sözlərinə görə, sənədin yaxın zamanlarda ictimaiyyətə təqdim olunması gözlənilir: “Konsepsiyada həmin ərazilərimizin inkişafı üçün təşviqedici tədbirlərin nəzərdə tutulacağı gözlənilir. Bütövlükdə, işğaldan azad olunan rayonlarımızın inkişafı üçün həm o ərazilərimizdə məskunlaşacaq sakinlərimiz, həm də sahibkarlar üçün xüsusi güzəştlərin nəzərdə tutulmasına ehtiyac var”.
Deputat əlavə edib ki, bütövlükdə Azərbaycan yeni quruculuq mərhələsinə qədəm qoyur: “Bu mərhələdə yalnız büdcə deyil, eyni zamanda özəl mənbələr hesabına işğaldan azad olunan torpaqlarımızın böyük iqtisadi potensialının reallaşacağı gözlənilir.
Eyni zamanda yeni yaradılacaq iş yerlərində yerli sakinlər üçün kvotaların müəyyənləşdirilməsi, özünüməşğulluq proqramının genişləndirilməsi kimi tədbilərin də nəzərə alınması məskunlaşmadan sonra o bölgələrdə yaşayacaq vətəndaşlarımız üçün yeni imkanlar yarada bilər".
Tarix: 6-01-2021, 08:57
-
Bu gün, 17:06
Müəllimlərin işə qəbulu və imtahan sistemləri 10 manatlıq "All In One Technologies"ə tapşırıldı: - YARIM MİLYONLUQ TENDER
-
Bu gün, 17:01
SOCAR rəsmisinin gizli eşqi: rumın qızla öpüşərkən kameralara yaxalandı - FOTO
-
Bu gün, 10:51
Lənkəran Rayon Mərkəzi Xəstəxanasının 210 min manatdan çox VERGİ BORCU üzə çıxdı
-
Bu gün, 10:50
Dövlət maşını, YOXSA ,Bakı Şəhər Təhsil İdarəsinin müdiri NƏRMİNƏ xanımın uşağının OYUNCAĞI...
-
Bu gün, 10:50
Elbrus İsayev vergi borcu olan şirkəti seçdi - MMC Emin Əmrullayevin qaynına bağlı imiş? (FOTO)
-
Bu gün, 10:49
DEPUTATIN OĞLUNUN TƏKCƏ VERGİYƏ 500 MİN MANAT BORCU VAR - "Kristal" şirkəti ilə bağlı nə baş verir?
-
Bu gün, 10:49
Cavanşir Feyziyevin apteki dərmanları reseptsiz satırmış - Şirkəti cərimələndi
-
Bu gün, 09:34
“Dron ovçuları” Lenin Mavzoleyində: - avtomatlılar binanın damına yerləşdirilib
-
Bu gün, 09:19
Hər hekayənin görünməyən tərəfi var... - Günel Musa yazır...
-
Bu gün, 08:08
"OpenAI"da gizli mikrofon qalmaqalı: Keçmiş mühəndisin Səudiyyə Ərəbistanı ilə əlaqələri araşdırılır
-
Bu gün, 08:07
“Premium Residence” MTK NƏFƏSİMİZİ KƏSİR... - ÖZBAŞINA QALIBLAR...
-
Bu gün, 08:02
Albaniyada 10 gündür bitməyən toqquşmalar: Paytaxtda etiraz dalğası səngimir
-
Dünən, 23:52
Sənan Mənsimli yola salınır? - Qarabağ təhsilində kadr dəyişikliyi gözlənilir
-
Dünən, 23:02
"Servis+" MTK-da sakinləri ayağa qaldıran dələduzluq - Nazim Tahirov kürəkəni satdığı mənzilləri sürücüsü vasitəsilə geri alır
-
Dünən, 23:00
Şəkidə qanunsuz tikinti iddiası - "Yenilik" Ticarət Mərkəzi ərazisini genişləndirir
-
Dünən, 22:53
Təhsilin tənəzzülü yenə davam edəcək?
-
Dünən, 18:11
Ramiz Mehdiyevin “Tovuz Baltiya” HƏMLƏSİ - İLGİNC
-
Dünən, 18:07
Türkiyə şirkətinin QUMAR BİZNESİ ƏL DƏYİŞDİRİR
-
Dünən, 12:41
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası
-
Dünən, 12:16
Bakıda ölümlə nəticələnən davada saxlanılanlar var - Biri deputat oğludur
-
Dünən, 11:02
Bir ay əvvəl bağlanan “Na & El” yenidən açıldı: şirniyyat evindən natəmiz görüntülər —VİDEO
-
Dünən, 09:33
Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma... - Samir Feyruzov yazır
-
Dünən, 09:31
14 İCRA BAŞÇISININ TENDER OYUNU YOXLANILDI - Nələr üzə çıxmadı ki...
-
Dünən, 09:24
"Nefahim" MMC gömrük qaydasını pozdu - Cərimə olundu
-
Dünən, 09:15
Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama - Saxta diplomlar, maliyyə pozuntuları aşkarlandı
-
Dünən, 09:09
Müştəriləri aldatmaqda yarışa girənlər: “Kontakt Home”, “Baku Electronics” və... – AÇIQLAMA
-
23-10-2026, 21:30
Nizam Osmanovun polkovnik dostuna cinayət işi açıldı - “Salyanski kazarma”da yeyinti
-
23-10-2026, 21:25
İranın Hörmüz boğazındakı kabelləri hədəfə alması Körfəz ölkələri üçün ciddi təhlükə yarada bilər
-
23-10-2026, 14:58
BŞTİ müdirinə daha bir “dost” zərbəsi – MLK-da nə baş verir?!
-
23-10-2026, 14:38
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –FOTO