“Lotu Quli” necə öldürülüb? - QƏTLİN YEGANƏ ŞAHİDİ DANIŞDI

"Saat 21:00-a yaxın Nadir Səlifov, mən və onun bir çox yaxın adamları otelin restoranında idik. Çoxlu qonaq var idi. Heç nə təhlükədən xəbər vermirdi".
Bunu virtualaz.org-a qısa müsahibəsində avqustun 20-də Antalyadakı dəbdəbəli oteldə öldürülən, kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə məşhur olan Nadir Səlifovun yaxın qohumu deyib.
Həmin yaxın qohum dəhşətli cinayətin yeganə şahididir. Onun sözlərinə görə, tanınmış kriminal avtoriteti məhz onun yanında güllələyiblər: "Şam yeməyi başa çatdıqdan sonra “Quli” mühafizəçilərlə birlikdə öz otel nömrəsinə yollandı. Daha sonra restoranın VIP sektorunda kart oynamağı təklif etdi. Mən restorana endim və onu gözlədim. Daha sonra “Quli” özü də gəldi. Onun böyük mühafizə dəstəsi vardı, lakin hamısı silahsız idi və dəhlizdə dayanmışdılar. Həmin sektorda biz ikimiz idik. Heç kəs yox idi. Birdən “Xan” (Xəqan Zeynalov-red.) içəri girdi. O, bizim masaya yaxınlaşdı, əlində barsetka vardı. Ağlıma da gəlməzdi ki, barsetkanın altında-əlində tapança tutub".
Nadir Səlifovun qohumunun sözlərinə görə, qatil “Lotu Quli”nin və onun oturduğu masaya yaxınlaşaraq Səlifova dörd dəfə atəş açıb. Birinci gülləni başına, ikincisini boynunun arxasına, sonrakı ikisini isə kürəyinə vurub: "Hər şey elə gözlənilmədən və tez baş verdi ki, mən gözlərimə inanmadım. Mənə elə gəlirdi ki, bütün bunlar gerçək deyil. Lakin “Quli” jurnal masasının üstünə yıxıldı”.
Qohumunun sözlərinə görə, N.Səlifova “Beretta” markalı tapançadan atəş açılıb.
N. Səlifovun qohumu iddia edir ki, işin görüldüyünə əmin olan Xəqan Zeynalov qaçaraq dəhlizə çıxıb və ““Lotu Quli”ni güllələdilər” deyə qışqırmağa başlayıb: “Bir neçə saniyə sonra, “Quli”nin təxminən on silahsız mühafizəçi bizim otağa cumdular. Bircə onu deyə bildim ki, Səlifovu “Xan Əhmədlinski” vurdu".
N. Səlifovun qohumu deyib ki, Xəqan Zeynalov “qanuni oğru”nun əhatəsinə bir il əvvəl daxil olub və möcüzəvi şəkildə “Lotu Quli”nin etibarını qazana bilib: "Şəxsən mən ona şübhə ilə yanaşırdım. Mənə aydın deyil ki, “Quli” kimi təcrübəli bir adam cəmi bir il əvvəl etibarını qazanan təsadüfi bir şəxsi necə öz yaxın ətrafına buraxmışdı?!”.
Bu arada virtualaz.org onu da öyrənə bilib ki, Xəqan Zeynalov məşhur Bakı zərgəri Dəyanət Zeynalovun oğludur.
Tarix: 24-08-2020, 08:38
-
Bu gün, 18:00
Onkologiya Mərkəzinin 50 milyonluq tenderini deputatla əlaqələndirilən şirkət qazandı
-
Bu gün, 16:42
7A-da sərnişinə “su işgəncəsi” - AYNA təndiq olundu - FOTO
-
Bu gün, 16:29
Polkovnik atanın himayəsində, dələduz oğul... - İTTİHAM VAR...
-
Bu gün, 16:24
Bayandur kənd sakinlərinin müraciəti həll olunub
-
Bu gün, 16:13
DTX bu dəfə əsl «akula»ları tutub – 35 milyon manat cərimə!
-
Bu gün, 16:08
134 il sonra təkrarlandı: Prezidentin səfəri ilə bağlı ilginc detal – FOTOLAR
-
Bu gün, 16:03
Budaqov AĞACLARI NİYƏ SEVMİR AXI...
-
Bu gün, 15:57
Günə 77 qəpiyə “Nar”dan smartfon!
-
Bu gün, 15:53
Deputat Məşhur Məmmədova bağlı şirkətlər inhisarçı rolunda…:Saxta tenderlər, siyasi patronaj və dövlətə vurulan 21 milyonluq zərər
-
Bu gün, 12:05
Şuşa sakinləri evlərini kirayə verirlər – Bir günü 150 manata
-
Bu gün, 12:01
"Minlərlə insan vaxtını itirir, əsəbləri tarıma çəkilir..." - AXI NİYƏ?..
-
Bu gün, 11:57
Səfərbərlik Xidməti tender keçirmədən 627 min manatlıq geyim alır-qanunlar belə pozulur
-
Bu gün, 09:49
Ukrayna bir gecədə 4 OZON anbarını məhv etdi
-
Bu gün, 09:43
Abdin Fərzəliyevin rəhbərlik etdiyi rayonda çoxmərtəbəli bina 3 mərtəbəlik sənədlə tikilir?
-
Bu gün, 09:40
“Abşeron City”də zirzəmi divarları gecə ilə söküldü - Sakinlər narahatdır
-
Bu gün, 09:38
"SOCAR" da faciə - Qaldırıcı qurğu aşdı, işçi öldü
-
Bu gün, 09:36
Tərtər, Ağdaş, Bərdə, Goranboy və Bakının Yasamal rayonunda işıq kəsiləcək
-
Dünən, 22:27
Yeni tədris ilinə az qalır: bir şagird üçün məktəbli forması dəsti neçəyə başa gəlir? - VİDEO
-
Dünən, 17:23
Ömər Balacayev hansı pullar hesabına bu təmtərağı yaşayır?.. - İşçilər soruşur...
-
Dünən, 17:05
Bakı bu ölkə ilə tarixi sənəd imzalayacaq – Müttəfiqlik yeni mərhələyə keçir!
-
Dünən, 11:30
Emin Əmrullayevlə Elnur Əliyevin yolları ayrılır? - Təhsil sistemində yeni gərginlik
-
Dünən, 10:48
Taxıl, ət, qarğıdalı bahalaşır - Dünya ərzaq böhranına gedir
-
Dünən, 10:43
Nizami rayonunda yaşıllıq ərazisi məhv edildi - Ağacları kim və hansı əsasla kəsir?
-
Dünən, 10:40
Erməni deputat: “Azərbaycan mənim düşmənimdir”
-
Dünən, 10:36
Salyanda dövlətə qarşı təxribat? General Ceyhun Həsənovun adı “Aqro Park” qalmaqalında — Təsərrüfatların suyu kəsildi - VİDEO
-
22-08-2026, 09:02
“Biabırçılıqdır, fırıldaqçılıq edirlər”
-
22-08-2026, 08:01
Səfirin mətbuat konfransında protokol pozuntusu…
-
21-08-2026, 23:07
Bakıda 4 milyon manatlıq qızıl qaçaqmalçılığı: Dəstə necə ifşa olunub? (VİDEO)
-
21-08-2026, 23:03
Hazırda Körfəzdəki tankerlərdə 41 milyon barel neft var
-
21-08-2026, 22:54
Xəstəxanada izdiham: "Dörd gündür həkim qəbuluna düşə bilmirəm" - VİDEO