Moskvada gizli şəbəkə erməniləri revanşa hazırlayır - üç müşketyor kimdir?
44 günlük müharibədən sonra Rusiyadakı erməni diasporu aldığı sarsıdıcı ağır zərbələrdən hələ özünə gələ bilmir. Amma məkrli siyasətini davam etdirməkdən də imtina etməyiblər.
“Yeni Müsavat”ın verdiyi xəbərə görə, onların xüsusən üç fəal üzvü - “Russia Today” telekanalının direktoru Marqarita Simonyan, əri - rejissor və aparıcı Tiqran Keosayan və “Danışır Moskva” radiostansiyasının baş redaktoru, bakılı erməni Roman Babayan erməniləri fəal şəkildə revanşa hazırlayırlar.
Hər üçünün Rusiya televiziyalarına və informasiya məkanına çıxışları olduqca genişdir. Bu qızışdırıcı təbliğatı hərdən hətta erməniləri aşağılamaqla, onları məğlubiyyətə görə günahlandırmaqla icra edirlər. Bu hiyləgər gedişlər, erməniləri riqqətə gətirmək və qisasa çağırış çıxışlarını Rusiya dövlətinin efir məkanı üzərindən və ya sosial şəbəkədən həyata keçirirlər.
Digər erməni politoloqları da bu işlərdə fəal iştirak edirlər. Baxmayaraq ki, Azərbaycan müharibəni udub, torpaqlarını işğaldan azad edib, hazırda hibrid müharibə mərhələsi daha ciddi xarakter almaqdadır. Bu işin əsas ağırlığını isə indi Moskvadan da narazı olduğunu gizlətməyən Rusiyadakı erməni diasporu yerinə yetirir. Qarşılığında isə Azərbaycanın Rusiyadakı diasporu kifayət qədər geriləyib. Onsuz da dağınıq durumdaydı, teleməkana ermənilərdən fərqli olaraq çıxış imkanlarımız ya yoxdur, ya da çox məhduddur, indi isə simonyanlar “meydan sulayır”.
Bəs bu üç gizli erməni diaspor liderləri ilə necə mübarizə aparmalı, öz diasporamızın fəaliyyətini necə gücləndirməliyik? Ermənilərə yeni “dəmir yumruq” vəd edən bu ziyanlı təbliğatı hansı şəkildə durdurmalıyıq?
Moskva Azərbaycanlıları İcmasının sədri Şamil Tağıyev “Yeni Müsavat”a danışarkən qeyd etdi ki, Rusiyanın aparıcı mətbuat orqanları demək olar, erməni lobbisinin kontrolundadır. Onun sözlərinə görə, həmin şəxslərdən biri Artşes Qabrelyandır və “İzvestiya” qəzetinin sahibidir, “Life News” də onun əlindədir: “Tək adıçəkilən üç adamla iş bitmir, siyahı daha genişdir. Sadəcə, onlar təkcə revanş yox, anti-Paşinyan kampaniyasına qoşulublar. Guya erməni millətinə əvvəldən izah edirdilər ki, Paşinyan hakimiyyətə gəlsə, torpaqları qaytaracaq və bu proqnozları da indi ”doğrulub". Revanş xəyalları ilə yaşayan əsas Artşes Qabrelyanın özüdür. O, müharibə arzularını teleməkanları ilə çatdırır. Adıçəkilən şəxslərin də diaspora ilə ciddi əlaqəsi yoxdur, erməni lobbiləridir".
Ş.Tağıyev bildirdi ki, müharibədən sonra erməni diasporasında qovğa başlayıb: “Paşinyandan sonra Rusiyada Erməni Federal Təşkilatı yarandı. Əvvəl Rusiya Erməni İttifaqı var idi. İndi bu iki qurum arasında qırğınlar başlayıb. Rusiya Erməni İttifaqı rəhbərliyi erməni diasporunun birlik əldə etməməsinin səbəbini Ermənistana göndərilən yardımların hara getməsində, necə çatmasında görür. Amma mətbuat sahəsində ermənilər güclüdürlər, alternativ platforma yoxdur ki, oraya çıxa bilək. Bu da ondan irəli gəlir ki, Rusiyada mediada zəifik, bu sahədə iş aparılmır. Rusiyadakı əksər azərbaycanlılar həyatın inkişafını iqtisadi inkişafda görürlər. Yəni bazarlar, ticarət mərkəzləri açılsın, amma media və yaxud televiziya açmaq haqda fikirləşmirlər”.
