Sabiq deputatın şirkətinin özbaşınalığı: Gecə saat 12-də beşinci mərtəbəyə traktor qaldırdılar
Sabiq deputata məxsus tikinti şirkəti sakinlərin həyatını təhlükə altında qoyub. Şirkət gecə yarısı, insanlar evdə olan zaman heç bir təhlükəsizlik tədbirləri görməyərək söküntü aparmaq istəyib.
Şirkət işçiləri gecə saat 12-də söküntü işlərini həyata keçirmək üçün traktoru kran vasitəsi ilə 5 mərtəbəli binanın üzərinə qaldırıblar. Lakin bu zaman heç bir təhlükəsizlik qaydalarına əməl edilməyib. Ətrafda xeyli sayda maşın, piyadalar olub. Həmçinin sökülməsi nəzərdə tutulan binaya bitişik olan bir mərtəbəli evlərdə də sakinlər olub. Şirkət söküntüyə başlayanda beşinci mərtəbədəki tikilinin dağıntıları həmin evlərin üzərinə tökülüb. Şirkət söküntünün təhlükəli olduğunu gördüyü üçün işi dayandırıb. Qeyd edilən ərazidə olan bir mərtəbəli evlərdən biri də jurnalist Aytən Məmmədovanın anasına məxsusdur. Aytən Məmmədova bir müddətdir qarşılaşdıqları problemlərlə bağlı bunları deyib: “Əgər 70 yaşlı anama və bir ayağı olmayan, birinci qrup əlil qardaşıma nəsə olsa, buna görə keçmiş deputat tikinti maqnatı, un bazarında monopolist, “Karat Holding”in rəhbəri Əsabil Qasımovla yanaşı, dövlət orqanları da birbaşa məsuliyyət daşıyır. Onun qanunsuzluğuna, özbaşınalığına “dur” deyə bilmədiklərinə görə! Anamın divarına bitişik beşmərtəbəli binanı söküb, tökür başlarına! Heç bir şişirtmə-filan yoxdur. Yanvarın 30-na keçən gecə saat 2-də texnikanı qaldırıb binanın başına qoyanda anam etiraz elədi, əhəmiyyət vermədilər. Qaldırıb texnikanı qoydular binanın başına. Düşündük ki, insandırlar, sağı-solu bitişik yaşayış evləri olan binanı sökməyin təhlükəli olduğunu qanarlar. Amma yox. Anamgil yatdığı zaman gurultu qopub. Yuxarıdan bunlar sökməyə başlayanda tökülüb damın üstünə. Həmin vaxt bir ayağı olmayan adamın durumunu təsəvvür edin…O gecə özləri də gördülər ki, təhlükəli işlə məşğuldular, dayandırdılar”.Aytən Məmmədova qeyd edib ki, şirkət eyni əməllərinə yenidən başlayıb: “Yenə də texnika damın üstündədir, asta-asta öz işlərindədir. 70 yaşlı adam qorxu içində yaşayır ki, bina uçurulacaq başımıza… Ən əsası, “Vialon” şirkətinə ərazidə söküntünün qadağan olunması barədə Fövqəladə Hallar Nazirliyinin qərarı var. O qərarın bunlar üçün qara qəpiklik dəyəri yoxdursa, bildiyimə görə, bu şirkətlə bağlı Nəsimi Rayon Polis İdarəsində istintaq gedirdi. Buna baxmayaraq, istədiyini edir. Deməli, möhkəm yerə bağlıdır. Fikirləşirlər ki, kiməsə nəsə olsa da, canı cəhənnəmə… Adamlar nə istəyir? Anamın cəmi 50-55 kvadrat evi var. O, 70 illik ömrünün 50 ilini burada yaşayıb. Deyir ki, öz evimin ölçüsünə uyğun mənə ev ver, vəssalam. Anama lap bulvarda da ev versələr istəmir, bu adam məhz öz yaşadığı əraziyə öyrənib. Qasımovlar cəmi bir küçə aşağıda “Malibu” adlı şirkət vasitəsilə tikdiyi evlərin kvadrat metrini 3500 manatdan satır, amma qonşumuzdan bir kvadrat metri 2100 manatdan alıb. Bu hansı insafa, vicdana sığar? Anamın evinin yeri çox yaxşıdır, deyirlər ki, guya orada ev tikilməyəcək, məktəb olacaq. Belə eşitmişik ki, arxa tərəfdə tikəcəkləri binalara görə burada özəl məktəbi bunların üzərinə “şapka” qoyublar. Bu da sakinlərin problemi deyil. Kimsə gələcəkdə pullu məktəbdən yaxşı gəlir götürəcək deyə, indi adamları öldürməlisiz”. Musavat.com
Tarix: 31-01-2025, 22:43
-
Bu gün, 10:51
Lənkəran Rayon Mərkəzi Xəstəxanasının 210 min manatdan çox VERGİ BORCU üzə çıxdı
-
Bu gün, 10:50
Dövlət maşını, YOXSA ,Bakı Şəhər Təhsil İdarəsinin müdiri NƏRMİNƏ xanımın uşağının OYUNCAĞI...
