Samir Şərifovu kim qoruyur? – Büdcə dəyişikliklərinin gecikməsinin pərdəarxası məqamları

Gərgin iş prosesindən sonra tətilə göndərilən Milli Məclisin üzvləri istirahətə hazırlaşmamış geri çağırıldılar. Səbəb isə ölkədə fövqəladə vəziyyət elan edilməsi deyildi. Əsas məsələ büdcəyə dəyişikliklə bağlı idi. “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Qanuna dəyişikliklər edilməsi barədə” sənəd üçüncü oxunuşda parlament tərəfindən təsdiq edildikdən sonra deputatlar yenidən tətilə çıxdılar. Bu məsələnin avqustun əvvəlinə qədər gəlib çıxmasını və millət vəkillərinin tətilə göndərilməsindən iki həftə keçməmiş narahat edilməsini Maliyyə Nazirliyinin yarıtmaz işinin nəticəsi kimi qiymətləndirmək olar.
Samir Şərifov hakimiyyətin gördüyü genişmiqyaslı işlərə və yürütdüyü siyasətə qarşı çıxır?
Ən azı ona görə ki, pandemiya elan ediləndən, eyni zamanda neftin qiymətinin 16 dollar civarına enməsi və bu prosesin təxminən bir ay davam etməsindən sonra artıq dövlətin, daha doğrusu, hökumətin büdcəyə “əl gədirməli” olması reallığını şərtləndirmişdi. Ona görə də iqtisadi ekspertlərin də, bütün ölkə vətəndaşlarının da qənaətinə görə, hələ 2020-ci ilin birinci yarısı başa çatmamış büdcəyə yenidən baxılması baş verməliydi. AzToday.az xəbər verir ki, Samir Şərifov mediaya verdiyi açıqlamalarında cari ildə büdcəyə dəyişiklik olunmayacağını əminliklə bildirirdi.
Nə yazıq ki, Samir Şərifov və onun rəhbərlik etdiyi Maliyyə Nazirliyi bilinməyən səbəblərdən gözləmə mövqeyi tutmaqla Azərbaycan Prezidenti İlham Əliyevin başçılığı ilə dövlətin gördüyü genişmiqyaslı işlərə, yürütdüyü siyasətə qarşı təxribat törətmiş oldu.
Gec də olsa, “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Qanuna dəyişikliklər edilməsi barədə” sənəd qəbul olundu. Amma büdcəyə dəyişikliyin edilməsi üçün sadalanan səbəblər iyul ayında baş verməyib. Cari ilin mart ayından başlayaraq COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi iqtisadi artım sürətinin zəifləməsinə səbəb olub. Bu da iqtisadiyyatın əksər sahələrinin inkişafına mənfi təsir göstərib.
Samir Şərifov yenə “siçan-pişik oyunu” oynamağa girişib
İclasda iştirak edən maliyyə naziri Samir Şərifov büdcə layihəsinə təklif edilən dəyişikliklərə səbəblərdən biri kimi büdcə gəlirlərinin azalmasına neftin qiymətinin təsirini göstərib. Təbii ki, burada neftin ucuzlaşması əsas təşkil edir. Büdcənin gəlirlərinin hesablanması zamanı büdcədə neftin qiymətinin nə az, nə çox 55 ABŞ dolları həcmində nəzərdə tutulması həmin səbəblərin başında gəlir. Kimdir günahkar? Burada günahkar yenə də Maliyyə Nazirliyi idi ki, neftin qiymətini 55 dollar kimi nəzərdə tutub.
Büdcəyə dəyişiklik zamanı Azərbaycanın dövlət büdcəsində növbəti 6 ay (artıq 8-ci ayı yarılamışıq) üçün neftin bir barelinin qiyməti 35 ABŞ dollarından götürülməsi də yenə Samir Şərifovun hesablanmamış, səhv addımıdır. Ona görə ki, bütün mümkün risklər nəzərə alınmaqla proqnoz verilməli və büdcəyə real gəlirlərin nə qədər olacağı dəqiq hesablanmalı idi. Görünür, Samir Şərifov yenə “siçan-pişik oyunu” oynamağa girişib.
