Nazirlə Əmiraslanov arasında qarşıdurma - Komitə sədri aptek xaosunu sərt tənqid etdi - VİDEO
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun Milli Məclisdə apteklərlə bağlı açıqlaması, onun Səhiyyə naziri Teymur Musayevlə münasibətlərinin sərin olduğunu ortaya çıxarıb. Ə.Əmiraslanov aptek bolluğunun ciddi problemlər yaratdığını vurğulayaraq, səhiyyə sahəsindəki çatışmazlıqları tənqid edib. Bu çıxış, həmçinin səhiyyə sistemindəki bəzi vacib məsələlərdə fikir ayrılığının mövcud olduğunu da üzə çıxarıb. Əhliman Əmiraslanov açıqlamasında qeyd edib: “Bəlkə də dünyanın heç bir ölkəsində bu qədər aptek yoxdur. Hər addımda aptek görürük. Məsələn, bir binanın altında bir neçə aptek fəaliyyət göstərir. Görünür ki, vaxtında insanlar müraciət edib və lisenziya alıb. Həmin apteklərin fəaliyyətinin nə dərəcədə qanunauyğun olub-olmadığını bilmirəm. Hesab edirəm ki, əczaçılıq sahəsində kifayət qədər çatışmazlıqlar var. Seçicilərlə görüş zamanı hətta dərmanların keyfiyyəti ilə bağlı, əlçatanlıq və qiymətlə bağlı müraciətlər olur”. Səhiyyə komitəsinin sədri, Səhiyyə naziri Teymur Musayevlə də bu məsələni müzakirə etdiyini bildirib: “Səhiyyə naziri Teymur Musayevlə danışıqlarımız da olub. Əczaçılıqla bağlı geniş beynəlxalq tədbir keçiriləcək. Bütün bu kimi məsələlərin orada müzakirə ediləcəyi nəzərdə tutulub”. Bu açıqlamadan sonra İTV-nin “Sabaha Saxlamayaq” verilişində məsələ müakirəyə çıxarılıb. Həmin verilişdə iştirak edən Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin şöbə müdiri Səid Feyzullayev Əhliman Əmiraslanovun açıqlamalarını təkzib edərək, Azərbaycanda aptek sayının əhalinin ehtiyacına uyğun olduğunu vurğulayıb. Feyzullayevin sözlərinə görə, aptek sayı ilə bağlı heç bir problem yoxdur. O,ə Bakı əhalisinin 5 milyon olduğunu iddia edərək, aptek bolluğunu normal hesab edib. Ancaq rəsmi məlumatlara görə, Bakıda əhalinin sayı 3,5 milyon civarındadır. Bu açıqlama, səhiyyə sisteminin ağsaqqallarından biri hesab olunan Əhliman Əmiraslanov ilə Səhiyyə naziri Teymur Musayev arasında yaranan qeyri-rəsmi qarşıdurmanı ortaya qoyur. Əhliman müəllimin səhiyyə sistemindəki problemləri qabartması nazirin xoşuna gəlməyib və ona Səid Feyzullayevin vasitəsilə cavab verib. Əhliman Əmiraslanovun qeyd etdiyi apteklərin sayının çoxluğu, bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da ticarət maraqları və tənzimləmənin zəifliyi ilə bağlıdır. Dünya Səhiyyə Təşkilatının tövsiyələrinə görə, hər 3000-3500 nəfərə 1 aptek xidmət etməlidir. Lakin Bakı şəhərində təxminən 3000-dən çox aptek fəaliyyət göstərir. Bu isə normadan 3-4 dəfə çoxdur. Belə bir vəziyyət, həm apteklərin keyfiyyətinə, həm də onların fəaliyyəti ilə bağlı ciddi narahatlıqlara səbəb ola bilər. Aptek sayının çox olmasının əsas səbəbləri aşağıdakılardır:1.Ticarət maraqları: Aptek sektoru Azərbaycanda yüksək gəlirli sahəyə çevrilib. Xüsusilə paytaxt Bakıda tələbat böyük olduğundan aptek açmaq sərfəlidir.2.Tənzimlənmənin zəifliyi: Apteklərin yerləşməsi və sayı ilə bağlı ciddi məhdudiyyət və strateji planlama olmadığı üçün demək olar ki, istənilən nöqtədə aptek açmaq mümkündür.3.