Rusiya trolları Türkiyəni Azərbaycana qarşı BELƏ KÖRÜKLƏYİR - FAKT BUDUR!

Dünyada elə bir xalq ola bilərmi əsgərlərini şəhid edən ölkəni, onun liderini sevsin, hər yerdə təbliğatını aparsın, amma heç vaxt bir nəfər də əsgərini şəhid etməyən dövlətlərə düşmən desin? Bu, necə ola bilər?2020-ci ildə Suriyanın İdlib vilayətində Rusiya Silahlı Qüvvələri bombardmanla 34 Türkiyə əsgərini şəhid etdi, 30-dan çox hərbçi də yaralandı. O vaxt Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar rəsmən bildirdi ki, koordinatları öncədən Rusiyaya verməyimizə rəğmən əsgərlərimizi şəhid etdilər.Bu hadisədən əvvəl və sonra da dəfələrlə Rusiyanın Türkiyəyə qarşı düşmənçiliyi, alçaldıcı addımları olub. Heç tarixdəki minlərlə türkün şəhid olduğu müharibələri demirəm.Əksəriyyətiniz sosial şəbəkələri, Türkiyə televiziyalarını izləyən adamlarsınız. Siz heç sosial şəbəkələrdə Türkiyə vətəndaşlarının Rusiyaya qarşı etiraz, qınama, təbliğatını görmüsünüz? Görmüsünüzmü Türkiyə televiziyaları (iqtidarlı-müxalifətli), sosial şəbəkələrdə fəallıq edənlər xalqı Rusiyaya qarşı özlərinin təbirincə desək kışkırtsın?Hətta vəziyyət elədir ki, dəfələrlə görmüşəm, bu məsələlərə toxunanlar güclü bir troll ordusu tərəfindən linç edilir, hətta Rusiyaya haqq qazandırılır. Beləcə cəmiyyət yanlış istiqamətə yönləndirilir, öz istədikləri kimi rəy formalaşdırmağı bacarırlar.Amma biz bilirik ki, Türkiyədə normal insanlar şəhidlərinə hörmətlə yanaşır, şəhidinin qanını satmaz!Bəs bu şəhid qanını satanlar kimlərdir?!İki gün əvvəl İranın Türkiyəyə raket atmasıyla bağlı bir status paylaşdım. Paylaşdığım karikaturada trolların beyni rus bayrağıyla göstərildi. Məqsədim Rusiyanın Türkiyədə fəaliyyət göstərən troll ordusunu göstərmək idi. Düşündüyüm kimi də reaksiya verdilər. Mən artıq bu şəbəkəni bir neçə dəfə test etmişəm. Rusiyanı ifşa edən, Rusiya maraqlarına uyğun olmayan əksər məsələlərə reaksiya verirlər. Bundan əvvəlki statusumda onların bir çoxunu görə bilərsiniz. Təhqir yazdıqları əksər şərhləri silsəm də, bir çoxunu sizlərə göstərmək üçün saxladım. Əksəriyyətinin profili bağlıdır, hətta necə qarışdırıblarsa, Filippinli ad, soyadı, şəkili olan, yaşadığı yer Filippin göstərilən profilindən Türkcə şərh yazırlar...Sizi əmin edirəm ki, hətta Rəcəb Tayyib Ərdoğan, müxalifət partiyasının lideri də bir gün Rusiyaya qarşı sərt çıxış etsə, sosial şəbəkələrdə həmin çıxışın altındakı şərhlərdə Ərdoğanı, müxalifət liderini qınayacaqlar. Bu dediyimi yadınızda saxlayın və bir gün elə bir şey olarsa, görəcəksiniz.Müəllif: Fərəc Kərimli - Mənbə: "DİA-AZ"
Tarix: 16-03-2026, 10:02
Xəbəri paylaş



Xəbər lenti