"Əksinə, mənə qarşı hücumlar başlandı..." - Lerikdə NƏ BAŞ VERİR?
Türkiyə Respublikasının Prezidenti
Rəcəb Tayyib Ərdoğana
Surətləri:
1. İran İslam Respublikasının Prezidentinə
2. Pakistan İslam Respublikasının Prezidentinə
3. “DİA.az” saytının rəhbəri Məhəmməd Ərsoya
4. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinə
SSRİ, Azərbaycan və Yeni Nəsil Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı, sabiq dövlət qulluqçusu, Yeni Azərbaycan Partiyasının üzvü, politoloq, “Həqiqət carçısı” qəzetinin redaktoru İlham İbadlıdan
Müraciət!
Və yaxud “Lerikdə göyə sovrulan milyonlar”
2019-cu ilin söhbətidir. Lerik rayonundakı Noda-Şingədulan-Xanagah avtomobil yolunun tikintisində yol vermiş ciddi nöqsanlarla əlaqədar Azərbaycan Respublikasının Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun qəbulunda oldum. Ona ölkə Prezidentinin sərəncamı ilə ayrılmış milyonların həmin yolda göyə sovrulması haqqında ətraflı məlumat verdim. Ölkə Prezidenti həmin 36 km-lik yolun tikintisi üçün üst-üstə 15 milyondan artıq pul ayırmışdır. Lakin yolun real vəziyyəti göz qabağında idi. Aşıq-aşkar sezilirdi ki, bu qədər vəsait yola xərclənməyib.
İnsafla desək, Hesablama Palatasının sədri məni səbr və təmkinlə dinləyirdi. O, məndən soruşdu ki, qeyd etdiklərin faktla bağlı əlində dəlil varmı? Cavabında ona çatdırdım ki, yolun hazırki durumu ilə bağlı video-kasset hazırdır. Mən video-kassetin surətini çıxardıb sədrə təqdim etdim. Sədr öz işçiləri vasitəsilə 36 km-lik yolun tikintisi ilə bağlı vəziyyəti araşdırdı. Qeyd etdiklərim tamamilə təsdiqləndi. Sonradan mənə, Lerik İcra Hakimiyyətininə və “Azəravtoyol” ASC -yə məktublar göndərildi. Bir qədər vaxt keçdikdən sonra yolun tikintisi ilə bağlı heç bir dönüş olmadı. Bir məsələni də vurğulamaq istəyirəm ki, sözügedən yolun tikintisi ilə bağlı ölkə Prezidenti Lerik rayon İcra Hakimiyyətinə 9 (doqquz), “Azəravtoyol” ASC-yə 6,6 (altı tam onda altı) milyon manat vəsait ayırmışdı. Elə ilk baxışdan dövlət büdcəsinin bu qədər vəsaitinin göyə sovrulması göz önündə idi.
Lerik rayon İcra Hakimiyyəti aparatından 30 may 2019-cu il tarixində mənə müavin Habil Məlikovun imzası ilə bir məktub gəldi. Həmin məktubda qeyd olunurdu ki, 2019-cu ildə yolun tam bərpası nəzərdə tutulmuşdur. Lakin bu məktubdan da bir yenilik hasil olmadı. Əksinə, mənə qarşı hücumlar başlandı. Vəziyyəti nəzərə alaraq təkrar 2019-cu ilin sentyabr ayının 25-də Azərbaycan Respublikasının Daxili İşlər naziri Vilayət Eyvazovun qəbulunda oldum. Rayonda yol verilmiş ədalətsizliklərlə əlaqədar və baş vermiş cinayətlər haqqında cənab nazirə bildiyim faktları dedim. Nəticəsi nə oldu? 2008-ci ildən yaşadığım evə Lerik rayon İcra Hakimiyyəti başçısının “xidmətçi” olan bir qadın salındı. Özü də Lerik rayon Polis şöbəsinin əməkdaşlarının əli ilə. Polis Şöbəsinin sahə rəisi işləyən bir şəxsin, Həşimxan adlı birisinin, orada olması lap təəccüb doğurur. Budurumu göyə sovrulan milyonların qarşısını almağın cəhdi? Hesab edirəm ki, heç olmazsa, cənab Ərdoğan bu məslədə mənə kömək göstərəcəkdir.
İlham İbadlı, Lerik rayonu. Azərbaycan Jurnalistlər Birliyinin üzvü. “Həqiqqət carçısı” qəzetinin redaktoru.
