Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –ÖZÜ GÖRÜNMƏSƏ DƏ, YERİ GÖRÜNÜR!
Çirkli pullar bu dəfə də, kanalizasiya borularında “tıxaca düşdü”İllər ötdükcə təbiət Bakıdan da, bakılılardan da üz döndərmiş kimi görünür…Yağış, ildə bir dəfə yağan qar, bəzən külək də paytaxtı iflic edir. Həm də elə ki, illərdir aktuallığını qoruyan problemin həlli inandırıcı görünmür. Xüsusi ilə də, ötən ilin oktyabrında və sonuncu yağış miqdarı və fəsadları ilə problemi kuliminasiya nöqtəsinə daşıdı. Və…indi də problemə müxtəlif prizmalardan yanaşmalar müşahidə olunmaqdadır. Daha çox hədəf nöqtəsində görüntülənən isə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovdur. Sıradan paytaxt sakinlərinin Əzizova ünvnlanmış ittihamları başadüşüləndir…Amma, bu sırada ictimai-siyasi arenada tanınmışların, ekspertlərin, bəzən isə məsul şəxslərin yer almasını birmənalı qarşılamaq yumşaq desək anlaşılan deyil.Niyə? Vahid mərkəzdən idarəetmə olmayanda…Tamam, Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısıdır və ən xırdasından tutmuş, ən böyükünə qədər bu şəhərlə bağlı problemlər görünəndə ilk yada düşən də məhz o olur… Məntiqlə belə də olmalıdır. Amma, təəssüf ki, bəzən məntiqlə qanunlar, yazılmış qaydalar tərs mütənasib olur. Necə ki, bizim sevimli paytaxtımız bu tərs mütənasib taleyi yaşayır. Bakı kimlərinsə məntiqə və həm də bəlli gerçəkliklərə zidd, “cızma-qaralar”ının girovunda çabalayır…Şəhərin başçısı var, başçının səlahiyyəti yox…2018-ci ildən bütün kommunal xidmətlər-su və kanalizasiya, qaz, işıq- Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindən çıxarıldı. Hazırda paytaxtın su təminatı və kanalizasiya xidməti Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi Şəxsin (PHŞ) Bakı Sukanal İdarəsinin səlahiyyətindədir. Eləcə də, qaz təminatı “Azəriqaz” İstehsalat Birliyinin, işıq təminatı “Azərişiq” ASC-nin, nəqliyyat xidməti AYNA-nın, yol infrastrukturu da AAYDA-nin vəzifədir ki, var.Başqa sözlə sadaladığım sferalardakı problemlərin hər birinin öz sahibi var…Bu sahiblər sırasında isə Bakı Şəhər İcra Hakimiyyəti yer almır. Baxmayaraq ki, tənqid olunan da, bəzən söyülən də şəhər rəhbərliyidir.Qeyd etdiyim kimi, məlum qanun-qaydaya uyğun olaraq, paytaxtın su təminatı və kanalizasiya xidməti rəhbəri Zaur Mikayılov olan ADSEA-nın tabeli strukturunun işi olmalıdır. “Olmalıdır” ona görə yazıram ki, ADSEA səahiyyətliləri bunu ya bilmir, ya da bilmək istəmirlər. Ən azı ötən ilin oktyabrında və sonuncu yağışda nə Zaur Mikayılovu, nə də hansısa bir tabeli məsul şəxsini “gördüm” deyən olmadı(?)Özü görünmür, amma yeri çılpaqlığı ilə görünür!
Normalda Zaur Mikayılov komandası ilə birgə Bakı küçələrində addım-addım dolanmalı, gölməçələrdə “üzməli” idi. “Üzür” də, amma gölməçələrdə yox, Eldar Əzizovun kölgəsində…Adamın heç “tükü də tərpənmir”. Nə hansısa kanalizasiya “lyuk”unun üstündə, nə hansısa gölməçə kənarında, nə mətbuat müstəvisində görünür, nə də bir kimsə onun adını dilə gətirmir(?)Özünü elə aparır ki, Bakının bu problemindən sorumlu o yox mənəm, dövlətin bu istiqamətdə ayırdığı milyonları “həzmi-rabedən keçirən” də, o yox mənəm. Dövlətin milyonları demişkən, ADSEA-nin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ az qala ayın hər günü tender keçirir.Bu tenderlər necə keçirilir? Hansı şirkətlər qalib seçilir, hansı şərtlərlə əməkdaşlıq edilir? Və nəhayət, milyonlarla ölçülən xərclərin qarışılığında niyə babat yağış həyatı iflic edir? Niyə bizim vergilərimizlə formalaşan büdcə vəsaitləri kanalizasiya borularında “tıxaca düşür”? Və s.
