Əhməd Əhmədzadənin həbsi gözlənilir-Yüz milyonları mənimsəyən Əhmədzadə, Zakir Quliyev, Cahan Məmmədov qanun qarşısında cavab verəcəklər

Birinin çörəyi daşdan çıxır, yəni gecə-gündüz DAŞ yonur, biri gözəllik salonu açır QAŞ yonur, o biri diş ustasıdır, adamların ağzını sökür DİŞ yonur… Bir sözlə, hərənin çörəyi bir şeydən çıxır. Əhməd Əhmədzadənin çörəyi, əslində yüz milyonları isə SU-dan çıxır. Deyirəm 30-40 il əvvəl kimə desəydin ki, SU-dan milyonlar qazanmaq olar, adama gülərdilər. Çünki sadəlövh atalarımız ən ucuz şeyə " su qiymətinə” deyərdilər. Yəni biz hesab edirdik ki, dünyada sudan ucuz heç nə yoxdur. Amma Azərbaycanın keçmiş 1-ci katibi İmam Mustafayevin qohumu olan Ədməd Əhmədzadə suyun qiymətini vaxtında bilib. Yeri gəlmişkən, həmin vaxt imkansız olan Əhmədzadə qohumu İmam Mustafayevə deyib ki, rayonların birində köhnə-qədim qəbrlərdə qiymətli əşyalar, qızıl olmalıdır. Goreşən kimi qədim qəbrlərdə qızıl axtaranlar dəstəsi belə yaranıb. Nə isə mövzudan uzaqlaşmayaq. Bəli, Əhmədzadə qohumu İmam Mustafayevə yalvarıb ki, ozamankı prezident Əbülfəz Elçibəyə denən məni Suya müdir yox ee, Meliorasiya və Su Komitəsinə Sədr təyin etsin. Təsəvvür edirsiniz söhbət nazirdən artıq səlahiyyəti olan Komitə sədrindən gedir. Və prezident Əbülfəz Elçibəy tanımadığı, üzünü görmədiyi Əhmədzadə barədə FƏRMAN verib: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI 1. Əhmədzadə Əhməd Cuma oğlu Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri təyin edilsin. Azərbaycan Respublikasının Prezidenti Əbülfəz ELÇİBƏY. Bakı şəhəri, 3 may 1993-cü il. № 548.
Və bu fərmanla Azərbaycan əkinçisinin, fermerinin, sahibkarının, kəndçinin evi yıxılıb. Bəli, Əhmədzadə dövlətin ayırdığı vəsaitlə qazılan artezian quyularının suyunu, digər su mənbələrini satmaqla milyonlara sahib olub. Pul verə bilməyən sakinlərin isə meyvəsi, taxılı, məhsulu zay olub. Məhz ona görə də sonuncu müşavirədə Prezident İlham Əliyevin suvarma sistemləri ilə bağlı qaldırdığı problemlərə Əhmədzadə cavab verə bilmədi. Bu gün ölkədə ən ciddi problemlərdən biri də əkin sahələrinin, təsərrüfatların susuz qalmasıdır. Əhmədzadə yalandan su itkisi adı altında dövlətin milyonlarla vəsaitini silir. Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovla quda olan Əhmədzadə milyonlarla pulu xaricə daşıyır. Elman Rüstəmovun qızı Günel Rüstəmovanın və onun əri Cümə Əhmədzadənin xarici ölkələrdəki sərvəti fantastik sürətlə artır. Qeyd edək ki, Cümə Əhmədzadə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin oğludur. Günel Rüstəmova və Cümə Əhmədzadə uzun müddətdir ki, Londonda yaşayırlar və Avropada korrupsiyadan qaynaqlanan böyük sərvətlərə, şirkətlərə sahibdirlər. Əhmədzadənin müavini Zakir Quliyevin xaricdəki əmlakı, qurumun Aparat rəhbəri Cahan Məmmədovun mülkləri saymaqla bitən deyil. Hamısı da oğurlanan dövlət vəsaitinin hesabına. Yəqin ölkəmizdə korrupsiyaya qarşı başlanan ciddi mübarizə Əhməd Əhmədzadədən və dostlarından yan keçməyəcək. ''Gündəlik Bakı''-nın araşdırma qrupunun təhlili göstərir ki, Əhmədzadənn həbsi gözlənilir.http://www.7news.az/az/ehmed-ehmedzadenin-hebsi-gzlenilir-yuz-milyonlari-menimseyen-ehmedzade-zakir-quliyev-cahan-memmedov-qanun-qarsisinda-cavab-verecekler/
Tarix: 22-08-2020, 20:31
-
Bu gün, 10:51
Lənkəran Rayon Mərkəzi Xəstəxanasının 210 min manatdan çox VERGİ BORCU üzə çıxdı
-
Bu gün, 10:50
Dövlət maşını, YOXSA ,Bakı Şəhər Təhsil İdarəsinin müdiri NƏRMİNƏ xanımın uşağının OYUNCAĞI...
