Sabirabadın başçısı övladını bu məktəbə yollayarmı heç?.. - ŞİKAYƏT
Sabiraabad rayon təhsilinin rüsvayçı durumu ilə bağlı mediada zaman-zaman yazılar dərc olunub.
Təsəvvür edirsiniz ali məktəblərə qəbula görə, Sabirabad ölkədə sonuncu yerlərdədir. Bu azmış kimi rayon məktəblərində rüşvət halları baş alıb gedir. Məktəb direktorları müəllimlərin adına kredit götürüb qaytara bilmirlər. 20-30 müəllim götürmədikləri kreditə görə əmək haqqı ala bilmirlər. Və məktəb direktoru həbs olunur. Ən dəhşətlisi odur ki, məktəb direktoru təcridxanadan ultimatum göndərir ki, məni azad etməsəniz, məhkəmədə icra başçısının adını çəkəcəm. Və tezliklə məktəb direktoru azad ounur.
Rayondakı başqa bir məktəbdə məktəb direktorunun şagirdə təcavüz etməsi lap rüsvayçılıqdır.
Digər bir fakt.
Sabirabadın təhsil şöbəsinin müdiri açıq şəkildə bəyan edir ki, icra başçısına pul verməkdən yorulmuşam: “İcra başçısı mənə deyir ki, neçə kilometr yol çəkdir, abadlıq işlərinə pul ver və s “.
Bunlar rayon təhsilinin real durumunu göstərir.
Hələ rayondakı məktəblərin at tövləsinə oxşaması da başqa bir yazının mövzusu olub.
Bu günkü yazı isə rayondakı məktəblərin daha acınacaqlı durumda olmasını göstərir.
Gundelik-Bakı-ya daxil olan məlumata görə, rayonun Hacıbəbir kənd orta məktəbi qəzalı vəziyyətdədir, tavan uçub, döşəmə bərbad haldadır.
Məktəbin hasarı olmadığı üçün bütün günü məktəbin həyətində heyvanlar otlayır. Bilmək olmur ki, bura məktəbdir, yoxsa örüş yeri...
Əgər təkcə, Hacıbəbir kənd məktəbi bu durumda olsaydı, bəlkə də həyəcan siqnalı çalmağa ehtiyac qalmazdı. Rayonda 85 məktəb fəaliyyət göstərir, həmin məktəblərdə 28 min 298 şagird oxuyur, 2 min 803 müəllim dərs deyir. Rayondakı məktəblərin ümumi durumu ürək açan deyil.
Görəsən, rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov hara baxır ?
Bəs rayon təhsil şöbəsinin müdiri Pəhlivan Qarayev nə işlə məşğuldur..?
Bəs, Milli Məclisin Sabirabaddan olan deputatı Ramin Məmmədov bu rəzaləti görmür ?
Yaxşı təhsil nazirimiz Emin Əmrullayev də bu durumu görməzdən gəlir ?
Cənab nazir yəqin ki, yazıya əlavə edəcəyimiz VİDEO-ya baxacaq.
Cənab Əmrullayev !
Videodakı gül balalar heyvanlarla bir yerdə məktəbdə olmaqdan beziblər, uçuq-qəzalı otaqlarda dərs keçməkdən qorxurlar, onlar da təzə, təmirli məktəb istəyirlər.
Axı, son 15-20 ildə cənab Prezident İlham Əliyevin və Birinici vitse-prezident Mehriban xanım Əliyevanın təhsil sahəsinə, məktəblərə göstərdiyi qayğıdan hamı danışır. Bəs niyə sizin xəbəriniz yoxdur ?
Körpə məktəblilər sizə müraciət edir cənab nazir, sizdən kömək istəyirlər. //gundelik-baku.com//
Tarix: 28-09-2021, 08:58
-
Bu gün, 17:06
Müəllimlərin işə qəbulu və imtahan sistemləri 10 manatlıq "All In One Technologies"ə tapşırıldı: - YARIM MİLYONLUQ TENDER
-
Bu gün, 17:01
SOCAR rəsmisinin gizli eşqi: rumın qızla öpüşərkən kameralara yaxalandı - FOTO
-
Bu gün, 10:51
Lənkəran Rayon Mərkəzi Xəstəxanasının 210 min manatdan çox VERGİ BORCU üzə çıxdı
-
Bu gün, 10:50
Dövlət maşını, YOXSA ,Bakı Şəhər Təhsil İdarəsinin müdiri NƏRMİNƏ xanımın uşağının OYUNCAĞI...
