Azərbaycan manatı ÖLÜM AYAĞINDA... - ARAŞDIRMA

Azərbaycanda az qala hər gün bahalıqdan danışılır, xüsusən də əhalinin gündəlik istehlak etdiyi məhsulların qiymətinin hər alış-verişdə artdığı deyilir.
Dia-az.İNfo xəbər verir ki, bu barədə rəyini açıqlayan “Baku Research Institute”un araşdırmasına görə, beş il öncə və indi 100 manata nə almaq mümkün olduğunu araşdırıb. Həmin araşdırmadan da məlum olur ki, 100 manat 5 il öncə daha dəyərli olub, nəinki indi…
Manat dəyərini nə qədər itirib?
Beş il öncə 100 manata 122 ədəd çörək almaq mümkün idisə, 2023-cü ildə isə həmin pula cəmi 77 çörək düşüb. Yəni 45 ədəd az.
2019-cu ildə 100 manata təxminən 10 kilo mal əti düşürdüsə, 2023-cü ildə bu rəqəm 7 kilo olub.
Beş il öncə 100 manata 9 kilo qoyun, 21,6 kilo toyuq əti almaq olurdu, beş il sonra bu rəqəm 6.7 kilo qoyun, 17 kilo toyuq ətinə dəyişib.
Balıq əti də bahalaşıb
Balıq ətinin də qiyməti bahalaşıb. Beş il öncə 100 manatla 14.2 kilo balıq almaq mümkün idisə, ötən il həmin pula 10.7 kilo balıq almaq olur.
Yağların da qiyməti artıb. Beş il öncə 100 manata 6.2 kilo kərə yağı, 8 litr zeytun yağı, 34.8 litr günəbaxan yağı, 23.3 litr qarğıdalı yağı almaq olurdu.
2023-cü ildə isə 100 manatla cəmi 5.1 kilo kərə yağı, 6.4 litr zeytun yağı, 19.3 litr günəbaxan yağı, 14.3 litr isə qarğıdalı yağı düşür.
Gündəlik istehlak edilən digər məhsullardan şəkər tozu da bahalaşıb. 2019-cu ildə 100 manatla 89.3 kilo şəkər tozu almaq olurdusa, ötən il bu rəqəm 53 kilo olub.
Yumurtaya gəlincə, beş il öncə 100 manatla 694 ədəd yumurta almaq olurdusa, ötən il bu rəqəm 505 ədəd olub.
Siqaretin qiymətində kəskin artım
Bu günlərdə aksiz vergisi artan siqaretin qiymətində də kəskin bahalaşma gözə dəyir. 2019-cu ildə 100 manata 62 qutu siqaret almaq olurdusa, ötən il bu rəqəm 37.4 olub.
Bu illə bağlı dəqiq məlumatlar isə hələlik, açıqlanmayıb. Lakin araşdırmada müqayisə edilən 2023-cü ildən bu yana da gündəlik istehlak mallarının qiymətlərində xeyli artım olub.
Hətta ötən ayın sonu Tarif Şurası ölkədə bir sıra xidmətlərin və məhsulların qiymətinin artırılmasına qərar verib.
Aİ-92 benzini, dizel yanacağı, metro və avtobusda gediş haqqı artırılıb, məişət tullantılarının daşınması tarifi əvvəlki qiymətinə baxanda 2-3 dəfə qalxıb.
Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 10 qəpik artırılaraq 1,10 manat, dizel yanacağının isə 1 litr üçün 20 qəpik artırılaraq 1 manat müəyyən edilib.
Gediş haqları isə 0.40 qəpikdən 0.50 qəpiyə yüksəlib.
Tarix: 30-07-2024, 09:10
-
Bu gün, 18:00
Onkologiya Mərkəzinin 50 milyonluq tenderini deputatla əlaqələndirilən şirkət qazandı
-
Bu gün, 16:42
7A-da sərnişinə “su işgəncəsi” - AYNA təndiq olundu - FOTO
-
Bu gün, 16:29
Polkovnik atanın himayəsində, dələduz oğul... - İTTİHAM VAR...