-
Bu gün, 10:50
Elbrus İsayev vergi borcu olan şirkəti seçdi - MMC Emin Əmrullayevin qaynına bağlı imiş? (FOTO)
-
Bu gün, 10:49
DEPUTATIN OĞLUNUN TƏKCƏ VERGİYƏ 500 MİN MANAT BORCU VAR - "Kristal" şirkəti ilə bağlı nə baş verir?
-
Bu gün, 10:49
Cavanşir Feyziyevin apteki dərmanları reseptsiz satırmış - Şirkəti cərimələndi
-
Bu gün, 09:34
“Dron ovçuları” Lenin Mavzoleyində: - avtomatlılar binanın damına yerləşdirilib
-
Bu gün, 09:19
Hər hekayənin görünməyən tərəfi var... - Günel Musa yazır...
-
Bu gün, 08:08
"OpenAI"da gizli mikrofon qalmaqalı: Keçmiş mühəndisin Səudiyyə Ərəbistanı ilə əlaqələri araşdırılır
-
Bu gün, 08:07
“Premium Residence” MTK NƏFƏSİMİZİ KƏSİR... - ÖZBAŞINA QALIBLAR...
-
Bu gün, 08:02
Albaniyada 10 gündür bitməyən toqquşmalar: Paytaxtda etiraz dalğası səngimir
-
Dünən, 23:52
Sənan Mənsimli yola salınır? - Qarabağ təhsilində kadr dəyişikliyi gözlənilir
-
Dünən, 23:02
"Servis+" MTK-da sakinləri ayağa qaldıran dələduzluq - Nazim Tahirov kürəkəni satdığı mənzilləri sürücüsü vasitəsilə geri alır
-
Dünən, 23:00
Şəkidə qanunsuz tikinti iddiası - "Yenilik" Ticarət Mərkəzi ərazisini genişləndirir
-
Dünən, 22:53
Təhsilin tənəzzülü yenə davam edəcək?
-
Dünən, 18:11
Ramiz Mehdiyevin “Tovuz Baltiya” HƏMLƏSİ - İLGİNC
-
Dünən, 18:07
Türkiyə şirkətinin QUMAR BİZNESİ ƏL DƏYİŞDİRİR
-
Dünən, 12:41
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası
-
Dünən, 12:16
Bakıda ölümlə nəticələnən davada saxlanılanlar var - Biri deputat oğludur
-
Dünən, 11:02
Bir ay əvvəl bağlanan “Na & El” yenidən açıldı: şirniyyat evindən natəmiz görüntülər —VİDEO
-
Dünən, 09:33
Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma... - Samir Feyruzov yazır
-
Dünən, 09:31
14 İCRA BAŞÇISININ TENDER OYUNU YOXLANILDI - Nələr üzə çıxmadı ki...
-
Dünən, 09:24
"Nefahim" MMC gömrük qaydasını pozdu - Cərimə olundu
-
Dünən, 09:15
Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama - Saxta diplomlar, maliyyə pozuntuları aşkarlandı
-
Dünən, 09:09
Müştəriləri aldatmaqda yarışa girənlər: “Kontakt Home”, “Baku Electronics” və... – AÇIQLAMA
-
23-10-2026, 21:30
Nizam Osmanovun polkovnik dostuna cinayət işi açıldı - “Salyanski kazarma”da yeyinti
-
23-10-2026, 21:25
İranın Hörmüz boğazındakı kabelləri hədəfə alması Körfəz ölkələri üçün ciddi təhlükə yarada bilər
-
23-10-2026, 14:58
BŞTİ müdirinə daha bir “dost” zərbəsi – MLK-da nə baş verir?!
-
23-10-2026, 14:38
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –FOTO
-
23-10-2026, 14:31
Bakıda çoxmərtəbəli binada 04:30-da da tikinti işləri davam etdirilir - Sakinlər narazıdır
-
23-10-2026, 10:14
FHN-in Baş İdarəsinin 30 min manatdan çox VERGİ BORCU VAR!