Fuad Nəcəfli və Vüqar Qurbanov həbs edilir? – Yeni şok iddialar yayıldı

Naxçıvanda yüksək vəzifəli şəxslərlə bağlı başladılan istintaq prosesi yeni mərhələyə keçir. Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin sabiq sədri Bəhruz Əsgərovun həbsi ilə gündəmə gələn mənimsəmə ittihamları artıq daha geniş çevrəni əhatə edir. İddialara görə, proses çərçivəsində Prezidentin Naxçıvan üzrə sabiq səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli də istintaqa cəlb olunub.
Bununla yanaşı, TƏBİB-in keçmiş icraçı direktoru Vüqar Qurbanovla bağlı da müəyyən məlumatlar dolaşır. Belə ki, onun barəsində içki məclislərində vəzifə payladığı iddiaları yayılıb. V.Qurbanovun ciddi pozuntulara yol verdiyi də istisna edilmir.
Adları çəkilən şəxsləri bundan sonra nə gözləyir? Həm real vəziyyət, həm də qanun baxımından onların aqibəti necə ola bilər?
Neqativ.com bildirir ki, Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, hüquqşünas Xəyal Bəşirov bildirib ki, məsələ ilə bağlı məlumatlar artıq mətbuatda yayılıb və Naxçıvanda çalışan şəxslər heç bir halda müstəsna və ya toxunulmaz hesab edilə bilməzlər:
“Əgər qanuna və hüquqa zidd addımlar atılıbsa, kimliyindən asılı olmayaraq hər kəs məsuliyyətə cəlb ediləcək. Xüsusilə də söhbət burada qanunsuz fəaliyyət, rüşvətxorluq, korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə kimi hallardan gedirsə. Əgər bu cür faktlar Naxçıvanda baş veribsə, adı çəkilən şəxslərlə yanaşı, digərləri də prosesə cəlb oluna bilər. Çünki söhbət Azərbaycanın muxtar ərazisi olan Naxçıvanda böyük məbləğdə vəsaitlərin mənimsənilməsi və dövlət büdcəsinə zərər vurulmasından gedir. Eyni zamanda, pandemiya dövründə səhiyyə sahəsində yaradılmış yeni quruma – TƏBİB-ə rəhbərlik etmiş şəxsin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi ilə bağlı iddialar səslənirsə və bu faktlar təsdiqini taparsa, təbii ki, sərt cəzaların tətbiqi qaçılmaz olacaq. Çünki burada dövlət büdcəsinin talan edilməsindən danışılır”.
X.Bəşirov əlavə edib ki, məsələ yalnız ayrı-ayrı epizodlarla məhdudlaşmaya bilər:
“Burada vəzifə səlahiyyətlərindən sui-istifadə edərək şəxsi maraqlar zəminində kadr təyinatlarının aparılmasından da söhbət gedir. Əgər TƏBİB-ə rəhbərlik etmiş şəxsin barəsində deyilən fikirlər və ortaya çıxan faktlar reallığı əks etdirsə, onun dövründə vəzifəyə təyin olunan şəxslərin də araşdırmaya cəlb edilməsi mümkündür. Düşünürəm ki, bu, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə çərçivəsində dövlətin növbəti genişmiqyaslı addımlarından biri olacaq”.
Xəyal Bəşirov deyib ki, proses çərçivəsində həm yüksək vəzifə tutmuş, həm də hazırda vəzifədə çalışan şəxslərin məsuliyyətə cəlb olunması mümkündür:
“Baş verənlər digərləri üçün də ciddi mesaj olmalıdır. Bu gün vəzifədə olan şəxslərin etimadı doğrultmaması, xüsusilə də dövlət başçısının etimadını sarsıtması cəmiyyətdə müsbət qarşılanmır. Gələcəkdə həmin vəzifələrə təyin olunacaq və ya hazırda bu vəzifələri icra edən şəxslər səlahiyyətlərinə daha məsuliyyətli yanaşmalıdırlar. Əks halda, heç kim məsuliyyətdən yayınmayacaq”.
