Əhməd Əhmədzadə haqda daha bir iddia... - Belə deyirlər...
Su tükənməz bir sərvətdir (hərçənd Azərbaycanda onu da tükədirlər) və hələ neçə illər bundan qabaq araşdırma yazılarımızın birində Əhməd Əhmədzadənin çörəyinin sudan çıxdığını, qazandığı çirkli pulları su ilə yuduğunu qeyd etmişdik.
Qeyd edək ki, səhmdar cəmiyyətin respublika ərazisində irili-xırdalı yüzlərlə idarəsi var. Düzdü onların hamısının müdiri milioner deyil. Lakin heç də az qazanmırlar. Burada qazananlar kateqoriyalara bölünüb ki, gəlirli sahələrə Əhməd Əhmədzadə ən yaxın adamlarını yerləşdirir.
ASC-yə tabeli qurumlardan biri də Meliorasiya-İrriqasiya Obyektlərinin Qeydiyyatı və Suların İstifadəsinə-Mühafizəsinə Nəzarət İdarəsidir ki, əsas işi respublika ərazisində hidrotexniki qurğuların reyestri və pasportlaşdırılması, meliorasiya və su təsərrüfatı obyektlərinin kadastrı, su obyektlərində istehsal müəssisələrinin qeydiyyatına və hidrotexniki qurğuların təhlükəsizliyinə, suların istifadəsinə və mühafizəsinə, suların keyfiyyətinə nəzarət etməkdən ibarətdir. Qeyd edək ki, çox olmasa da burada da pul çıxarmağın yolları var.
Apardığımız araşdırmalar zamanı Əhməd Əhmədzadənin oliqarx kadrlarının durmadan necə artdığı da buradan üzə çıxdı. Təbii ki, bütün bunların hamısına da şəraiti cənab Əhmədzadə yaradır, arxasında da özü durur.
Qeyd edək ki, Meliorasiya İrriqasiyya Obyektlərinin Qeydiyyatı və Suların İstifadəsinə-Mühafizəsinə Nəzarət İdarəsi tərəfindən 08.12.2020-ci il tarixdə dəftərxana ləvazımatı, mətbəə işləri və ofis üçün mebellərin alınması üzrə keçirmiş olduğu kotirovka sorğusunun nəticələrinə görə “MADO-M 2018” Məhdud Məsuliyyətli Cəmiyyət qalib elan olunmuş və tərəflər arasında 08.12.2020-ci il tarixdə 38 200 manat dəyərində satınalma müqaviləsi bağlanılmışdır.
İdarə binasında cari təmir işləri və elmi texniki işlərin görülməsi üzrə elan olunmuş kotirovka sorğusunda isə “GARANT” Məhdud Məsuliyyətli Cəmiyyət qalib elan olunmuş və tərəflər arasında 08.12.2020-ci il tarixdə 46 600 manat dəyərində satınalma müqaviləsi bağlanılmışdır.
Kimyəvi reaktivlərin və mal materalın alınması üzrə elan olunmuş kotirovka sorğusunda isə “NİL-ELEKTRO” Məhdud Məsuliyyətli Cəmiyyət qalib elan olunmuş və tərəflər arasında 08.12.2020-ci il tarixdə 21 590 manat dəyərində satınalma müqaviləsi bağlanılmışdır. Qeyd edək ki, kimyəvi reaktivlərin alınması üzrə kotirovka sorğusun qalibi olan bu MMC ilə Nəzarət İdarəsi ötən il otaqlarda cari təmir işləri və elmi tədqiqat işlərinin aparılması üçün 28704 manat məbləğində də müqavilə bağlayıbmış.
İndi isə, Suların İstifadəsinə-Mühafizəsinə Nəzarət İdarəsinın satınalma müqaviləsi bağladığı, işbirliyi qurduğu MMC-lərin fəaliyyət dairəsinə və kimlərə məxsus olduğunu diqqətinizə çatdırmaq istərdik.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “MADO-M 2018” Məhdud Məsuliyyətli Cəmiyyətinin 09.07.2018-ci il tarixdə Füzuli Rayon Vergilər Şöbəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 4 manat olan MMC-nin hüquqi ünvanının FÜZULİ RAYONU, BALA BƏHMƏNLİ qəsəbəsi, qanuni təmsilçisinin Kərimov İdris Əlövsət oğlu olduğu qeyd olunub.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “GARANT” Məhdud Məsuliyyətli Cəmiyyətinin 20.08.2018-ci il tarixdə Füzuli Rayon Vergilər Şöbəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 4 manat olan MMC-nin hüquqi ünvanının FÜZULİ RAYONU, BALA BƏHMƏNLİ qəsəbəsi, qanuni təmsilçisinin Kərimov Əlövsət İdris oğlu olduğu qeyd olunub.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “NİL-ELEKTRO” Məhdud Məsuliyyətli Cəmiyyətinin 11.04.2008-ci il tarixdə Füzuli Rayon Vergilər Şöbəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının FÜZULİ RAYONU, FİN ŞƏHƏRCİYİ, qanuni təmsilçisinin İsayev Mübariz Rəhman oğlu olduğu qeyd olunub.
