
"DİA-AZ" bildirir ki, amma bu sıra, yəni töhmət alan başçıların sırası genişlənə bilər.
Məlum olduğu kimi, dünən BŞİH tərəfindən paytaxt küçələrində ümumi iməcilik keçirildi. Digər paytaxt rayonlarından fərqli olaraq Nizami rayonu deyəsən, sözügedən aksiyada "ala başdan... çiy başdan" iştirak etməklə yetindi.
Buna işarə edən sosial şəbəkə istifadəçiləri aşağıdakı fotonu təqdim edərək belə bir şərh də yazıblar:
"Nizami rayon icra hakimiyyəti yolun bir hissəsini yuyub, amma digər hissələr yadddan çıxıb deyəsən..."
Şərh yazanlardan biri isə qeyd edib ki, ümumiyyətlə, Nizami rayonu ərazisində iməclik ab-havası yetərincə hiss olunmayıb.