Maliyyə Nazirliyi manatın devalvasiyası təhlükəsinə yenə də hazırlıqsızdır
Digər tərəfdən, bilindiyi kimi, yeni növ koronavirus qlobal iqtisadiyyatda neqativ meyllərin artmasına, dünya enerji və səhm bazarlarında kəskin dalğalanmalara səbəb olub. Pandemiyanın iqtisadiyyatın bir sıra sahələrinin inkişafına mənfi təsir göstərdiyi bir şəraitdə maliyyə naziri S.Şərifovun manatın devalvasiyasının qarşısını almaq üçün hər hansı qabaqlayıcı tədbir barədə məlumat verməməsi belə bir təhlükəyə də hazırlıqsız olduğundan xəbər verir.
Bu məqamda xatırlatmaq yerinə düşər ki, 2015-ci ilin devalvasiyalarında əsas günahkarlardan biri də maliyyə naziri hesab edilir, devalvasiyadan sonra yaranan maliyyə böhranı zamanı Azərbaycan valyuta bazarında yaranan hərcmərcliyin də arxasında məhz Samir Şərifov və ona yaxın şəxslərin dayandığı ittihamları səslənirdi. İddiaya görə, ölkədə xarici valyuta böhranı baş verəndə “qara bazar”a milyonlarla dollar çıxaran və bu yolla milyonlarla manat qazanan şəbəkəyə məhz S.Şərifov göz yumub. Hətta Beynəlxalq Bankın keçmiş rəhbəri, hazırda həbsdə olan Cahangir Hacıyev məhkəmədə dəfələrlə S.Şərifovu “devalvasiyanın əsas səbəbkarı” adlandırmışdı.
Kadr islahatlarının S.Şərifovdan yan keçməsinin səbəbləri hələ müəmmalı olaraq qalır
Başqa bir iddia maliyyə nazirinin “xarici ölkələrin agenti” olması barədə idi. Bir neçə il bundan qabaq tez-tez ABŞ səfirliyində peyda olan Samir Şərifovun “Amerikanın adamı” olması barədə məlumatlar həm Azərbaycan, həm də dünya mətbuatında yer almışdı. Bununla yanaşı, keçmiş rus kəşfiyyatçısı S.Şərifovun eyni zamanda Rusiya, Amerika və Türkiyənin agenti olduğu barədə ilginc açqılama vermişdi. Qeyd edilən səbəblərdən 2018-ci ilin prezident seçkilərindən sonra ölkə rəhbərliyi tərəfindən aparılan struktur və kadr islahatları çərçivəsində Samir Şərifovun vəzifədən azad ediləcəyi güman olunurdu.
Fəqət, adının müxtəlif qalmaqallarda və maliyyə maxinasiyalarında hallanmasına baxmayaraq, S.Şərifov nəinki 2018-ci ildə, heç 2019-cu ildə aparılan son kadr islahatlarından sonra da maliyyə naziri postunu qoruyub saxladı. Yuxarıdakı iddialarla yanaşı, kadr islahatlarının S.Şərifovdan yan keçməsinin səbəbləri hələ müəmmalı olaraq qalır.
Samir Şərifov oğlunun bahalı itləri ilə gündəmə gəlib
Yeri gəlmişkən, vəzifəsini itirən digər nazirlər kimi, Samir Şəriofovun da övladları zəngin həyat tərzindən, ifrat dərəcəyə çatan hobbilərdən xali deyillər. AzToday.az xəbər verir ki, təxminən iki il əvvəl maliyyə naziri Samir Şərifov oğlunun bahalı itləri ilə gündəmə gəlib. Yerli KİV-də Türkiyə mətbuatına istinadən xəbərlər yayılmşdı ki, Azərbaycan maliyyə nazirinin oğlu qardaş ölkədə məşhur olan çoban itləri alıb saxlayır. S.Şərifovun övladının “Anadolu aslanı” kimi tanınan “kanqal” it cinsini alıb saxladığı haqqında məlumatlar Türkiyədən də təsdiq edilmişdi.
Xəbərdə nazir oğlunun bahalı it cinslərinə neçə min manat ödədiyi və itlərin saxlanmasının aylıq xərcləri barədə məlumat olmasa da, dünyada az sayda olan bu cins itlərin qiyməti və saxlanma xərcləri dorğudan da böyük məbləğlərlə hesablanır. Azərbaycan maliyyə nazirinin adının oğlunun itlərə marağı ilə gündəmə gəlməsi 2018-ci ildə S.Şərifovu çətin vəziyyətə salsa da, vəzifəsində qalmasına mane olmadı.
AzToday.az
Tarix: 17-08-2020, 19:50
-
Dünən, 23:07
ASAN xidmət adı altında PUL TƏLƏSİ? - İş təcrübəçiyə həvalə olunursa...