-
Bu gün, 16:24
Bayandur kənd sakinlərinin müraciəti həll olunub
-
Bu gün, 16:13
DTX bu dəfə əsl «akula»ları tutub – 35 milyon manat cərimə!
-
Bu gün, 16:08
134 il sonra təkrarlandı: Prezidentin səfəri ilə bağlı ilginc detal – FOTOLAR
-
Bu gün, 16:03
Budaqov AĞACLARI NİYƏ SEVMİR AXI...
-
Bu gün, 15:57
Günə 77 qəpiyə “Nar”dan smartfon!
-
Bu gün, 15:53
Deputat Məşhur Məmmədova bağlı şirkətlər inhisarçı rolunda…:Saxta tenderlər, siyasi patronaj və dövlətə vurulan 21 milyonluq zərər
-
Bu gün, 12:05
Şuşa sakinləri evlərini kirayə verirlər – Bir günü 150 manata
-
Bu gün, 12:01
"Minlərlə insan vaxtını itirir, əsəbləri tarıma çəkilir..." - AXI NİYƏ?..
-
Bu gün, 11:57
Səfərbərlik Xidməti tender keçirmədən 627 min manatlıq geyim alır-qanunlar belə pozulur
-
Bu gün, 09:49
Ukrayna bir gecədə 4 OZON anbarını məhv etdi
-
Bu gün, 09:43
Abdin Fərzəliyevin rəhbərlik etdiyi rayonda çoxmərtəbəli bina 3 mərtəbəlik sənədlə tikilir?
-
Bu gün, 09:40
“Abşeron City”də zirzəmi divarları gecə ilə söküldü - Sakinlər narahatdır
-
Bu gün, 09:38
"SOCAR" da faciə - Qaldırıcı qurğu aşdı, işçi öldü
-
Bu gün, 09:36
Tərtər, Ağdaş, Bərdə, Goranboy və Bakının Yasamal rayonunda işıq kəsiləcək
-
Dünən, 22:27
Yeni tədris ilinə az qalır: bir şagird üçün məktəbli forması dəsti neçəyə başa gəlir? - VİDEO
-
Dünən, 17:23
Ömər Balacayev hansı pullar hesabına bu təmtərağı yaşayır?.. - İşçilər soruşur...
-
Dünən, 17:05
Bakı bu ölkə ilə tarixi sənəd imzalayacaq – Müttəfiqlik yeni mərhələyə keçir!
-
Dünən, 11:30
Emin Əmrullayevlə Elnur Əliyevin yolları ayrılır? - Təhsil sistemində yeni gərginlik
-
Dünən, 10:48
Taxıl, ət, qarğıdalı bahalaşır - Dünya ərzaq böhranına gedir
-
Dünən, 10:43
Nizami rayonunda yaşıllıq ərazisi məhv edildi - Ağacları kim və hansı əsasla kəsir?
-
Dünən, 10:40
Erməni deputat: “Azərbaycan mənim düşmənimdir”
-
Dünən, 10:36
Salyanda dövlətə qarşı təxribat? General Ceyhun Həsənovun adı “Aqro Park” qalmaqalında — Təsərrüfatların suyu kəsildi - VİDEO
-
22-08-2026, 09:02
“Biabırçılıqdır, fırıldaqçılıq edirlər”
-
22-08-2026, 08:01
Səfirin mətbuat konfransında protokol pozuntusu…
-
21-08-2026, 23:07
Bakıda 4 milyon manatlıq qızıl qaçaqmalçılığı: Dəstə necə ifşa olunub? (VİDEO)
-
21-08-2026, 23:03
Hazırda Körfəzdəki tankerlərdə 41 milyon barel neft var
-
21-08-2026, 22:54
Xəstəxanada izdiham: "Dörd gündür həkim qəbuluna düşə bilmirəm" - VİDEO