Reyestr məlumatlarından da göründüyü kimi bu MMC-lərin ikisi bir ailənin üzvlərinə, Füzuli rayonu Bala Bəhmənli kənd sakinləri olan ata-balaya məxsusdur. Suların İstifadəsinə-Mühafizəsinə Nəzarət İdarəsinin elan etdiyi kotirovka sorğularında alınacaq dəftərxana və təsərrüfat mallarını, görüləcək təmir işləri başa düşüləndi. Başa düşülməyən bir kənddə qeydiyyata alınmış MMC-lərin elmi texniki işlərin görülməsini və kimyəvi reaktivlərin alınmasını necə həyata keçirəcəyidir.
Bağlanmış müqavilələrdən də göründüyü kimi Meliorasiya-İrriqasiya Obyektlərinin Qeydiyyatı və Suların İstifadəsinə-Mühafizəsinə Nəzarət İdarəsi tərəfindən keçirilmiş kotirovka sorğularında satınalmalar haqqında qanunun tələbləri pozulub.
Tender Komissiyasinin satınalmalar zamanı ən birinci nəzərə almalı olduğu şərt, iddiaçının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında bank arayışı, son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı, son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti, anoloji işlərdə təcrübəsi, iddiaçının potensialı, texniki və kadr imkanları haqqında rəsmi məlumatlar olmalıdır. Lakin 1 il əvvəl yaradılmış 4 manat nizamnamə kapitalı olan, başqa heç bir tender prosedurunun iştirakçısı olmayan bu MMC-lərin nə kimi maddi texniki bazası, kadr potensialı, analoji işlərdə təcrübəsi ola bilər?
Tender və kotirovka prosedurlarının keçirilməsi zamanı daim bir şəxsə və ya şirkətə üstünlük verilməsi satın alınan malların ehtimal olunan qiymətinin düzgün müəyyən edilməməsinə və bir sıra qanun pozuntularına yol açmasına da şərait yaradır.
Digər tərəfdən də qısa bir zamanda dövlət qeydiyyatına alınmış MMC-lərin ixtisas göstəricilərinin müəyyən edilməsi və analoji işlərdə təcrübəsinin olub olmaması, maddi texniki bazasının, maliyyə, bank təminatlarının alınması kimi qanunun tələblərinə riayət edilməməsinə gətirib çıxarır.
Qeyd edək ki, bu MMC-lər barəsində açıq mənbələrdə adlarından başqa hər hansı bir məlumat yoxdur. Qanuni təmsilçiləri ata-bala olan, Füzuli rayonunun kənd sakinləri olan bu MMC-lərin bir nəfər tərəfindən idarə olunduğunu deməyə əsas verir.
Kənd sakinlərinin adına yaradılmış MMC-ləri kimlər idarə edir güman ki, Mahir Qasımov Baş direktor kimi müqavilə bağlayarkən bilməmiş deyil. Meliorasiya-İrriqasiya Obyektlərinin Qeydiyyatı və Suların İstifadəsinə-Mühafizəsinə Nəzarət İdarəsinin direktoru Mahir Qasımov kotirovka sorğularının keçirilməsi zamanı yol verdiyi bu və buna bənzər nöqsanları da yuxarıda qeyd etmişik.
Barələrində heç bir məlumat olmayan, cəmi 4,10 manat nizamnamə kapitalı olan MMC-lərlə ümumi dəyəri 106 390 manat məbləğində satınalma müqaviləsinin bağlanılmasında “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadənin də rolu ola bilər. Axı Əhməd müəllimin əli hər yerə çatır. Elə çox güman ki, Səhmdar Cəmiyyətdə oliqarx kadrlarının sayını da bu yollarla artırır.
Qarşı tərəf kimi adları çəkilən şəxs və dövlət orqanlarının da münasibətin ictimailəşdirməyə hazırıq./Aktualxeber/
Tarix: 28-12-2020, 14:01
-
Bu gün, 14:48
Azərbaycanda 1 milyon dollardan çox sərvəti olan neçə nəfər var?