-
Bu gün, 10:50
Elbrus İsayev vergi borcu olan şirkəti seçdi - MMC Emin Əmrullayevin qaynına bağlı imiş? (FOTO)
-
Bu gün, 10:49
DEPUTATIN OĞLUNUN TƏKCƏ VERGİYƏ 500 MİN MANAT BORCU VAR - "Kristal" şirkəti ilə bağlı nə baş verir?
-
Bu gün, 10:49
Cavanşir Feyziyevin apteki dərmanları reseptsiz satırmış - Şirkəti cərimələndi
-
Bu gün, 09:34
“Dron ovçuları” Lenin Mavzoleyində: - avtomatlılar binanın damına yerləşdirilib
-
Bu gün, 09:19
Hər hekayənin görünməyən tərəfi var... - Günel Musa yazır...
-
Bu gün, 08:08
"OpenAI"da gizli mikrofon qalmaqalı: Keçmiş mühəndisin Səudiyyə Ərəbistanı ilə əlaqələri araşdırılır
-
Bu gün, 08:07
“Premium Residence” MTK NƏFƏSİMİZİ KƏSİR... - ÖZBAŞINA QALIBLAR...
-
Bu gün, 08:02
Albaniyada 10 gündür bitməyən toqquşmalar: Paytaxtda etiraz dalğası səngimir
-
Dünən, 23:52
Sənan Mənsimli yola salınır? - Qarabağ təhsilində kadr dəyişikliyi gözlənilir
-
Dünən, 23:02
"Servis+" MTK-da sakinləri ayağa qaldıran dələduzluq - Nazim Tahirov kürəkəni satdığı mənzilləri sürücüsü vasitəsilə geri alır
-
Dünən, 23:00
Şəkidə qanunsuz tikinti iddiası - "Yenilik" Ticarət Mərkəzi ərazisini genişləndirir
-
Dünən, 22:53
Təhsilin tənəzzülü yenə davam edəcək?
-
Dünən, 18:11
Ramiz Mehdiyevin “Tovuz Baltiya” HƏMLƏSİ - İLGİNC
-
Dünən, 18:07
Türkiyə şirkətinin QUMAR BİZNESİ ƏL DƏYİŞDİRİR
-
Dünən, 12:41
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası
-
Dünən, 12:16
Bakıda ölümlə nəticələnən davada saxlanılanlar var - Biri deputat oğludur
-
Dünən, 11:02
Bir ay əvvəl bağlanan “Na & El” yenidən açıldı: şirniyyat evindən natəmiz görüntülər —VİDEO
-
Dünən, 09:33
Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma... - Samir Feyruzov yazır
-
Dünən, 09:31
14 İCRA BAŞÇISININ TENDER OYUNU YOXLANILDI - Nələr üzə çıxmadı ki...
-
Dünən, 09:24
"Nefahim" MMC gömrük qaydasını pozdu - Cərimə olundu
-
Dünən, 09:15
Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama - Saxta diplomlar, maliyyə pozuntuları aşkarlandı
-
Dünən, 09:09
Müştəriləri aldatmaqda yarışa girənlər: “Kontakt Home”, “Baku Electronics” və... – AÇIQLAMA
-
23-10-2026, 21:30
Nizam Osmanovun polkovnik dostuna cinayət işi açıldı - “Salyanski kazarma”da yeyinti
-
23-10-2026, 21:25
İranın Hörmüz boğazındakı kabelləri hədəfə alması Körfəz ölkələri üçün ciddi təhlükə yarada bilər
-
23-10-2026, 14:58
BŞTİ müdirinə daha bir “dost” zərbəsi – MLK-da nə baş verir?!
-
23-10-2026, 14:38
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –FOTO