Göyçayda Dövlət Məşğulluq Agentliyi "Vəzifə saxtakarlığı"na yol verilmişdir
TEREF yazır ki, Göyçay rayonu 1-ci Ərəbcəbirli kənd sakini Səmədova Gülnaz Mirzə qızı tərəfindən Azərbaycan Respublikasın Prezidenti cənab İlham Əliyevə ünvanlanan müraciətdə deyilir:"Bildirmək istəyirəm ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən 09.08.2024-cü il tarixində yaşadığım ünvanda aparılan monitorinq zamanı istifadəmdə olan "Avtotəmizləmə xidmətləri" zərfi çərçivəsində nəzərdə tutulan əmlakdan müqavilənin tələbini pozaraq təyinatı üzrə istifadə etmədiyim iddia olunaraq barəmdə məhkəməyə müraciət edilmişdir. Əlbəttə bu, tamamilə əsassız, eyni zamanda qərəzlidir. Belə ki, sözügedən agentliklə mənim aramda 01.04.2022-ci il tarixli 2022/ÖM/00443 nömrəli müqavilə bağlanaq "Avtotəmizləmə xidmətləri" ilə təmin olunmuşam. Həmin əmlakdan bir neçə ay ərzində qaydalara uyğun şəkildə istifadə edərək maddi dolanışığımızı qarşılayırdıq."Özünüməşğulluğun təşkili Qaydası"nın 8.2.-ci maddəsinə əsasən, özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi ildə ən azı iki dəfə foto və ya videoçəkilişdən istifadə etməklə aparılır. Yuxarıda qeyd etdiyim müddət ərzində aparılan monitorinq zamanı müqavilənin tələbini pozmağıma dair hər hansısa bir əsas qeydə alınmamışdır. 1 (bir) il ərzində Dünya Bankının Azərbaycan ofisi üzrə nümayəndəsi tərəfindən aparılmış monitorinqin nəticələri gizlədilmiş, bu haqda heç bir məlumat qeyd olunmamış. Deməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsində bildirilən "Vəzifə saxtakarlığı"na yol verilmişdir. Yaşadığım ünvanda sonuncu monitorinqi 09.08.2024-cü il tarixində aparıldığını qeyd edir. Hansıki, müqavilə müddəti 01.04.2023-cü il tarixində başa çatmışdır. Dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 qaynar xətt nömrəsinə, Mərkəzi Aran Regional Məşğulluq Filialının Göyçay Rayon Xidmət Şöbəsinə məlumat verməyimizə baxmayaraq, müqavilə müddəti başa çatdığı zaman verilən aktivlərin sonuncu monitorinqi aparılmamışdır. Bu, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314-cü (Səhlənkarlıq) maddəsinə əsasən verir.Nəzərinizə çatdırım ki, özüm evdar qadınam. Böyük oğlum müddətli həqiqi hərbi xidmət dövründə sağlamlığını itirdiyi üçün hazırda 1-ci qrup hərbi əlildir, mən isə 1-ci qrup əlilə qulluq edirəm. Həyat yoldaşım ağır ürək-damar xəstəliyi səbəbilə 2-ci qrup əlildir. Balaca oğlum məhkumdur, 2016-cı ildə 12 il müddətinə azadlıqdan məhrum edilib, hazırda 1-ci qrup əlildir. Azərbaycan Respublikasının Konstitusiyasının 16-cı maddəsində "Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır." qeyd olunub. Sizin göstərişinizlə bizim kimi kasıb və işsiz insanların özünüməşğulluğunu təmin etmək məqsədilə nəzərdə tutulan aktivlərin Dövlət Məşğulluq Agentliyi tərəfindən geri istənilməsinin arxasında vətəndaşlarda dövlətə qarşı narazılıq yaratmaq kimi məkirli planlar dayanır. Mən Sizə və dövlətimə güvənirəm. Barəmdə məhkəməyə müraciət edən Agentliyin bir çox əməkdaşlarının özləri barəsində araşdırma aparılsa, bizdən fərqli olaraq dəbdəbəli villaya, bahalı avtomobillərə, yüksək var-dövlətə sahib olduqları ortaya çıxacaqdır. Hesab edirəm ki, bu Agentliyin başına Sizin Dəmir Yumruğunuz dəymədikcə, onlar düzələn deyil.Cənab Prezident, mətbuat vasitəsilə Sizdən artıq dərəcədə xahiş edirəm, yuxarıda qeyd etdiyim faktların obyektiv və hərtərəfli araşdırılması, ailə vəziyyətimizin nəzərə alınması, barəmdə məhkəməyə müraciət edən Dövlət Məşğulluq Agentliyinin əsassız iddiasının geri çəkilməsi və sözügedən Agentlik haqqında geniş araşdırılmalar aparılması üçün tapşırıq verəsiniz. Sizə öz adımdan və ailəmiz adından sonsuz təşəkkürlərimizi bildirirəm. Allah Sizdən razı olsun."TEREF
Tarix: 7-04-2025, 10:07
-
Bu gün, 18:00
Onkologiya Mərkəzinin 50 milyonluq tenderini deputatla əlaqələndirilən şirkət qazandı
-
Bu gün, 16:42
7A-da sərnişinə “su işgəncəsi” - AYNA təndiq olundu - FOTO
-
Bu gün, 16:29
Polkovnik atanın himayəsində, dələduz oğul... - İTTİHAM VAR...
