Tərtərdə Novruz bayramı təntənə ilə qeyd olunub- FOTOLAR

Bu il xalqımızın iki müqəddəs bayramının – milli mənəviyyatımızın rəmzi olan Novruzun və saflıq, xeyirxahlıq ayı olan Ramazanın eyni vaxta təsadüf etməsi Tərtər rayonunda ikiqat bayram sevinci yaşadıb. Tərtərlilər xalqımız milli-mənəvi dəyərlərimizi özündə yaşadan Novruz bayramı ilə müqəddəs Ramazan bayramını bir yerdə, böyük ruh yüksəkliyi ilə qeyd edir.
Tərtər Rayon İcra Hakimiyyətinin və Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, məhkəmə sədrləri, YAP rayon təşkilatının sədri, idarə, müəssisə və təşkilatların rəhbərləri, kollektivləri, şəhid ailələri, qazilər, yerli nümayəndələr və rayon sakinləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Mərkəzi Meydanda ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.
Meydanda qədimi xalça-palazlar sərilib, Novruz süfrəsi qurulub. İştirakçılar Tarix-diyarşünaslıq muzeyinin sərgisinə, məktəblilərin və Uşaq Gənclər İnkişaf Mərkəzinin bahara həsr olunmuş rəsm və əl işlərinə baxıblar. Rayon idmançılarının güləş, boks, kikboksing üzrə çıxışları, kəndirbazların ifaları, yumurta və xoruz döyüşləri maraqla izlənilib. Meydanda Novruza xas olan bütün təamlar — yuxa, kətə, qovurğa, aş və müxtəlif şirniyyatlar süfrələrə düzülüb. Müdrik el ağsaqqalı Dədə Qorqud və Bahar qızı iştirakçıları salamlayaraq onlara xeyir-dua verib, Keçəl və Kosanın çıxışları tədbirə xüsusi rəng qatıb.
Meydanın mərkəzində rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Novruz tonqalını alovlandırıb. Sonra tədbirdə çıxış edən rayon rəhbəri tərtərliləri təbrik edərək bildirib: "Əziz tərtərlilər, Sizi milli bayramımız olan Novruz və dini bayramımız müqəddəs Ramazan bayramları münasibəti ilə səmimi qəlbdən təbrik edir, hər birinizə uzun ömür, can sağlığı və ailə xoşbəxtliyi arzulayıram. Nə xoş ki, bu il hər iki bayramı bir yerdə qeyd edirik. Novruz əsrlərin sınağından çıxmış, adət-ənənələrimizi bu günədək yaşadan milli dəyərimizdir. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə ümumxalq bayramı elan edilən Novruz, bu gün beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. Eyni zamanda, müqəddəs Qurani-Kərimin nazil olduğu Ramazan ayı da bizi birliyə, paklığa və humanizmə çağırır.
Bildirib ki, artıq 6 ildir 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər Azərbaycanımıza əbədi bahar gətirib. Torpaqlarımızın suverenliyi tam bərpa olunub. Bu baharı bizə bəxş edən şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə can sağlığı arzulayırıq. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqəti ilə azad edilmiş ərazilərə 'Böyük Qayıdış' başlayıb, orada nəhəng quruculuq işləri aparılır.
Bu bayram günlərində şəhid ailələrinə və aztəminatlı ailələrə kömək edilir, mənəvi həmrəylik nümayiş olunur. Ulu Tanrı dualarınızı, tutduğunuz orucları qəbul etsin. Bayramınız mübarək olsun, qoy yurdumuzda çatılan tonqallar bir daha sönməsin! "
Tədbir Qarabağ Regional Mədəniyyət İdarəsinin hazırladığı şən və rəngarəng konsert proqramı ilə davam edib.
Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup tərtərliyə rayon icra hakimiyyətinin və YAP rayon təşkilatının fəxri fərmanları təqdim olunub.

Tarix: 19-03-2026, 18:04
-
Bu gün, 10:51
Lənkəran Rayon Mərkəzi Xəstəxanasının 210 min manatdan çox VERGİ BORCU üzə çıxdı
-
Bu gün, 10:50
Dövlət maşını, YOXSA ,Bakı Şəhər Təhsil İdarəsinin müdiri NƏRMİNƏ xanımın uşağının OYUNCAĞI...