Əhali yaşlanması və xroniki xəstəliklərin artması: Xüsusilə şəkər, ürək-damar və tənəffüs xəstəlikləri artdıqca dərmana ehtiyac da çoxalır.Bundan əlavə, apteklərin qanunauyğun fəaliyyət göstərməsi məsələsində də ciddi problemlər var:1.Aptek açmaq üçün rəsmi lisenziya tələb olunsa da, bəzi apteklər sənədləri tam qaydasında olmadan fəaliyyətə başlayır.2.Qanuna görə, aptekdə mütləq ixtisaslı əczaçı olmalıdır. Amma bəzi apteklərdə bu şərt formal yerinə yetirilir.3.Dərmanların satış qaydasında da ciddi problemlər var. Reseptsiz satılması qadağan olan dərmanlar belə, bəzən sərbəst şəkildə satılır. Aptek fəaliyyətinin artırılmasının əsas səbəblərindən biri əhalinin sağlamlıq səviyyəsinin aşağı olmasıdır. Son illərdə Azərbaycanda xroniki xəstəliklər artıb. Şəkərli diabet, hipertoniya, onkoloji xəstəliklər, stress və depressiya ilə bağlı dərman istifadəsi kəskin yüksəlib. Sağlam həyat tərzinin təşviqi zəif aparıldığından profilaktik tədbirlər azdır və əhalinin sağlamlıq savadlılığı (health literacy) aşağı səviyyədədir. Əhalinin dərman istifadəsi artıb: Yaşlıların, xroniki xəstələrin və stresslə əlaqədar psixoloji dərman istifadəçilərinin sayı çoxalıb. Özünümüalicə halları artaraq insanların həkimə getmədən dərman alıb istifadə etməsinin ümumi tendensiyaya çevrilməsinə səbəb olub. Səhiyyə Nazirliyi aptekləri yoxlamaq səlahiyyətinə malikdir, lakin daimi və sistemli nəzarət hələ də normal səviyyədə deyil. Monitorinq və reydlər aparılır, amma bu tədbirlər yetərli olmur. Əhliman Əmiraslanovun apteklərlə bağlı tənqidlərinin ardınca, bu məsələnin çox mühüm bir aspekti daha üzə çıxır. Aptek sayının azaldılması, peşəkar kadr çatışmazlığının aradan qaldırılmasına böyük təsir göstərə bilər. Çünki apteklərin sayı azaldıqca, ixtisaslı kadrların həmin apteklərdə cəmlənməsi və onlara daha yüksək əmək haqqı təklif edilməsi asanlaşar. Hazırda aptek sahəsində çalışmaq istəyən çox sayda ixtisaslı kadr, 500-600 manatlıq maaşlarla işləmək istəmir. Azalan aptek sayı həm də bu sektordakı kadrların daha yüksək standartlarla çalışmasına şərait yarada, ixtisaslı kadrların cəlb edilməsi və onların peşəkar bacarıqlarının artırılması sahəsində ciddi irəliləyişlərə yol aça bilər. Bakupost.az
Tarix: 1-05-2025, 22:44
-
Dünən, 22:59
Tərtər rayonunda kənd təsərrüfatının inkişafına dair Qərargahın ilk iclası keçirilib
-
Dünən, 22:13
“Quru sərhədlər bağlıdır, turizm potensialından danışırlar” – Natiq Cəfərli
-
Dünən, 18:36
“Çoban Bulağı” mənimdir, Mövlam Şıxəliyev əlimdən almışdı - MƏHƏMMƏD BALAQADAŞOVLA BAĞLI OLAYIN SƏBƏBİ BƏLLİ OLDU
-
Dünən, 18:33
Hikmət Babaoğlu və Elman Nəsirov arasında nə baş verib? - VİDEO
-
Dünən, 18:28
“Nüvə silahından söhbət gedə bilməz” - Çin Rusiyaya hansı xəbərdarlığı edib?
