Niyaməddin Orduxanlının qohumu polislərə silah çəkdi - TƏFƏRRÜAT

Abşeron rayonunda həbs olunan Novruz Orduxanlının barəsində bir neçə maddə ilə ittiham elan edilib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Mehdibada qəsəbəsinin sakini Novruz Qədir oğlu Orduxanlının barəsində Cinayət Məcəlləsinin 127.2.1-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində qəsdən sağlamlığa az ağır zərər vurma), 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham elan edilib.
Novruz Orduxanlın barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün istintaq orqanı tərəfindən Abşeron rayon Məhkəməsinə təqdimat verilib.
Təqdimata hakim Sevinc Quliyevanın sədrliyi ilə bu gün ərzində baxılacaq.
Xatırladaq ki, Novruz Orduxanlı Mehdiabad qəsəbəsində saxlanılıb. O, saxlanılan zaman hüquq-mühafizə orqanların əməkdaşları ilə mübahisə edib, onlara silah çəkib.
Hadisə yerində olan polis əməkdaşlarına müqavimət göstərib.
Qeyd edək ki, Novruz Orduxanlı bir neçə il əvvəl də cinayət törətmişdi. O, taekvando üzrə idman ustası Səbuhi İsmayılovu bıçaqlamışdı. Sahib İsmayılov “Taekvando” idman klubunun Qəbələ “Taekvando” idman məktəbinin baş məşqçisidir.
Həmin ittihama görə, 1994-cü il təvəllüdlü Novruz Orduxanlının 20 mart 2018-ci ildə səhər saatlarında Abşeron rayonunun Mehdiabad qəsəbəsində tanışı Kamran İsmayılovla mübahisəsi yaranıb.
Mübahisə zamanı Novruz Orduxanlı Kamran İsmayılovu nalayiq söyüşlərlə təhqir edib və onun şəxsiyyətini alçaldıb. Kamran İsmayılov bu barədə qardaşı Səbuhiyə xəbər verib.
Daha sonra Səbuhi İsmayılov Novruz Orduxanlını görüşə dəvət edib. Onlar martın 21-də Mehdiabad qəsəbəsində, 28 May küçəsindəki “Praqa” çay evinin arxa tərəfindəki boş ərazidə görüşüblər.
Səbuhi İsmayılov Novruz Orduxanlıya qardaşını təhqir etməsinə görə iradını bildirib. Nəticədə onlar aralarında mübahisə yaranıb. Novruz Orduxanlı üstündə gəzdirdiyi bıçaqla Səbuhi İsmayılova xəsarət yetirib.
Yaralıya xəstəxanada vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. Hadisəni törədən Novruz Orduxanlı həbs edilib.
İstintaq orqanı tərəfindən Novruz Orduxanlının barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Novruz Orduxanlı 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Novruz Orduxanlı apelyasiya şikayəti verib. O, barəsində olan cəzanın yüngülləşdirilməsini xahiş edib.
Novruz Orduxanlının şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Vidadi Cəfərovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.
Məhkəmə Novruz Orduxanlının şikayətinin təmin edib. Onun əməli Cinayət Məcəlləsinin 130.1-ci (zəruri müdafiə həddini aşmaqla qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilib. Ona 9 ay cəza təyin edilib.
Bu qərardan narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror Novruz Orduxanlının barəsində olan Sumqayıt Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, işin yenidən apelyasiya instansiyasında araşdırılmasını, ona ağır cəza təyin olunmasını istəyib.
Prokurorun protesti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Əli Seyfəliyevin sədrliyi ilə baş tutan prosesdə kasasiya protestinin dəlilləri araşdırılıb, sonda protestin təmin edilməməsi barədə qərar qəbul edilib.
Qeyd edək ki, Novruz Orduxanlı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlının qohumudur.
Xatırladaq ki, həbsdən azad olunandan sonra Novruz Orduxanlı silah-sursatla da saxlanılmışdı.
Tarix: 12-08-2020, 13:22
-
Bu gün, 10:51
Lənkəran Rayon Mərkəzi Xəstəxanasının 210 min manatdan çox VERGİ BORCU üzə çıxdı
-
Bu gün, 10:50
Dövlət maşını, YOXSA ,Bakı Şəhər Təhsil İdarəsinin müdiri NƏRMİNƏ xanımın uşağının OYUNCAĞI...
