Meliorasiya və Su Təsərrüfatı ASC-nin pulu Londona axırmış - FOTOLAR
Müharibənin qızğın vaxtı, doğulduğu Füzuli şəhəri uğrunda qızğın döyüşlərin getdiyi bir vaxtda Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Rafiq Aslanov Londonda yaşayan oğluna aşağda şəklini əlavə etdiyim binadan bahalı mənzil alıb. Əmlak şirkətləri tərəfindən hazırda 438 min funt sterlinq (1 milyon manata yaxın) dəyərində qiymətləndirilir.
Deyə bilərsiniz ki, Əhmədzadənin müavinində bu qədər pul hardandır? Əvvəla elə Əhmədzadə cənabları başda olmaqla ASC rəhbərliyinin əsas "qazanc" yeri idarələrdir. Təsəvvür edin, ASC-nin bütün idarələrinə hər ay 50 min manat vəsait xətti açılır, həmin vəsait Əhməd Əhmədzadənin müavinləri Rafiq Aslanov və Zakir Quliyevin faktiki ortaq olduqları şirkət vasitəsilə nağdlaşdırılır.
Rafiq Zeynalovun himayəsi altında olan "Hidro-Kaskad" MMC (rəsmi təsisçisi Zakir İsmayıl oğlu Aslanov) üzərindən həyata keçirilən tender əməliyyatlarında qiymətlərin şişirdilməsi yolu elə edilən maxinasiyaların miqyasını isə bircə lotluq faktla ifadə etsəm mənzərə aydın olacaq. Yola salmaqda olduğumuz 2020-ci ildə ASC ilə sözügedən şirkət arasında "Nasos aqreqatlarının və digərlərinin satınalınması" üçün nəzərdə tutulan tender müqaviləsi üzrə qiymətlər faktiki olaraq 500 min manat şişirdilməklə ümumi məbləğ 2.440.404 manat göstərilib. Halbuki təqdim etdiyim siyahıdakı nasosların alış qiyməti 1.667.130 manat təşkil edir.
Siyahıda təkcə SNS 105-392 el. 200kVt 3000d / d 380V markalı bir nasosun zavod dəyəri maksimum 45 min manat təşkil etdiyi halda tender müqaviləsində 79 min manata rəsmiləşdirilib. Nasos aqreqatlar əsasən Rusiyanın Voronej şəhərindəki "Elmaş-İnter" şirkətindən, eləcə də Ukraynanın "Sum" Maşınqayırma Zavodundan alınır.
Məsələn, Rusiyanın Oryolsk vilayətinin Livni şəhərindəki nasos zavodunun (LİVGİDROMAŞ) nasos və aqreqatlarının satış dileri olan "Elmaş-İnter" üzərindən alınan mallar ən baha qiymətə rəsmiləşdirilir.
Təkcə bir lot üzrə bu şirkətdən qiyməti maksimum 2680 manat alınan 250 ədəd ESV 120-60 (PLD 8122/4) (Q=120kbm / sant, H-60m) nasoslarının hər biri 3690 manat göstərilib.
Nəticədə Əhməd Əhmədzadənin, Rafiq Aslanovun və digərlərinin "zəhmətkeş" övladları İngiltərədə, Çexiyada, Türkiyədə çoxsaylı şirkətlər açır, Londonda bahalı mənzillər, avtomobillər alır, gözqamaşdıran həyat tərzi keçirirlər.
ƏTRAFLI
BOSCH Azerbaijan
Yeri gəlmişkən, yaxın gələcəkdə Meliorasiya və Su Təsərrüfatı ASC-nin Azərsu ASC və FHN-nin nəzdindəki Dövlət Su Agentliyinin bir çətir altında birləşməsi gözlənilir. Həmin quruma iddialı şəxslərdən biri də Rafiq Aslanovdur. Deyilənə görə, onun namizədliyini dövlət başçısına Əhməd Əhmədzadə təqdim edib.
Əldən ələ ötür oyunu!
P.S. İndi Aqil Alishovun statusunda oxudum ki, könüllü olaraq döyüşə yollanan əsgərlərə aylıq 26 manat maaş hesablanıb.