Tarix: 27-02-2026, 16:10
-
Bu gün, 10:51
Lənkəran Rayon Mərkəzi Xəstəxanasının 210 min manatdan çox VERGİ BORCU üzə çıxdı
-
Bu gün, 10:50
Dövlət maşını, YOXSA ,Bakı Şəhər Təhsil İdarəsinin müdiri NƏRMİNƏ xanımın uşağının OYUNCAĞI...
-
Bu gün, 10:50
Elbrus İsayev vergi borcu olan şirkəti seçdi - MMC Emin Əmrullayevin qaynına bağlı imiş? (FOTO)
-
Bu gün, 10:49
DEPUTATIN OĞLUNUN TƏKCƏ VERGİYƏ 500 MİN MANAT BORCU VAR - "Kristal" şirkəti ilə bağlı nə baş verir?
-
Bu gün, 10:49
Cavanşir Feyziyevin apteki dərmanları reseptsiz satırmış - Şirkəti cərimələndi
-
Bu gün, 09:34
“Dron ovçuları” Lenin Mavzoleyində: - avtomatlılar binanın damına yerləşdirilib
-
Bu gün, 09:19
Hər hekayənin görünməyən tərəfi var... - Günel Musa yazır...
-
Bu gün, 08:08
"OpenAI"da gizli mikrofon qalmaqalı: Keçmiş mühəndisin Səudiyyə Ərəbistanı ilə əlaqələri araşdırılır
-
Bu gün, 08:07
“Premium Residence” MTK NƏFƏSİMİZİ KƏSİR... - ÖZBAŞINA QALIBLAR...
-
Bu gün, 08:02
Albaniyada 10 gündür bitməyən toqquşmalar: Paytaxtda etiraz dalğası səngimir
-
Dünən, 23:52
Sənan Mənsimli yola salınır? - Qarabağ təhsilində kadr dəyişikliyi gözlənilir
-
Dünən, 23:02
"Servis+" MTK-da sakinləri ayağa qaldıran dələduzluq - Nazim Tahirov kürəkəni satdığı mənzilləri sürücüsü vasitəsilə geri alır
-
Dünən, 23:00
Şəkidə qanunsuz tikinti iddiası - "Yenilik" Ticarət Mərkəzi ərazisini genişləndirir
-
Dünən, 22:53
Təhsilin tənəzzülü yenə davam edəcək?
-
Dünən, 18:11
Ramiz Mehdiyevin “Tovuz Baltiya” HƏMLƏSİ - İLGİNC
-
Dünən, 18:07
Türkiyə şirkətinin QUMAR BİZNESİ ƏL DƏYİŞDİRİR
-
Dünən, 12:41
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası
-
Dünən, 12:16
Bakıda ölümlə nəticələnən davada saxlanılanlar var - Biri deputat oğludur
-
Dünən, 11:02
Bir ay əvvəl bağlanan “Na & El” yenidən açıldı: şirniyyat evindən natəmiz görüntülər —VİDEO
-
Dünən, 09:33
Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma... - Samir Feyruzov yazır
-
Dünən, 09:31
14 İCRA BAŞÇISININ TENDER OYUNU YOXLANILDI - Nələr üzə çıxmadı ki...
-
Dünən, 09:24
"Nefahim" MMC gömrük qaydasını pozdu - Cərimə olundu
-
Dünən, 09:15
Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama - Saxta diplomlar, maliyyə pozuntuları aşkarlandı
-
Dünən, 09:09
Müştəriləri aldatmaqda yarışa girənlər: “Kontakt Home”, “Baku Electronics” və... – AÇIQLAMA
-
23-10-2026, 21:30
Nizam Osmanovun polkovnik dostuna cinayət işi açıldı - “Salyanski kazarma”da yeyinti
-
23-10-2026, 21:25
İranın Hörmüz boğazındakı kabelləri hədəfə alması Körfəz ölkələri üçün ciddi təhlükə yarada bilər
-
23-10-2026, 14:58
BŞTİ müdirinə daha bir “dost” zərbəsi – MLK-da nə baş verir?!
-
23-10-2026, 14:38
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –FOTO
-
23-10-2026, 14:31
Bakıda çoxmərtəbəli binada 04:30-da da tikinti işləri davam etdirilir - Sakinlər narazıdır
-
23-10-2026, 10:14
FHN-in Baş İdarəsinin 30 min manatdan çox VERGİ BORCU VAR!