-
Dünən, 18:27
Ağcabədi sakininə saxta attestat verilib - "Heç yer qəbul etmir, araşdıran yoxdur"
-
Dünən, 18:18
"İnsanların həyatına qənim kəsilmisiniz?" - ETİRAZ VAR!
-
Dünən, 14:48
Azərbaycanda 1 milyon dollardan çox sərvəti olan neçə nəfər var?
-
Dünən, 14:44
Nurəddin Mustafayevin himayə etdiyi quldurluq: Nazirə və Ali Məhkəmə sədrinə İMDAD MÜRACİƏTİ! - Aldadılmış sahibkar İNTİHAR HƏDDİNDƏ...
-
Dünən, 13:29
Katz: “İrana zərbə endirməyə hazırıq”
-
Dünən, 13:25
"Kristal"dan ev almaq istəyənlər niyə 100 ölçüb, 1 biçməlidir? - Alıcıların əsas şikayətləri
-
Dünən, 12:27
“Poz-Qazan”da bəxtəvər olmaq şansı neçə faizdir? Beş milyonda bir…
-
Dünən, 12:18
Yas məclisləri ilə bağlı XƏBƏR - Bakıda tətbiq edilməyəcək
-
Dünən, 12:08
108 il sonra Ərdoğan təkrarladı, yunanlar heyrətə gəldi: Xamenei detalı
-
Dünən, 11:46
İki qardaş ölkələrin cəmi ixracatı dünyanın ən kiçik -cırtdan dövləti olan Sinqapurun ixracatından iki dəfə azdır
-
Dünən, 10:10
İlqar Bayramlının "paslanmış, cürümüş" Peşə Liseyi - Arzu Əliyeva kimdir?
-
Dünən, 10:01
“Heç bir MTK vətəndaşın evini özbaşına sökə bilməz” - “Bizim Ev” MTK sökə bilər...
-
Dünən, 09:58
“QARA QİTƏ” UĞRUNDA ÖLÜM-DİRİM SAVAŞI... – Mineral resurslar bazarını kim ələ keçirəcək?
-
9-07-2026, 23:07
ASAN xidmət adı altında PUL TƏLƏSİ? - İş təcrübəçiyə həvalə olunursa...
-
9-07-2026, 23:06
Məmurların cəzasız qalan cinayətləri silsiləsindən: Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində rəsmi saxtakarlıqlar və qanunsuz təyinatlar zənciri
-
9-07-2026, 23:04
Binəqədidə maklerlər “at oynadır”: Böyükşor gölünü qurudub hissə-hissə “rasxoda” verən kimlərdir?
-
9-07-2026, 11:53
Aviasiyada gələcək inkişafın əsasını artıq beton deyil, rəqəmsal texnologiyalar təşkil edir
-
9-07-2026, 11:27
İcra başçısının oğlu klub direktorunu məhkəməyə verdi - İllərdir davam edən qalmaqal
-
9-07-2026, 11:20
“Rosko” məhsullarının istehsal prosesi necə təşkil olunub?
-
9-07-2026, 11:12
Bu rayonlarda əməliyyat: SAXLANILANLAR VAR
-
9-07-2026, 11:10
Milli Onkologiya Mərkəzi 35 milyonluq kimyəvi dərman preparatlarını, laborator reagentləri bu şirkətdən alacaq
-
9-07-2026, 09:43
Tramp: Kosmosda yerləşən müşahidə sistemlərimiz vasitəsilə İrandakı nüvə obyektlərini izləyirik
-
9-07-2026, 09:37
Azərbaycanın ən kasıb 10 RAYONU hansılardır?
-
9-07-2026, 07:44
Fərəcov yenə Nigar Bağırovaya 280 minlik tender verdi - Rəqəmlər hər il böyüyür
-
9-07-2026, 07:42
Ukrayna “Mavi axın” qaz kəmərinin stansiyasına hücum etdi