-
Bu gün, 14:44
Nurəddin Mustafayevin himayə etdiyi quldurluq: Nazirə və Ali Məhkəmə sədrinə İMDAD MÜRACİƏTİ! - Aldadılmış sahibkar İNTİHAR HƏDDİNDƏ...
-
Bu gün, 13:29
Katz: “İrana zərbə endirməyə hazırıq”
-
Bu gün, 13:25
"Kristal"dan ev almaq istəyənlər niyə 100 ölçüb, 1 biçməlidir? - Alıcıların əsas şikayətləri
-
Bu gün, 12:27
“Poz-Qazan”da bəxtəvər olmaq şansı neçə faizdir? Beş milyonda bir…
-
Bu gün, 12:18
Yas məclisləri ilə bağlı XƏBƏR - Bakıda tətbiq edilməyəcək
-
Bu gün, 12:08
108 il sonra Ərdoğan təkrarladı, yunanlar heyrətə gəldi: Xamenei detalı
-
Bu gün, 11:46
İki qardaş ölkələrin cəmi ixracatı dünyanın ən kiçik -cırtdan dövləti olan Sinqapurun ixracatından iki dəfə azdır
-
Bu gün, 10:10
İlqar Bayramlının "paslanmış, cürümüş" Peşə Liseyi - Arzu Əliyeva kimdir?
-
Bu gün, 10:01
“Heç bir MTK vətəndaşın evini özbaşına sökə bilməz” - “Bizim Ev” MTK sökə bilər...
-
Bu gün, 09:58
“QARA QİTƏ” UĞRUNDA ÖLÜM-DİRİM SAVAŞI... – Mineral resurslar bazarını kim ələ keçirəcək?
-
Dünən, 23:07
ASAN xidmət adı altında PUL TƏLƏSİ? - İş təcrübəçiyə həvalə olunursa...
-
Dünən, 23:06
Məmurların cəzasız qalan cinayətləri silsiləsindən: Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində rəsmi saxtakarlıqlar və qanunsuz təyinatlar zənciri
-
Dünən, 23:04
Binəqədidə maklerlər “at oynadır”: Böyükşor gölünü qurudub hissə-hissə “rasxoda” verən kimlərdir?
-
Dünən, 11:53
Aviasiyada gələcək inkişafın əsasını artıq beton deyil, rəqəmsal texnologiyalar təşkil edir
-
Dünən, 11:27
İcra başçısının oğlu klub direktorunu məhkəməyə verdi - İllərdir davam edən qalmaqal
-
Dünən, 11:20
“Rosko” məhsullarının istehsal prosesi necə təşkil olunub?
-
Dünən, 11:12
Bu rayonlarda əməliyyat: SAXLANILANLAR VAR
-
Dünən, 11:10
Milli Onkologiya Mərkəzi 35 milyonluq kimyəvi dərman preparatlarını, laborator reagentləri bu şirkətdən alacaq
-
Dünən, 09:43
Tramp: Kosmosda yerləşən müşahidə sistemlərimiz vasitəsilə İrandakı nüvə obyektlərini izləyirik
-
Dünən, 09:37
Azərbaycanın ən kasıb 10 RAYONU hansılardır?
-
Dünən, 07:44
Fərəcov yenə Nigar Bağırovaya 280 minlik tender verdi - Rəqəmlər hər il böyüyür
-
Dünən, 07:42
Ukrayna “Mavi axın” qaz kəmərinin stansiyasına hücum etdi
-
Dünən, 07:39
ABŞ kəşfiyyatından sensasiya: İran atəşkəs dövründə raket arsenalının yarısını bərpa edib
-
Dünən, 07:36
Rusların qorxulu kabusu – Ukrayna dronları... VİDEO
-
Dünən, 07:30
ABŞ Ukrayna üzərində uçuşa qadağan zona tətbiq edəcək
-
Dünən, 07:26
İcra hakimiyyətinin "tədbir gördük" dediyi QANUNSUZ OBYEKT İŞ BAŞINDA! - Şağanda nələr baş verir? VİDEO
-
8-07-2026, 22:55
Mədəniyyət Nazirliyinin vəzifəli əməkdaşı Bakıda özünə obyekt tikdirib – Təfərrüat
-
8-07-2026, 22:52
Sakinlərin səbri tükəndi: Metronun "Ulduz" stansiyasının çıxışı niyə bərbad haldadır? - VİDEO
-
8-07-2026, 22:50
KMBİ-dən “Any Unboxing”ə qarşı əməliyyat - 2,5 milyona yaxın ziyan dəyib-Video