Bu mövzuda məxsusi bir yazı olcaq. Ötənlərdə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-in İdarə Heyətinin sədri vəzifəsini icra edən cənab Tahir Xəlilova “AMPER” MMC ilə əməkdaşlıqla bağlı bir online sorğu da, ünvanlamışıq. (Yeri gəlmişkən, məlumata görə Tahir Xəlilov da, Zaur Mikayılovun özü ilə gətidiyi kadrlardandır. İ. S.) Tərəflər arasında bu ayın 16-da Elektrik naqillərinin alınması ilə bağlı 171.686 manatlıq müqavilə imzalanıb. Nə isə, bu haqda qarşıdakı günlərdə… Bakını necə xilas etməli?Bu sual da, məlum problemlə paralel aktuallaşır…Təkcə yuxarıları, ekspertləri yox, elə sıradan paytaxt sakinlərini də düşündürür. Və müxtəlif fikirlər səslənir, təkliflər edilir…Daha çox cəlbedici və əsalandırılmış təkliflər isə vahid idarəçilik mərkəzində cəmlənir. Problemləri ötür-ötür oyunundan qurtarmaq səlahiyyət, həm də məsuliyyət yolundan keçir. Paytaxtla bağlı bütün xidmət sahələri-su, kanalizasiya, qaz, işıq, nəqliyyat, yol infrastrukturu-vahid idrəçilik mərkəzində cəmlənməli və idarə edilməlidir. Təcrübə göstərir ki, bunun əksi, yəni hazırkı idarəçilik mexanizmi özünü nə doğrultmur, nə də doğruldacaq kimi görünmür. Hətta insan ölümləri ilə də müşahidə olunur…Hökumət bu istiqamətdə iradə ortaya qoyub, vahid idarəçilik mərkəzinin mexanizmini hazırlamalı, gərəkən strukturu yaratmalıdır. Daha dəqiq desək, Meriya institutu formalaşdırılmalıdır. Komandası ilə birlikdə, təbii ki, seçki yolu ilə…İlqar Salmanov, (Yenixeber.org)
Tarix: 19-04-2025, 14:21
-
Bu gün, 11:53
Mərkəzi Bankın "sıfır"ını görməzdən gəldilər, 9 milyonluq biznesi 437 minə "Yelo Bank"a ötürdülər – Şok detallar!
-
Bu gün, 11:44
Az qala hər il rəhbər dəyişdirən xəstəxana dövlətə MİLYONLAR BORCLUDUR... - İLGİNC FAKT
-
Bu gün, 11:37
2 nömrəli Bakı Baza Tibb Kollecində satınalmalar hansı qanunlarla keçirilir – Direktorun, yoxsa dövlətin
-
Bu gün, 11:33
Deputat Samir Vəliyevin anasının “Oksigen” klinikası ilə bağlı ŞİKAYƏT - Hamilə qadına qarşı...
-
Bu gün, 10:26
Aqil Ələsgər Bişkekdə medalla təltif olundu – Qırğızıstan Jurnalistlər Birliyinin fəxri üzvü seçildi
-
Bu gün, 10:24
Ümidi ölmüş dünya... - REPLİKA
-
Bu gün, 10:19
GDU-da yoxlamalar gedir
-
Bu gün, 10:12
Xataidə cinayətkar birlik həbs edildi - 11 nəfər
-
Bu gün, 09:47
Qalmaqallı hadisələrdə adı hallanan deputat övladları
-
Bu gün, 09:03
Arzuxan Əlizadə deputat mandatından imtina edəcək?
-
Dünən, 20:54
Azərbaycana “idxal terapiyası“ - ŞOK STATİSTİKA
-
Dünən, 20:51
AZƏRBAYCAN TURİZMİNDƏ HƏYƏCAN TƏBİLİ... - Ölkmizə gələn turistlərin sayı niyə kəskin azalıb? + RƏQƏMLƏR
-
Dünən, 20:48
Qardaşı hakim olduğu üçün həbs qərarını başqa məhkəmə verəcək
-
Dünən, 17:06
Müəllimlərin işə qəbulu və imtahan sistemləri 10 manatlıq "All In One Technologies"ə tapşırıldı: - YARIM MİLYONLUQ TENDER
-
Dünən, 17:01
SOCAR rəsmisinin gizli eşqi: rumın qızla öpüşərkən kameralara yaxalandı - FOTO
-
Dünən, 10:51
Lənkəran Rayon Mərkəzi Xəstəxanasının 210 min manatdan çox VERGİ BORCU üzə çıxdı
-
Dünən, 10:50
Dövlət maşını, YOXSA ,Bakı Şəhər Təhsil İdarəsinin müdiri NƏRMİNƏ xanımın uşağının OYUNCAĞI...
-
Dünən, 10:50
Elbrus İsayev vergi borcu olan şirkəti seçdi - MMC Emin Əmrullayevin qaynına bağlı imiş? (FOTO)
-
Dünən, 10:49
DEPUTATIN OĞLUNUN TƏKCƏ VERGİYƏ 500 MİN MANAT BORCU VAR - "Kristal" şirkəti ilə bağlı nə baş verir?
-
Dünən, 10:49
Cavanşir Feyziyevin apteki dərmanları reseptsiz satırmış - Şirkəti cərimələndi
-
Dünən, 09:34
“Dron ovçuları” Lenin Mavzoleyində: - avtomatlılar binanın damına yerləşdirilib
-
Dünən, 09:19
Hər hekayənin görünməyən tərəfi var... - Günel Musa yazır...
-
Dünən, 08:08
"OpenAI"da gizli mikrofon qalmaqalı: Keçmiş mühəndisin Səudiyyə Ərəbistanı ilə əlaqələri araşdırılır
-
Dünən, 08:07
“Premium Residence” MTK NƏFƏSİMİZİ KƏSİR... - ÖZBAŞINA QALIBLAR...
-
Dünən, 08:02
Albaniyada 10 gündür bitməyən toqquşmalar: Paytaxtda etiraz dalğası səngimir
-
24-10-2026, 23:52
Sənan Mənsimli yola salınır? - Qarabağ təhsilində kadr dəyişikliyi gözlənilir
-
24-10-2026, 23:02
"Servis+" MTK-da sakinləri ayağa qaldıran dələduzluq - Nazim Tahirov kürəkəni satdığı mənzilləri sürücüsü vasitəsilə geri alır
-
24-10-2026, 23:00
Şəkidə qanunsuz tikinti iddiası - "Yenilik" Ticarət Mərkəzi ərazisini genişləndirir
-
24-10-2026, 22:53
Təhsilin tənəzzülü yenə davam edəcək?
-
24-10-2026, 18:11
Ramiz Mehdiyevin “Tovuz Baltiya” HƏMLƏSİ - İLGİNC