-
Bu gün, 10:50
Elbrus İsayev vergi borcu olan şirkəti seçdi - MMC Emin Əmrullayevin qaynına bağlı imiş? (FOTO)
-
Bu gün, 10:49
DEPUTATIN OĞLUNUN TƏKCƏ VERGİYƏ 500 MİN MANAT BORCU VAR - "Kristal" şirkəti ilə bağlı nə baş verir?
-
Bu gün, 10:49
Cavanşir Feyziyevin apteki dərmanları reseptsiz satırmış - Şirkəti cərimələndi
-
Bu gün, 09:34
“Dron ovçuları” Lenin Mavzoleyində: - avtomatlılar binanın damına yerləşdirilib
-
Bu gün, 09:19
Hər hekayənin görünməyən tərəfi var... - Günel Musa yazır...
-
Bu gün, 08:08
"OpenAI"da gizli mikrofon qalmaqalı: Keçmiş mühəndisin Səudiyyə Ərəbistanı ilə əlaqələri araşdırılır
-
Bu gün, 08:07
“Premium Residence” MTK NƏFƏSİMİZİ KƏSİR... - ÖZBAŞINA QALIBLAR...
-
Bu gün, 08:02
Albaniyada 10 gündür bitməyən toqquşmalar: Paytaxtda etiraz dalğası səngimir
-
Dünən, 23:52
Sənan Mənsimli yola salınır? - Qarabağ təhsilində kadr dəyişikliyi gözlənilir
-
Dünən, 23:02
"Servis+" MTK-da sakinləri ayağa qaldıran dələduzluq - Nazim Tahirov kürəkəni satdığı mənzilləri sürücüsü vasitəsilə geri alır
-
Dünən, 23:00
Şəkidə qanunsuz tikinti iddiası - "Yenilik" Ticarət Mərkəzi ərazisini genişləndirir
-
Dünən, 22:53
Təhsilin tənəzzülü yenə davam edəcək?
-
Dünən, 18:11
Ramiz Mehdiyevin “Tovuz Baltiya” HƏMLƏSİ - İLGİNC
-
Dünən, 18:07
Türkiyə şirkətinin QUMAR BİZNESİ ƏL DƏYİŞDİRİR
-
Dünən, 12:41
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası
-
Dünən, 12:16
Bakıda ölümlə nəticələnən davada saxlanılanlar var - Biri deputat oğludur
-
Dünən, 11:02
Bir ay əvvəl bağlanan “Na & El” yenidən açıldı: şirniyyat evindən natəmiz görüntülər —VİDEO
-
Dünən, 09:33
Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma... - Samir Feyruzov yazır
-
Dünən, 09:31
14 İCRA BAŞÇISININ TENDER OYUNU YOXLANILDI - Nələr üzə çıxmadı ki...
-
Dünən, 09:24
"Nefahim" MMC gömrük qaydasını pozdu - Cərimə olundu
-
Dünən, 09:15
Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama - Saxta diplomlar, maliyyə pozuntuları aşkarlandı
-
Dünən, 09:09
Müştəriləri aldatmaqda yarışa girənlər: “Kontakt Home”, “Baku Electronics” və... – AÇIQLAMA
-
23-10-2026, 21:30
Nizam Osmanovun polkovnik dostuna cinayət işi açıldı - “Salyanski kazarma”da yeyinti
-
23-10-2026, 21:25
İranın Hörmüz boğazındakı kabelləri hədəfə alması Körfəz ölkələri üçün ciddi təhlükə yarada bilər
-
23-10-2026, 14:58
BŞTİ müdirinə daha bir “dost” zərbəsi – MLK-da nə baş verir?!
-
23-10-2026, 14:38
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –FOTO
-
23-10-2026, 14:31
Bakıda çoxmərtəbəli binada 04:30-da da tikinti işləri davam etdirilir - Sakinlər narazıdır
-
23-10-2026, 10:14
FHN-in Baş İdarəsinin 30 min manatdan çox VERGİ BORCU VAR!