-
Dünən, 23:06
Məmurların cəzasız qalan cinayətləri silsiləsindən: Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində rəsmi saxtakarlıqlar və qanunsuz təyinatlar zənciri
-
Dünən, 23:04
Binəqədidə maklerlər “at oynadır”: Böyükşor gölünü qurudub hissə-hissə “rasxoda” verən kimlərdir?
-
Dünən, 11:53
Aviasiyada gələcək inkişafın əsasını artıq beton deyil, rəqəmsal texnologiyalar təşkil edir
-
Dünən, 11:27
İcra başçısının oğlu klub direktorunu məhkəməyə verdi - İllərdir davam edən qalmaqal
-
Dünən, 11:20
“Rosko” məhsullarının istehsal prosesi necə təşkil olunub?
-
Dünən, 11:12
Bu rayonlarda əməliyyat: SAXLANILANLAR VAR
-
Dünən, 11:10
Milli Onkologiya Mərkəzi 35 milyonluq kimyəvi dərman preparatlarını, laborator reagentləri bu şirkətdən alacaq
-
Dünən, 09:43
Tramp: Kosmosda yerləşən müşahidə sistemlərimiz vasitəsilə İrandakı nüvə obyektlərini izləyirik
-
Dünən, 09:37
Azərbaycanın ən kasıb 10 RAYONU hansılardır?
-
Dünən, 07:44
Fərəcov yenə Nigar Bağırovaya 280 minlik tender verdi - Rəqəmlər hər il böyüyür
-
Dünən, 07:42
Ukrayna “Mavi axın” qaz kəmərinin stansiyasına hücum etdi
-
Dünən, 07:39
ABŞ kəşfiyyatından sensasiya: İran atəşkəs dövründə raket arsenalının yarısını bərpa edib
-
Dünən, 07:36
Rusların qorxulu kabusu – Ukrayna dronları... VİDEO
-
Dünən, 07:30
ABŞ Ukrayna üzərində uçuşa qadağan zona tətbiq edəcək
-
Dünən, 07:26
İcra hakimiyyətinin "tədbir gördük" dediyi QANUNSUZ OBYEKT İŞ BAŞINDA! - Şağanda nələr baş verir? VİDEO
-
8-07-2026, 22:55
Mədəniyyət Nazirliyinin vəzifəli əməkdaşı Bakıda özünə obyekt tikdirib – Təfərrüat
-
8-07-2026, 22:52
Sakinlərin səbri tükəndi: Metronun "Ulduz" stansiyasının çıxışı niyə bərbad haldadır? - VİDEO
-
8-07-2026, 22:50
KMBİ-dən “Any Unboxing”ə qarşı əməliyyat - 2,5 milyona yaxın ziyan dəyib-Video
-
8-07-2026, 22:47
AZAL təyyarələri Bakıya boş yerlərlə uçur - Naxçıvanda isə kassalarda bilet tapılmır
-
8-07-2026, 22:37
Əl şəkin insanlardan, imkan verin biznes qura, inkişaf etdirə bilsinlər
-
8-07-2026, 17:09
Azay Möhnətov adlı "Böyük Güc" - 5 ildir konpensasiyanı ödəmir
-
8-07-2026, 17:08
Tramp “Ərdoğanı qoymadım” dedi, sui-qəsd çağırışı edildi – Ankarada nə baş verir?
-
8-07-2026, 16:57
Qanunsuz orden-medallar təsis etməkdə ittiham olunan QHT rəhbərinə hökm oxundu
-
8-07-2026, 16:54
AHİK-də böyük qalmaqal - Sahib Məmmədov bütün otaqlara dinləyici qurğular yerləşdirib?
-
8-07-2026, 16:52
YAP-ın Xaçmaz təşkilatının sədrinin saxlanılması xəbəri yayılıb - YENİLƏNDİ
-
8-07-2026, 16:42
Peşə Təhsilində qiymət və bal qalmaqalı – Tələbələr etiraz edir
-
8-07-2026, 16:41
Sahibkarlığa "unikal" dəstək - İcra hakimiyyəti sahibkara belə "dəstək" olur
-
8-07-2026, 16:35
Politoloq - "Müctəba Xameneinin görünməməsi İranda hakimiyyət balansı ilə bağlı suallar yaradır"
-
8-07-2026, 11:28
Rayon rəhbəri Ələsgərli kəndində tingçilik təsərrüfatı ilə tanış olub