-
Bu gün, 16:24
Bayandur kənd sakinlərinin müraciəti həll olunub
-
Bu gün, 16:13
DTX bu dəfə əsl «akula»ları tutub – 35 milyon manat cərimə!
-
Bu gün, 16:08
134 il sonra təkrarlandı: Prezidentin səfəri ilə bağlı ilginc detal – FOTOLAR
-
Bu gün, 16:03
Budaqov AĞACLARI NİYƏ SEVMİR AXI...
-
Bu gün, 15:57
Günə 77 qəpiyə “Nar”dan smartfon!
-
Bu gün, 15:53
Deputat Məşhur Məmmədova bağlı şirkətlər inhisarçı rolunda…:Saxta tenderlər, siyasi patronaj və dövlətə vurulan 21 milyonluq zərər
-
Bu gün, 12:05
Şuşa sakinləri evlərini kirayə verirlər – Bir günü 150 manata
-
Bu gün, 12:01
"Minlərlə insan vaxtını itirir, əsəbləri tarıma çəkilir..." - AXI NİYƏ?..
-
Bu gün, 11:57
Səfərbərlik Xidməti tender keçirmədən 627 min manatlıq geyim alır-qanunlar belə pozulur
-
Bu gün, 09:49
Ukrayna bir gecədə 4 OZON anbarını məhv etdi
-
Bu gün, 09:43
Abdin Fərzəliyevin rəhbərlik etdiyi rayonda çoxmərtəbəli bina 3 mərtəbəlik sənədlə tikilir?
-
Bu gün, 09:40
“Abşeron City”də zirzəmi divarları gecə ilə söküldü - Sakinlər narahatdır
-
Bu gün, 09:38
"SOCAR" da faciə - Qaldırıcı qurğu aşdı, işçi öldü
-
Bu gün, 09:36
Tərtər, Ağdaş, Bərdə, Goranboy və Bakının Yasamal rayonunda işıq kəsiləcək
-
Dünən, 22:27
Yeni tədris ilinə az qalır: bir şagird üçün məktəbli forması dəsti neçəyə başa gəlir? - VİDEO
-
Dünən, 17:23
Ömər Balacayev hansı pullar hesabına bu təmtərağı yaşayır?.. - İşçilər soruşur...
-
Dünən, 17:05
Bakı bu ölkə ilə tarixi sənəd imzalayacaq – Müttəfiqlik yeni mərhələyə keçir!
-
Dünən, 11:30
Emin Əmrullayevlə Elnur Əliyevin yolları ayrılır? - Təhsil sistemində yeni gərginlik
-
Dünən, 10:48
Taxıl, ət, qarğıdalı bahalaşır - Dünya ərzaq böhranına gedir
-
Dünən, 10:43
Nizami rayonunda yaşıllıq ərazisi məhv edildi - Ağacları kim və hansı əsasla kəsir?
-
Dünən, 10:40
Erməni deputat: “Azərbaycan mənim düşmənimdir”
-
Dünən, 10:36
Salyanda dövlətə qarşı təxribat? General Ceyhun Həsənovun adı “Aqro Park” qalmaqalında — Təsərrüfatların suyu kəsildi - VİDEO
-
22-08-2026, 09:02
“Biabırçılıqdır, fırıldaqçılıq edirlər”
-
22-08-2026, 08:01
Səfirin mətbuat konfransında protokol pozuntusu…
-
21-08-2026, 23:07
Bakıda 4 milyon manatlıq qızıl qaçaqmalçılığı: Dəstə necə ifşa olunub? (VİDEO)
-
21-08-2026, 23:03
Hazırda Körfəzdəki tankerlərdə 41 milyon barel neft var
-
21-08-2026, 22:54
Xəstəxanada izdiham: "Dörd gündür həkim qəbuluna düşə bilmirəm" - VİDEO