-
Bu gün, 10:50
Elbrus İsayev vergi borcu olan şirkəti seçdi - MMC Emin Əmrullayevin qaynına bağlı imiş? (FOTO)
-
Bu gün, 10:49
DEPUTATIN OĞLUNUN TƏKCƏ VERGİYƏ 500 MİN MANAT BORCU VAR - "Kristal" şirkəti ilə bağlı nə baş verir?
-
Bu gün, 10:49
Cavanşir Feyziyevin apteki dərmanları reseptsiz satırmış - Şirkəti cərimələndi
-
Bu gün, 09:34
“Dron ovçuları” Lenin Mavzoleyində: - avtomatlılar binanın damına yerləşdirilib
-
Bu gün, 09:19
Hər hekayənin görünməyən tərəfi var... - Günel Musa yazır...
-
Bu gün, 08:08
"OpenAI"da gizli mikrofon qalmaqalı: Keçmiş mühəndisin Səudiyyə Ərəbistanı ilə əlaqələri araşdırılır
-
Bu gün, 08:07
“Premium Residence” MTK NƏFƏSİMİZİ KƏSİR... - ÖZBAŞINA QALIBLAR...
-
Bu gün, 08:02
Albaniyada 10 gündür bitməyən toqquşmalar: Paytaxtda etiraz dalğası səngimir
-
Dünən, 23:52
Sənan Mənsimli yola salınır? - Qarabağ təhsilində kadr dəyişikliyi gözlənilir
-
Dünən, 23:02
"Servis+" MTK-da sakinləri ayağa qaldıran dələduzluq - Nazim Tahirov kürəkəni satdığı mənzilləri sürücüsü vasitəsilə geri alır
-
Dünən, 23:00
Şəkidə qanunsuz tikinti iddiası - "Yenilik" Ticarət Mərkəzi ərazisini genişləndirir
-
Dünən, 22:53
Təhsilin tənəzzülü yenə davam edəcək?
-
Dünən, 18:11
Ramiz Mehdiyevin “Tovuz Baltiya” HƏMLƏSİ - İLGİNC
-
Dünən, 18:07
Türkiyə şirkətinin QUMAR BİZNESİ ƏL DƏYİŞDİRİR
-
Dünən, 12:41
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası
-
Dünən, 12:16
Bakıda ölümlə nəticələnən davada saxlanılanlar var - Biri deputat oğludur
-
Dünən, 11:02
Bir ay əvvəl bağlanan “Na & El” yenidən açıldı: şirniyyat evindən natəmiz görüntülər —VİDEO
-
Dünən, 09:33
Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma... - Samir Feyruzov yazır
-
Dünən, 09:31
14 İCRA BAŞÇISININ TENDER OYUNU YOXLANILDI - Nələr üzə çıxmadı ki...
-
Dünən, 09:24
"Nefahim" MMC gömrük qaydasını pozdu - Cərimə olundu
-
Dünən, 09:15
Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama - Saxta diplomlar, maliyyə pozuntuları aşkarlandı
-
Dünən, 09:09
Müştəriləri aldatmaqda yarışa girənlər: “Kontakt Home”, “Baku Electronics” və... – AÇIQLAMA
-
23-10-2026, 21:30
Nizam Osmanovun polkovnik dostuna cinayət işi açıldı - “Salyanski kazarma”da yeyinti
-
23-10-2026, 21:25
İranın Hörmüz boğazındakı kabelləri hədəfə alması Körfəz ölkələri üçün ciddi təhlükə yarada bilər
-
23-10-2026, 14:58
BŞTİ müdirinə daha bir “dost” zərbəsi – MLK-da nə baş verir?!
-
23-10-2026, 14:38
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –FOTO
-
23-10-2026, 14:31
Bakıda çoxmərtəbəli binada 04:30-da da tikinti işləri davam etdirilir - Sakinlər narazıdır
-
23-10-2026, 10:14
FHN-in Baş İdarəsinin 30 min manatdan çox VERGİ BORCU VAR!