-
Bu gün, 10:50
Elbrus İsayev vergi borcu olan şirkəti seçdi - MMC Emin Əmrullayevin qaynına bağlı imiş? (FOTO)
-
Bu gün, 10:49
DEPUTATIN OĞLUNUN TƏKCƏ VERGİYƏ 500 MİN MANAT BORCU VAR - "Kristal" şirkəti ilə bağlı nə baş verir?
-
Bu gün, 10:49
Cavanşir Feyziyevin apteki dərmanları reseptsiz satırmış - Şirkəti cərimələndi
-
Bu gün, 09:34
“Dron ovçuları” Lenin Mavzoleyində: - avtomatlılar binanın damına yerləşdirilib
-
Bu gün, 09:19
Hər hekayənin görünməyən tərəfi var... - Günel Musa yazır...
-
Bu gün, 08:08
"OpenAI"da gizli mikrofon qalmaqalı: Keçmiş mühəndisin Səudiyyə Ərəbistanı ilə əlaqələri araşdırılır
-
Bu gün, 08:07
“Premium Residence” MTK NƏFƏSİMİZİ KƏSİR... - ÖZBAŞINA QALIBLAR...
-
Bu gün, 08:02
Albaniyada 10 gündür bitməyən toqquşmalar: Paytaxtda etiraz dalğası səngimir
-
Dünən, 23:52
Sənan Mənsimli yola salınır? - Qarabağ təhsilində kadr dəyişikliyi gözlənilir
-
Dünən, 23:02
"Servis+" MTK-da sakinləri ayağa qaldıran dələduzluq - Nazim Tahirov kürəkəni satdığı mənzilləri sürücüsü vasitəsilə geri alır
-
Dünən, 23:00
Şəkidə qanunsuz tikinti iddiası - "Yenilik" Ticarət Mərkəzi ərazisini genişləndirir
-
Dünən, 22:53
Təhsilin tənəzzülü yenə davam edəcək?
-
Dünən, 18:11
Ramiz Mehdiyevin “Tovuz Baltiya” HƏMLƏSİ - İLGİNC
-
Dünən, 18:07
Türkiyə şirkətinin QUMAR BİZNESİ ƏL DƏYİŞDİRİR
-
Dünən, 12:41
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası
-
Dünən, 12:16
Bakıda ölümlə nəticələnən davada saxlanılanlar var - Biri deputat oğludur
-
Dünən, 11:02
Bir ay əvvəl bağlanan “Na & El” yenidən açıldı: şirniyyat evindən natəmiz görüntülər —VİDEO
-
Dünən, 09:33
Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma... - Samir Feyruzov yazır
-
Dünən, 09:31
14 İCRA BAŞÇISININ TENDER OYUNU YOXLANILDI - Nələr üzə çıxmadı ki...
-
Dünən, 09:24
"Nefahim" MMC gömrük qaydasını pozdu - Cərimə olundu
-
Dünən, 09:15
Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama - Saxta diplomlar, maliyyə pozuntuları aşkarlandı
-
Dünən, 09:09
Müştəriləri aldatmaqda yarışa girənlər: “Kontakt Home”, “Baku Electronics” və... – AÇIQLAMA
-
23-10-2026, 21:30
Nizam Osmanovun polkovnik dostuna cinayət işi açıldı - “Salyanski kazarma”da yeyinti
-
23-10-2026, 21:25
İranın Hörmüz boğazındakı kabelləri hədəfə alması Körfəz ölkələri üçün ciddi təhlükə yarada bilər
-
23-10-2026, 14:58
BŞTİ müdirinə daha bir “dost” zərbəsi – MLK-da nə baş verir?!
-
23-10-2026, 14:38
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –FOTO
-
23-10-2026, 14:31
Bakıda çoxmərtəbəli binada 04:30-da da tikinti işləri davam etdirilir - Sakinlər narazıdır
-
23-10-2026, 10:14
FHN-in Baş İdarəsinin 30 min manatdan çox VERGİ BORCU VAR!