
8 Noyabr – Zəfər Gününün altınca ildönümü münasibətilə Tərtər Rayon İcra Hakimiyyətinin, YAP Tərtər rayon təşkilatının və Qarabağ Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyev adına parkda təntənəli bayram konserti təşkil olunub.
Konsertdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Anar Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, idarə, müəssisə, təşkilat kollektivləri, şəhid ailələri, qazilər, veteranlar, N saylı hərbi hissənin əsgər və zabitləri, ictimaiyyət nümayəndələri və şəhərin qonaqları iştirak ediblər.
Konsert proqramında tanınmış müğənnilər Ülkər Abdullayeva, Arzu Mahmudova, Heyrat İbayev, Turanə Məmmədova, Şahin İsmayılov və Sərxan İsayevin ifasında səslənən bir-birindən rəngarəng vətənpərvərlik mahnıları tamaşaçılar tərəfindən böyük rəğbət və gur alqışlarla qarşılanıb.
Konsert proqramında fəal iştrak edən müğənnilərə Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərəfindən fəxri fərmanlar təqim olunub.
Yüksək vətənpərvərlik ruhu və coşqu ilə keçən bayram proqramı tədbir iştirakçılarında unudulmaz anlar yaşadıb, hər kəsdə yüksək əhval-ruhiyyə yaradıb.