25.02.2021. Əlaqə telefonu: (050) 673-45-45
Tarix: 27-02-2021, 08:40
-
Bu gün, 17:06
Müəllimlərin işə qəbulu və imtahan sistemləri 10 manatlıq "All In One Technologies"ə tapşırıldı: - YARIM MİLYONLUQ TENDER
-
Bu gün, 17:01
SOCAR rəsmisinin gizli eşqi: rumın qızla öpüşərkən kameralara yaxalandı - FOTO
-
Bu gün, 10:51
Lənkəran Rayon Mərkəzi Xəstəxanasının 210 min manatdan çox VERGİ BORCU üzə çıxdı
-
Bu gün, 10:50
Dövlət maşını, YOXSA ,Bakı Şəhər Təhsil İdarəsinin müdiri NƏRMİNƏ xanımın uşağının OYUNCAĞI...
-
Bu gün, 10:50
Elbrus İsayev vergi borcu olan şirkəti seçdi - MMC Emin Əmrullayevin qaynına bağlı imiş? (FOTO)
-
Bu gün, 10:49
DEPUTATIN OĞLUNUN TƏKCƏ VERGİYƏ 500 MİN MANAT BORCU VAR - "Kristal" şirkəti ilə bağlı nə baş verir?
-
Bu gün, 10:49
Cavanşir Feyziyevin apteki dərmanları reseptsiz satırmış - Şirkəti cərimələndi
-
Bu gün, 09:34
“Dron ovçuları” Lenin Mavzoleyində: - avtomatlılar binanın damına yerləşdirilib
-
Bu gün, 09:19
Hər hekayənin görünməyən tərəfi var... - Günel Musa yazır...
-
Bu gün, 08:08
"OpenAI"da gizli mikrofon qalmaqalı: Keçmiş mühəndisin Səudiyyə Ərəbistanı ilə əlaqələri araşdırılır
-
Bu gün, 08:07
“Premium Residence” MTK NƏFƏSİMİZİ KƏSİR... - ÖZBAŞINA QALIBLAR...
-
Bu gün, 08:02
Albaniyada 10 gündür bitməyən toqquşmalar: Paytaxtda etiraz dalğası səngimir
-
Dünən, 23:52
Sənan Mənsimli yola salınır? - Qarabağ təhsilində kadr dəyişikliyi gözlənilir
-
Dünən, 23:02
"Servis+" MTK-da sakinləri ayağa qaldıran dələduzluq - Nazim Tahirov kürəkəni satdığı mənzilləri sürücüsü vasitəsilə geri alır
-
Dünən, 23:00
Şəkidə qanunsuz tikinti iddiası - "Yenilik" Ticarət Mərkəzi ərazisini genişləndirir
-
Dünən, 22:53
Təhsilin tənəzzülü yenə davam edəcək?
-
Dünən, 18:11
Ramiz Mehdiyevin “Tovuz Baltiya” HƏMLƏSİ - İLGİNC
-
Dünən, 18:07
Türkiyə şirkətinin QUMAR BİZNESİ ƏL DƏYİŞDİRİR
-
Dünən, 12:41
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası
-
Dünən, 12:16
Bakıda ölümlə nəticələnən davada saxlanılanlar var - Biri deputat oğludur
-
Dünən, 11:02
Bir ay əvvəl bağlanan “Na & El” yenidən açıldı: şirniyyat evindən natəmiz görüntülər —VİDEO
-
Dünən, 09:33
Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma... - Samir Feyruzov yazır
-
Dünən, 09:31
14 İCRA BAŞÇISININ TENDER OYUNU YOXLANILDI - Nələr üzə çıxmadı ki...
-
Dünən, 09:24
"Nefahim" MMC gömrük qaydasını pozdu - Cərimə olundu
-
Dünən, 09:15
Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama - Saxta diplomlar, maliyyə pozuntuları aşkarlandı
-
Dünən, 09:09
Müştəriləri aldatmaqda yarışa girənlər: “Kontakt Home”, “Baku Electronics” və... – AÇIQLAMA
-
23-10-2026, 21:30
Nizam Osmanovun polkovnik dostuna cinayət işi açıldı - “Salyanski kazarma”da yeyinti
-
23-10-2026, 21:25
İranın Hörmüz boğazındakı kabelləri hədəfə alması Körfəz ölkələri üçün ciddi təhlükə yarada bilər
-
23-10-2026, 14:58
BŞTİ müdirinə daha bir “dost” zərbəsi – MLK-da nə baş verir?!
-
23-10-2026, 14:38
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –FOTO