Cavanşir Həsənli //dominant.az//














Tarix: 19-12-2020, 09:55
-
Bu gün, 18:00
Onkologiya Mərkəzinin 50 milyonluq tenderini deputatla əlaqələndirilən şirkət qazandı
-
Bu gün, 16:42
7A-da sərnişinə “su işgəncəsi” - AYNA təndiq olundu - FOTO
-
Bu gün, 16:29
Polkovnik atanın himayəsində, dələduz oğul... - İTTİHAM VAR...
-
Bu gün, 16:24
Bayandur kənd sakinlərinin müraciəti həll olunub
-
Bu gün, 16:13
DTX bu dəfə əsl «akula»ları tutub – 35 milyon manat cərimə!
-
Bu gün, 16:08
134 il sonra təkrarlandı: Prezidentin səfəri ilə bağlı ilginc detal – FOTOLAR
-
Bu gün, 16:03
Budaqov AĞACLARI NİYƏ SEVMİR AXI...
-
Bu gün, 15:57
Günə 77 qəpiyə “Nar”dan smartfon!
-
Bu gün, 15:53
Deputat Məşhur Məmmədova bağlı şirkətlər inhisarçı rolunda…:Saxta tenderlər, siyasi patronaj və dövlətə vurulan 21 milyonluq zərər
-
Bu gün, 12:05
Şuşa sakinləri evlərini kirayə verirlər – Bir günü 150 manata
-
Bu gün, 12:01
"Minlərlə insan vaxtını itirir, əsəbləri tarıma çəkilir..." - AXI NİYƏ?..
-
Bu gün, 11:57
Səfərbərlik Xidməti tender keçirmədən 627 min manatlıq geyim alır-qanunlar belə pozulur
-
Bu gün, 09:49
Ukrayna bir gecədə 4 OZON anbarını məhv etdi
-
Bu gün, 09:43
Abdin Fərzəliyevin rəhbərlik etdiyi rayonda çoxmərtəbəli bina 3 mərtəbəlik sənədlə tikilir?
-
Bu gün, 09:40
“Abşeron City”də zirzəmi divarları gecə ilə söküldü - Sakinlər narahatdır
-
Bu gün, 09:38
"SOCAR" da faciə - Qaldırıcı qurğu aşdı, işçi öldü
-
Bu gün, 09:36
Tərtər, Ağdaş, Bərdə, Goranboy və Bakının Yasamal rayonunda işıq kəsiləcək
-
Dünən, 22:27
Yeni tədris ilinə az qalır: bir şagird üçün məktəbli forması dəsti neçəyə başa gəlir? - VİDEO
-
Dünən, 17:23
Ömər Balacayev hansı pullar hesabına bu təmtərağı yaşayır?.. - İşçilər soruşur...
-
Dünən, 17:05
Bakı bu ölkə ilə tarixi sənəd imzalayacaq – Müttəfiqlik yeni mərhələyə keçir!
-
Dünən, 11:30
Emin Əmrullayevlə Elnur Əliyevin yolları ayrılır? - Təhsil sistemində yeni gərginlik
-
Dünən, 10:48
Taxıl, ət, qarğıdalı bahalaşır - Dünya ərzaq böhranına gedir
-
Dünən, 10:43
Nizami rayonunda yaşıllıq ərazisi məhv edildi - Ağacları kim və hansı əsasla kəsir?
-
Dünən, 10:40
Erməni deputat: “Azərbaycan mənim düşmənimdir”
-
Dünən, 10:36
Salyanda dövlətə qarşı təxribat? General Ceyhun Həsənovun adı “Aqro Park” qalmaqalında — Təsərrüfatların suyu kəsildi - VİDEO
-
22-08-2026, 09:02
“Biabırçılıqdır, fırıldaqçılıq edirlər”
-
22-08-2026, 08:01
Səfirin mətbuat konfransında protokol pozuntusu…
-
21-08-2026, 23:07
Bakıda 4 milyon manatlıq qızıl qaçaqmalçılığı: Dəstə necə ifşa olunub? (VİDEO)
-
21-08-2026, 23:03
Hazırda Körfəzdəki tankerlərdə 41 milyon barel neft var
-
21-08-2026, 22:54
Xəstəxanada izdiham: "Dörd gündür həkim qəbuluna düşə bilmirəm" - VİDEO