Moskva Azərbaycanlıları İcmasının sədri söylədi ki, 44 günlük müharibədə də Rusiyadakı azərbaycanlılar arasında təşkilatlanma olmadı: “Hansısa diaspora tərəfindən idarə olunmadı, sadəcə, şəxsi təşəbbüslərlə efirə çıxırdıq, teleqram kanallarda fəal olurduq, ancaq bu da çox uğurlu alındı. İmkanlı azərbaycanlılar istəsə, Rusiyada media təsis edə bilər. Düzdür, Rusiyanın öz daxili siyasəti var, hər şey etmək olmur. Amma iki dövlət arasında danışıqlar aparılsa, razılaşma olsa, burada bizi təmsil edən media orqanı fəaliyyətə başlaya bilər. Məsələn, ”Sputnik"in Azərbaycanda nümayəndəliyi var. Azərbaycanın da informasiya mərkəzinin Rusiyada təmsilçiliyi pis olmazdı".
Politoloq Qabil Hüseynlinin sözlərinə görə, Simonyan Rusiyada məsul vəzifə tutur, Rusiya televiziyasının baş direktorudur. “O, Putinə yaxın dairələrin adamı hesab olunur. Əlinə düşən fürsətdən istifadə edərək öz xalqının lehinə pozucu, faşist və şovinist təbliğat aparır. Azərbaycan Xarici İşlər Nazirliyi də Rusiyaya məktub göndərə bilər ki, ermənilər işlədikləri yerdə dövlətin pulu hesabına öz təbliğatlarını qurublar, Simonyan efiri qızışdırıcı təbliğat yerinə çevirib, bunun qarşısı alınmalıdır”, - deyə ekspert vurğuladı.
Q.Hüseynlinin fikrincə, Rusiyada televiziyaların əksəriyyəti, “Dojd” istisna olmaqla, Putinə yaxın dairələri təmsil edir: “Həmin telekanallarda təkcə Simonyan və əri deyil, digər faşist əhval-ruhiyyəli ermənilər işləyirlər. Onlar əslində Rusiyanın və Prezidentin strateji maraqlarına xidmət etmək əvəzinə, efir vaxtının 30-40 faizini erməniliyə, Azərbaycana qarşı böhtan, iftira kampaniyasına sərf edirlər, millətlərarası münasibətləri qızışdırırlar. Halbuki qanuna görə, KİV-də nifaq salmaq, qızışdırıcı hərəkətlərə yol vermək cinayət fəaliyyəti sayılır. Və bu da Rusiya siyasi dairələrinin maraqlarına xidmət etmir. Nəticədə Rusiyanın postsovet məkanında nüfuzuna ciddi zərbə endirir”.
Politoloq hesab edir ki, Rusiyada azərbaycanlılar siyasətlə çox da maraqlanmırlar: “Politoloqlarımız var, tərəfdarımız olan rus ekspertlər az deyil, amma efir erməni şovinistlərin inhisarında olduğu üçün ora düşmək çətin olur. Amma görünür, internet televiziya resurslarından istifadə etməliyik. Kuznetsov internet TV yaradıb, Korotçenko üçün də açılmasına nail olmalıyıq. Bir sözlə, əgər telekanallara çıxış imkanı məhduddursa, Rusiya efir məkanına internet TV ilə girmək lazımdır”.
“Yeni Müsavat”
Tarix: 17-02-2021, 08:52
-
Bu gün, 13:01
Prezidentin Fərmanını POZAN, SAYMAYAN sahibkar Elman Mirzəyevin arxasında kimlər durur? - Kənd təsərrüfatı təyinatlı torpaqda fəaliyyət göstərən YDM ətrafında suallar VİDEO
-
Bu gün, 12:54
Yüksək gərginlikli elektrik xəttinin altında yaşayış binası tikilir - VİDEO
-
Bu gün, 08:54
Milyonluq məhkəmə işində yeni təfərrüat açıqlandı - Tale Heydərovun ifadəsində nələr var?
-
Bu gün, 08:52
SOCAR-ın sabiq vitse-prezidentinin oğlu hər instansiyada uduzur, yenə Ali Məhkəməyə üz tutur
-
Dünən, 22:59
Tərtər rayonunda kənd təsərrüfatının inkişafına dair Qərargahın ilk iclası keçirilib
-
Dünən, 22:13
“Quru sərhədlər bağlıdır, turizm potensialından danışırlar” – Natiq Cəfərli
-
Dünən, 18:36
“Çoban Bulağı” mənimdir, Mövlam Şıxəliyev əlimdən almışdı - MƏHƏMMƏD BALAQADAŞOVLA BAĞLI OLAYIN SƏBƏBİ BƏLLİ OLDU
-
Dünən, 18:33
Hikmət Babaoğlu və Elman Nəsirov arasında nə baş verib? - VİDEO
-
Dünən, 18:28
“Nüvə silahından söhbət gedə bilməz” - Çin Rusiyaya hansı xəbərdarlığı edib?
-
Dünən, 18:18
"İnsanların həyatına qənim kəsilmisiniz?" - ETİRAZ VAR!
-
Dünən, 14:48
Azərbaycanda 1 milyon dollardan çox sərvəti olan neçə nəfər var?
-
Dünən, 14:44
Nurəddin Mustafayevin himayə etdiyi quldurluq: Nazirə və Ali Məhkəmə sədrinə İMDAD MÜRACİƏTİ! - Aldadılmış sahibkar İNTİHAR HƏDDİNDƏ...
-
Dünən, 13:29
Katz: “İrana zərbə endirməyə hazırıq”
-
Dünən, 13:25
"Kristal"dan ev almaq istəyənlər niyə 100 ölçüb, 1 biçməlidir? - Alıcıların əsas şikayətləri
-
Dünən, 12:27
“Poz-Qazan”da bəxtəvər olmaq şansı neçə faizdir? Beş milyonda bir…
-
Dünən, 12:18
Yas məclisləri ilə bağlı XƏBƏR - Bakıda tətbiq edilməyəcək
-
Dünən, 12:08
108 il sonra Ərdoğan təkrarladı, yunanlar heyrətə gəldi: Xamenei detalı
-
Dünən, 11:46
İki qardaş ölkələrin cəmi ixracatı dünyanın ən kiçik -cırtdan dövləti olan Sinqapurun ixracatından iki dəfə azdır
-
Dünən, 10:10
İlqar Bayramlının "paslanmış, cürümüş" Peşə Liseyi - Arzu Əliyeva kimdir?
-
Dünən, 10:01
“Heç bir MTK vətəndaşın evini özbaşına sökə bilməz” - “Bizim Ev” MTK sökə bilər...
-
Dünən, 09:58
“QARA QİTƏ” UĞRUNDA ÖLÜM-DİRİM SAVAŞI... – Mineral resurslar bazarını kim ələ keçirəcək?
-
9-07-2026, 23:07
ASAN xidmət adı altında PUL TƏLƏSİ? - İş təcrübəçiyə həvalə olunursa...
-
9-07-2026, 23:06
Məmurların cəzasız qalan cinayətləri silsiləsindən: Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində rəsmi saxtakarlıqlar və qanunsuz təyinatlar zənciri
-
9-07-2026, 23:04
Binəqədidə maklerlər “at oynadır”: Böyükşor gölünü qurudub hissə-hissə “rasxoda” verən kimlərdir?
-
9-07-2026, 11:53
Aviasiyada gələcək inkişafın əsasını artıq beton deyil, rəqəmsal texnologiyalar təşkil edir
-
9-07-2026, 11:27
İcra başçısının oğlu klub direktorunu məhkəməyə verdi - İllərdir davam edən qalmaqal
-
9-07-2026, 11:20
“Rosko” məhsullarının istehsal prosesi necə təşkil olunub?
-
9-07-2026, 11:12
Bu rayonlarda əməliyyat: SAXLANILANLAR VAR
-
9-07-2026, 11:10
Milli Onkologiya Mərkəzi 35 milyonluq kimyəvi dərman preparatlarını, laborator reagentləri bu şirkətdən alacaq
-
9-07-2026, 09:43
Tramp: Kosmosda yerləşən müşahidə sistemlərimiz vasitəsilə İrandakı nüvə obyektlərini izləyirik